Fəsil 6.Sizin marketinq materiallarınızın hazırlanması
Əgər iş axtarılması prosesi sirkətin satışlarına bərabər olarsa onda tərcümeyi- hal qısa marketinq materialı rolunu oynayır. Tərcümeyi-hal (CV) qısa şəkildə sizin malik olduğunuz bilik və bacarıqlar ilə\işverəni maraqlandırmaq məqsədi güdür.
Tərcümeyi- halın məqsədi
Tərcümeyi-halın iş axtarışında oynadığı rolu aydın şəkildə təsəvvür etmək lazımdır. Onun məqsədi sizə iş təklifinin edilməsi deyil, sizin müsahibəyə çağrılmağınızıdır.
Tərcümeyi- hal barədə mütəxəssisin iştahını artıracaq bir qəlyanaltı kimi baxmaq lazımdır. Siz öz yaxşı tərəflərinizi nailiyyətlərinizi bir buket halında təsəvvur etməlisiniz. Siz burada işədüzəltmə mütəxəssisini sizin onun müəssisəsinə gətirə biləcəyiniz fayda ilə maraqlandırmalısınız.
Bu düzgün formalaşdırılmış məqsədin dərk olunması sizə tərcümeyi- halın hazırlanmasında kömək edə bilər. Siz oraya öz həyat tarixçənizi əlavə etməməlisiniz. Sizin əsas məqsədiniz mövcud vaxt üçün malik olduğunuz bacarıqların qısa xülasəsini vermək və bu faktiki məlumalardan yalnız öz ixtisasınızı və əlaqə telefonununzu əlavə etməkdir.
Buna əlavə olaraq tərcümeyi- hallara baxan adama kömək etmək və öz məlumatınıza diqqət cəlb etmək dedikdə rəngli kağızdan istifadə etmək nəzərdə tutulmur. Əlbəttə bu sizin tərcümeyi-halın digər şirkətə daxil olan sənədlər arasında itməməsinə şərait yaratsa belə lazim olan təəssüratı bu üsulla almaq qeyri mümkündür.
Biz sizin yazmalı olduğunuz tərcümeyi- halın yazılma üsüluna geniş şəkildə nəzər salacağıq.
Dostları ilə paylaş: |