Bu vəzifədən nə gözləyirsiniz? Müsahibə götürənin məqsədi Burada əsas məqsəd sizin səylərinizlə işin təsvirinin üst-üstə düşməsini və sizin bu vəzifəni nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir.
Necə cavab verməli Siz elə şeyləri seçməlisiniz ki, sizin gələcək işinizə birbaşa aid olsun. Bəzi müsahibə götürənlər müsahibəyə vəzifə haqqında qısa məlumatla başlarlar. Bu qiymətli məlumatı siz başqa cür ifadə edə bilər və ya təkrarlamaqla müvafiq suallara cavab verə bilərsiniz. Fərz edək ki, müsahibə götürən şöbəyə xarici filiallardan daxil olan çox spektrli məlumatları təhlil etməyi bacaran bir mütəxəssis lazımdır. Siz bu məlumatı belə istifadə edə bilərsiniz:
“Mən gələcəkdə öz təhlil bacarıqlarımı təkmilləşdirmə imkanlarını dəyərləndirirəm. Bu yaxınlarda mənə regionlardakı işlərin təhlili ilə əlaqədar təşəkkür elan edilib. Bununla belə mən çox istərdim ki, bu işimdə beynəlxalq fəaliyyətlərin elementləri də olsun. Hesab edirəm ki, bu vəzifə mənim indiki təhlil bacarıqlarımı tamamlamaqla beynəlxalq şirkətlərlə olan əlaqələrin də bu fəaliyyətlərimə daxil olması ilə daha da genişlənəcəkdir.”