Bu kitab kimin üçün nəzərdə tutulub



Yüklə 1,1 Mb.
səhifə10/16
tarix19.03.2017
ölçüsü1,1 Mb.
#11995
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

İdeyaların nizamlanması
Əgər təşəbbüs müraciətinizin uğurlu olmasını istəyirsinizsə məqsədlərinizi tam olaraq başa düşməlisiniz. Təşəbbüs müraciətində (məktub şəklində olması yaxşı olardı) əsas məqsəd müsahibəyə dəvət almaqdır. Bu müsahibədə isə təşkilata necə faydalı olacağınızdan bəhs etməlisiniz.

Müsahibəyə düşmək üçün sizin müraciətinizdə aşağıdakılar açıq şəkildə ifadə olunmalıdır:




  • Sizin xüsusi bacarıqlarınızın işinizlə hansı əlaqəsi vardır;

  • Sizin təcrübəniz hansı faydanı verəcəkdir;

  • Siz şirkətin maraqlarına nə dərəcədə cavab verirsiniz;

Ümumiyyətlə böyük ehtimalla sizin bacarıqlarınız şirkətə uyğun gələcəkdir. Əgər biliklərinizi dərinliklərinə qədər nümayiş etdirsəniz sizin cazibəliyiniz də artacaqdır. Lakin hər nə qədər məqsədlərinizdən kənarlaşmış olsanız şirkətdə sizin faydanız haqqında şübhə oyanacaqdır. Əgər siz Soho şəhərində (Londonun fransız və italyan restoran və gecə klublarının yerləşdiyi rayon) kiçik reklam agentliyində işləyərək iri beynəlxalq korporasiyaya müraciət etmiş olsanız müsbət cavab almayacaqsınız.



Bunun ən yaxşı üsulu şirkətin strateji inkişafının qanuna uyğunluğunu müəyyən etməkdir. Effektiv tədqiqat uyğun bir təşkilatın seçilməsinə gətirib çıxaracaqdır. Ümumilikdə tədqiqat aşağıdakı mənbələri əhatə etməlidir:




  • Milli qəzetlərdən materiallar;

  • İxtisaslaşmış mətbuatdan məqalələr;

  • Radiodan biznes dünyası haqqında verilən xəbərlər;

  • İnternet vasitəsi ilə göndərilən məlumatlar;

  • İllik və yarım illik hesabatlar;

  • Peşəkarların məsləhətləri və tanışlarla söhbətlər.


Nələrə fikir verməli?
Təcrübənizdən asılı olaraq aşağıdakı hadisələrə xüsusi ilə fikir verməlisiniz:


  • Şirkətdə proqnozlaşdırılan genişlənmə;

  • Şirkətlərin birləşməsi;

  • Planlaşdırılan yenidən təşkilatlanma;

  • Yeni satış kanallarının inkişafı;

  • Xarici bazarlara çıxış;

  • Yeni dövlət investisiyaları;

  • Yeni informasiya texnologiyaları sisteminin inkişafı.

Proqnozlaşdırılan genişləndirmə o zaman uyğun olar ki, əgər siz:




  • satışın artırılmasında təcrübəniz var və siz marketinq sahəsində mütəxəssissiniz;

  • işəgötürmə və onun inkişafı üzrə təcrübəli mütəxəssissiniz;

  • reklam sahəsində mütəxəssissiniz;

  • maliyyə, maliyyə planlaşdırılması, proqnozlaşdırılması və pul axınına nəzarət üzrə mütəxəssissiniz;

  • istehsal üzrə menecer, keyfiyyətə nəzarət, distribusiya və s. üzrə mütəxəssissiniz.

Şirkətlərin birləşməsi o zaman uyğun olar ki, əgər siz:




  • şirkətlərin birləşməsi ərəfəsində yüksək vəzifədə işləmisiniz;

  • sistem inteqrasiyası sahəsində bacarıqlara sahib olan informasiya texnologiyaları üzrə mütəxəssissiniz;

  • iki biznesin inteqrasiyası üzrə və əmək müqavilələrinin ekspertizası üzrə mütəxəssissiniz;

  • holdinqlərin maliyyə hesabatlarının hazırlanması üzrə maliyyə mütəxəssissiniz.

