Bu kitab kimin üçün nəzərdə tutulub


Sizin güclü tərəfləriniz nələrdir?



Yüklə 1,1 Mb.
səhifə13/16
tarix19.03.2017
ölçüsü1,1 Mb.
#11995
1   ...   8   9   10   11   12   13   14   15   16

Sizin güclü tərəfləriniz nələrdir?
Müsahibə götürənin məqsədi
Burada əsas məqsəd güclü tərəflərinizin bu vəzifəyə uyğun olduğunu müəyyən etməkdir.

Necə cavab verməli
Bu suala əvvəl qeyd etdiyimiz “Niyə görə hesab edirsiniz ki, bu vəzifəyə uyğunsunuz?” sualına verilmiş anoloji cavabların təkrarı kimi vermək lazımdır. Hər şeydən əvvəl müraciət etdiyiniz vəzifənizə uyğun olan güclü tərəfləriniz seçin. Daha sonra keçmiş işəgötürəninizə faydalı olmuş güclü tərəflərinizdən bir neçə nümunə göstərin və ya biznesin və ya attestasiyanın müsbət nəticələrinə dair obyektiv sübutlar göstərin.
Sizin zəif tərəfləriniz nələrdir?
Müsahibə götürənin məqsədi
Müsahibə götürənlər bu cür sualları veməyi çox sevirlər. Çünki, bu cür suallar namizədi mövzudan uzaqlaşmağa məcbur edir. Əslində isə müsahibə götürən gözləyir ki, siz öz çatışmayan cəhətlərinizi açıqlayaraq işə yarasız olan namizəd olduğunuzu biruzə verəsiniz. Bundan başqa bu cür suallar insanı mənfini müsbətə çevirmək bacarıqlarını müəyyən edir.
Necə cavab verməli
Bu cür suallara siyasətçi kimi cavab vermək lazımdır. Siz mənfi aspektlərə toxunmaq istəmirsiniz. Lakin onlar hər nə qədər əhəmiyyətsiz də olsa birinə toxunmaq lazım gələcəkdir. Bu üsullardan biri də odur ki, seçilmiş zəif tərəfinizin həqiqətdə heç də zəif olmamasıdır. Məsələn, siz deyə bilərsiniz ki, işə o qədər aludə olursunuz ki, ailəniz sizin diqqətinizdən kənarda qalır. Lakin şirkət bundan udmuş olur.

Bir başqa üsul isə müəyyən sahədəki biliklərinizin təkmilləşdirilməsi ilə əlaqədar etiraflarınız ola bilər. Məsələn informasiya texnologiyaları sahəsində biliklərin təkmilləşdirilməsi ilə əlaqədar problemlər olmuş və siz bunu uzaq keçmişdə müvəffəqiyyətlə həll etmisiniz. Beləcə siz daim öz üzərinizdə işlədiyinizi və inkişaf etdiyinizi göstərmiş olur və öz potensialınızı bildiyinizi nümayiş etdirmiş olursunuz. Siz zəif tərəflərinizin keçmişdə olduğunu, onları müəyyən edərək ləğv etdiyinizi və ya müsbət cəhətə çeviridiyinizi bildirə bilərsiniz.


Keçmişdə olmuş zəif cəhətlər bunlar ola bilər:


  • İctimaiyyət qarşısında çıxış edərkən əsəb gərginliyi keçirmək (hal-hazırda təlim və təcrübə nəticəsində ləğv edilmişdir);

  • İnformasiya texnologiyaları sahəsində çatışmayan biliklər (təlim və təkmilləşdirmənin nəticəsi olaraq bu sizin hal-hazırda güclü tərəflərinizdəndir);

  • Vaxtdan səmərəsiz istifadə etmək (bu bir az köhnəlmiş bir cəhət ola bilər, lakin qəbul ediləndir. Ola bilər ki, artıq siz vaxtınızı daha effektiv idarə etməyi öyrənmisiniz);

  • “iştirak effekti” (vaxtın böyük bir hissəsini ofisdə keçirmə. Bəlkə bundan sonra öz iş vaxtınızı daha düzgün tənzimləyəcəksiniz);

Seçilmiş bir başqa zəif tərəflərdən biri də işə aid olmayan cəhətlərdən biri ola bilər. Məsələn, siz işçilərin idarə edilməsinə aidiyyatı olmayan vəzifəyə görə müraciət edirsiniz ki, bu da sizə problem yaratmayacaqdır. Çünki, sizin zəif tərəflərinizdən biri odur ki, siz başqa insanların idarə etməyi xoşlamırsınız.



Bununla belə medalın bir başqa üzü də vardır. Siz müraciət etdiyiniz işin xüsusiyyətində vacib olan bir zəif cəhətinizi qətiyyən nümunə gətirməməlisiniz. Bunu edəcəyiniz təqdirdə sizin iş tələbiniz rədd ediləcəkdir.
Sizin ən böyük səhviniz nə olmuşdur?
Müsahibə götürənin məqsədi
Bu sualın verilməsində əsas məqsəd sizin uğursuzluğun öhdəsindən necə gəlməyinizi müəyyən etməkdir. Səhv edən bir çox insan heç də hər zaman bundan nəticə çıxarmır. Hər kəs uğursuzluğunun öhədəsindən gəlməyi bacarmalıdır. Sizin xarakteriniz normaya düşmək üçün nə dərəcədə güclüdür?
Necə cavab verməli
Siz səhvlərinizin üzərində işləyən insan olduğunuzu göstərməli və müsbət nəticələnmiş bir nümunə seçməlisiniz.
Cavab nümunəsi
Üç il bundan əvvəl mən bir maldan müəyyən miqdarda satın alınması məqsədi ilə tələsik qərar vermişəm. Bu addımı atmazdan əvvəl mən bölgələrdəki nümayəndəliklərlə söhbət etdim. Lakin belə çıxdı ki, mən bu malın endirim şərtlərinin təsiri altında qalmışam. Bu mal əvvələr tezsatılan olduğu üçün bu qərarın doğru olduğunu zənn etdim. Təəssüf ki, mal göndərən şirkətin maliyyə çətinliyinin olması mənim üçün gözlənilməz oldu və bu barədə mənim nümayəndələrim mənə heç bir məlumat göndərmədilər. Biz sifarişlərimizi alsaq da mal bazarda yaxşı satılmadı. Çünki, istehlakçılar malın zəmanəti ilə bağlı problemlərin ola biləcəyini bilirdilər. Bu isə o demək idi ki, biz marketinq sahəsinə və xüsusi endirim təkliflərinə yaradıcı yanaşmalıyıq. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Biz xərclərimizi ödəməklə hətta bir az gəlir də əldə etdik. Bundan sonra mən heç bir səhvlərə yol vermədim. Bu təcrübə mənə çox şey öyrətdi. Bundan başqa ticarətlə əlaqədar bir qərar verərkən səlahiyyətli şəxslərlə məsləhətləşmək və ətraflı məlumatın əldə edilməsinin də vacib məsələ olduğu qənaətinə gəldim.
Siz çətin idarəetmə vəziyyətinin öhdəsindən necə gəldiniz?
Müsahibə götürənin məqsədi
Burada əsas məqsəd sizin idarəetmə üslubunuzdan məlumat əldə etməkdir. Siz konfliktli və ya diplomatik bir şəxssiniz? Siz işə metodiki yanaşan yoxsa böyük məmnuniyyətlə sürətli qərar qəbul edənsiniz? İstər bu və ya digər üsullar şəraitə uyğun olaraq müxtəlif təşkilatlarda və ya vəzifələrdə uyğun ola bilər.
Necə cavab verməli
Bu vakansiya üçün aktual olan bir nümunə seçin. Cavabı elə tərtib edin ki, vəziyyəti qısa da olsa izah edə biləsiniz. Bu məsələnin niyə görə çətin olduğunu, onun öhdəsindən necə gəldiyinizi və nəticəsinin nə olduğunu qısa olaraq izah etməyə çalışın. Siz işəgötürənin hansı üslub axtardığını bilməsəniz də hər zaman həqiqəti söyləyin.
Çətin isanların” öhdəsindən necə gəlirsiniz?
Müsahibə götürənin məqsədi
Burada əsas məqsəd istər həmkarlatınız, istərsə də mütəriləriniz olan “çətin insanlara” necə təsir etdiyinizi müəyyən etməkdir.
Necə cavab verməli
Siz müsahibə götürəndən hansı insanlardan, məsələn, müştərilər, həmkarlar və ya gündəlik həyatınızdakı insanlar bəhs etdiyini dəqiqləşdirə bilərsiniz. Çalışın ki, “çətin insanları” özünüzə necə uyğunlaşdırdığnızı nümayiş etdirən nümunələr verə biləsiniz. Nəticə həmişə olduğu kimi müsbət olmalıdır. Siz başqalarının ümidlərini necə doğrultduğunu da söyləyə bilərsiniz. Məsələn, sizin həddindən artıq tələbləri olan çətin müştəriniz olubsa siz onun öhdəsindən necə gəldiyinizi söyləyə bilərsiniz. Bu nümunədə sizdən nə tələb olunduğunu , necə planlaşdırdığınızı və necə razılaşdığınızı da dəqiq qeyd etməlisiniz.

Cavab nümunəsi
Mən indiki vəzifəmə təyin olunduğum zaman, yerinə gəldiyim şəxs müəssisə rəhbərliyindən narazı qalan bir əməkdaşın olduğu barədə xəbərdarlıq etdi. Mən hər hansı bir qarşıdurma yaranmadan bu şəxslə onun məqsəd və hədəflərini rəsmi olaraq müzakirə etməyi qərara aldım. Mən o əməkdaşın razılığı olmadan funksional vəzifələrinə dəyişikliklər edilməsindən dolayı narazı olduğunu müəyyən etdim. Bu isə onu bacarıqlarının effektiv olaraq tətbiq edilməsi imkanlarından məhrum etmişdir. Mən şöbənin işini yenidən quraraq onun üzərinə yeni öhdəlilikərin qoyulmasını və özünü yaxşı yöndən göstərmək üçün bəzi analitik məsələlərin həll edilməsi hüququnu verdim. O mənim ona olan inamıma xeyirxahlıqla cavab verdi. Bu yaxınlarda isə o ilin Əməkdaşı seçildi.
Sizə təkan verən nədir?
Müsahibə götürənin məqsədi
Burada əsas məqsəd sizin fəaliyyətinizi özünüzün motivə etdiyinizi yoxsa bunun üçün rəhbərliyinizin səylərinin lazım olduğunu müəyyən etməkdir.
Necə cavab verməli
Bu mərhələdə sizin bu üstünlüyünüzü təsdiq edən bütün informasiyalardan istifadə etməlisiniz. Təbii ki, bu təşkilatın məqsəd və üslubunu tamamalayan motivasiya amilləri olmalıdır.

Əgər siz bu şirkətin fəaliyyət göstərdiyi bazarda ikinci mövqedə olduğunu bilirsinizsə o zaman sizi işə götürmək istəyən şirkətə rəqiblərini ötməyə və lider olmaqda kömək etmək arzusunda olduğunuzu qeyd etməlisiniz. Əgər şirkət üçün satış həcmi deyil, xidmətin keyfiyyəti ön plandadırsa sizi stimullaşdıran amilin işi ən yaxşı şəkildə görmək olduğunu qeyd edin.

Siz hətta işi yaxşı gördüyünüzə müdiriniz tərəfindən edilən təşəkkürdən də motivasiya olduğunuzu söyləyə bilərsiniz. Baxmayaraq ki, buna görə siz cümə günü gec saatlara qədər işləməli olmusunuz.
Siz əməyə olan münasibətinizi necə təsvir edərdiniz?
Müsahibə götürənin məqsədi
Burada məqsəd sizin əmək fəlsəfəsi haqqında olan düşüncələrinizin şirkətin mədəniyyəti ilə üst-üstə düşdüyü haqqında məlumat almaqdır. Bu cavabınızın kəskin olmasını tələb edir. Əgər bunun haqqında hələ düşünməmisinizsə müsahibə götürən tərəfindən təzyiqin artacağını hiss edəcəksiniz.
Necə cavab verməli
Burada müsahibə götürənin nəyi qəsd etdiyini dəqiqləşdirmək lazımdır. Yəni, sizin işə olan münasibətiniz yoxsa ki, işdə riayət etdiyiniz əxlaq normalarımı nəzərdə tutulur. Yəqin ki, siz xasiyyətinizin müsbət aspektlərində durmalı olacaqsınız. Məsələn, sizin əməyə olan münasibətiniz elə ola bilər ki, bu həyatınızın əsas və stimullaşdırıcı hissəsi ola bilər. Bu sizə digər məqsədyönlü insanlarla əməkdaşlıq etməyə və özünüzü inkişaf etdirməyə imkanlar yaradır.

Əgər siz əxlaqi tərəflərinizi qeyd etmək istəyirsinizsə, əməkdaşlarınıza qarşı dürüst və səmimiliyin vacib olduğunu bildirməlisiniz. Sizin həyat təcrübənizdə sınaqdan keçirdiyiniz bu keyfiyyətlərinizə aid bir neçə nümunəni hazır tutun. Ola bilər siz kimisə müdafiə etmiş və bu davranışınızın sizin rəhbərliyin xoşuna gəlməməsinə baxmayaraq bunun ən doğru qərar olduğunu hiss etmisiniz.


Həmkarlarınız sizi necə təsvir edərdilər?
Müsahibə götürənin məqsədi
Burada məqsəd sizin komandaya nə dərəcədə uyğun olduğunuzu və başqa insanlarla necə işlədiyinizi müəyyən etməkdir. Siz kimsiniz: lider, sülhsevər, provokator, sakit və ya davakar insan?
Necə cavab verməli
Müsahibəyə gəlməzdən əvvəl şirkətin bu vakansiyaya nə cür insan axtardığını kemüəyyən etməyə çalışın. Beləcə müsahibə zamanı siz müvafiq şəxsi xüsusiyyətlərinizi qeyd edə biləcəksiniz. Bu təşkilat haqqında nə bildiyinizi düşünün və şirkətin mədəniyyətinə və vəzifənin tələblərinə cavab verən xüsusiyyətlərinizi qabartmağa çalışın.

Bundan başqa bir çox müasir vəzifələr komanda işini və informasiya mübadiləsi tələb edir. Açıq tipli ofislərdə sizin bacarıqlarınız başqa insanlara da öz təsirini göstərəcəkdir. Buna görə də cavabınız başqa insanlarla yola getdiyinizi göstərməlidir.


Müdiriniz sizi necə təsvir edərdi?
Müsahibə götürənin məqsədi
Burada məqsəd özünüzü obyektiv olaraq qiymətləndirə bildiyinizi müəyyən etməkdir. Belə sual sizin müsbət keyfiyyətlərinizi dəstəkləmək üçün üçüncü şəxslərə istinad etməyə imkan verəcəkdir.
Necə cavab verməli
Bu sual həmkarlarınızın sizi necə təsvir etmək sualından daha sadə olmalıdır. Çünki, burada siz sonuncu attestasiyaya istinad edə bilərsiniz. Məntiqi yanaşın və müsbət faktların üzərində durmağa çalışın.
Cavab nümunəsi
Müdirimdən aldığım ən son rəy altı ay əvvəl keçirilmiş attestasiya zamanı olmuşdur. Bu rəyə şirkətdə yeni tədris siyasətinin tətbiq edilməsini həyata keçirməyim daha çox təsir etmişdir. Mənim qiymətləndirmə vərəqimdə müdirim digər şöbələrlə olan razılaşdırma prosesini müsbət qiymətləndirmişdir. Ona həmçinin üç şirkətin iştirakı ilə keçirilən tenderdə aparılan qiymət sövdələşməsi xoş təsir bağışlamışdır. O mənə bu cür yanaşmanın səliqəli olduğuma və çətin məsələlərin öhdəsindən gəldiyimə dəlalət etdiyini söylədi.

Biz onunla belə bir nəticəyə gəldik ki, mənim təkmilləşdirə biləcəyim bir sahə də vardır ki, bu da daxili hesabatlardan istifadə etməkdir. O mənə bir az dəqiq olmağımı təklif edərək təhlilləri daha ətraflı aparmağı tapşırdı. Mən bunu tətbiq etdikdən bir müddət sonra o məni təqdim edilən informasiya üslubuna görə təriflədi.


Özünüz haqda danışın
Müsahibə götürənin məqsədi
Əgər bu sual sizə müsahibənin əvvəlində verilirsə bu müsahibə götürənin hazır olmadığı və ya sizi xatırlamadığı mənasına gələ bilər. Əlbəttə ki, sual xüsusi olaraq sizin diqqətinizi topladığınızı öyrənmək və ya boşboğaz olduğunuzu müəyyən etmək üçün də verilə bilər.

Əgər sual söhbətin sonunda verilirsə bu müsahibə götürənin sizin haqqınızda çox şey öyrənmək istədiyi mənasına gələcəkdir.


Necə cavab verməli
Əgər sual sizə söhbətin əvvəlində verilirsə bu sizə mövzu seçimində tam sərbəstlik verilməsi mənasına gəlir. Açıq danışmağa dəvət edilməyin təhlükəli tərəfi isə odur ki, siz bunu çox uzadaraq müsahibə götürəni darıxdırmağa başlayacaqsınız. Boş danışıqdan uzaq durmaq lazımdır! Bu baxımdan müsahibə götürənin nə istədiyini dəqiqləşdirmək məntiqli olardı: “Siz istəyirsiniz ki, mən sizə əsas olaraq ixtisas təhsilim və karyera tariximi danışım?”

Qısa cavab verməyə cəhd göstərin. Yaxşı olardı ki, cavab verməyə indiki işinizə nə aid olduğundan başlayasınız. Daha sonra karyeranızın qısa tarixçəsini (indiki işinizə necə gəlib çıxdığınızı izah etməklə) təqdim edin və son olaraq bu vakant vəzifədə sizi nə cəlb etdiyini söyləyin. Cavab zamanı sizi bu vəzifəyə uyğun edən təcrübə və keyfiyyətlərinizin üzərində durun.

Əgər müsahibə götürən söhbətin sonunda öz haqqınızda danışmağı xahiş edirsə bu imkandan istifadə edərək hər tərəfli inkişaf etmiş insan portreti çizməyə çalışın. Özünüzü işdən sonra necə səciyyələndirərdiniz? Siz öz ailənizə və maraqlarınıza (mübahisəli olmayan) istinad edə bilərsiniz. Bütün bunlar müsahibə götürəndə dəqiq təsəvvür oyatmalıdır.
Sizi güldürən nədir?
Müsahibə götürənin məqsədi
Əsas məqsəd sizin diqqətinizi nə cəlb etməsi haqqında daha çox məlumat əldə etməkdir.
Necə cavab verməli
Burada başqa insanların üzərində olan zarafatlara istinad etmək lazım deyil. Siz hansısa lətifəni danışa bilər və ya hər hansı bir komediya filmini xatırlaya bilərsiniz. Çox az ehtimal ola bilər ki, cavabınız (əlbəttə ki, hansısa şit bir yumoristi nümunə göstərmiş olmasanız) bu vəzifəni əldə edib-etməyəcəyinizə təsir göstərəcəkdir. Buna görə də çalışın hər şeydə özünüz olasınız.
Öz “ideal” işinizi təsvir edin
Müsahibə götürənin məqsədi
Burada əsas məqsəd sizin cəhdlərinizin təklif olunan işin mahiyyəti ilə nə dərəcədə uyğun olduğunu müəyyən etməkdir.
Necə cavab verməli
Çalışın bu vakant vəzifədən nə isə daha mükəmməl bir şeyi anlatmadığınızdan əmin olun. Şirkətin mədəniyyətinə aid nə bilirsinizsə cavabınıza əlavə edin. Daha sonra bu “ideal” işin yalnız sizə deyil, şirkətə də xeyir verəcəyini də cavabınızda qeyd etməyi unutmayın. Məsələn, “ideal” işin şirkətə verəcəyi xeyirin üzərinizə müəyyən öhdəliklərin götürülməsini və ya bunun komanda idarəetməsi vasitəsi ilə baş tuta biləcəyini qeyd etmək olar.
Siz 5-10 il sonra harada olacaqsınız?
Müsahibə götürənin məqsədi
Burada müsahibə götürən sizin ambisiyalarınızın səviyyəsini, perspektiviniz haqqında düşünmə bacarıqlarınızı, dəqiq düşünülmüş karyera planınızın olduğunu və müraciət etdiyiniz vakansiya ilə məntiqi olaraq uyğun gəldiyini müəyyən etmək istəyir.

Siz cavabınızı elə qurmalısınız ki, işlə əlaqədar müraciətiniz sizin gələcək karyera planınızla məntiqli olsun. Daha sonra bu işi həqiqətən də əldə etmək istəyirsinizsə sizin cavabınız müsahibə götürənin axtardığı insan tipindən asılı olacaqdır. Məsələn, bu şəxsin iki ildən sonra daha da böyük vəzifələrə getmək üçün ambisiyalara sahib olması və ya bu vəzifədə uzunmüddət qalacaq bir insanın axtarılması ola bilər.

Əgər minimum karyera ambisiyaları olan insan tələb olunursa o zaman siz beş il ərzində iki vəzifə yüksəlişi və müəyyən bölmədə rəhbər vəzifə tutmaq istədiyinizi söyləmiş olsanız özünüzə zərər vermiş olacaqsınız. Bu halda belə söyləsəniz daha yaxşı olardı: “Son beş ildə mənim vəzifəmi bir neçə dəfə yüksəldiblər. Buna görə də bir az irəli gedərək onu deməliyəm ki, indi mən bir az sabitlik istədiyimi hiss edirəm.” Əlbəttə ki, əgər siz ambisiyalı insansınızsa o zaman dürüst olmalısınız. Çünki, bu vəzifəni əldə etdikdən sonra pərt ola bilərsiniz. Sizin gələcəkdə vəzifədə yüksəlmə motivasiyanız olmayacaq və öz bacarıqlarınızı inkişaf etdirə bilməyəcəksiniz.

Alternativ variant olaraq “siyasi” üslublu cavabın verilməsi olacaqdır:


“Doğrusunu desəm mən beş ildən sonra harada olacağımı bilmirəm. Sirr deyil ki, bu indiki iş daxil olmaqla bir neçə amildən asılıdır. Mən elə bir insanam ki, qarşımda orta müddətli məqsədlər qoyuram. Əvvələr mən özümə məqsəd qoydmuşdum ki, beş ildən sonra maliyyə direktoru olacam. Mən buna nail olaraq bir il də qənaət etmiş oldum. Mən belə hesab edirəm ki, məsələlərin belə qoyuluşu mənə potensial olaraq daha çox nailiyyət etməyə imkan verir.”
Öz şəxsi proqramınızı yerinə yetirin

Bəs əgər siz müzakirə mövzusuna öz güclü tərəflərinizi daxil edə bilməmisinizsə o zaman nə etməli? Məsələn, müsahibə götürən sorğu-sualı sona çatdırmış və son olaraq sizdən soruşur: “Sizin mənə sualınız var?”. Siz cavab verirsiniz: “Təşəkkür edirəm, sualım yoxdur.” Siz müsahibə götürənin əlini sıxaraq görüş yerindən uzaqlaşırsınız. Lakin görüşün belə başa çatması heç də xoş təəssürat yaratmır. Bu hətta görüş vaxtı sizin haqqınızda yaranmış xoş təəssüratları korlaya bilər. Sizin hazır suallarınız olmalıdır. Suallarınızı verməzdən əvvəl toxunulmayan güclü tərəflərinizi göstərmə imkanından istifadə edin.



Təsəvvür edin ki, siz informasiya texnologiyaları sahəsində iş üzrə müraciət edirsiniz. Siz belə hesab edirsiniz ki, təcrübəniz üçün aktual olan dörd sahə mövcuddur. Siz bunlardan üçünə toxunmuş biri isə müəyyən səbəblərdən kənarda qalmışdır.

İlk sualınızı verməzdən əvvəl sizin işədüzəlməyiniz üçün aktual hesab etdiyiniz bir amilə toxunmaq istədiyinizi söyləyin. Daha sonra hal-hazırda biznes üçün informasiya texnologiyaları sahəsindəki təcrübənizi qısa olaraq təsvir edin. Siz bu mövzunu ilk sualın əsası olaraq istifadə edə bilərsiniz. Məsələn, siz müxtəlif yerlərdə işləyən şirkət əməkdaşlarının informasiya mübadiləsini necə həyata keçirdiklərini soruşa bilərsiniz.
Müsahibə götürənə veriləcək sualları hazırlanması
Əvvəl qeyd etdiyimiz kimi müsahibə götürənlər namizədlərdən suallar gözləyirlər. Sualların azlığı təşkilata və işə olan marağın az olmağından irəli gəldiyinə bir işarədir.
Suallarınızı hazırlayarkən aşağıdakıları qeyd etməyi unutmayın:


  • Sizin vəzifəyə qarşı olan ruh yüksəkliyinizi;

  • Zəif tərəflərinizdənsə öz gücü tərəflərinizi reklam etməyi;

  • Öz bilik və təcrübənizi göstərmək;

  • Şirkəti və vəzifəni öyrəndiyinizi nümayiş etdirin.

Təbii ki, siz sualları bacarıqla tərtib etməlisiniz. Məsələn, siz sual verməklə öz biliklərinizi qeyd edə bilərsiniz. Sullarınızı diqqətlə seçin. Müsahibənin bu yekun mərhələsi, sizin təşkilatın və vəzifənin tələblərinə necə cavab verdiyinizi göstərəcəkdir.



Müsahibə götürənə verilə biləcək yaxşı suallar
Tədqiqatımız zamanı biz işəgötürmə mütəxəssislərindən namizədlərdən hansı sualları gözlədiklərini soruşduq və bu sualları bir neçə mövzuda birləşdirdik. Ümid edirik bunlar arasında sizin düşüncələrinizə təkan verəcək suallar da mövcud olacaqdır.
Müəyyən vəzifə


  • Bu vəzifənin müəyyən aspektləri ilə əlaqədar (yeni adaptasiya sistemləri, əməkdaşlar üçün təlim və s.) mənim konkret öhdəliklərim nə olacaqdır?

  • Mənim vəzifəm şirkətin strategiyasının həyata keçirilməsində hansı töhvələrini verir?

  • Hesabatlılıq sistemi necə işləyir?

  • Bu vəzifə niyə vakant olmuşdur?

  • Bu vəzifə üçün hansı keyfiyyətləri daha vacib hesab edirsiniz?

  • Sizin fikrinizcə vəzifəyə aid olan ən böyük problem nədir?

  • Gələcəkdə bu vəzifəyə və ya şöbəyə aid olan hər hansı spesifik dəyişikliklər gözlənilirmi?

  • Şöbənin qarşılaşdığı əsas problemlər (idarəetmədə, kadr axınında) nə olmuşdur?


Həmkarlar


  • Mən daimi və növbəli əsaslarla kiminlə işləyəcəm?

  • Hal-hazırda komandada əsas fiqurlar kimlərdir?

  • Şöbədə əməkdaşların orta xidmət müddəti nə qədərdir?

  • Mənim bir neçə potensial həmkarlarımla görüşmək imkanım varmı?


İşin qiymətləndirilməsi


  • Məni müvəffəəqiyyətli hesab etməyiniz üçün üç, altı və ya on iki aydan sonra nəyə nail olmalıyam?

  • Mənim işim necə qiymətləndiriləcəkdir?

  • Fəaliyyət nəticələrinin qiymətləndirilməsi prosesi nəyi ifadə edir?


Təhsil və inkişaf


  • Bu vəzifəni tutan sonuncu şəxslə əlaqədar nə olmuşdur?

  • Siz hesab edirsiniz ki, bu vəzifədə müəyyən müddətdə kimsə qalacaqdırmı?

  • Bu vakansiya dolduqdan sonra karyera yüksəlişi gözlənilirmi?

  • Təlim kursları necə seçilir?

  • Təhsilə olan fərdi tələb necə qiymətləndirilir?

  • Hansı adaptasiya üsulları mövcuddur?

  • Bu istiqamətin inkişaf etdirilmə imkanları mövcuddurmu?


Şirkət haqqında

  • Zəhmət olmazsa şirkətin bu sahədə olan məqsədləri (ətraf mühitin qorunması, qlobal inkişaf, elektron ticarət vəs.) haqqında danışın?

  • Mətbuatda bu sahədə olan problemlər haqqında mübahisələr olmuşdur. Ümumi bəyanatlardan başqa hansı strateji perspektivlər nəzərdən keçirilib?

  • Təşkilat özünü beş ildən sonra harada görür?

  • Yaxın günlərdə şöbənin nə cür inkişafı gözlənilir?

  • Şirkətin öz əməkdaşlarının korporativ mədəniyyətini dəstəkləyən hər hansı bir nümunə göstərə bilərsinizmi?

  • Bu şöbədə iş üslubunu necə təsvir edərdiniz?

  • Təşkilat cəmiyyətə hansı töhvələrini verir?



Menecerin və ya mütəxəssisin karyera tarixi


  • Bu təşkilatda çoxdan işləyirsiniz?

  • Orada niyə qalmaq istəyirsiniz?

  • Təşkilat sizin ümidlərinizi nə dərəcədə doğruldur?

Yaxşı olardı ki, bu cür 2-3 sual verəsiniz. Lakin çalışın müsahibə götürən çox danışmasın. Sizin məqsədiniz öz bilik və ruh yüksəkliyinizi qeyd etməkdir, başqasının vaxtını almaq yox.



Nəticə


  • Müsahibəyə hazırlaşın və bu məqsədlə ehtimal olunacaq suallara cavab hazırlayın

  • Əgər vaxtınız azdırsa, heç olmazsa aşağıda qeyd olunan və müsahibə götürənin verə biləcəyi əsas on sualın üzərində məşq edin.

  • Təcrübədə öz bilik və bacarıqlarınızı tətbiq etdiyinizə dair üçün özünüzdən nümunələr göstərin.

  • Bacarıqlarınızı sübut etmək üçün keçdiyiniz attestasiyalara istinad edin.

  • Boş şeylər danışmayın.

  • Müsahibə götürən sual verərkən nə öyrənmək istədiyini düşünün.

  • Müsahibə götürənə vermək üçün suallar hazırlayın.

  • “Hər hansı bir sualınız varmı?” mərhələsində əvvəl qeyd edə bilmədiyiniz keyfiyyətlərinizi üzə çıxarmağa çalışın.

  • Verdiyiniz sualların işəgötürənin və onun fəaliyyət sahəsinə uyğun olduğundan əmin olun.





Fəsil 15. Testdən keçmə
Sizin sahə, ixtisas və vəzifənizdən asılı olaraq axtardığınız vəzifəyə müvafiq qabiliyyətinizi, şəxsi keyfiyyətlərinizi və ya biliklərinizi yoxlamaq üçün çox güman ki, müxtəlif testlərdən keçməli olacaqsınız.

Bizim apardığımız tədqiqatda kadr üzrə mütəxəssislərin 80%-in artığı və işə qəbul üzrə mütəxəssislərin 2/3-i hissəsi işə qəbul zamanı testdən keçmə metodundan istifadə etdiklərini qeyd edirlər.


Testdən kimlər keçməlidi?

Bəzi insanlar işəqəbul testlərini məzunlara tətbiq edilməli olunduğunu hesab edirlər. Lakin, bizim tədqiqat göstərdi ki, bundan həm də yuxarı və orta səviyyə rəhbər vəzifələrin təyini zamanı da istifadə etmək olar.

Şirkətə təqdim edilən yazılı müraciətlərin ilkin seçimindən sonra son müsahibədən keçməli olan namizədlərin siyahısını tərtib etmək üçün aşağı səviyyələrdə testdənkeçmədən istifadə edirlər. Testdənkeçmənin daha yüksək mərhələsində ilkin müsahibədən keçən namizədlərin siyahısının tərtibi üçün istifadə oluna bilər.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin