Effektiv və təfsilatlı tədqiqat müvəffəqiyyətli iş axtarışının vacib elementidir.
İş axtarışının “mərkəzini” müəyyən etmək üçün əldə etdiyiniz informasiyadan istifadə edin: təsadüfi göndərilmiş 200 məktubdansa, məqsədyönlü yazılmış 20 məktubun göndərilməsi daha yaxşıdır.
İnkişaf edən sahələrdə fəaliyyət göstərən perspektiv işəgötürənlərə hədəflənin.
Təşkilatın xüsusiyyətinə dair əldə etdiyiniz məlumat, vakansiya üçün təşəbbüs müraciəti etmək üçün gözəl imkan olacaqdır.
Potensial işəgötürəni nə qədər çox tanıyırsınızsa, tərcümeyi-halınızı bir o qədər effektiv olaraq hazırlaya biləcəksiniz.
Məlumatı nə qədər təfsilatı ilə təhlil etsəniz, müsahibə də bir o qədər uğurlu keçəcəkdir.
Xəbərlər buraxılışı, İnternet xəbərlər xidməti, sənaye, ticarət və ixtisaslaşmış orqanlar, yerli müəssisələr, konfranslar haqqında məlumatlar, mətbuat (milli, regional, sahə) və şəxsi əlaqələriniz daxil olmaqla mümkün olan bütün mənbələrdən istifadə edin.
İnternet iş axtaran insanlar üçün fövqəladə faydalı alətdir. Mümkün olan iş axtarışları üçün on-layn xəbərlər, şirkətlərin veb-saytları və iş axtarma saytları kimi mənbələrdən istifadə edin.
Maliyyə hesabatları haqqında məlumatlar, sizi maraqlandıran bazarlar, təşkilati dəyişikliklər və informasiya texnologiyaları sahəsindəki planlar haqqında istət müsbət, istərsə də mənfi məlumatları toplamağa çalışın.
Fikirlərinizi yalnız iri şirkətlərin üzərində cəmləşdirməyin. Unutmayın ki, kiçik və orta şirkətlər böyüdükləri və inkişaf etdikləri üçün daha cəzbedici imkanlar təklif edə bilər.