Planlaşdırılan yenidən təşkilatlanma o zaman uyğun olar ki, əgər siz:




  • korporativ maliyyə və risklərin qiymətləndirilməsi üzrə mütəxəssissiniz;

  • kommersiya hüququ üzrə mütəxəssissiniz;

  • yenidən təşkilatlanma üzrə təcrübəyə sahib informasiya texnologiyaları sistemi və insan resurslarının idarə edilməsi üzrə mütəxəssissiniz.

Yeni satış kanallarının inkişafı o zaman uyğun olar ki, əgər siz:




  • malların evlərə çatdırılması xidməti üzrə rəhbər vəzifədə işləmiş şəxssiniz;

  • satışların internet vasitəsi ilə həyata keçirilməsi üzrə elektron kommersiya üzrə mütəxəssissiniz;

Xarici bazarlara çıxış o zaman uyğun olar ki, əgər siz:




  • nəzərdə tutulmuş müəyyən xarici bazarda təcrübəyə sahibsiniz;

  • müəyyən əcnəbi dildə sərbəst danışmaqla o dil üzrə mütəxəssis olmaq.

Dövlət investisiyaları o zaman uyğun olar ki, əgər siz:




  • bu sahə üzrə ixtisaslaşmış və təcrübəyə malik şəxssiniz;

  • investisiyaların idarə edilməsi sahəsində, xüsusi ilə maliyyə, kadr və hüquqi məsələlər üzrə təcrübəli mütəxəssis olduğunuz zaman.

İnformasiya texnologiyaları sisteminin inkişafı o zaman uyğun olar ki, əgər siz:




  • inteqrasiya sistemi üzrə mütəxəssis olduğunuz zaman;

  • yüksək texnologiyalar sahəsində mütəxəssis olduğunuz zaman;

  • proqram təminatı və yeni informasiya texnologiyaları sahəsində təcrübəyə sahib funksional idarəetmə mütəxəssisi olduğunuz zaman.

Bunlar yalnız təşəbbüs müraciətində istifadə olunacaq “ilişmə nöqtələri”nin yalnız bir hissəsidir. Siz hər nə qədər bu aspektlərə diqqət yetirmiş olsanız sizin iş axtarışlarınız daha effektiv olacaqdır.


Maneələri aşmaq: kimə müraciət etməli
Əsas qayda belədir: əgər siz insan resursları departamentində işləməyəcəksinizsə oraya müraciət etməyin. Niyə görə? Bizim araşdırmalarımız göstərir ki, bu şöbənin əməkdaşları hər gün təşəbbüs müraciətləri qəbul etməklə məşğuldurlar. Bəs elə isə bu səbəb onlara müraciət etməyə əsas verirmi?

Bu belə deyil. İnsan resursları şöbəəlrinin çoxlu məktub almaları o deməkdir ki, sizin məktubunuz daxil olan məktublar qutusunun dolmasına səbəb olacaqdır. Əlbəttə ki, sizin məktubunuz oxunacaq və hətta ola bilər ki, sizə cavab da yazsınlar. Lakin bu arzu etdiyiniz işi əldə etmək olmayacaqdır.



Belə olduğu təqdirdə təşkilatda yüksək vəzifə tutan şəxslərə müraciət etməyə dəyərmi? Qətiyyən olmaz. Şirkət rəhbərləri adətən onlarda hansı vakansiyaların olduğu haqqında məlumatlı olmurlar.

Təşəbbüs müraciəti edərkən bu işin qızıl qaydası isə budur:


  • sizin birbaşa rəhbəriniz olacaq şəxsə müraciət edin.

O sizi dəyərləndirərək bilik və bacarıqlarınızdan necə istifadə ediləcəyinə baxacaq və sizin təcrübənizin analoquna uyğun işlərin aparılıb-aparılmadığına (açıq vakansiyalardan fərqli olaraq) diqqət yetirəcəkdir. Bu şəxs sizin təcrübənizin təşkilatda necə tətbiq ediləcəyini də yaxşı biləcəkdir. O fikirlərini “Məndə belə vakansiya varmı?” sualına cavab axtarmaqdansa “Mən ondan necə istifadə edə bilərəm?” sualı üzərində baş sındıracaqdır. Daha sonra isə o sizi şöbəsinə işə götürmək yollarını axtardığı zaman insan resursları şöbəsi də öz növbəsində sizdən necə qurtulma yollarını axtaracaqdır.

Kiminlə əlaqə qurmağınızdan asılı olmayaraq konkret olmalı, o şəxslərin maraqlarını necə güdəcəyinizi də açıq şəkildə ortaya qoymalısınız.



Məktub göndərərkən vəzifə deyil, şəxs adından istifadə etməli
Sizin müraciət etdiyiniz şəxsi müəyyən etdikdən sonra onun adını öyrənmək lazım gələcəkdir. Məktubda vəzifənin adını yazmaq doğru deyil. Bu halda sizin məktubunuz katibliyin ixtiyarına veriləcəkdir.

Əgər ictimaiyyətə yaxşı məlum olan şirkətə müraciət edirsinizsə onun adını illik hesabatlarda, maliyyə sənədlərində və ya şirkətin veb-səhifəsində tapa bilərsiniz. Əgər siz hesabat və maliyyə sənədlərindən mənbə olaraq istifadə edirsinizsə o zaman şirkətə zəng vuraraq bu şəxsin hələ də vəzifədə olub-olmadığını öyrənmək lazımdır. Köməkçi və ya telefon operatoru Co Braunun kommersiya direktoru olub-olmadığını sizə söyləyəcəkdir.

Əgər direktor vəzifəsindən aşağı olacaq şəxsə müraciət edirsinizsə o zaman siz o şəxsin adını öyrənmək üçün xeyli vaxt sərf edəcəksiniz. Siz yenə də şirkətə zəng vurmalı və maliyyə planlaşdırması şöbəsinin rəhbərinin adını öyrənməlisiniz. Sizdən zənginizin məqsədini soruşa bilərlər və siz işədüzəltmə məsələsi ilə müraciət etmək istəyən şəxs olduğunuzu söyləyə bilərisiniz. Lakin əmin olmaq lazımdır ki, sizin zənginizi insan resursları departamentinə yönəltməsinlər.

Ola bilər ki, sizi həmin şəxsin köməkçisi və ya katibəsi ilə birləşdirsinlər və bu halda onların köməyi ilə bu məlumatı yoxlaya bilərsiniz.

Məlumatı əldə etdikdən sonra siz əmin ola bilərsiniz ki, məktubunuz şirkətdə lazım olacaq şəxsə çatacaqdır. Məktubunuzun tam şəkildə şansını yüksəltmək üçün zərfin üzərində “özəl və şəxsi” yerinə “özəl və gizli” sözünün yazılmasının mənası vardır. Seçdiyiniz insanın vəzifəsi nə qədər yüksək olaccaqsa sizin məktubunuzun onun köməkçisi və katibəsi tərəfindən açılması ehtimalı vardır. Əgər bu baş verərsə məktubunuz insan resursları departamentinə yönələ bilər. Lakin bunu şəxsi yazışma olduğunu qeyd etsəniz məktubunuz ünvanına çatacaqdır.

Yadda saxlayın ki, cəhdlərinizi məntiqi olaraq yönləndirməyiniz məsləhətdir. Təsadüfi olaraq seçilmiş 200 şirkətin naməlum direktorlarına və insan resursları departamentinə məktub yazmağın bir mənası yoxdur.

Bu vaxtı 20 aparıcı şirkətin əlaqədar şəxsinə məktubun göndərilməsinə sərf etmək daha məqsədəuyğundur. Əgər bu vaxt ərzində siz şirkətə verəcəyiniz faydanı izah edə bilməsəniz sizə iş təklif etməyə bir səbəb olmayacaqdır.
Təşəbbüs müraciətini necə etməli
Biz fikirlərimizi məktubun ənənəvi qaydada yazılması üzərində cəmləşdirmişdik. Çünki, bu informasiyanı çatdırmağın ən doğru yolu idi. Telefon zənginiz tələsik qəbul bilər və onu əlaqəsi olmayan şəxs ələ keçirə bilər. Belə olduğu halda məlumatınıza nəzarət etmək çətin olacaqdır.

Elektron məktubun göndərilməsi bəzi hallarda uyğun ola bilər. Lakin bu halda siz risk etmiş olursunuz. Çünki, məktubunuz internet reklamı olaraq qəbul edilə bilər və diqqətdən kənarda qalar. Bundan başqa bəzi məşğul vəzifəli şəxslər öz köməkçilərinə öz elektron poçtunu yoxlamağa və onunla əlaqədar qərar verməyə səlahiyyət verirlər. Beləcə məktubunuz başqasının əlinə keçmiş olacaqdır. Elektron məktubların mənfi tərəflərindən biri də kompyuter ekranlarından itən kimi unudulur və o digər məktublar arasında “dəfn” olunur. Ənənəvi məktub çap edildiyi üçün ona qarşı əhəmiyyət verməmək mümkün deyil.


Köməkçilərlə dostluq edin
Nəzərə alın ki, köməkçilər təşəbbüs müraciətinizi qəbul edərkən sizə kömək edə bilər və ya əngəl törədə bilər. Onlar həm informasiya mənbəyi kimi çıxış edə bilər və ya müraciətinizi naməlum istiqamətlərə göndərə bilər.

Onların verdikləri informasiyaya aşağıdakılar daxil ola bilər:




  • sizə lazım olan şəxs haqqında ümumi məlumat: məsələn, onun adı və vəzifəsi.

  • seçilən insanın qısa karyera tarixçəsi: məsələn, o indiki vəzifəsində artıq neçə ildir ki, işləyir;

  • Hal-hazırda mövcud vakansiyalar haqqında məlumat;

  • Şöbədə işləyənlərin sayı.

Sizin dəqiqləşdirmək istədiyiniz informasiya həmin şəxsin nə dərəcədə məşğul olmağından, danışmağa meylli olmağından, şirkətin korporativ mədəniyyətindən (qeyri-adi suallara ehtiyatla yanaşmalarından) və şirkətdə işlədiyi müddətdən asılıdır.

Köməkçilərə qarşı nəzakətli və anlayışlı olmaq lazımdır. Ola bilər ki, onlar bəzi detalları müzakirə etmək istəməsinlər. Onları özünüzə qarşı kökləməyin. Əks təqdirdə bir neçə gündən sonra daxil olacaq məktubunuzun istiqaməti naməlum qalacaqdır. Lakin onları öz “oyununuza” daxil edə bilsəniz onlar sizə kömək edə bilərlər. Çünki, köməkçilər öz rəhbərlərinə təsir edə bilirlər. Əgər onlar sizin məktubunuzu rəhbərin diqqətinə çatdıra bilsələr o zaman sizin şansınız yüksələcəkdir.



Şəxsi və özəl
Lexon Şirkətinin Pərakəndə Əməliyyatlar

Şöbəsinin müdiri cənab Con Lidiata
Hörmətli cənab Lidiat
Məni işgüzar xəbərlərdə Lexon Şirkətinin məhsulları evlərə çatdırması məlumatı şox maraqlandırdı. Bilirəm ki, artıq yaxın bir neçə ay ərzində Lexon Direct proqramı tətbiq ediləcəkdir.
Mən hal-hazırda webshop.com təşkilatında planlaşdırma və logistika üzrə menecer vəzifəsində işləyirəm. Bundan əvvəl isə məhsulların evlərə çatdırılması və məhsulların kataloqunu buraxmaqla məşğul olan Nexus şirkətinin meneceri vəzifəsində işləmişəm. Demək olar ki, 10 il ərzində pərakəndə satış müəssisələrində işləməklə kommersiya planlaşdırılması və satış əməliyyatları sahəsində təcrübə əldə etmişəm. Son zamanlar isə uğurlu distribusiya şəbəkəsinin qurulmasında məsul şəxs olmuşam.
Hesab edirəm ki, mən Lexon Direct proqramının müvəffəqiyyətlə həyata keçməsində öz töhfəmi verə bilərəm. Sizinlə görüşmək imkanından və təcrübəmin Sizin təşkilatınıza verəcəyi faydalarını Sizinlə müzakirə etməkdən məmnunluq duyardım. Bu məqsədlə növbəti həftə bu ideyanın həyata keçmə imkanlarını müzakirə etmək üçün şəxsən Sizə zəng edəcəyəm.

Dərin ehtiramla, Mark Lonq




Şəkil 12.1 Təşəbbüs məktubunun nümunəsi

Nəticələr


  • Təşəbbüs məktubunun yazılması sizin arzuladığınız işin tapılmasında yaxşı üsullardan biri ola bilər.

  • Bütün mümkün informasiya mənbələrindən istifadə edin: qəzetlər, informasiya verilişləri və peşəkarların məsləhətləri.

  • Sizin bacarıqlarınızın işəgötürən üçün necə uyğun olacağını müəyyən edin. Bu sizin təşəbbüs müraciətinizin qəbul edilməsi üçün tətbiq edilə bilər.

  • Sizin bilik və bacarıqlarınızı və təcrübənizin aktuallığını xüsusi ilə qeyd edən məktub yazın.

  • İnsan resursları departmentindən uzaq qaçın.

  • Məktubunuzun gələcəkdə rəhbəriniz ola biləcək şəxsə çatmağına çalışın.

  • Məktubu göndərərkən üzərinə şəxsin vəzifəsini deyil, adını qeyd edin.

  • Məktubunuzun üzərinə “Şəxsi və özəl” sözlərini yazmağı unutmayın.

  • Sizin məktubunuzun aidiyyatı olan şəxsin oxuması üçün onun köməkçisi ilə dostluq etməyə çalışın. Bu sizin şansınızı yüksəldəcəkdir.

  • Kütləvi olmayan, lakin məqsədyönlü tərtib edilmiş məktub sizi uğura gətirib çıxaracaqdır.


III HİSSƏ
SIX ƏLAQƏDƏN MÜQAVİLƏNİN İMZALANMASINADƏK

Fəsil 13. Müsahibə keçmək təcrübəsi

Müsahibə iş axtaranları qorxudur və bu başa düşüləndir. Siz tanımadığınız məkanda, tanımadığınız insanların bir sıra suallarına cavab verməlisiniz. Müsahibə götürən sizin zəif tərəflərinizi və xarakterinizdəki çatışmamazlıqları müəyyən etməyə çalışacaq.

Əlbəttə ki, bu işin yalnız bir tərəfədir.

Digər tərəfdən müsahibə sizin bacarıqlarınızı, şəxsi keyfiyyətlərinizi və təklif edilən işə uyğunluğunuzu nümayiş etdirmək imkanıdır. Sizin tərcümeyi-halınız, anketiniz və təşəbbüs müraciətiniz sizə şans təmin etmiş olur. Müsahibə sizə ünsiyyət zamanı “bazar” səviyyənizi müəyyən edir. Müsahibə mərhələsindəki nailiyyətiniz “ideal” işə doğru əhəmiyyətli addımdır.


Müsahibə götürənin ümidləri
Müsahibədən əvvəl müsahibə götürənin sizdən gözlədikləri haqqında düşünün. O zaman görüşünüzün nəticəsi olacaqdır.


  • Namizəd danışmalıdır

Müsahibə götürənin çəkindiyi şey sizin susmağınızdır. Namizəddən sözləri kəlbətinlə çıxarmaq müsahibə götürən üçün qorxunc yuxuya bənzəyir. Çünki susan adamı necə qiymətləndirmək olar? Digər tərəfdən daim danışaraq bunu ifrat səviyyəsinə çatdırmaq da lazım deyil. Bacardığınız qədər mövzudan kənarlaşmadan suala aid olan məlumat xarakterli cavablar verməyə çalışın. Müsahibə götürən lazım olduğu təqdirdə sizdən daha çox informasiya tələb edəcəkdir. Nəzəri olaraq müsahibə götürən görüşə nəzarət edən şəxsdir və sizə bu nəzarəti aradan qaldırmağa ehtiyac yoxdur.




  • Namizədə özünü “satmaq” vacibdir

Heç də hər kəs özünü tərifləməyi bacarmır. Bununla belə müsahibə zamanı bunu etmək vacibdir. Siz müsahibə götürən şəxsdə lazım olan namizəd təsüratı buraxmalısınız. Bunu etmək üçün siz öz keyfiyyətlərinizi “satmaq” lazım gələcəkdir. İnformasiyanı nümunələr gətirərək çatdırmaq lazımdır. Bununla əvvəlki iş yerində hansı faydaları verdiyinizi nümayiş etdirmiş olacaqsınız. Yekun attestasiya və tövsiyyə məktublarına istinad edin.




  • Namizədlər fikir bildirməlidirlər

Test şəklində olan müsahibəni təsəvvür etmək çox asandır. Lakin bu yazılı deyil, şifahi test sayılır. Bu isə fikirlərin doğru cavabın üzərində cəmləşdirilməsi deməkdir. Lakin müsahibə götürənə əsasən sizin texniki bilikləriniz haqqındakı fikirləriniz daha maraqlıdır. Siz yönələn suallara rahatlıqla cavab və niyə belə düşündüyünüzü izah etməlsiniz. Həqiqətdə isə doğru və ya doğru olmayan cavablar mövcud olmaya bilər və bununla belə siz fikirlərinizi müdafiə etməli və izah etməlisiniz.




  • Namizədlər müsahibə götürənlə qarşılıqlı anlaşmaya görə məsuliyyət daşıyırlar

Bu sizin üçün yenilik ola bilər. Lakin müsahibə götürənlər heç də sizdə ruh yüksəkliyi yaratmağa və ya qarşılıqlı anlaşmaya görə məsuliyyət daşıdıqlarını düşünmürlər.






İlkin görüləcək işlər
Zənn etməyin ki, sizdən müsahibə götürən özündən əmin və fikirlərini ifadə edən şəxs olacaqdır. O əsəbi, ləng və susmaqdan qorxan bir şəxs ola bilər. İnsan resursları üzrə mütəxəssislər peşəkar müsahibə götürənlərdir. Lakin bir çox təşkilatların orta səviyyəli menecerləri müsahibəni necə aparılması haqqında bacarıqları yoxdur. Siz müsahibə götürənə özünü sərbəst hiss etməsi üçün köməklik edə bilərsiniz. Bu sizə öz həyəcanınızı dəf etməyə və müsahibəni sakit tərzdə başlamasına imkan vercəkdir.
Ünsiyyətinn qurulması
Dərhal ünsiyyətin qurulması müsahibə zamanı müsbət atmosferin yaranması üçün vacibdir. Əgər ilk dəqiqələrin sizin xeyrinə işləməsinə nail olsanız bu müsbət impuls prosesin sonuna qədər davam edəcəkdir. Hindilərdə qarşılıqlı anlaşmanı göstərən bir kobud məsəl var: “Sən mənim mokasinimi1 geyinə bilərsən?”. Siz bunu bacardığınızı göstərməlisiniz.
İlk təəssürat
Faktlar göstərir ki, ilk təəssürat həqiqətən də müsahibənin nəticəsinə təsir göstərir. İnstinktiv və ya dərk etmiş olaraq o əlinizi sıxdığı andan sizin haqqınızda mühakimə yürüdəcəkdir.

Müsahibə götürənlər ilk təəssürat altında eşitdiklərindən nə isə tutmağa çalışırlar. Sizin geyiminiz, ümumi xarici görüşünüz, əl sıxmağınız, gülüşünüz, gözlə müşahidələriniz, söhbəti aparmağınız, bir sözlə hər şeyiniz təhlil olunur.

Əgər ilk saniyələrdən müsbət təəssürat oyatdınızsa, müsahibə götürən bu qiymətləndirməni necə təsdiq edəcəyinizi gözləyəcək və cavablarınız müsbət aspektlərini diqqətlə dinləyəcəkdir.

Digər tərəfdən siz əvvəldən mənfi təsir bağışladınızsa müsahibə götürən ilk təəssürata bağlı olaraq işə uyğun olmadığınıza dair sübutlar axtarmağa çalışacaqdır.


Söhbət aparmaq bacarığı
Bir çox namizədlər müsahibənin başlanğıcında səyahət və hava kimi mövzularan danışırlar. Bu müzakirə üçün təhlükəsiz mövzu olsa da sizə müsahibə götürənin diqqətini cəlb etmək və seçilməyinizə kömək etməyəcəkdir. Əgər siz küçədəki tıxaclardan bəhs edən beşinci namizəd olsanız o zaman müsahibə götürənin əsnəməsi sizi təəcübləndirməsin.

İlkin söhbətə əhər xəbərlərindən və ya hansısa idman nəticələrindən başlamaq maraqlı olardı. Sizə polemika yaratmaq lazım deyil. Sadəcə olaraq ümumi maraqları əhatə edəcək informasiya mübadiləsi etmək lazımdır.



Əgər şirkətin xidmətindən istifadə etmirsinizsə o zaman müsahibə götürənin köməkçisinə zəng etməli olacaqsınız. Bu təşkilat haqqında əlavə məlumatın alınması və ya yerinin öyrənilməsi kimi bəhanələrin vasitəsi ilə ola bilər. Əgər köməkçi dostcasına münasibət bəsləyəcəksə söhbət əsnasında bunları deyə bilərsiniz: “Mən Con Robertslə (müsahibə götürən) əvvələr görüşməmişəm. Onun haqqında mənə məlumat verə bilərsinizm? O təşkilatınızda artıq neçə ildir ki, işləyir?”. Suallarınızı sadə və bezikdirici olmayan şəkildə versəniz ola bilər ki, köməkçi öz rəhbərinin xasiyyəti haqqında kifayət qədər məlumat verə bilər. Məsələn köməkçi sizə cənab Robertsin bu yaxınlarda ata olduğuna dair bir məlumat vermiş olsa bu məlumatdan müsahibənin başlanğıcında buzları əritmək üçün istifadə edə bilərsiniz.

Belə söhbət tipindən səmərəli şəkildə istifadə etmək olar. Məsələn, müsahibə götürən sizi qarşılayaraq müsahibə otağına ötürə bilər. Əgər söhbət etməyə mövzu tapa bilməsəniz liftdə getmək sizin üçün uzun gələ bilər.

Əgər sizi köməkçi qarşılayırsa bu da sizə müəyyən məlumatların əldə edilməsi üçün imkan yaradacaqdır ki, bu məlumatı da müsahibə zamanı istifadə edə bilərsiniz. Soruşmaqdan çəkinməyin. Bu gün müsahibədən neçə şəxs keçib? Müsahibə bütün günü davam edirmi? Müsahibə götürən təşkilatda nə vaxtdan işləyir? O necə rəhbərdir?


Müsahbə keçmə bacarıqlarını təkmilləşdirmək üçün master-klas
Müsahibə keçmə ustalığına sahib olmaq üçün aşağıdakılar mənimsəmək vacibdir:


  • Hazırlıq

  • Görkəm

  • Şəxsi keyfiyyət (şəxsiyyət)

  • Müsbət əhval-ruhiyyə


Hazırlıq
Siz bacardıqca yaxşı hazırlaşmalısınız ki, aşağıdakıları nümayiş etdirə biləsiniz:


  • Təşkilatın mal və xidmətləri haqqında məlumata sahib olmaq;

  • Rəqiblər və bazarın vəziyyəti haqqında məlumatlı olmaq;

  • Funsional vəzifənizin dəyəri haqqında məlumatlı olmaq;

  • Şirkətin perspektivləri və biznesin genişləndirilməsini görmə qabiliyyətinə sahib olmaq;

  • Müsahibə götürənə verilən suallarda intellektli olmaq;

Hazırlıq prosesinə aşağıdakılar daxil ola bilər:




  • Anket və tərcümeyi-halınıza yenidən baxmaq;

  • Müsahibədə verilməsi ehtimal olunan suallara cavabların verilməsi təcrübəsinə baxmaq;

  • Müsahibənin götürüldüyü yerin və vaxtın dəqiqləşdirilməsi;

Sizin heç vaxt müsahibəyə mükəmməl şəkildə hazırlıqlı olmağınız mümkün deyil. Siz vakansiyaya uyğunluğunuzu nümayiş etdirməlisiniz. Əgər siz təşkilatı diqqətlə tədqiq etməmisinizsə uyğun olduğunuzu necə göstərə bilərsiniz?




  • Mal və xidmətlər

Tədqiqatımız zamanı sorğu apardığımız mütəxəssislər müsahibəyə gələn şəxsin hazırlığının ən vacib tərəfinin təşkilatın mal və xidmətlərinin öyrənilməsi olduğunu bildirmişlər. Müsahibə götürən sizdən təşkilatdakı vəziyyət və onun missiya və strategiyası haqqında məlumatlı olduğunuzu ümid edəcəkdir.




  • Rəqiblər və bazarın vəziyyəti

Sorğu apardığımız şəxslər həmçinin sahə haqqında dərin biliklərlərə malik olmanın xüsusi ilə vacib olduğunu hesab edirlər. Siz rəqiblərinizin fəaliyyətdə olduqları sahəyə təzyiqləri, gücü və imkanları haqqında məlumatınızın olmağı əhəmiyyətlidir. Bu o deməkdir ki, siz mətbuatı izləməli, təşkilatların broşuralarını oxumalı və başqa əlverişli məlumat mənbələri ilə (illik hesabat və maliyyə sənədləri kimi) tanış olmalısınız.




  • Vəzifənizin dəyəri

Yəqin ki, sizə konkret vəzifəyə uyğun olaraq bacarıqlarınızı nümayiş etdirmək lazım gələcəkdir. Elə isə siz bu təşkilata necə fayda verəcəksiniz? Əgər siz mühasib vəzifəsi üçün müraciət etmisinizsə o zaman mühasibat sahəsindəki son yenilikləri müzakirə etməyi bacarmalısınız. Əgər informasiya texnologiyaları sahəsində işləyən mütəxəssissinizsə o zaman internet şəbəkəsinin təhlükəsizlik sistemindəki son nöqsanlar barədə fikirlərinizi soruşa bilərlər.



Biznes sahəsindəki zəngin biliklər müraciət etdiyiniz vəzifədən asılı olmayaraq çox əhəmiyyətlidir. Maliyyə mütəxəssislərinə birjadakı qiymət səviyyəsinin saxlanılmasına dair biliklərini, marketinq mütəxəssislərinə brend və marketinq siyasəti sahəsində biliklərini və insan resursları mütəxəssisi isə kadr siyasəti və şirkətin imicini saxlanılması sahəsində biliklərini nümayiş etdirmək vacibdir. Bütün bunları geniş formatda müzakirə etmək lazımdır.



1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin