Bu kitab kimin üçün nəzərdə tutulub


Lazımlı əlaqələrlə münasibətin saxlanılma vacibliyi



Yüklə 1,1 Mb.
səhifə16/16
tarix19.03.2017
ölçüsü1,1 Mb.
#11995
1   ...   8   9   10   11   12   13   14   15   16

Lazımlı əlaqələrlə münasibətin saxlanılma vacibliyi
Sizin keçmiş müdiriniz siz getdiyinz halda belə sizin karyeranıza təsir edə bilər; siz yəqinki istəmərsiniz ki, sizin haqqınızda keçmiş əməkdaşlarınız və rəhbər -əməkdaşlar yanında adınızı pis hallandırılsın.

İşdən azad olan işçi haqqında ofis daxildə çoxlu dedi-qodular yayıla bilər, xüsusən də əgər bu işçi ani olaraq azad olursa. Söz söhbətlər yayıla bilər və bu dedi-qodular sizi tanımayan insanlara da çata bilər ki, bu da sizin haqqınızda mənfi fikir yaradar. Ola bilsin bütün deyilənlər əsaslanmamış olsun və ya mənası olmasın; zərbə faktlardan asılı olamayaraq vurula bilər.

Nəzərə alsaq ki, insanlar işəgötürənlər arasında fikirləşdiyinizdən daha tez-tez hərəkət edirlər, çox güman ki sizin qarşınıza bu insanlardan və ya müdiriniz belə çıxa bilər. Müdirin pis vaxtında işdən azad olmanız sizin reputasiyanıza heç bir müsbət xal gətirməyəcək. Kimsə nə vaxtsa sizin haqqınızda pis bir şey eşitdiyinə görə arzuladığınız işdən olmayın.

Reputasiyanıza dəyən ziyanın minimumlaşdırmaqla bərabər işdən çıxan zaman işəgötürənə hörmətlə müsbət xasiyyətnamə almanız sizə çox kömək ola bilər. Əgər insanlar məsuliyyətlilik, iltifatlılıq və peşəkarlıq keyfiyyətlərini çox qiymətləndirirlərsə onda sizin ləyaqətli işdən gedişiniz onların xoşuna gələ bilər.

Əlaqələrin vacibliyini unutmayın. Sizin keçmiş müdirdən zəhləniz gedə bilər. Şəxsi münasibətlərinizi unudub, vaxtilə işlədiyiniz yerin sahələri və tarixi ilə bağlı bir insan olduğunuzu fikrinizdən çaxartmayın. Bir gün sizin gələcəyə qapınızı açmaq üçün həmin bu şəxsin sizə xasiyyətnamə və ya məsləhət məktubunu verməsi lazım ola bilər. Sosial davranış qaydalarını unutmayın ki, cəmiyyət də cavab versin sizə. Hamıya ədalətli davranın, çox güman ki, insanlar da sizə belə davranacaqlar.
Tövsiyyələr
Yaxşı təssüratın yaradılmasının daha bir vacib səbəbi, gələcəkdə karyera xəttində inkişaf etdiyiniz zaman daimi şəkildə xasiyyətnaməyə ehtiyacınız olacaq. Iş sahəsində çətin saydığınız müdiriniz xasiyyətnamə verməklə güclü təsir olan bir adam ola bilər.

Xasiyyətnamə verən insanlardan maksimum dərəcədə istədiyinizi almaqdan ötrü aşağıdakıları eləmək lazımdır:



  • sizin qabiliyyətinizin hesabatını verən insanları müəyyən edin;

  • onlardan əvvəlcədən bu barədə xahiş edin;

  • onlara hansı tip iş axtardığınızı və iş təklifini niyə aldığınız barədə onları məlumatlandırın;

  • iş axtarışınızın əvvəlində onlardan istifadəniz barədə düşünün;

Əksər işəgötürənlər iki xasiyyətnamə tələb edirlər. Tələb olunan xasiyyətnamə sayından çox sayda gətirməyin. Baxmayaraq ki, işəgötürən bu xasiyyətnamələrdə çox da özlərini yormurlar, buna görə də çalışmalısınız ki, onlar çox yaxşı olsun. Yaxşı xasiyyətnamə almağınızın zəmanəti sizin yaxşı işləməyiniz ola bilər. Xalturaçıların bu sahədə həmişə problemləri yaranır.
Sizə xasiyyətnamə verən şəxsləri diqqətlə seçin
Kimin bu işi görəcəyini fikirləşəndə məntiqli olun. Sizin rəyçiniz heç vaxt qohumunuz, dostlarınız və ya əməkdaşınız olmamalıdır. Buna baxmayaraq bilavasitə rəhbərinizin adını çəkməyinizə ehtiyac yoxdur. Siz yalnız sizdən yüksək vəzifədə işləyən rəhbərin adını çəkə bilərsiniz. Məlumdur ki, sizin qabiliyyətlərinizi müsbət qiymətləndirə bilən bir insanı seçməlisiniz ki, sizin işiniz haqqında müsbət rəy verə bilsin.

Gələcək işəgötürən fikirləşə bilər ki, qeyd etdiyiniz rəhbər hal-hazırda layihə ilə əlaqəli kontakta girəcəyinizdən onun yazdığı xasiyyətnaməni gətirmisiniz, bununla belə niyə bilavasitə rəhbərinizin rəyini gətirmədiyinizi də izah etməlisiniz. Bütün hallarda xasiyyətnamənin biri sizin təşkilatda işləməlidir.


Rəyçilərin qısa məlumatlandırılması
Təbii ki, rəyçiləri sizin haqqınızda fikir söyləmələrinə və onlarla əlaqə yaradacağına razı olub olmamalarını soruşmalısınız. Bundan başqa iddia etdiyiniz vəzifə ilə bağlı onları məlumatlandırmanız məsləhətdir, hətta işəgötürənin sizlə niyə maraqlandığını da qeyd etməlisiniz. “Mən onlara bizim gözləntilərimizi üstələyən reklam kompaniyası barədə onlara danışdım. Onlarda mənim layihələri idarə etmək bacarığımı müəyyən etmək istəyirlər, bu üzdən sizin kadr qıtlığına baxmayaraq müəyyən olunmuş vaxtdan tez işimi bitirməyimi qeyd etməyiniz yerinə düşərdi.”



Rəyçinin təsirinin gücləndirilməsi

Əgər rəyçinin sizdən müsbət fikirdə olmasına əminsinizsə bu insandan iş axtarma prosesinin əvvəlində istifadə etməniz məntiqli olardı. Məsələn, fərz edək ki, sizin əsas qiymətli keyfiyyətiniz- iş sahəsində texniki qabiliyyətinizdı, halbuki bunu müsahibə zamanı göstərə bilməmisiniz.

Bir namizəddə belə bir hal baş vermişdi ki, müsahibə zamanı çox diqqətsiz olub suallara cavab verərkən öz fikirlərini dəqiq ifadə edə bilmirdi. Buna baxmayaraq onun keçmiş müdiri “rastına çıxan ən yaxşı mühasib kimi” tanıdığını bildirmişdi. Belə razılıq çox inandırıcı olur.
İşdən çıxmaq haqqında məktub

Peşəkarcasına işdən azad olmaq üçün yazılı azad olma məktubunun olması vacib amildir. Müdirinizə bu, sizin getmə fikrinizin ciddi olmasını sübut edəcək. Əgər işdi müdiriniz getmənizdən sizin daşındıra bilərsə, onda məktubu istənilən zaman cıra bilərsiniz. Getmə haqqında əlavə məktub uzun olmayıb aşağıdakı məsələləri əhatə etməlidir:



  • Getmə faktının olması

İşə götürülən zaman əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işdən azad olmanızı rəsmi surətdə bilidirin. Əgər müqavilədə işdən azad olma haqqında məlumatlanmanın uzun müddətli olması göstərilibsə, bu müddətin azaldılmasına çalışın. Bununla belə işdən gedəcəyiniz son günə qədər şöbənin fəaliyyət göstərməsi üçün əlinizdən gələni edəcəyinizi qeyd etməlisiniz.

  • Getmə səbəbiniz

Sizin getmə səbəbinizi ətraflı izah etməyə və ya dəqiq səbəbi göstərmək məcburiyyətində deyilsiniz. Məsələn: çalışın azad olduğunuz şirkəti ləkələyən heç bir səbəb gətirməyin; ola bilər ki, qrup rəhbərinizi daha dözə bilməyəsiniz, bunun məktubda göstərmənizə gərək yoxdur. Bunun əvəzinə sizin hal-hazırda axtardığınız karyeranızın inkişafına kömək edən və yeni perspektivləri verən iş təklifini qəbul etdiyinizi deyə bilərsiniz.

  • Köhnə işdə əldə etdiyiniz təcrübənin qeyd olunması

Getmə məktubunuzda müsbət təssürat da ola bilər. Siz həmçinin rəhbərini bütün fəaliyyətiniz müddətində əməkdaşlıq etdiyinə görə minnətdarlığınızı bildirə bilərsiniz.

Məktubu yazıb açıqçaya qoyun, lakin gələn sənədlər siyirməsində saxlamayın. Məktubu şəxsən təqdim etmək üçün görüş təyin edib, hər hansı bir problemsiz məktubu təqdim etməyinizə və sonradan da şəxsi söhbətin eləməyinə şərait yarada bilərsiniz.

Sizin rəhbərinizə ən çox gedəcəyiniz iş barəsində və hazırkı işi tərk etmə səbəblərini eşitmək maraqlı olardı. Məktubun düzgün hazırlanması qaçılmaz suallara cavab verməyə imkan verə bilər.

İmkan daxilində yeni işəgötürənə və işə qarşı maksimum dərəcədə açıq olun, qısa lakonik cavab verməyə davam edin. Əksər hallarda rəhbər sizin yaxşılığınızı istəyir. Əsas məsələ sizin gedişinizin yarada biləcək şəxsi və korporativ narahatçılığın minimum dərəcədə olacağını məlumat verməkdir.

Əgər sizin müdir sizdən həqiqətən xoşlanırsa və bütün hallarda sizi azad etməlidirsə onda onun sizə getməmək təklifinin verməsinə hazır olun. Sizin yerinizə yeni işçi götürmək, yaxşı tanıdığı köhnə işçini saxlamaqdan daha riskli və bahalı prosesdir.

Buna baxmayaraq, “Müqavilənin yaxşı şərtləri barədə danışıqlar” olan 16-cı bölmədə verilən qarşıdan gələn iş təklifinin qiymətləndirilməsi məsləhətini unutmayın. Daha çox pul təklif edib hazırkı işinizdə qalmanızı ikna edə bilərlər. Elə bir hal da ola bilər ki, verilən təklif tələbatlarınızda dəyişiklik etməyə də bilər.


Keçid prosesi
İstər təşkilat daxilində vəzifə keçidi etmişolun, istərsə də təşkilatdan tam çıxmış olun, çalışın bu keçidi çox yumşaq edəsiniz. Məsələyə belə yanaşma sizə təşkilatın səmərəli köməyinin olması ilə xoş təssüratların qoyub getmənizə şərait yaradır.
“BLC” kommersiya direktoru cənab Pol Bata

Hörmətli Pol


Yazıb sizə marketinq üzrə menecment vəzifəsindən azad olma qərarını bildirirəm. “Blc” şirkətində keçirdiyim 4 ildən demək olar ki, məmnunam, lakin hal-hazırda kommersiya direktoru vəzifəsinə özümü keçməyi hazır hesab edirəm. “Globe Metro”da işləmək mənə beynəlxalq təcrübə əldə etmək imkanı verə bilər.

Müqaviləmdə qeyd edildiyi kimi işdən azad olmaq məlumatını 3 ay qabaq verməliyəm. Lakin, sizdən xahiş edirəm əgər mümkündürsə yeni işimə Amerika Birləşmiş Ştatlarda konfranslarda iştirak etmək üçün 14 iyun tarixində çıxmağa icazə verəsiniz.

Əvəzçimə yerinə yetiriləcək birinci növbəti layihələrin və tövsiyələrin siyahısını tərtib etmişəm. Hesab edirəm ki, bütün yazdıqlarımı 7 həftə ərzində uğurla yerinə yetirmək olar. Buna baxmayaraq əgər ehtiyac varsa işdən sonra birinci növbəli məsələlərə baxmaqdan ötrü “BLC”-yə gələ bilərəm, əlbəttə ki bütün meydana gələn suallara cavab almaq üçün mənə hər zaman yığa bilərsiniz.

Mən göstərdiyiniz dəyərsiz köməyə, rəhbərliyimizə və dəstəyə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Mənə hər zaman təhsil almaq imkanı verdiyinizi, mənə qarşı həmişə loyal davrandığınızı yüksək qiymətləndirirəm.

Hesab edirəm ki, “BLC”-nin inkişafına xüsusən də brendinq və elektron marketinqə ləyaqətli yatırımlar etmişəm.

Sonda mənim əvəzimə işçi götürməkdə köməyimə ehtiyacınız varsa, sizə böyük məmnumiyyətlə kömək edə bilərəm. Mənim geniş iş öhdəliklərimə daxil olan işin mükəmməl təsvirini vermişəm.

Xoş arzularla Səmimiyyətlə

(Hörmətlə) sizin

Terrens Xoyt
Şəkil 17.1. İşdən çıxma məktub nümunəsi
Mülayim keçidin edilməsi üçün aşağıdakıları etmək məsləhətdir:


  • İşdən getmə ərizəsini verməkdən əvvəl bütün məsələləri necə həll etməyi düşünmək;

  • İşdən çıxmayana qədər bacardığınız dərəcədə standart iş rejimində işləməyə davam etmək;

  • Ehtiyac varsa əvəzçini tapmağa nail olmaq

  • İşdən çıxandan sonra meydana gələn sualları cavablandırmaq üçün sizinlə əlaqə yaratmaq imkanını təklif edə bilərsiniz;

Əgər siz müqavilədə göstərdiyindən tez bir müddətdə işdən çıxmaq istəyirsinizsə onda aşağıdakıları müəyyən etməyə çalışmalısınız:

  • Erkən işdən çıxma zamanı yarana biləcək manelərin mövcudluğunu və verəcəyiniz qərarları

  • Bitirilməyə ehtiyacı olan əsas layihələri

  • Sizin bəzi vəzifə öhdəliklərini yerinə yetirmək imkanı olan əməkdaşlarınızı

Işdən çıxmanın nə dərəcədə mürəkkəb keçidinin olması işin xarakterindən, çıxandan sonra əvəzçinin tapılmasından və təşkilatınızın belə situasiyaların necə həll edilməsindən asılıdır.
Erkən planlaşdırma

Işdən çıxma ilə bağlı görüşdən qabaq bütün məsələri fikirləşməyiniz məntiqli olardı. Işdən çıxma məktubu ilə bərabər tamamlanmamış cari işinizdən çıxmaya şərait yaradan başqa plan hazırlaya bilərsiniz.

Təbii ki, bəzi rəhbərlər beh olan halda işdən tez çıxmanızı istərlər xüsusən də əgər siz rəqib şirkətə keçirsinizsə, lakin elə ola bilərdə ki, rəhbəriniz işdən çıxma prosesinə hazırlaşmağı istəyə bilər. Vəzifədən çıxma ərizəsini yazandan sonra sizin əgər dərhal oranı tərk etmə ehtimalınız varsa, öz iş yerinizin sahmana saldığınıza, şəxsi əşyalarınızın paketlədiyinizə və ya apardığınıza məktubu verməmişdən qabaq bütün təxirə salınmayan məsələləri həll etdiyinizə əmin olun.
İşinizi adət etdiyiniz kimi görün

Məktubu oxuduqdan sonra siz işdən azad olana qədər əvvəllər işlədiyiniz adi rejimdə işləməyə davam etməlisiniz.

Işdən çıxma gününün yaxınlaşması ilə bir az işə diqqətinizi yönəltməklə çətinlik çəkə bilərsiniz, əgər işinizə səhlənkarlıqla yanaşsanız əməkdaşlarınızın hörmətini qazanmaqda çətinlik yarada bilər. Bütün bitməyən işləri tamamlayıb bütün sənədlərin yerində olmasına və əvəzçinin onlardan baş çıxarmasına çalışın.
Varislik məsələrində köməklik
Siz hətta uyğun əvəzçinin tapılmasında iştirak edə bilərsiniz. Çox güman ki, vəzifəni tutduğunuz zaman kvalifikasiya tələblərinin yenilənməsinə ehtiyac olmamasını hesab edə bilərsiniz. Vacib deyil ki, kömək təklifiniz qəbul edilsin, lakin qəbul edilərsə imkan daxilində sözünüzü tutmağa çalışın.
İşdən çıxdığınız zaman əlaqələri kəsməyin
İşdən müqavilədə göstərildiyi vaxtdan tez və ya vaxtında çaxmanızdan asılı olmayaraq sonradan sizə müraciət oluna bilmə təklifin verilməsi sizin haqqınızda müsbət fikir yarada bilər. Əgər işdən getməyiniz sizə çətinlik törədərsə, bir neçə dəfə axşamlar köhnə işə baş çəkmək fikriniz olmasını onlara bildirə bilərsiniz, lakin sözünüzü tutmaq məcburiyyətində deyilsiniz. Aydındır ki, bunu etmək istəmirsinizsə, bu sizin işdən tez azad olmağınıza şərait yaradarsa, kompromisə getməyə dəyər. Əgər işdən getdiyiniz zaman həll olunmalı məsələlərin həddindən artıq çox olduğunu görərsinizsə, müdirinizə bütün məsəllərin öhdəsindən gələ bilməyəcəyinizi xəbər verməlisiniz. Sizin köhnə müdiriniz işdən azad olandan sonra məsləhət xarakterli köməklik göstərməyinizi təklif edə bilər. Təklifi qəbul etmənizdən əvvəl bu təklifin altında dəqiq nə olduğunu və yeni müdiriyyətin belə məsləhətlərin verilməsinə əvvəlcədən razılığın olmasına əmin olun, belə ricadan imtina da edilə bilər.
Tez ayrılmaq cəhdləri
Əksər işçilər tutduğu vəzifədən asılı olaraq vəzifə böyüdükcə işdən azad olma xəbərdarlığını üç, altı və hətta bir il müddətində artaraq verməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, daha tez getmək razılığına da gəlmək mümkündür. Buna baxmayaraq müdirinizi razı salmaq üçün ona təzyiqlər etməyə gərək yoxdur. Əgər siz tez getmək razılığını əldə etmək istəyirsinizsə onda öz üstünlüklərinizdən istifadə eləməlisiniz.


Işəgötürənin əsas vəzifəsi sizin yoxluğunuz zaman əvəzçinin tapılmasına qədər layihələrin yerinə yetirilməsinin uzaldılmasının və ya müştərilərin qaçılmaz narazılığının olmamasından ötrü əməkdaşların yüklənməməsini təmin etməkdir. Əgər rəhbərliyiniz müqavilədə müəyyən olunmuş vaxta qədər getməyinizə əngəl törətsə, buna baxmayaraq istənilən halda onsuz da gedəcəksiniz. Həqiqətdə heç kim sizə bu addımı atmağa maneçilik törədə bilməz. Bununla belə, atdığınız bütün addımlarınızı diqqətlə fikirləşin. Bunu eləməklə işdən getmənizə yaxşı qarşılama qazana bilərsiniz.

Rəhbərinizin sizə elədiyi təzyiqdən təsirlənib tələsik qərarlardan qaçın, bütün “müsbət” və “mənfi” tərəfləri araşdırın. Tez müqaviləni pozan işçi təssüratı yaratmayın. Hazırkı rəhbəriniz sizin həyatınızı çətinləşdirə bilər, lakin sizin gedişiniz əlbəttə ki, qanuni olub bu məsələyə diqqətli baxıb hüquqi məsləhət almanızı tələb edir.

Əsas təhlükə lazımlı rəyin verilməsinin ehtimalının azalması ilə bərabər, vaxtdan qabaq getməniz zamanı yarana bilən itki və gözləntiləri örtməyiniz ola bilər. Fərz edək ki, siz vaxtdan qabaq çıxıb gedirsiniz və rəhbərlik cavab addımını axtarıb tapır. Əgər siz rəhbərinizi çox əsəbləşdirmisinizsə onda 15.000 funt məbləğində iddia ilə qarşılaşa bilərsiniz. Əgər belə halın olma ehtimalı varsa əmin olun ki, yeni rəhbərliyiniz itkiləri örtüb, aldığınız hüquqi məsləhətləri ödəyəcəkdir; sizin işinizi aparmağa tapşırılan hüquqşünasla yeni rəhbərliyin təkliflərini yazılı surətdə razılaşın. (lakin yeni müdriyyətin hüquqşünasına tam da arxalanmayın)

Tez işdən çıxmanın daha bir təhlükəsi- işdənçıxma xəbərdarlıq müddətinin bitməyənə qədər yeni işə başlmanızı köhnə iş yeriniz qadağa qoya bilər. Belə halda gözləməkdən başqa elə də çox hərəkət edə bilməyəcəksiniz.
İşəgötürənin tələbinə uyğun olaraq tez işdən çıxma
Əgər sizdən tez və ya həmən çıxmanız tələb olunubsa həm öz müqaviləniz baxımından, həm də cari iş məsələləri baxımından sizdən konkret nə istənildiyini yazılı surətdə təqdim olunmasını tələb edin.

Bununla bərabər işlədiyiniz müddətdə ödəniləcək ödənişi əvvəlcədən danışmalısınız. Unutmayın ki, əgər müdir sizdən vaxtından tez çıxmanızı istəyirsə də qalan günlərə görə alacağınız ödənişlərə almanıza tam haqqınız var.

Əgər sizdən tam işləməniz əvəzinə kompensasiyanın ödənilməsi ilə tez getmənizə razıdırlarsa çalışıb öyrənin ki, keçmiş bilavasitə meneceriniz xasiyyətnaməni verəndə nə yazacaq orda. Getməmişdən qabaq xasiyyətnaməni almağa çalışın, ya da məzmunu ilə qısaca tanış olun.

İşdən azad olunan zaman müsahibə

Bəzi təşkilatlar işdən getmək istəyənlərlə danışıqları HR departamentinin məşğul olmasını istəyirlər. Məqsəd- ilkin mənbədən şöbənin iş şəraiti haqqında, işçinin yenidən qaytarılması şansının olmasıdır.

Belə növ müsahibəni dözmək sizin işdən çıxma səbəbinin və təşkilatda iş təcrübənizin olmasına görə çox çətindir. Heç kim haqqında şikayətlənmək lazım deyil, əgər iş şəraitinə mənfi təsir edən şəxs varsa onun barədə informasiya çatdırmaq lazımdır. Əgər işçilərin bu səbəbdən azad olunacağınızı bilsəniz. Yaranacaq nəticədən qorxub öz şikayətlərini deyə bilməyən işçilərə kömək məqsədilə HR departamentinə bu problem barədə danışa bilərsiniz.

Belə bir qərar sizdən asılıdır. Lakin, sizin maraqlarınızda olardı ki, danışdıqlarınız barədə ehtiyyatlı olasınız. Əgər sizin dediklərinizə uyğun HR departamenti hərəkət etsə, əməkdaşlar arasında bu söz söhbətin stimulyatoru kimi sizi biləcəklər. Bu sizin xasiyyətnamənizə təsir edə bilərmi?

Çalışın verdiyiniz bütün kommentariləri diplomatik və kifayət qədər ümumi terminlərlə ifadə edin. Son nəticədə işçilərin problemlərinin müəyyən edilməsi sizin yox HR departamentinin vəzifəsidir.
Və nəhayət işdən ayrılmaq

Işdən çıxan zamanı nəyin sizin, nəyin rəhbərinizin mülkiyyətində olduğunu çaşdırmayın. Layihələrin qeydləri, alqı-satqı sənədləriniz bütün bunlar təşkilata məxsusdur; siz özünüzdən sonra çap olunmuş, işlədiyiniz müddətdə topladığınız intelektual kapitalı özünüzdən sonra qoyub getməlisiniz. Bunları özünüzlə aparmağa çalışmayın.

Bu gedişi imkan daxilində qeyd edin. Əksər insanlar şöbələrinin əməkdaşları ilə yerli barlarda içki içməyi xoşlayırlar. Belə bir görüş sizə birlikdə keçirdiyiniz günləri yada salıb bir-birinizə minnətdarlıq bildirməyə şərait yaradacaq. Bu da sizə şirkəti açıq ürəklə tark etməyinizə zəmanət verir.

Şirkəti fiziki şəkildə tərk edəndən sonra artıq şöbənizə və müdirinizə bir cüt məktub yazmaq barədə düşünmək olar. Məktublar yaltaqlı və ya qeyri-səmimi olmamalıdı. Siz sadəcə keçmiş əməkdaşlarınızı köməyə görə minnətdarlığınızı bildirib sizin bu şirkətə əməyinizin olmasını qeyd edib onlara uğurlar diləyə bilərsiniz.

Sizin işinizlə bağlı hər hansı bir sualların olduqları halda sizə yığmalarını dəfələrlə təkrarlayın. Belə yanaşma qeyri-adi olmasına baxmayaraq, sizin imkanınız daxilində bacardığınızı eləmək təssüratı yaradacaq.
Nəticələr:


  • Peşəkar gedişiniz sizin şəxsi və peşəkar reputasiyanızı qaldıracaq

  • Unutmayın ki, tərk edib qoyduğunuz işçilər gələcəkdə karyeranızın inkişafı üçün yaxşı əlaqələr ola bilər;

  • Rəyçiləri diqqətlə seçin

  • Rəyçinizin yeni işinizə niyə uyğun olduğunuzu qısa məlumatlandırın;

  • Köhnə vəzifədə əldə elədiyiniz təcrübəni qeyd etməklə işdən getmə haqqında məktub hazırlayın;

  • Məktubu şəxsən təqdim edib işdən getmə səbəbləri barədə ətraflı danışmağa hazırlıqlı olun;

  • Sizi əvəz edə bilən əvəzçinin rahat sizi əvəz etməyini təşkil edin;

  • Işdən getməyənə qədər normal iş rejimində işləyin;

  • Əgər işdən daha tez çıxmaq istəyirsinizsə, çalışın sizə mane olan manelərdən çıxış yolu tapa biləsiniz. Məs: vacib layihələrin yerinə yetirilməsini təmin edəcək iş planı tərtib edin;

  • Hüquqi məsləhət almağın və rəhbərinizin razılığı olmadan işdən tez getmək istədiyiniz zaman itkilərin örtüləcəyinə əmin olun;

  • Işdən çıxma xəbərini bildirəndən sonra, binanı tərk etmə ehtimalını bilib iş yerinizi sahamanlayıb əşyalarınızı toplayın;

  • Əgər sizdən iş müddətinin bitməsinə qədər işləməyinizi tələb etsələr, bu müddətdə ödənişlərin veriləcəyini dəqiqləşdirin;

  • Işdən azad edilmə müsahibəsində danışacaqlarınızda diqqətli olun;

  • Işdən çıxında şirkətə məxsus olan mülkiyyəti aparmayın;

  • Işdən çıxandan sonra keçmiş müdirinizə və əməkdaşlarınıza göstərdikləri köməyə görə minnətdarlığınızı bildirən məktub yazın;



Fəsil 18. Yeni başlanğıc

Yeni iş təklifini qəbul edəndən sonra köhnə iş yeri ilə emosional bağlantılarınız azalacaq. Köhnə şirkət üçün iş görməyə davam etməyinizə baxmayaraq, “ikinci ev” olacaq yerə fikrinizi cəmləmək təbii hal olaraq bütün fikrinizi cəmləyəcəkdi. Köhnə iş yerindən yeni iş yerinə keçid mərhələsi emosional və faktiki dəyişikliklər dövrüdür.



Biliklərin dərinləşdirilməsi

Bütün kitab boyu biz işəgötürənin etibarına layiq olanların seçimi, səyli müraciətlər və müsahibə zamanı dəqiq tədqiqatın aparılması uğurun əsası olduğunu göstərmişik. Belə bir tədqiqat sizə seçdiyiniz təşkilatın mahiyyətini, onun mədəniyyətini, bazarı, rəqibləri anlamağa, həmçinin sizi güclü tərəf mövqeyində qoyur.

Iş axtarmaq prosesinin sonunda olub, işə qəbul təklifini qəbul edən zaman artıq şirkət haqqında çox məlumatınızın olması gərəkir. Lakin, şirkətə yeni işçi kimi ayaq basana qədər apardığınız tədqiqatlarınızı özünüzdə saxlayıb, mətbuatda şirkətə və onun sahələrinə aid bütün məlumatlarla tanış olmalısınız.

Bununla siz yeni abu-havaya uyğun olub onunla və ona təsir edən hər şeylə harmoniya təşkil edəcəksiniz.

Daha öncələr apardığınız tədqiqatlar zamanı şirkətin son maliyyə sənədləşmələri və ya müxtəlif əl çatan reklam bukletləri ilə tanış olmusunuz. Əgər bunu etməməsinizsə, indi bunu etməyə, şirkətin son nailiyyətləri ilə tanış olmağın ən uyğun vaxtıdır. Illik hesabat və maliyyə sənədləşməsi ilə tanış olub sizə direktorların adlarını bilib, onların bioqrafiyası ilə tanış ola bilərsiniz.

Bundan başqa, işəgötürəninizdən də ümumi əl çatmayan, sizin gələcək vəzifənizə lazımlı olan hər hansı bir aktual informasiyanı öyrənə bilərsiniz.


Münasibətlərin qurulması
Müsahibə müddətində yəqinki, şirkətinizdən bir neçə insanlarla və çox gümanki bilavasitə müdirinizlə görüşmüsünüz. Daha sonralar onlarla daha yaxından tanış olmaq üçün nahar vaxtı və ya axşam yeməyində görüş təşkil etmək olar.

Çox güman ki, bu görüşü şirkətə iş günün sonunda gəldiyiniz zaman, hansı layihələr üzərində insanların çalışmağına baxaraq sonradan əməkdaşlara qoşularaq işdən sonra hardasa oturub yaxından tanış olmaq məqsədilə görüşü təşkil etmək olar. Belə bir görüşün təşkili gələcək əməkdaşlarınıza sizin haqqınızda entuziazmla dolu bir insan olub, rəsmi şəkildə işə tez başlamaq həvəsi olan bir insan təssüratı yarada bilər. Belə ilkin müsbət təssüratlar son dərəcədə sizə komandaya qiymətli olub olmamağınızı aşkarlamağa kömək edə bilər. Bundan başqa, bu əməkdaşlarınız sizinlə görüşüblərsə bu sizə onlarla daha tez uyğunlaşmağa kömək edə bilərlər.

Unutmayın ki, yeni işə başlayan zaman bir çox şeyləri nəzərinizdən çıxarmamalısınız: sizin bilavasitə komanda üzvlərinizin adlarını və vəzifələrini; rəhbərləri və direktorları; əsas müştəriləri; vacib təchizatçıları; köməkçi heyyəti; şirkətin yaratdığı iş təcrübəsini, kompüter sistemini və çox da böyük həcmli informasiya yüklənəcək ki, nə qədər şirkətlə yaxından tanış olsanız bir o qədər sizə o şirkətdə işləmək asan olacaq.
Davam etmək istədiyiniz kimi başlayın

Ofisi və iş rolunuzu anlamağa çalışmaq startını versəniz bir o qədər sizin xeyrinizədir. Sizin ilk 3 aylığınızın sonunda sizin haqqınızda əksər insanların dəyişməyi çətin olan fikir formalaşacaq. Sizə bu fikilərin müsbət və sizi tanıdıqca bunların daha möhkəm olması lazımdır. Buna işə vaxtında başlamanız, uyğun geyinməyiniz və işə əvvəldən vicdanlı, pozitiv münasibət göstərməklə nail olmaq olar.

Işə ilk dəfə gələn zaman hər şeyi özünüzdə qeyd etməniz sizə xeyirli ola bilər. Çox güman ki, əməkdaşlarınız dediklərini yenidən təkrar etməyə etiraz etməzlər, bunu daimi şəkildə etsəniz onları tez bir zamanda qıcıqlandıra bilərsiniz. Axı onların özlərinin də işləri var, ona görə nə qədər işə tez uyğunlaşsanız bir o qədər sizə bu xeyirlidir.

Əgər işinizdə sizə tanış olmayan və çətin bir element varsa onlar haqqında sualınız yaranan kimi verin. Sizin əməkdaşlarınız və müdiriniz sizin belə sualların ilkin vaxtlarda yaranacağını bilib, anlayışlı yanaşacaqlar sizə. Əgər bunu siz bir iki aydan sonra etsəniz, onlara maraqlı olacaq ki, niyə bunu vaxtında soruşmamısınız və sizin işinizlə bacarmadığınızı başa düşəcəklər.

Sonda insanlara sualların verilməsi ilə hər şeyi bilmək həvəsinin olduğunu və işi lazımi şəkildə etmək istəyinizin olmasını sübut edə bilər.
Sınaq müddəti

Vəzifəyə təyin edilməkdən qabaq əgər işə götürən sınaq müddəti müəyyən edibsə, onda sizin özünüzü 1-2 ay necə göstərməyiniz çox vacibdir.

16-cı bölmədə göstərdiyimiz kimi, təklifi qiymətləndiməmişdən qabaq sınaq müddəti haqqında hər şeyi bilməlisiniz. Bu o deməkdir ki, siz artıq necə qiymətləndiriləcək, kim və nə sizin uğur və müvəffəqiyyətsizliyinizi təyin edib, istədiyiniz iş səviyyəsini əldə etmək üçün hansı dərəcədə olmasına ehtiyac olduğunu bilməlisiniz.


Sınaq müddətinin olma faktı bəzi insanları sizdən uzaqlaşdıra bilər. Bunda fikrinizi cəmləməyin. Bu faktların yeri var lakin, istənilən halda elədiyiniz işi ən yaxşı səviyyədə görün.

Unutmayın ki, sizin müdiriniz və əməkdaşlarınız əgər sizi kollektivə yük bilməyib və ya sizi sevməyən hal baş verməyibsə, sizə uğur qazanmağınız üçün sizi dəstəkləyəcəklər. Sizin müdiriniz sizə işə götürməklə səhv eləmək faktını qəbul etmək istəməzki, yenidən başqa işçi götürmək prosesinə başlasın. Insanlar sizin tərəfinizdə olacaqlar, buna görə onların sizə müsbət mövqelərindən istifadə edib kömək və məsləhətlərindən lazım olduqca istifadə edin.

Əgər sınaq müddətinin sonunda hələ də qaranlıq qalan məsələlər varsa belə, işləmək həvəsinin olması sizə kifayət qədər müsbət “qiymətlər”in almaq imkanını artırıb, sınaq müddətinin keçməsinə və kollektivə daimi üzv kimi qəbul olunmasına şərait yaradacaq.


Məsələlərin qoyuluşu

Yeni işin başlanması yeni məqsədlərin əldə edilməsi deməkdir. Bu həm də gələcək perspektivlərin işlənib hazırlanmasıdır.

Nəticə etibarilə təşkilata daxil olduğunuz zaman sizi ora gətirən amilləri beyninizdən çıxartmayın. Hansı yeni perspektivlərə ümid edirdiniz? Hansı bilikləri və ya keyfiyyətləri mənimsəmək istərdiniz? Sizin hazırkı məqsədiniz- bütün bunları reallaşdırmaqdır.

Sizin funksional öhdəliklərinizi genişləndirmək üçün bütün maneələri dəf etməkdən ötrü mədəni və nəzarətlə özünüzü ifadə edin.

Hazırkı tələblərinizi təmin edən yeni işinizlə bərabər siz gələcək karyeranızla bağlı planlar da qura bilərsiniz.

Şirkətə uyğunlaşdıqca bu şirkətin mədəniyyətinə həqiqətdə nə dərəcədə uyğun olub olmamağınız sizə aydın olacaq. Əgər bu sizə uyğundursa cəlbedici imkanlar verən şirkətin daxilində öz karyeranızı qura bilərsiniz. Əgər mədəni uyğunluq yoxdursa belə, vəzifəniz hüdudlarında imkanlarınızın genişlənməsinə və yüksəlişə nail olmaq üçün nə etməli olduğunuzu müəyyən etməyə çalışın. Yeni işə keçmə halı baş verərsə gələcək işəgötürəndə sizin qabiliyyətlərinizin qəbul və inkişaf etdirilmə təssüratını yaratmaq ehtiyac olacaq.



Yeni işə başlamazdan qabaq təcili, orta təcili və uzunmüddətli məqsədlərinizi yazmaq da məsləhətdir. Üç aydan sonra geri dönüb yazdığınız məqsədlərə nail olub olmamağınızı yoxlayın. Əgər yazdığınıza nail olmamısınızsa, vəziyyəti öz xeyrinizə çevirməyə çalışın.


Sadəcə soruşun

Ilkin işdən fərqli olaraq vəzifənizin hansı formada olması, yalnız sizdən asılıdır. Unutmayın ki, ağlamayan uşağa süd verməzlər. Bu fikir kitabın əsas xəttini təşkil edir. Əgər siz iş axtarırsınızsa və bu barədə informasiyanı dostlarınızdan, tanışlarınızdan maraqlanmamısınızsa yeni iş tapmaq şansınızı məhdudlaşdıra bilərsiniz.

Əgər siz daha yüksək əmək haqqını və ya yüksək lqotların olmasını tələb etməsəniz sizə bunu heç kim təklif etməyəcək. Neqativ(mənfi) cavabın gəlməsindən qorxmayın. Rədd cavabının alınması karyeranızın sizə güman etdiyinizdən heç bir xeyir gətirmədiyini düşünməkdən yaxşıdır.

Ona görə daha da cəsarətli olun. Yuxarı ucalın və öz arzularınıza çatmaq üçün çox işləməyə çalışın. Bu imkanlardan maksimum dərəcədə istifadə edənlərdən niyə olmayasınız?


Nəticələr:

  • Köhnə işdən çıxıb yeni işə keçmə vaxtından səmərəli istifadə edin;

  • Mətbuatda yeni işə götürülmə haqqında məlumatları izləyin;

  • Şirkətinizin haqqında çapdan çıxan marketinq materialları, hesabatlar və maliyyə sənədləşməsini araşdırın;

  • Gələcək müdirinizlə onu daha yaxşı tanımaqdan ötrü görüş təklif edə bilərsiniz;

  • Rəsmi surətdə bu ofisdə işləməkdən qabaq oranı necə ziyarət edəcəyinizi fikirləşin;

  • Bacardığınız qədər tez uyğunlaşın;

  • Iş təcrübələrinə və kontor qaydaları ilə bağlı sualları verməkdən qorxmayın;

  • Əgər siz sınaq müddətini keçməli olacaqsınızsa sizdən nə tələb olduğunu və nəticələr necə qiymətləndirilməsini müəyyən edin;

  • Işiniz haqqında daimi rəy verilməsini tələb edin;

  • Əgər siz ixtisas tələbləri ilə bağlı modifikasiyanız varsa bu sualı bacardığınız qədər tez qaldırın;

  • Qarşınıza yaxın, orta müddətli və uzunmüddətli məqsədlər qoyun;



1 Şimali Amerika hindlilərinin maral dərisindən tikdikləri ayaqqabı

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin