Bu kitab kimin üçün nəzərdə tutulub



Yüklə 1.1 Mb.
səhifə14/16
tarix19.03.2017
ölçüsü1.1 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

Testlərin tipləri
Mütəxəssislər işə qəbul qərarını verməkdən ötrü müxtəlif testlərdən istifadə edirlər. Əsas test növləri aşağıdakılar hesab edilir:

  • Şəxsiyyətin şəxsi keyfiyyətlərinə istiqamətlənən psixometrik testlər: bu testlərin məqsədi şəxsiyyətin tipini və namizədin davranış stilini təyin etməkdir.

  • Qabiliyyətləri üzə çıxartmağa istiqamətlənən psixometrik testlər: bu testlərin məqsədi insana xas olan qabiliyyətlərin və ya təhsil alma bacarığının olub olmasını yoxlamaqdır;

  • Təcrübə ilə bağlı testlər: bu testlər hazırki, həqiqi təcrübənizin səviyyəsini yoxlamaq məqsədilə tərtib edilir;

  • Biliklərə əsaslanan testlər:praktiki biliklərin səviyyəsini ölçmək məqsədilə tərtib edilir;

Bu testlər son dərəcə qısa olub həllinə beş dəqiqə, yarım saat və ya daha artıq vaxt tələb edə bilər. Istənilən halda bu testdənkeçməyə ciddi yanaşmaq lazımdır çünki, burda özünüzü göstərməkdən sizin işə qəbul təklifini almaq şansınız asılıdır.
Psixometrik testlər

Bizim tədqiqatlara əsaslansaq şəxsi psixometrik testlər və ya peşəkar faydalılığa əsaslanan testlər işəqəbul zamanı ən çox yayılan test tipidir; bu test tipindən sorğuda iştirak edənlərin yarısı istifadə edir.



  • Şəxsiyyət

Bir qayda olaraq, namizədlərdən müəyyən olunmuş situasiyalara reaksiyalarını və bu situasiyaya davranışlarını, hansı qənaətə gələcəklərini, nəzər nöqtələrini və ya üstünlüklərini soruşan çoxvariantlı anketlərin doldurulması tələb olunur. Sorğunun məqsədi- namizədlərin digər insanlara olan münasibətini, özünüzün və digərlərin emosiyaları ilə necə mübarizə apardığınızı, iş görmə stilinizin, həyat baxışınızın necə olduğunu və sizi hansı qüvvələr idarə etdiyini müəyyən etməkdir.

Məlumdur ki düzgün və ya səhv cavablandırma deyilən bir anlayış yoxdur. Bununla belə, işin xüsusiyyəti test vasitəsilə şəxsiyyətin özəl tərəflərini aşkara çıxarmaqdır. Sizin testlərdə verdiyiniz cavablara müsahibədən keçən zaman yenidən müraciət oluna bilər, sizin keçmiş təcrübəniz, motivasiyanız barədə, bundan başqa sorğuda göstərilən situsiyada məhz niyə qeyd etdiyiniz kimi davrandığınız soruşula bilər.



  • Qabiliyyətlər

Xüsusi qabiliyyətləri aşkara çıxaran testlər müxtəlif formada olurlar. Sorğuda iştirak edən mütəxəssislərin 21%-i balla qiymətləndirilən diaqram və qrafiki olan məntiqli məsələli testlərdən istifadə edirlər. Qalanları isə verbal və məkan düşünmə tərzini (abstrakt formalar daxil olmaqla) yoxlayan testlərdən istifadə edirlər.

Bu tip testlər vaxt məhdudiyyəti qoyularaq imtahan xarakterli olurlar və bu zaman namizədlər vaxta sığmamaq problemi ilə rastlaşa bilərlər. Məntiqli imtahan vermə metodikasından istifadə etməklə belə testlərdən keçə bilərlər. Təlimatı diqqətlə oxuyun və sizdən nə tələb olunduğunu anlamağa çalışın. Əgər hər-hansı bir sualınız yaranarsa, test başlamamışdan qabaq onları verin.

Səhv cavabların düzgün cavabları apardıqları test formasında bunu istifadə etməniz daha vacibdir. Məsələn, ele bir metodika var ki, hər 3 səhv cavaba görə 1 düzgün cavabı silir. Əgər test təlimatında qeyd olunubsa ki, “səhv cavablar sizin əleyhinizə hesablanacaq”, o zaman onun hesablanma metodikasını dəqiqləşdirməlisiniz.

Bu hesablama metodikasını anlayandan sonra testinizin həll etmə strategiyasını hazırlayın. Əgər ball çıxma şərti yoxdursa testin bütün suallarına hətta təxmini bildiyiniz suallara da cavab verməyə çalışın. Əgər dörd cavabdan birini seçməyə çətinlik çəkirsinizsə, onlardan birini seçməklə 25% düz cavabvermə ehtimalını yarada bilərsiniz. Imkan daxilində səhv cavabları mexaniki silib, düzgün cavabı qeyd edin.

Yox əgər ball çıxma mexanizmi istifadə olunursa, onda bir az ehtiyyalı olun. Lakin onu da unutmayın ki, hər cavab verməyib boş qoyduğunuz sual sizə vaxt və ball itkisi verir. Əgər dörd cavabdan iki səhv variantı silib, iki variantdan birinin seçimi arasında qalmısınızsa, onda ehtimalınıza əsaslanıb 50/50-yə prinsipinə uyğun ona cavab verin.

Təcrübələrdən əldə olunan nəticələr göstərir ki, namizədlər ilkin seçdikləri cavabları oxuyub təzə variantla əvəz etmək istəyəndə, 60% hallarda düzgün cavabı səhv varianta dəyişirlər. Bu o deməkdir ki, öz instinktinizə inanaraq ilkin cavab variantınızı 100% əmin olmadığınız halda dəyişməyin.



Namizədlərin topladıqları ball əvvəlcədən anoloji testlərdən keçmiş bir qrup standartlaşdırılmış insanların balları ilə müqayisə olunur ki, işəqəbul üzrə mütəxəssislərə başqa insanlarla müqayisə edərək sizin qabiliyyətinizi qiymətləndirməyə imkan verir. Qabiliyyət testləri şəxsiyyətin keyfiyyətlərini üzə çıxaran testlərdən fərqli olaraq vəzifəyə namizəd olan şəxsiyyətin tipini daha subyektiv qiymətləndirməyə imkan verir. Əgər qabiliyyət testinin nəticəsi sizin müəyyən təcrübəni əldə edə bilməməyinizi göstərərsə, onda sizə çətin ki iş təklifini edərlər.


Bacarıqlarınızın müəyyən edilməsi testləri
Belə tip testlərlə mütəxəssislər namizədin hazırki təcrübə səviyyəsini ölçməyə çalışırlar. Bu cür testlərin aşağıdakı növləri var:

  • Intrey (və ya inbasket)- işdə prioritetlə imkanları necə yerləşdirmək qabiliyyətiniz qiymətləndirir;

  • Təqdimatlar- fərdi və ya qrup şəkilli- sizin şifahi informasiya çatdırma qabiliyyətinizi, təqdim olunası materialları çatdırma əminliyinizi, yaradıcılıq səviyyənizi yoxlayır;

  • Bu tip testlər hər hansı bir məktub yazmaqla qramatik cəhətdən düzgünlüyünüzü ya da qrup şəkilli müzakirə zamanı danışığınızı yoxlayır;

  • Rol oyunları- müxtəlif situasiyalarda sizin davranışınızı qiymətləndirir;

  • Keyslərin(açarların) araşdırılması- informasiyanı mənimsəmə, müvafiq vəziyyətdən çıxış yolunu vermə qabiliyyətinizi qiymətləndirir;

Bu testləri keçən zaman çalışın sizə verilən təlimı bacardığınız qədər diqqətli oxuyasınız. Çalışın mənasız suallara vaxtınızı sərf etməyin. Aydın şəkildə sualların nəyə istiqamətləndiyini və buna uyğun hərəkətlərinizin necə olacağını təsəvvür etməyə çalışın. Məsələn, yazılı testlərdə qramatik səhv tipli səfeh səhvlər etməkdən uzaq olun. Tam şəkildə bütün qrup şəkilli tədbirlərdə iştirak edib, özünüz təşəbbüs göstərərək öz şəxsi nəzər nöqtənizi bildirməyə və üstündə durmağa qorxmayın.
Biliklərı yoxlayan testlər

Bilikləri yoxlayan testlər- bu çox variantlı cavab seçimi olan sorğu növüdür. Bu baxımdan bir növ qabiliyyəti yoxlayan testlərə bənzəyir, lakin bu qavrama qabiliyyətini yoxlamaqdan çox müvcud olan bilikləri qiymətləndirir.

Namizədlərin praktiki biliklərini yoxlayan belə testlər, konkret proqram dillərini əhatə edərək informasiya texnologiyaları sahələrində geniş tətbiq olunur. Bununla bərabər bu növ yoxlamalar mətn redaktəsi və elektron cədvəllərlə praktiki təcrübəni yoxlayan inzibati sahələrdə də istifadə oluna bilər.
Testdən keçməyə hazırlıq

Bu kitabın yazılması müddətində biz çalışmışıq ki, namizədlərin ciddi hazırlıqlı olmasının vacibliyini vurğulayaq. Bunu işə düzəltmə testlərinə də aid etmək olar. Siz aşağıdakılara riayyət etməlisiniz:



  • Hansı testlərdən keçəcəyinizi dəqiqləşdirin;

  • Imkan varsa anoloji testlərdən keçməyə çalışın;

  • Çalışın həmin günü həm fiziki həm də mənəvi baxımdan hazırlıqlı olasınız;


Hansı testlərlə qarşılaşacağını öyrənin
Əgər sizdən seriyalı testlərdən keçməyiniz tələb edilirsə, işə düzəltmə üzrə mütəxəssislərdən bu testlərin hansı tipdə olması ilə maraqlanın. Bir sıra mütəxəssislər- rekruterlər əvvəlcədən gələcəkdə keçəcəyiniz test tiplərinə bənzər test nümunələri verirlər.
İmkan daxilində təcrübə keçin
Testlərə əvvəlcədən hazırlaşıb onlara cavab verməniz nəticənizə necə təsir edib etməməsi ilə əlaqədar bir sıra mübahisəli fikirlər var: bəzi psixoloqlar təcrübənin keçməsini nəticəyə zəif təsir etdiyini, bəziləri isə bunun balınıza müsbət təsir etdiyini qeyd edirlər.

Əmin ola bilərsiniz ki, əvvəlcədən nümunəvi testlərdən keçmə sizə heç bir ziyan vurmaz və bu sizin özünüzü göstərmə imkanınıza mənfi təsir edə bilməz. Məsələn, əksər qabiliyyət testlərində sizin məntiqinizi və təxəyyülünüzü yoxlamaq üçün eyni tip suallardan istifadə edə bilərlər. Siz belə tip testlərlə ilk dəfə qarşılaşırsınızsa bunları başa düşmək üçün sizə müəyyən vaxt tələb oluna bilər. Əgər siz belə tip testlərə əvvəllər rast gəlmisinizsə onda onlara daha tez cavab verib cavablanmış sualların kəmiyyətini artıra bilərsiniz ki, bu da sizin son nəticə balınıza təsir edə bilər.

Siz çox güman ki, kitab mağazasında özünüzə uyğun broşur testləri seçə bilərsiniz. Hətta sizin oxuduğunuz testlər keçməli olduğunuz testlərə bənzəməsə də onlara cavab vermə təcrübəsini qazanıb vaxta görə uyğunlaşmağı öyrənə bilərsiniz.
Yaxşı formada olmağa çalışın

Unutmayın ki, sizin yalnız bir cavab vermə imkanınız var. Məktəb imtahanlarından fərqli olaraq sizə bu testləri yenidən keçmə şansını verməyəcəklər.

Digər namizədlərə edilməyən güzəşti sizə edib bu testi yenidən keçməniz üçün çox tutarlı səbəbiniz olmalıdır, buna adətən rekrutinq mütəxəssisləri əleyhinə olurlar.

Beləliklə, imtahan verən gün özünüzün bütün imkanlarınızdan istifadə edə bilməyinizə əmin olmalısınız. Çalışın həmin günü beynivizin hüceyrələrinin kifayət qədər maksimal məhsuldar işləməsi üçün gecə yuxunuzu yaxşı alasanız.

Müsahibədə keçdiyiniz yanaşmanı eynilə bu testdən keçməyə də tətbiq edə bilərsiniz. Imtahanın harda olacağını və ora necə gedəcəyinizi dəqiqləşdirin. Fikrinizi toplamağa kifayət edəcək müddətdə imtahan yerinə gəlin.
Qiymətləndirmə mərkəzləri

Yazacağınız testlər ayrıca da keçirilə bilər. Bəzi mütəxəssislər öz namizədlərini yoxlamaq məqsədilə qiymətləndirmə mərkəzlərini (assessment centre) yaradaraq seriya testlər təşkil edirlər. Bizim araşdırmalarımıza nəzər salsaq görərik ki (sorğuda iştirak edənlərin 4 %-i qiymətləndirmə mərkəzlərindən işəqəbul məqsədilə istifadə etdiklərini) bu metod geniş yayılmağa başlayıb. Belə mərkəzlərdən həm yalnız bir işçinin qəbulu zamanı, həm də bir vakansiyaya bir sıra namizədlərin qəbulu zamanı da istifadə edilə bilər.


Müddət və struktur

Qiymətləndirmə mərkəzlərindən çox hallarda son qərarı vermək məqsədilə siyahıda olan namizədləri vəzifəyə təyin etmək üçün istifadə edirlər. Lakin, qiymətləndirmə mərkəzləri bir-birlərindən məzmununa və üslubuna görə fərqlənirlər. Bəziləri misal üçün yarımgün davam etdiyi halda digərləri gecə saatları da daxil olmaqla iki gün də davam edə bilər. Rəhbərlik sizdən testlər və tapşırıqlarla bərabər təşkilatın nümayəndələri tərəfindən hazırlanan təqdimatların yerinə yetirilməsini də tələb edə bilərlər. Beləliklə, qiymətləndirmə mərkəzləri nəinki sizin öz qabiliyyətlərinizi həm də işəgötürən təşkilatın imkanları barədə sizin məlumatlanmağınıza da şərait yaradacaq.



Testlərin müxtəlifliliyi

Qiymətləndirmə mərkəzlərinin əsas qayəsi işəqəbul zamanı testdə təklif olunan işin kompetensiyasıdı. Intrey(in basket) testləri və psixometrik testlər ənənəvi testlər də daxil olmaqla qiymətləndirmə mərkəzlərinin ümumi elementləri hesab olunur.

Əgər qiymətləndirmə mərkəzlərinə son siyahıya daxil olan namizədlər gəliblərsə, onda çox güman ki onlarla qrup şəkilli tapşırıqlar keçiriləcək. Məsələn siz, digər namizədlərlə birlikdə biznes srategiyasının qurulması, təqdimatların hazırlanması və ya xüsusi işlənmiş keyslərlə problemin həlli iə işləmək məcburiyyətində olacaqsınız. Belə tapşırıqlarda özünüzü göstərməyiniz təkcə sizin şəxsi intelektual qabiliyyətlərinizi deyil, həmçinin sizin komanda da işləmək bacarığınızı da yoxlayacaqdır. Mütəxəssislər bu prosesi müşahidə edib, komandada kimin dominant, kimin daha az fərqlənən, kimin isə bütün iştirakçıların iştirak etmək səyini yaratdığını görüb buna əsasən nəticə çıxardacaqlar.
Sizin daimi surətdə qiymətləndirildiyinizi unutmayın

Siz hətta tədbirlər zamanı kofe və ya nahar müddətində də qiymətləndirilməyə məruz qalacaqsınınz. Siz başqa insanlarla nə dərəcədə yaxşı münasibətə girə bilirsiniz? Siz əsəbi tipmisiniz? Otimistmisinizmi? Sizin düzgün və ya səhv olmanız vacib sayılmır, əsas məqsəd rekrutinq mütəxəssisləri tərəfindən vəzifəyə uyğun şəxsiyyəti üzə çıxarmaqdır. Bununla bərabər siz seçiləcək digər namizədlərə və müşahidəçi-ekspertlərə qarşı nəzakətli olmağa çalışın. Digər namizədlər, işçilər və potensial kolleqlarınız ilə görüşəndə səy göstərərək onlara suallar verin.


Stresin idarə edilməsi

Adi standart müsahibədən fərqli olaraq rekrutinq mütəxəssisləri qiymətləndirmə mərkəzlərində detallı şəkildə sizi yoxlamalı olacaqlar. Bundan başqa, bəzi qiymətləndirmə mərkəzləri təklif olunan işin tələblərinə uyğun bu prosesin tamamlayıcısı kimi namizədlərin qabiliyyətlərini yoxlamaq üçün əlavə olaraq gərginliklər yarada bilərlər. Tapşırığı yerinə yetirdiyiniz zaman bəzi məhdudiyyətlərlə qarşılaşıb, nəyi necə etməyiniz sərt olaraq soruşula bilər. HR Services Academy-nin baş direktoru, qiymətləndirmə mərkəzlərinin mütəxəssisi Mayk Dod deyir:

Qiymətləndirmə mərkəzləri vakansiyanı doldurmaq, lazım olan qabiliyyətləri təyin etmək üçün yaradılıb; onlar çalışırlar ki, müvafiq vəzifəyə uyğun olan qabiliyyəti qiymətləndirsinlər. Onların istədikləri vaxt gərgin vəziyyət yaratmaq imkanalrı vardır. Bizdə elə hallar olurdu ki, insanlar bu mərkəzlərdən stress alıb çıxıb gediblər, halbuki, bu tipik deyil. əgər belə hala rast gəlinirsə, onda bu o deməkdir ki, qiymətləndirmə mərkəzləri öz işlərini lazımi səviyyədə yetirirlər, belə ki, işin tələb etdiyi vəzifə öhdəlikləri çox çətin olub namizəd onu yerinə yetirə bilmir.
Mərkəzə gələndə unutmayın ki, qurulmuş situasiya sadə, adi stimulyasiya rolunu oynayir, onu ciddi qəbul edin, lakin anlamağa çalışın ki, bu real həyat deyil. Qiymətləndirmə mərkəzləri vakant vəzifənin xarakterik xüsusiyyətlərini nəzərə alaraq işi sizə təklif edir, əgər proses həqiqətən də sizə son dərəcə gərgin olursa, onda bu işin sizlik olmaması deməkdir.

Buna baxmayaraq, qiymətləndirmə mərkəzlərində müsahibədə təqdim edilən qaydalar tətbiq edilir: orda olan təqdirdə işi bəyənib bəyənməmək qərarını verməyə çalışmayın. Bütün diqqət və enerjinizi öz qabiliyyətinizin tam surətdə göstərmənizə sərf edin.



Daha sonra

Qiymətləndirmə mərkəzlərində iştirak etdiyiniz müddətdə özünüzü tam şəkildə göstərmək çox çətindir. Hər şeyin pis keçməsinə yox, gələcək tapşırıqlarda daha yaxşı özünüzü göstərmək üçün nə etməli olduğunuza fikrinizi cəmləyin. Müvəfəqiyyətlə işinizi bitirdikdən sonra bunu daha da yüksək səviyyədə edə bilmək yoları üzərində bir az düşünməyiniz məsləhətdir.

Gələcəkdə rastlaşmaq ehtimalınızın olduğu bütün əsas momentləri, anları qeyd edin. Qiymətləndirmə mərkəzində olduğunuz ərəfədə aldığınız rəylər barədə düşünüb, xasiyyətinizdə çatışmayan cəhətlərinizin dəyişlməyə ehtiyacın olub olmaması barədə düşünün. Işləmək istədiyiniz şirkət haqqında nə öyrəndiyinizi, bu şirkətin üslubu barədə və burda işləmək həvəsinin artmasına nəyin təsir etməsi barədə fikirləşin.


Nəticələr


  • İşə qəbul zamanı testlərdən istifadə daha çox tətbiq olunmağa başlayıb;

  • Psixometrik testlərin məqsədi sizin şəxsiyyət tipinizi, sizin qabiliyyətlərinizin səviyyəsini və ya müxtəlif sahələrdə təhsil alma qabiliyyətinizi müəyyən etməkdir;

  • Başqa yoxalamalar (intrey, təqdimat və açarların araşdırılması) hal-hazırki həqiqi biliklərinizin səviyyəsini qiymətləndirir;

  • Testlər vasitəsilə individual və qrupşəkilli tapşırıqlı iş başqalara qarşılıqlı münasibətinizi müəyyən etməyə imkan verir;

  • Vaxtla məhdudlaşan testləri keçərkən qiymətləndirmə mərkəzləri ilə yaxından tanış olun və cavablar verərkən bu texnikadan istifadə edin;

  • əvvəlcədən hansı test növündən keçəciyiniz barədə məlumatlanın;

  • əvvəlcədən belə tip testlərdən keçmə təcrübəsini qazanın;

  • test keçirilən gün yaxşı formada olmağa çalışın;

  • qiymətləndirmə mərkəzləri daha tez-tez ayrı-ayrı və ya bir çox vakansiyaları doldurmaq üçün istifadə olunur, bu rəhbər vəzifələrin qəbuluna da aiddir;

  • qiymətləndirmə mərkəzləri iki gün davam edib işin xarakterik xüsusiyyəltərini özündə əks etdirən bir sıra test və tapşırıqlardan ibarətdir;

  • unutmayın ki, başqa namizədləri sorğu sual edən zaman da qimətləndirilirsiz;

  • daimi surətdə şövqlü olun;

  • gərgin hallara da hazır olun;

  • bütün bunlardan sonra öz fikrinizə görə bu proses zamanı özünüzü necə göstərəcəyinizi, hansı sahələrdə işəgötürənlə bağlı öyrəndiyiniz məlumatı mükəmməlləşdirmənizi, bu proses zamanı danışdığınız namizədlərin, görüşdüyünüz insanların, müşahidəçilərin adlarını qeyd etməyi unutmayın;


Fəsil 16. Müqavilənin ən yaxşı şərtləri barədə danışıqlar
Müsahibədən keçmənin məqsədi iş təklifinin alınmasıdır. Bu hədəfə nail olan kimi, bu təklifi həqiqətən qəbul edib etməmək qərarında sərbəstsiniz. Əgər siz işi qəbul etmək qərarın versəniz, onda təklifin uyğun şərtlərinin danışıqlarını aparmaq kimi ciddi mərhələyə başlaya bilərsiniz.
Təklifin qiymətləndirilməsi

Əgər siz, müsahibədən keçib işə qəbul təklifinin almağını qeyd edirsinizsə onda tərifə layiqsiniz. Deməli işə götürənə özünüzü yaxşı tərəfdən göstərib, bacarıqlarınızı, komunikabellilik və s. qabiliyyətlərinizlə onun tələblərinə cavab vermisiniz. Qazandığınız uğurunuza çox ədalətli olaraq təəccüblə, emosiya ilə reaksiya göstərməniz normaldı.

Bununla bərabər sakinliliyinizi də qoruyub saxlamalısınız.

Təklif olunana işi həqiqətən istəməniz qarşıya çıxan vacib məsələdir?!

Unutmayın ki, sizdə olan emosional element iş təklifinizin qiymətləndirilməsi zamanı təsir edəcək. Fikrinizi yayındırmamağa çalışın. Belə hal hazırki işinizə nifrət edib və ordan çıxma gününü gözlədiyiniz, iş axtarma prosesinə nifrət edib və ya başqa iş təklifi almayacağınız üçün birinci təklif olunan işə razılıq verdiyiniz zamanı baş verə bilər. Işə qəbul müraciətinizin uğurlu olması, sizin işəgötürənin tələb etdiyi tələblərə uyğun olduğunuzun sübutu olub, bir neçə müsahibə keçdiyiniz üçün başqa fərqli təkliflərin gəlməsini ehtimal edir.

Əgər siz təklif olunan işin qəbul edib etməməyiniz barədə qərar qəbul etmək istəyirsinizsə aşağıdakı suallara cavab tapmalısınız:



  • Təklif olunan iş sizin iş axtarmağa başladığınız vaxtda ilkin məqsədlərinizə nə dərəcədə uyğundur;

  • Bu iş sizin ümumi karyera planınıza nə dərəcədə uyğundur;

  • Keyfiyyətli sahədə və ya təşkilatda işləyəcəksinizmi;

  • Mədəni baxımdan sizlə təşkilat arasında yaxın əlaqə varmı;

  • Təklif olunan işin şərtləri ilə hal-hazırki işin şərtləri əhəmiyyətlimi dərəcədə fərqlənir;

  • Kifayət qədərmi sizin suallarınıza cavab verilib;

Kitabın əvvəlində biz qeyd etmişdik ki, uğurlu iş axtarışı özünüzün təhlil etmə səviyyəsinə əsaslanır: yeni işdən həqiqətən nə gözləyirsiniz? Hansı tip təşkilat sizə uyğundur? Beləliklə, təklifin qiymətləndirilməsi adekvat ödəniş paketinin baxılmasından daha çox məna kəsb edir.
İlkin məqsədlər

Təqdim edilən təklifdə ailənizlə birgə olmaqdan ötrü məzuniyyətin minimal həcminin olması kimi fövqaladə tələblər də ola bilər. Hansı tələblərin olduğunu yadınıza salamağa çalışın.

Uyğunsuzluğun aşkar olunduğu zaman təklif olunan razılaşma paketinin danışıqları zamanı müzakirə etmək vacibdir. Əgər işəgötürən bu barədə danışmaq istəmirsə onda siz bu boşluqların hələ də sizə vacib xarakter daşıyıb daşımamasını özünüzdə müəyyən etməlisiniz, bəlkə bu boşluqları necə var elə də qəbul etməli olacaqsınız, ən azından bir müddətlik.

Sizin karyera planınız

Ayrıca baxılmağa ehtiyac olan amil təklif olunan işin sizin karyera inkişafınızda nə dərəcədə yeri olmasıdır. Bu iş sizin yeniliklərin müküəmməlləşdirəcəkmi və bu iş sizin hal-hazırki boşluğunuzu doldururmu?


İş axtarışı və öz karyeranızı quran zaman yeniliklərə münasibətdə obyektivliyinizi saxlamalısınız, belə ki hər tutduğunuz vəzifə bazarda sizin “dəyərinizi” artıra bilər. Əgər siz yeni işin buna bənzər bir yenilik gətirməsinə əmin deyilsinizsə, onda çox diqqətli olun.

Bəzən belə olur ki, işəgötürən müəyyən vaxtdan sonra daha maraqlı başqa yeni iş təklifi edir. Belə təklifləri özəlliklə qiymətləndirmək çətindir. Söz verilən iş alınmadığı halda sizin hansı hüquqlarınız olacaq? Əvvəllər belə təkliflərin köhnə işçilərə təklif olunub olunmamasını və bunlar sonda yerinə yetirilib yetirilməməsini araşdırmaq lazımdır.

Söz verilən iş yeri hal-hazırda kim tərəfindən tutulduğunu və ya bir ildən sonra bu işçinin həqiqətənmi getməyə hazırlaşdığını öyrənmək lazımdır. Başqa daxili əməkdaşlar bu iş yerinə namizəddirlərmi? Elə hal ola bilərmi ki siz yenidən daxili müsahibədən keçməli olasınız?

Əgər sizin əldə etdiyi nəticə ilə razı deyilsinizsə, onda bu bölmənin əmək müqaviləsinə daxil edilməsini istəyə bilərsiniz. Lakin, belə bölmə ciddi surətdə işlənilməlidir, çünki, adətən işəgötürənlər belə tip məsuliyyətləri öz üzərinə götürmək istəmirlər.

Keyfiyyətə nəzarət

Nəzərdə tutduğunuz təşkilata müraciət etməmişdən qabaq bu təşkilatın gücünü və keyfiyyətini qiymətləndirilməlisiniz. Lakin proses irəlilədikcə müsahibələrdə iştirak etdikcə yeni-yeni informasiyaların aşkarlanması üzə çıxa bilər. Əmin olmalısınız ki, ilkin qiymətləndirməni düzgün aparırsınız. Məsələn, siz bilirdiniz ki, şirkət sürətlə inkişaf edir; bu şirkətdən əldə etdiyiniz təcrübədə şirkətin həqiqətənmi bu surətli inkişafı idarə etmək imkanına malik gücü varmı?


Mədəniyyət nöqteyi-nəzərindən uyğunluq

Müsahibələrdən keçərək siz təşkilatın ümumi idarəetmə üslubu ilə tanış olmalısınız. Bu üslubun sizin şəxsi temperamentiniz və üslubunuz ilə nə dərəcədə uyğunlaşmağına fikir verməlisiniz. Işdi birdən vəzifə mükəmməl olub, sizin bütün tələblərinizə uyğun gəlib, lakin şirkət özü-özlüyündə şirkət kimi sizi təmin eləməyib, şəxsi keyfiyyətlərinizə həqiqətən cavab vermirsə onda nə etməlisiniz?

Əks hala rast gəlinərsə çox kədərli ola bilər. Fərz edək ki, siz özünüzə münasib iş tapmısınız, lakin şirkətin mədəniyyəti sizə uyğun deyil. O zaman buna qarşı çoxlu enerji sərf etməyinizə gərək olacaq. Şirkətin seçilməsi həyat yoldaşınızı seçməniz kimidir; əgər siz bir-birinizin dəyərlərini bölüşmürsünüzsə və ümumi baxışlarınız yoxdursa, onda sizin birgə yaşayışınız çox acınacaqlı ola bilər.


Riskin minimumlaşdırılması və müqavilənin şərtlərinin yoxlanılması

İş dəyişimi zamanı risk elementi digər tərəfdən imkanların açılması kimi də başa düşülür. Cəsarətlilik şəhərləri zəbt edir deyirlər. Riskin tamamən olmamasına yalnız əgər təqaüdə çıxacağınız dövrə qədər ömrünüz boyu eyni yerdə, eyni insanlarla, eyni işlə məşğul olduğunuz halda rast gələ bilərsiniz. Çox gülməli səslənir, ele deyilmi? Real həyatda sizin ətrafınızda təşkilat və işçilər hökmən dəyişməlidir.

Lakin, risk səviyyəsi hər zaman eyni olmur. Siz əsalandırılmış riskə (məntiqli seçim) və əsaslandırılmamış riskə (yox, yox, yox) rast gələ bilərsiniz.

Gələcəkdə hissəciyi olacağınız şirkəti möhkəm tədqiq etmisinizsə, onda siz onun haqqında kifayət qədər məlumatlanmalısınız. Lakin, aşağıda göstərdiyimiz kimi iş təklifini alandan sonra gedib gələcək həmkarlarımızla və menecer xətti ilə danışıb təşkilatın bütövlükdə iş həyatını və sizin vəzifə öhdəliklərinizi anlamağa çalışın.

Əmək müqaviləsini gördüyünüz andan qaranlıq qalan bəndləri dəqiqləşdirməyiniz məsləhətdir. Məsələn, müavilədə yeni iş təklifini əldə etməmişdən öncə təcrübə müddətinin olması qeyd oluna bilər. Əgər belə bir hal baş verərsə, bu prosesi keçməkdən ötrü hansı tələblər tələb olunduğunu öyrənin? Sizin işinizi kim qiymətləndirməsini dəqiqləşdirin? Əvvəllər təcrübədən keçməyən işçiləri çıxardıblarmı?

Bundan başqa, muzdlu işçilərin imtiyazları barədə məlumatlanmalısınız. Işəgötürənin təklif etdiyi imtiyazlardan nə dərəcədə isifadə edə biləcəyinizi öyrənin? Əgər sizə hər hansı bir təqaüd və ya tibbi sığorta kimi bir maddi yardım söz verilibsə, bu yardımların nəzaman, hansı müddətə veriləcəyi ilə maraqlanın. İmtiyazların verilməsi gecikdirilərsə, bu imtiyazların nağd və ya sərbəst imtiyaz proqramı şəklində alacağınızı əvvəlcədən danışın.

Əgər siz təcrübə müddətini keçirsinizsə, sizə tətbiq olunan bütün imtiyazların birinci iş günündən etibarən qüvvədə olmasına əmin olmalısınız. Ya da ən azından onun tətbiqi təcrübə müddətinin bitməsinə yaxın vaxtda qüvvəyə minməlidir.

Müqaviləyə nəzər yetirərkən “məhdudiyyət şərtlərini” əhatə edən bütün bəndlərə qarşı diqqətli olun. Bu bənd işəgötürənlər tərəfindən öz işçilərinin təşkilatda işləyən zaman və sonra da fəaliyyətlərini məhdudlaşdırmaq məqəsdilə istifadə olunur. Bu şərtlərin əsas tipi kimi işçilərin məxfi məlumatı çatdırma qabiliyyəti, əvəzçiliklə işləmək, rəqiblərə birbaşa işləmək (rəqabət aparmayan təşkilatla), başqa işçiləri cəlb etməyi və ya işdən azad olandan sonra müştərilərlə iş aparmaq hesab olunur.

Əgər siz müqavilənizdə bu tip bəndləri aşkar etsəniz, həqiqətdə bunları yerinə yetirmək çətin olduğunu unutmayın, xüsusən də bu rəqabət aparmayan təşkilatlara aiddir. Əgər müştərilərlə birbaşa əlaqəli vəzifəni tutmursunuzsa, sizə qeyri-sağlam təkliflər verilməyəcək.

Bununla bərabər bu məhdudiyyətli şərtlərdən ildə əgər 20 minimum funtdan az qazandır, nisbətən aşağı vəzifə tutursunuzsa bundan imtina etməyin; çalışın işəgötürəndən bu məhdudiyyətlərin gələcəkdə yığışdırmasını xahiş edə biləsiniz.

Əgər bu xahiş rədd olunubsa, işəgötürəndən bu məhdudiyyətlərin düzgün rədd olunub olunmamasına əmin olmaq üçün ona pullu hüquqi məsləhət almaq fikrinizin olmasını bildirin. Yox əgər, bundan da imtina edilibsə, bu işdə belə məhdudiyyətlərin olduğu halda bu vəzifədə qalma ehtimalınızı qərar verməlisiniz, ya hüquqşünasdan ya da insan resurslarından hörmətli məsləhətçilərdən məsləhət alın.

Əgər siz yüksək təbəqəli rəhbər vəzifəni tutursunuzsa, çox güman ki mütəxəssisdən hüquqi məsləhət almalısınız. Ən azından bu məhdudiyyətlərin nə dərəcədə reallığı haqqında sizdə təsəvvür yaradacaq. Bu məsləhət həmçinin danışıqlar apardığınız zaman da sizə kömək edə bilər. Məsələn, sizdə olan əlaqələrin şirkətdə işlədiyiniz zaman deyil, işə düzəlməmişdən qabaq sizdə olduğunu onlara izah etməlisiniz. Əgər şirkət müqavilənin şərtlərini dəyişməkdən imtina edirsə hər halda şərtləri pozacağınız zaman hansı halda ola biləcəyinizi ən azından biləcəksiniz. Bundan başqa, belə təcrübə sizə şirkətin nə dərəcədə güzəştə gedən olduğu haqqında təsəvvür yaradacaq.

Reid Minty, Solicitors hüquqi təşkilatın sahibkarı Dxonaton R.Ebsvort belə bir məsləhət verir: yerinə yetirə bilməyəcəyiniz şərtləri olan müqaviləni normal halda imzalamayın. Bununla bərabər, məhdudiyyətli şərtlərlə işiniz olduğu zaman bilik önəmli amil kimi hesab olunur, bəzi işəgötürənlər bu məsələlərlə bağlı heç də peşəkar deyillər. “Qorxuram bu şirkətin şərtləridir, bunları qəbul etməlisiniz”- bu ifadəni tez-tez eşidə bilərsiniz, bu ziddiyyətli fikirdir. Belə ola bilməz, çünki hər bir insanın vəziyyəti digərindən fərqli ola bilər.

Əgər “standart şərtlər” məntiqdən uzaqlaşırsa işəgötürənin işgüzar maraqlarını müdafiə etmirsə, onda bu şərtlər qüvvəsiz hesab olunub, bu müqavilənin şərtləri yerinə yetirməli olmayacağınızı bilərək rahat imzalaya bilərsiniz.

1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə