Ağıllı suallar
Bəzi faktların əzbərlənməsi sizə müsahibə götürənin suallarına cavab verməyinizdə çətinliyin olmamasına zəmanətdir. Bu həmçinin sizə müsahibə götürənə müəyyən suallar fikirləşmək üçün köməklik edəcəkdir. İş axtaran bir müvəffəqiyyətli xanım bu üsuldan (sual hazırlamaq) uğurla istifadə edir. Vəzifəsi mühasib olan bu xanım müsahibəyə gedən zaman müsahibə götürənlər üçün bir-iki çətin və ya maraqlı suallar fikirləşir və bunu şirkətin maliyyə hesabatlarından götürür. Məsələn, o şirkətlərin birləşməsinin mühasibat hesabatlarında əks olunması bölməsini seçərək bunun arxasındakı məntiqi əsaslandırması haqqında sual verir. Belə taktiki gediş ona öz texniki biliklərini nümayiş etdirməyə imkan verir və seçdiyi şirkəti diqqətlə öyrəndiyini sübut edir.
-
Anket və tərcümeyi-halınıza yenidən baxmaq
Müraciət etdiyiniz vakansiya ilə əlaqədar olaraq müsahibəyə hazırlaşarkən öz anket və ya tərcümeyi-halınızı təkrar nəzərdən keçirmək əhəmiyyətlidir. Bu xüsusi ilə bir neçə vəzifə üçün müraciət etdiyiniz zaman sizin orada bir neçə variantda tərcümeyi-halınız mövcud ola bilər. Çalışmaq lazımdır ki, müsahibə götürənlərin toxuna biləcəyi bütün sahələr əhatə olunsun.
-
Ehtimal olunan suallara cavab vermə təcrübəsi
Sizin bazarı və şirkəti tanıdığınıza dair ehtimal oluna biləcək sualları qeyd edin. Daha sonra onları cavablandırmağa çalışın. Növbəti bölmədə biz müsahibədə tez-tez soruşulan suallara verilən cavabları nəzərdən keçirəcəyik.
-
Müsahibənin götürüldüyü yerin və vaxtın dəqiqləşdirilməsi
Sizin müsahibəyə hazırlığınızın ən adi, lakin vacib hissəsi müsahibənin harada və nə vaxt olacağını dəqiq bilməkdir. Siz görüşə vaxtında gəlməlisiniz. Əgər azacağınızdan ehtiyat edirsinizsə o zaman şəhərin xəritəsini götürməyi unutmayın. Bundan başqa ofisin yerləşdiyi yerə bir neçə gün əvvəl gəlmək lazımdır ki, oraya neçə dəqiqəyə çatmağınızı dəqiq biləsiniz. Ən yaxşı taktika isə müsahibədən qabaq yaxınlıqdakı kafelərin birində nə isə içmək və əllərinizi yumaq olardı.
Görkəm
Sizin geyiminiz və xarici görünüşünüz müsahibənin uğurlu keçməsində siz düşündüyünüzdən də vacib ola bilər. Tədqiqatlar göstərir ki, sizin geyiminiz və danışığınız (səsinizin xüsusiyyəti və səlis və qüsursuz olması) müsahibə götürənin sizin haqqınızda olan fikirlərinə təsir göstərə bilər. Hərçənd siz danışıq tərzinizi belə sürətli şəkildə dəyişməyə nail olmasanız belə, heç olmazsa təhqiredici və jarqon sözlərdən uzaqlaşmaq lazım gələcəkdir.
Geyim vasitəsi ilə özünüzü yaxşı yöndən göstərmək üçün aşağıdakıları etmək lazımdır:
-
rəsmi geyinmək;
-
tünd rəngləri seçmək;
-
müasir görünmək;
-
ağ corab geyinmək və qiymətli əşyalar taxmaq (əgər müsahibəyə gələn kişidirsə);
-
çox dəbdəbəli paltar geyinməmək, nəzərə çarpmayacaq dərəcədə makiyaj etmək (əgər müsahibəyə gələn qadındırsa), çantanızın geyiminizə uyğun olduğundan əmin olmaq.
Bunlardan hansısa sizin üçün az əhəmiyyətli ola bilər. Lakin bu belə deyil.
Təsəvvür edin ki, iki eyni səviyyəli namizəd müsahibəyə gəlib. Hər ikisinin tövsiyyə məktubu və bacarıqları vardır. Onların arasında bir hal istisna olmaqla heç bir fərq yoxdur. Onlardan biri ciddi kostyum geyinib, digəri isə yox. Sizcə bunlardan hansını işə götürəcəklər? Özünüzü elə göstərməyin ki, belə vəziyyətdən narahat olmadınız.
Müsahibəni adi görüş kimi təsəvvür etməyin. Bu rəsmi hadisədir. Buna görə də diqqətli olmaq lazımdır. Hətta siz müraciət etdiyiniz şirkətdə sərbəst geyim təcrübəsi mövcud olsa belə yay şalvarında və yaxası açıq köynəkdə gəlməyin. Sizi hələlik ştata qəbul etməsələrdə siz işgüzar görüşə gedənlər kimi geyinməlisiniz. Çünki sizin imiciniz sazişə təsir edəcək çox vacib elementdir. Həqiqətdə isə sizin etdiyiniz şey elə sazişin bağlanması deməkdir.
Hərçənd qadınlar iş yerində müxtəlif paltarlar geyinə bilərlər. Lakin bununla belə kostyum uğurlu müsahibədən keçmək üçün tövsiyyə olunan geyim növüdür.
İşin formal tərəfini dərk etməklə diqqət edin ki, tünd rənglər açıq rənglərə nisbətən daha peşəkar imic xarakteri daşıyır. Hətta isti yay günlərində tünd kostyun geyinmiş olsanız böyük ehtimalla xoş təəsürat yaratmış olacaqsınız. Təbiidir ki, müxtəlif ölkə və qitələrdəki mədəniyyətlərlə əlaqədar olaraq başqa variantlar da tətbiq edilə bilər. Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında işgüzar kostyum müsahibə zamanı yeganə ağıllı vasitə hesab edilir. Lakin Avropada (Britaniya adaları xaric), xüsusi ilə İtaliya və Belçikada şalvar və idman tipli jaket uyğun ola bilər. Əgər sizin hər hansı şübhəniz varsa o zaman daha rəsmi olan geyimə üstünlük verin.
Hansı geyimi seçməyinizdən asılı olmayaraq onun müasir görünüşlü olmağından əmin olun. Sizin sevimli kostyumunuzu artıq on ildir geyinir və bu nəzərə çarpırsa yenisini almağa tələsin.
Kişilər ağ corab geyinməkdən çəkinməldirlər. Boz tuflilər də bir o qədər cəlbedici görünmür. Bacardıqca qolbaq, zinyət əşyaları nümayiş etdirməməyə çalışın və üzünüzü qırxdıqdan sonra losyondan çox istifadə etməyin.
Müsahibə qadın gözəlliyinin nümayiş etdirildyi yer deyil. Öz zərifliyinizi başqa günlərə saxlayın. Tədqiqatlar göstərir ki, nəzərə çarpmayacaq şəkildə makiyaj edən qadınlar bundan istifadə etməyənlərlə müqayisədə çox müvəffəqiyyətli olurlar. Lakin siz bundan ifrat dərəcədə istifadə edəcəyiniz təqdirdə bu çox pis təəsürat yaradacaqdır.
Əlinizdəki əşyalara gəlincə onu bacardıqca minimuma endirmək lazımdır. Müsahibəyə plastik paketlərlə gəlmək qətiyyən yolverilməzdir. Əgər sizə nə isə götürmək vacibdirsə bunun çanta olmasına çalışın. Həmçinin bu işin sizin üçün nə qədər vacib olduğunu təsdiq edən sənədlər toplusunu nümayiş etdirməyə də ehtiyac yoxdur. Belə sənədlərə ehtiyac olarsa sizi onları təqdim etmək üçün ayrıca dəvət edəcəklər. Müsahibə götürənə bildirin ki, sizdə müəyyən sənədlər var, lakin onu o sənədlərə baxmağa məcbur etməyin.
-
Hər təfərrüatın nəzərə alınması
Imageworks şirkətinin imic üzrə məhşur məsləhətçisi və “Branding yourself” kitabının müəllifi Meri Spillans aşağıdakı məsləhəti verir:
Hər bir təfərrüata diqqət yetirin. Ünsiyyət qurarkən əllərimizdən (əl-qol hərəkətləri etməklə) istifadə edirik. Buna görə də əgər əllərinizə qulluq etməmisinizsə biz onu görməyəcəyik. Ayaqqabılarınızın vəziyyətinə fikir verin. Qadınlar isə corablarının keyfiyyətli olmasına diqqət yetirməlidir. Özünüzə qulluq etməyə gəlincə, təmiz olmaq heç də kifayət deyil. Əgər sizin sızanağınız varsa və o sizi narahat edirsə çalışın o sizə problem yaratmasın. Yaşı otuzu ötmüş və gözlərinin altı qara olan kişilər üçün xüsusi kremlər möcüzə törədir.
Şəxsi keyfiyyətlər (şəxsiyyət)
Müsahibəyə dəvət almısınızsa bu sizin hələ kağız üzərində vəzifəyə uyğun olan şəxs olduğunuzu göstərir. Müsahibə zamanı sizin uyğunluğunuzu müəyyən edərkən müsahibə götürənlər şəxsi keyfiyyətləriniz haqqında təsəvvürə malik olmaq istəyəcəklər.
Bir namizəd olaraq siz şəxsi keyfiyyətlərinizi gizlətməməsiniz. Siz olduğunuz kimi qalmalı, müsbət və peşəkar keyfiyyətlərinizi üzə çıxarmalısınız. Bu baxımdan siz şəxsiyyətiniz haqqında müsbət təsəvvür oyatmaq üçün bir neçə iş görməlisiniz. Bunlar aşağıdakılardır:
-
gözlə ünsiyyətin saxlanılması;
-
təbəssüm;
-
müsahibə götürənin mimika və əl-qol hərəkətlərini izləmək;
-
müsahibə götürənin öz üslubunda cavabların verilməsi;
-
möhkəm əl sıxma.
Bütün bunları təbii olaraq etsəniz, bir o qədər sakit, əmin və peşəkar təsir bağışlayacaqsınız.
-
Gözlə ünsiyyətin saxlanılması
Bəzi insanlar əsəbləşdikləri zaman gözlə ünsiyyət qurmaqları çətinləşir. Əgər siz gözlərinizi müsahibə götüərənə deyil, ayaqqabılarınıza, masaya və ya pəncərəyə zilləyəcəksinizsə təəsüf ki, müsahibə uğurla nəticələnməyəcəkdir. Zillənmiş baxışlarla müsahibə götürəni pərt etmək lazım deyil. Lakin görüş zamanı sizin baxışlarınız görüşməsə elə təsəvvür oyana bilər ki, siz ya hiyləgərsizniz, əsəbləşirsiniz və ya siz darıxırsınız.
Əgər uzunmüddət gözlə ünsiyyət qura bilmirsinizsə alternativ olaraq müsahibə götürənin dodaqlarına diqqətinizi yönəldin. Unutmayın ki, xüsusi ilə dövlət sektorunda işlə əlaqədar müraciət edirsinizsə müsahibədə bir neçə nəfər şəxs iştirak edə bilər. Hərçənd siz cavabınızı sual verən şəxsə verməli olsanız belə müzakirəyə qrupun digər üzvlərini də göz ünsiyyəti vasitəsi ilə daxil edə bilərsiniz.
Müsbət atmosfer yaratmaq üçün gülümsəmənin yerini heç nə verə bilməz. Əgər siz həyata nikbin baxırsınızsa bu çox yaxşı haldır. Söhbət zamanı yumor hissinizin oyanması sizin üçün üstünlük yarada bilər. Lakin bu söhbətin axarı ilə təbii olaraq baş verməlidir. Zarafat etmyə başlamağa ehtiyac yoxdur (müsahibə götürən sizdən bunu xahiş etməzsə).
-
Müsahibə götürənin əl-qol hərəkətlərinə və mimikasına fikir verin
Müsahibə götürənin əl-qol hərəkətləri və mimikasını müşahidə etməklə onun haqqında fikirin yaranmasına və onun sizin haqqında reaksiyasını müəyyən etmək olar. Ola bilər ki, müsahibə götürənin sizinlə göz əlaqəsinə girməsi üçün çətinlikləri olsun. Bu onun təcrübəsizliyindən irəli gələ bilər və o həyəcanlana bilər. Bu halda siz ona kömək etməli və qarşılıqlı anlaşmanın əldə edilməsinə çalışmalısınız. Göz əlaqəsinin azlığı müsahibə götürənin sizə olan marağının azalması mənasına gələ bilər. Bu halda söhbəti kəsməli və müsahibə götürənin danışmasına imkan verməli və ya ona sual verin.
-
Müsahibə götürənin öz üslubunda cavab verin
Görüş zamanı siz müsahibə götürənin üslubuna uyğun köklənə bilərsiniz. Sizin uca səsiniz və çoxlu mülahizələriniz ola bilər. Müsahibə götürən isə sakit və təmkinli ola bilər. Əgər siz bu insanın əksi olduğunuzu müəyyən etmisinizsə o zaman təbii emosiyalarınızı yumuşaltmalı və müsahibə götürənə uyğun olmalısınız. Bu sizin necə bir insan olduğunuza dair yalan demək deyildir. Sadəcə olaraq siz əhatə olduğunuz mühitə reaksiya verməklə müsahibə götürən şəxsə uyğun olduğunuzu nümayiş etdirirsiniz.
Nəhayət siz etibarlı bir şəxsiyyət olduğunuzu haqqında təsəvvür oyatmaq üçün gələrkən və gedərkən möhkəm əl sıxmağı (oynaqlara ziyan vurmadan) unutmayın. Əgər sizin ovuclarınız həyəcanlı olduğunuz zaman tərləyirsə, müsahibə götürənlə görüşməzdən əvvəl erkən gələrək əllərinizi yumalısınız.
Müsbət əhval-ruhiyyə
Tədqiqat zamanı biz sorğu aparılan şəxslərdən namizəd haqqında qərara təsir göstərən ən vacib amilləri saymağı xahiş etdik. Sorğu aparılan şəxslərin 81%-i ruh yüksəkliyinin ən vacib amil olduğu qeyd edilmişdir.
Müsbət əhval-ruhiyyə müsahibə keçən şəxs üçün arzu olunan hal hesab olunur. Bu əhval-ruhiyyəni nümayiş etdirmək üçün aşağıdakıları etmək vacibdir:
-
Bu işi həqiqətən də istədiyinizi göstərin;
-
Müsahibənin sonuna qədər bu işi istədiyiniz haqqında fikirləşməmək;
-
Yadda saxlayın ki, müsbət əhval-ruhiyyəli namizədlər daha çox iş təklifi alırlar;
-
Müsahibənin sonuna qədər müsbət əhval-ruhiyyəni qoruyub saxlamaq.
Müsahibədə nələrin baş verməsindən asılı olmayaraq sizdən yalnız müsbət enerji gəlməlidir.
-
Elə hərəkət edin ki, sanki bu işi həqiqətən də istəyirsiniz
Yadda saxlayın: müsahibə vaxtı sizin məqsədiniz işi əldə etmək deyil, sizin məqsədiniz sadəcə olaraq iş təklifi almaqdır. Sizin müsahibədə olmağınız heç də işi əldə etmək mənasına gəlmir. Lakin siz elə hərəkət etməlisiniz ki, sanki bunu doğurdanda istəyirsiniz. Hətta sizdə bu işin sizə uyğun olmadığına dair müəyyən şübhələriniz ola bilər. Lakin bunu qətiyyən biruzə vernəyin.
-
Müsahibənin sonuna qədər bu işi istədiyinizi heç düşünməyin
Müsahibəyə gələrkən ümumiyyətlə ola bilər ki, təşkilatdan heç qarşınıza çıxmasın və təşkilatın mədəniyyəti haqqında hər hansı bir təəsürat oyanmasın. Siz məlumatları müsahibə zamanı da əldə edə bilərsiniz. İşi isə siz evdə dəyərləndirə bilərsiniz.
-
Ruh yüksəkliyi və müsbət əhval-ruhiyyəsi olan namizədlər daha çox iş təklifi alırlar
Müsahibə zamanı siz ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirərək 100%-lik müsbət əhval-ruhiyyədə olmalısınız.
Bunu müsahibə götürənin nöqteyi-nəzərindən fikirləşmək lazımdır. Bu insanlar siyahıda olan yeganə namizədi seçməklə məsuliyyət daşıyırlar. Onlar qərar qəbul etdikdən sonra əmin olmaq istəyirlər ki, onların seçdikləri şəxs iş təklifini qəbul edəcəkdir. Onlar namizədin işdən imtina etməsinə görə boş vaxt itirmək və ya həmkarlarının qarşısında pis vəziyyətdə qalmaq istəməzlər.
Təsəvvür edin ki, iki namizədlə əlaqədar qərar qəbul edilimişdir. Birinci namizəd bu vəzifə üçün tam ixtisaslaşmış, müvafiq bacarıqlara və şəxsi keyfiyyətlərə sahibdir. İkinci namizəd (qız) həmçinin bacarıqlıdır, lakin bu sahə üzrə təcrübəsi yoxdur. Bir fakt olmasaydı birinci namizədin seçilməsi baş tutardı. O “niyə görə bu işi istəyirsiniz?” sualına çox tərəddüdlə cavab verərək bir neçə belə vakansiya üçün müraciət etdiyini söyləmişdir. Qız isə ruh yüksəkliyi ilə bu şöbənin işi ilə maraqlandığını söyləmiş və müsbət baxışlarını nümayiş etdirmişdir. Əlavə olaraq öz zəif tərəflərini də yaxşılaşdırmaq arzusunu da dilə gətirmişdir.
Müsahibə götürən olaraq bu vəzifəni tezliklə kiminsə tutmasını istəyirsiniz. Siz tam əminsiniz ki, ikinci namizəd bu işi yerinə yetirə bilər və ona bu vəzifə təklif ediləcəyi təqdirdə qəbul edəcəkdir. Siz düşünürsünüz ki, birinci namizəd bu vəzifədən imtina edə bilər. O zaman siz nə edəcəksiniz?
Böyük ehtimalla siz iş təklifini ikinci namizədə təklif edəcəksiniz.
-
Müsahibənin sonuna qədər müsbət əhval-ruhiyyədə qalın
Siz müsahibənin keçirildiyi məkanı tərk edənə qədər müsbət əhval-ruhiyyəni saxlamalısınız. Əgər siz müsahibə götürənlə söhbət edərək çıxışa doğru yönəldiyiniz zaman diqqətli olmaq lazımdır. “Bu gün nə edəcəksiniz?” sualına “dəhşətli komanda ilə görüşmək” üçün getdiyinizi söyləsəniz bu müsahibə götürənin əsəblərinə toxuna bilər. Çünki, bir az əvvəl həmkarlarınızla yola getdiyinizi və komandanın bir üzvü olmağınızın ən güclü keyfiyyətlərinizdən olduğunu qeyd etmişdiniz.
Pul haqqında söhbətlər
“Müqavilənin ən yaxşı şərtləri haqqında” olan 16-cı bölmədə biz ödəmə və ya güzəştlər baxımından ən yaxşı şərtlərin müqviləyə daxil edilməsindən bəhs edəcəyik.
Burada ehtiyatlı olmaq xüsusiyyətinin tətbiq etmək lazımdır. Əgər sizdən nə qədər əmək haqqı istədiyinizi birbaşa soruşurlarsa bunun cavabını əvvəlcədən fikirləşmək lazım gələcəkdir. Çalışmaq lazımdır ki, işə qarşı olan ruh yüksəkliyinizi və onun cəlbediciliyini ön plana çəkin.
Əgər əmək haqqı məsələsini təkidlə soruşurlarsa, birbaşa cavabdan qaçmaqla hal-hazırda aldığınız əmək haqqıya istinad edə bilərsiniz. Bununla belə bu işdən çox şey gözlədiyinizə dair fikirlərdən uzaq durun. Əgər müsahibə götürən əl çəkmirsə siz iş elanına və ya işəgötürmə üzrə mütəxəssisin sizə söylədiyi hansısa rəqəmləri xatırlaya bilərsiniz. Siz asan şəkildə bu haqda danışıqların uyğun olduğunu müəyyən edə bilərsiniz. Bununla belə hal-hazırki mərhələdə əmək haqqının sizin üçün əsas məsələ olmadığını dönə-dönə təkrar edin. Sizin işə başlayacağınız təqdirdə başqa növ mükafatlandırmada maraqlı olduğunuzu qeyd edin.
Səhvlər
Biz insan resursları üzrə mütəxəssislər arasında sorğu apardığımız zaman namizədlərin müsahibə zamanı ən çox buraxdıqları səhvləri müəyyən etdik. Bunlar aşağıdakılardır:
Müsahibəyə ümumi yanaşma
-
Müsahibə prosesinə yetərsiz olaraq hazırlaşmaq;
-
Müsahibəni idarə etməyə cəhd göstərmək;
-
Namizəddə sualların olmaması;
-
İşin mahiyyətini başa düşməmək;
-
İşin və işə götürənin kifayət qədər öyrənilməməsi.
Ruh yüksəkliyi və əminlik
-
Ruh yüksəkliyinin və maraqların kifayət qədər nümayiş etdirilməməsi;
-
İşi nəyin bahasına olursa-olsun əldə etmək;
-
Özündən razılıq və həddindən artıq lovğalıq;
-
Təkəbbürlü olmaq;
-
Əminlik hissinin az olması və utancaqlıq;
-
Öz nailiyyətlərini nümayiş etdirə bilməmək;
-
Həddindən artıq qərarsız və yelbeyin olmaq;
-
Tənbəllik və ya cansıxıcılıq.
Cavabların keyfiyyəti
-
Yalan və ya uydurmağa cəhdlər etmək;
-
Böyük ölçüdə boş-boş danışmaq;
-
Qısa cavablar vermək;
-
Suallara qarşı diqqətli olmamaq;
-
Verilən suallara cavabların olmaması;
-
Anlaşılmayan cavablar;
-
Namizədin öz rəyini bildirmək yerinə, işə götürənin guya eşitmək istədiyi cavabları vermək.
Öz-özünü təqdimetmə
-
İfadə edilməyən bədən dili, göz ünsiyyətinin qurulmaması;
-
Qaraqabaq olmaq;
-
Səliqəsizlik və ya uyğun olmayan xarici görünüş;
-
Uyğun olmayan danışıqlardan istifadə edilməsi (məsələn, irqçilik və qadınlara qarşı düşmənçiliyin nümayiş etdirilməsi, zəhlətökən yaltaqlıq)
-
İşə qarşı pis münasibət;
-
Stress vəziyyətində ruh düşkünlüyünə meyilli olmaq.
Əsas ədəb-ərkan qaydalarının pozulması
-
Gecikmə;
-
Mobil telefona gələn zənglərə cavab vermək;
-
Kobudluq;
-
Aqressivlik.
Digər çatışmamazlıqlar
-
Pula olan marağın həddindən artıq nümayiş etdirilməsi və ya çox erkən mərhələlərdə maaş haqqında söhbətlərin aparılmasına çalışmaq;
-
Fikirlərin iş üzərində deyil, perspektiv karyera inkişafı üzərində cəmləşdirilməsi;
-
Hal-hazırki işdən və ya işə götürəndən uzaqlaşmaq arzusu;
-
İş saatlarının həcmi, bayramlar və ya şəxsi tələbatlarla əlaqədar sualların verilməsi.
Araşdırma zamanı əldə edilən bu cavablar namizədlərin toxunmamalı olduğu incə məqamlara aiddir. Məsələn, müsahibə götürənlər sizdən kömək gözləyirlər. Daha doğrusu onlar sizin tərəfdən idarə olunmaqlarını deyil, fəal olmağınızı istəyirlər. Onlar həmçinin lovğalığı sevmədikləri kimi, sizin özünüzdən əmin olmamağınız da onlarda xoş təəssürat yaratmayacaqdır. Onlar nailiyyətlərinizi nümayiş etdirmənizi istəyir, lakin lovğalığı da artıq hesab edirlər.
Sizin istifadə edəcəyiniz ən yaxşı şey sağlam düşüncəyə sahib olmaq, ifrata qapılmamaq və müsahibə götürən tərəfindən edilən bütün siqnallara reaksiya verməkdir.
Adi kobudluq
Kobudluğa gəlincə siz düşünməyin ki, yalnız müsahibə götürənə qarşı xoş münsasibət göstərməli və müsahibəyə qədər və sonra insanlarda buraxdığınız təəssüratları unutmalısınız. Siz katibə və ya köməkçi ilə danışarkən kobud və təkəbbürlü olsanız işi itirə bilərsiniz. Təsəvvür edin ki, siz namizədi qapıya qədər ötürən müsahibə götürən şəxssiniz. Siz dəvət edilən şəxsin əlini sıxaraq gülümsəyir və uzaqlaşırsınız. Namizəd özünü hər tərəfli yaxşı tərəfdən göstərmiş və hələlik sizin seçim üstünlüyü verdiyiniz şəxsdir. Bundan sonra katibə sizə deyir: “Mən ümid edirəm siz ona iş təklif etməyəcəksiniz”.
Siz şokdasınız. “Niyə görəsən?”. Katibə bir az əvvəl gələn namizədin kobud olduğunu, avtomobilini saxlamaq üçün boş yerin olmadığı və qəbul otağında 20 dəqiqiə gözlədiyi üçün özündən çıxdığını bildirir. Müsahibə götürən olaraq sizin müsbət təəsüratlarınız yoxa çıxacaq və siz o adamın burada adi tamaşa oynadığını düşünəcəksiniz.
İşə götürmə üzrə mütəxəssislərin ən əsas məsləhətləri
Araşdırma apararkən biz insan resursları üzrə mütəxəssislərdən müsahibəyə hazırlaşan namizədlərə vacib məsləhətlərini vermələrini xahiş etdik. Onların məsləhətləri bu bölmədə olanların təkrarı olsa da çox gözəl ümumiləşdirmədir.
Onların əsas məsləhətləri aşağıdakılardır:
-
Yaxşı hazırlıqlı olmaq üçün şirkəti təfsilatı ilə öyrənin.
-
Müsahibədən əvvəl təcrübə keçin və rol oynamağa çalışın.
-
Gülümsəməyə çalışmalı və sakit olmalısınız.
-
Səmimi olmalı və yalandan uzaq durmalısınız.
-
Ehtiyatınızda əvvəlcədən hazırlanmış verə biləcəyiniz müvafiq suallarınız olsun.
-
İşin mahiyyətini başa düşün.
-
İş üçün niyə görə müraciət etdiyinizi açıq şəkildə izah edin.
-
Bu təşkilata nə verə biləcəyinizi bilin.
-
Özünüz haqda danışmağa qorxmayın və özünüzü “satmağı” bacarın.
-
Ruh yüksəkliyi nümayiş etdirin.
-
Biznesdə maraqlı olduğunuzu nümayiş etdirin.
-
Müsbət əhval-ruhiyyədə olun.
-
Dostcasına münasibət göstərin.
-
Öz bacarıqlarınızdan əmin olun.
-
Nailiyyətlərinizdən danışmağa hazır olun.
-
Qəşəng geyinərək müvafiq tərzdə görünməyə çalışın.
-
Verilən hər sualı diqqətlə dinləyin.
-
Cavab verərkən cavabla əlaqədar olan informasiyanı geniş olaraq verməyə çalışın.
-
Dürüst olun.
Yuxarıda qeyd olunanlar heç də fövqəltəbii hallar deyil. Lakin qəribəsi budur ki, insanlar əsas səhvləri mütəmadi olaraq buraxırlar. Əgər siz bu məsləhətlərdən müsahibə zamanı müvəffəqiyyətlə istifadə edə bilsəniz özünüzü yaxşı tərəfdən göstərməklə bir çox namizədləri üstələyə bilərsiniz.
Əgər hər şeyi etdiyiniz düşünürsünüzsə o zaman sizə nəticənin elan edilməsini gözləmək qalır.
Bütün bunlara baxmayaraq bəzi namizədlər təəssürat altında qalaraq məktub vasitəsi ilə son ştrixləri əlavə etmək istəyirlər. Belə ki, onlar müsahibədən sonra məktub göndərərək o vəzifədə maraqlı olduqlarını qeyd edirlər. Lakin buna boş yerə vaxt sərf etdiklərini ağıllarına belə gətirmirlər. Sorğu apardığımız mütəxəssislərin böyük bir hissəsi bu cür məktubun göndərilməsinin heç bir mənası olmadığını bildirmişlər.
Nəticələr
-
Müsahibənin aparıldığı yerin və vaxtını dəqiqləşdirin.
-
Əvvəlcədən öz anketinizi nəzərdən keçirin.
-
Müsahibə zamanı verilə biləcək mümkün suallara hazırlaşın.
-
İlk təəssüratın əhəmiyyətini unutmayın! Gülümsəyin və möhkəm əl sıxın.
-
Müsahibə götürənlə qarşılıqlı əlaqə qurmağa görə məsuliyyət daşıyın.
-
İlkin söhbət üçün hər hansı bir mövzu seçin.
-
Müsahibə zamanı özünüzü “satmağa” hazırlaşın və fikir bildirməyə çalışın.
-
Müsahibədən müvəffəqiyyətlə keçmək üçün hazırlıq böyük əhəmiyyət kəsb edir.
-
Siz təşkilatın mal və xidmətləri haqqında bilik nümayiş etdirməlisiniz.
-
Bazarın vəziyyəti və rəqiblər haqqında biliklərinizi nümayiş etdirin.
-
Funksional vəzifənizin dəyərini nümayiş etdirin.
-
Biznesi və təşkilatın perspektivlərini geniş gördüyünüzü göstərin.
-
Sizin təşkilat haqqında biliklərinizə əsasən müsahibə götürən üçün suallar hazırlayın.
-
Özünüzü təqdim etməyiniz, nə söyləməyinizdən daha əhəmiyyətli ola bilər.
-
Siz səliqəli geyinməli, tünd rənglər seçməli, müasir görünməli və zövqsüz olmaqdan qaçmalısınız.
-
Çantanızın (portfelinizin) uyğun göründüyündən əmin olun.
-
Gözlə ünsiyyət qurun, gülümsəyin, müsahibə götürənin bədən hərəkətlərini müşahidə edin və onun üslubunda cavab verin.
-
Müsbət əhval-ruhiyyə və ruh yüksəkliyi həddindən artıq vacibdir.
-
Əldə etmək istədiyiniz əmək haqqı haqqında söhbətlərdən uzaq durun.
Dostları ilə paylaş: |