Büdcə təşkilatlarında ikili yazılışın xüsusiyyətləri
Uçot hesabları təsərrüfat vəsaitlərinin onların mənbələrinin və təsərrüfat əməliyyatlarının qruplaşması, cari nəzarəti təşkil etmək üsuludur. Hər növ təsərrüfat proseslərini, onların mənbələrinin və planının yerinə yetirilməsi proseslərini uçota almaq üçün ayın əvvəlində balans maddələri əsasında ayrı-ayrı hesablar açılır. Büdcə təşkilatlarında mühasibat uçotu təcrübəsində tətbiq edilmiş hesablara sxematik şəkildə aşağıdakı kimi təsvir edək:
Debet - hesabın adı (şifri) - kredit
Sxemdən göründüyü kimi hesabların tərəfləri "artım" və "azalma" deyil, "debet" və "kredit" terminləri ilə işarə edilir. Debet və kredit terminləri mənşəcə latın sözlərindən götürülmüşdür və burada artma və azalma mənası da işlənmir. Bəzi hesablarda artım debet tərəfdə yazılır. Hesablarda artım və azalmanın hansı tərəfdə yazılması hesabın və onda uçota alınan obyektin xarakterindən asılıdır.
Hesabların da quruluşu balansın quruluşu kimi 2 tərəfli cədvəl formasındadır. Həmin cədvəlin sol tərəfi şərti olaraq "Debet", sağ tərəfi isə "Kredit" adlanır.
Mühasibat uçotunun gedişində hər bir uçot obyekti, yəni hər bir vəsait növü və mənbəyi üçün ayrıca hesab açılır. Həmdə hesablarda aparılmış cari qeydiyyatların yekunlarına dövriyyə deyilir. Hesablarda dövrün əvvəlinə və sonuna vəsait qalıqları da göstərilir ki, bunlara uyğun qaydada ilk qalıq və son qalıq deyilir. Uçota alınan obyektlərin xarakterindən və balansla əlaqəsindən asılı olaraq hesablar 3 qrupa bölünür: aktiv, passiv, aktiv-passiv hesablara. Vəsaitlərin mövcuddiyatı və hərəkətini uçota alan balans və balansın aktiv tərəfinin maddələrini təşkil hesablar aktiv hesablardı. Aktiv hesablarda ilk qalıq, artım və son qalıq debet tərəfdə, azalma isə kredit tərəfdə yazılır. Aktiv hesabların sxematik quruluşu aşağıdakı kimidir:
(Dt) Debet (Aktiv hesablar): (Kt) kredit:
İlk qalıq_
Artım dövriyyəsi (+) Azalma dövriyyəsi (-)
Dövriyyənin yekunu Dövriyyənin yekunu
Son qalıq_
Bu hesablarda son qalığı müəyyən etmək üçün debet tərəfdə ilk qalıqla debet dövriyyəsinin yekununu toplamaq, alınmış cəmdən kredit dövriyyəsini lazımdır. Alınmış fərq həmin hesab üzrə son qalıqdır və mütləq debet tərəfdə yazılmalıdır.
Vəsaitlərin əmələ gəlmə mənbələrini uçota alan və balansın passiv mənbələrini uçota alan və balansın passiv tərəfinin maddələrini təşkil edən hesablar passiv hesablardır. Passiv hesablarda ilk qalıq, artım və son qalıq kredit tərəfdə, azalma isə debet tərəfdə yazılır. Passiv hesabların sxematik quruluşu aşağıdakı kimidir:
Debet(Dt) passiv hesablar Kredit(Kt)
İlk qalıq_
Azalma dövriyyəsi Artım dövriyyəsi (+)
Yekun?_ Yekun:_
Son qalıq
Passiv hesablarda son qalığı müəyyən etmək üçün kredit üzrə ilk qalıqla kredit dövriyyəsinin
yekununu toplamaq alınmış cəmdən kredit dövriyyəsini çıxmaq lazımdır. Alınmış fərq həmin hesab
üzrə son qalıqdır və mütləq kredit tərəfdə əks etdirilməlidir.
Elə hesablar da vardır ki, onlar vəsaitlərin həm mənbələrini, həm də hərəkətini uçota alır. Onlarda
eyni vaxtda həm debet, həm də kredit qalığı olur. Bundan asılı olaraq da həmin hesablar eyni balansın
həm aktiv, həm də passiv tərəfində əks olunurlar. Belə hesablara aktiv-passiv hesablar deyilir və
onların sxemi aşağıdakı kimidir:
Debet Aktiv-passiv hesablar Kredit
İlk qalıq- debitorların borcları İlk qalıq_kreditorlara olan borclar
Dövriyyə_debitor borclarının artması, Dövriyyə_kreditor borclarının artması,
kreditor borclarının azalması debitor borclarının azalması
Yekun: Yekun:
Son qalıq-debitorların borcları son qalıq-kreditorların borcları
Sxemdən göründüyü kimi aktiv-passiv hesabların debet qalıqları müəssisəyə debitorların (başqa
müəssisə və təşkilatların) borcunu, kredit qalıqları isə müəssisənin kreditorları (başqa müəssisə və
təşkilatlara) olan borcunu göstərir. Aktiv-passiv hesablarda son qalıqları müəyyən etmək üçün
bütün debitorlar və kreditorlar üzrə analitik dövriyyə cədvəli tərtib edilir. Aktiv-passiv hesablar
ancaq sintetik hesablar ola bilir. Onların analitik hesabları ya aktiv (debitor) ya da passiv (
kreditor) ola bilər.
Əgər hesab üzrə ilk saldo (qalıq) da daxil olmaqla debetin və kreditin ümumi yekunları
bərabərdirsə, o zaman hesab üzrə son saldo (qalıq) olmur və hesab bağlanmış sayılır.
Müəssisədə baş vermiş hər bir təsərrüfat əməliyyatlarının bir hesabın debetində və digər
hesabın kreditində və yaxud da əksinə qeyd edilməsinə ikitərəfli qeyd üsulu deyilir. Yazılışlar 2
cür olur.
1.Sadə provodka (yazılış) müxabirələşmə
2.Mürəkkəb provodka (yazılış)
Təsərrüfat əməliyyatlarının eyni məbləğdə bir hesabın debetinə, digər hesabın kreditinə
yazılmasına sadə provodka ( yazılış ) deyilir. Təsərrüfat əməliyyatının bir hesabın debetinə bir
neçə hesabın kreditinə və yaxud əksinə, bir hesabın kreditinə, bir neçə hesabın debetinə
yazılmasına isə mürəkkəb provodka (yazılış) deyilir.
Dostları ilə paylaş: |