Büdcə təşkilatlarında ikili yazılışın xüsusiyyətləri


BÜDCƏ TƏŞKİLATLARINDA MÜHASİBAT UÇOTUNUN QEYD VƏ FORMALARI



Yüklə 20,71 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü20,71 Kb.
#39197
növüYazı
1   2
Büdcə təşkilatı

BÜDCƏ TƏŞKİLATLARINDA MÜHASİBAT UÇOTUNUN QEYD VƏ FORMALARI.

BÜDCƏ TƏŞKİLATLARINDA MÜHASİBAT UÇOTU FORMASI DEDİKDƏ UÇOT REGİSTRLARININ MÜXTƏLİF

NÖVLƏRİNİN ƏLAQƏLƏNDİRİLMƏSİ QAYDASINI, UÇOT ARDICILLIĞINI VƏ İŞLƏNMƏSİ ÜSULUNU BAŞA

DÜŞMƏK LAZIMDIR. AZƏRBAYCAN RESPUBLİKASINDA QƏBUL OLUNMUŞ „MÜHASİBAT UÇOTU

HAQQINDA” QANUNUN TƏLƏBLƏRİNƏ UYĞUN OLARAQ TƏŞKİLATLARA MÜHASİBAT UÇOTUNUN

FORMA VƏ TƏŞKİLİ METODUNUN İSTİFADƏ QAYDALARININ MÜƏYYƏN EDİLMƏSİ HÜQUQU

VERİLMİŞDİR. HƏR BİR MÜƏSSİSƏNİN TƏŞKİLATI ÖZÜNÜ UÇOT SİYASƏTİNDƏ MÜHASİBAT

UÇOTUNUN APARILMASINDA HANSI FORMALARDAN İSTİFADƏ ETMƏYİNİ GÖSTƏRMƏLİDİR.

ƏVVƏLLƏR UÇOTUN ƏN ÇOX 2 FORMASI OLAN, MEMORİAL-ORDER VƏ JURNAL-ORDER

FORMALARINDAN İSTİFADƏ EDİRLƏR. ANCAQ İNDİ HESABLAYICI MAŞINLARIN TƏTBİQİ GENİŞ VÜSƏT

ALDIĞINDAN MÜVAFİQ FORMALARIN AVTOMATLAŞDIRILMASI İLƏ YANAŞI MÜXTƏLİF FORMALI

ÇOXLU SAYDA MÜHASİBATDA AİD KOMPÜTER PROQRAMLARI TƏRTİB EDİLMİŞDİR. BUNLARA

ƏSASƏN TÜRKİYƏDƏN GƏTİRİLMİŞ LİNK, RUSİYADA HAZIRLANAN TURBO BUXALTER, 1C, C7, C8 VƏ S.

BAŞQA PROQRAMLAR AİDDİR. MEMORİAL-ORDER FORMASL 1927-30 CU İLLƏRDƏ YARANMIŞDIR. BU

FORMANIN MAHİYYƏTİ ONDAN İBARƏTDİR Kİ, TOPLAMA CƏDVƏLİNDƏ QURAŞDIRILMIŞ SƏNƏDLƏR

ƏSASINDA MEMORİAL-ORDER TƏRTİB EDİLİR VƏ ONDA TƏMİN ƏMƏLİYYATLAR ÜZRƏ HESABLARIN

MÜXABİRLƏŞMƏSİ GÖSTƏRİLİR. MEMORİAL-ORDER XÜSUSİ BLANKDA RƏSMİLƏŞDİRİLİR. ORDERLƏRİ

BAŞ MÜHASİB VƏ YA ONUN MÜAVİNİ YOXLAYIR VƏ İMZALANMIŞ MEMORİAL-ORDERLƏR XRONOLOJİ

QAYDADA SIRA NÖMRƏSİ TƏRTİB EDİLMƏ TARİXİ, MƏBLƏĞİ GÖSTƏRİLMƏKLƏ QEYDİYYAT

JURNALINA YAZILIR. MÜHASİBAT KÖÇÜRMƏLƏRİ QEYDİYYAT JURNALINDA QEYDİYYATDAN

KEÇİRİLDİKDƏN SONRA „BAŞ KİTAB"DA HESABLAR ÜZRƏ ƏMƏLİYYATLARIN YAZILIŞI HƏYATA

KEÇİRİLİR. ANALİTİK HESABLAR KİTABLARDA, KARTOÇKALARDA VƏ SƏRBƏST VƏRƏQLƏRDƏ APARILIR.

ANALİTİK VƏ SİNTETİK UÇOTUN HESABLARL ÜZRƏ DÖVRİYYƏ CƏDVƏLİNİN MƏBLƏĞİ SİNTETİK

HESABLARIN DÖVRİYYƏ CƏDVƏLİNİN MÜVAFİQ MƏBLƏĞLƏRİ İLƏ MÜQAYİSƏ ETMƏK YOLU İLƏ

HƏYATA KEÇİRİLİR Ç GÖSTƏRİCİLƏRİN BU CÜR MÜQAYİSƏSİ BURAXILMIŞ SƏHVLƏRİ AŞKARA

ÇIXARMAĞA VƏ ARADAN QALDIRMAĞA İMKAN VERİR. UÇOTUN JURNAL FORMASI BAZASINDA

HESABDARLIĞIN JURNAL-ORDER FORMASI YARADILIB. İLK DƏFƏ O ELEKTRİK STANSİYASI VƏ ELEKTRİK

SƏNAYESİNDƏ TƏTBİQ EDİLMƏYƏ BAŞLANIB. JURNAL-ORDER FORMALARINDA TƏTBİQ EDİLƏN ƏSAS

REGİSTRLƏR JURNALLARDAN İBARƏTDİR. SƏNƏDLƏR ONLARDA XRONOLOJİ QAYDADA

QEYDİYYATDAN KEÇİRİLİR. BUNUNLA BƏRABƏR ONLAR ORDERLƏR SAYILIR, ÇÜNKİ JURNAL ÜZRƏ

AYLIQ YEKUNLAR ÖZLÜYÜNDƏN ƏVVƏLLƏR MEMORİAL-ORDERDƏ ƏSK ETDİRİLƏN MÜHASİBAT

KÖÇÜRMƏSİNİ ƏVƏZ EDİR. ONA GÖRƏ ONLAR JURNAL-ORDERLƏR ADLANIRLAR. UÇOT FORMASI İSƏ

JURNAL-ORDER SAYILIR. BAZAR İQTİSADİYYATINDA İSTEHSALIN GENİŞ ARTIMI VƏ TƏSƏRRÜFAT

PROSESLƏRİNİN DƏRİN ÖYRƏNİLMƏSİNƏ TƏLƏBAT OLMASI DAİMİ OLARAQ İQTİSADİ

İNFORMASİYANIN ARTMASINI TƏLƏB EDİR. ANCAQ ƏN SƏMƏRƏLİ HESAB TEXNİKASINDAN GENİŞ

İSTİFADƏ EDİLMƏSİ, UÇOT İŞLƏRİNİN ƏMƏK MƏHSULDARLIĞININ ARTMASLNA, ONLARA OLAN

TƏLƏBATIN AZALMASINA VƏ BELƏLİKLƏDƏ ADAMLARIN MADDİ İSTEHSAL SFERASINDA İSTİFADƏ

EDİLMƏSİ ÜÇÜN AZAD EDİLMƏSİNƏ İMKAN VERİR. HAZIRDA BÜDCƏ TƏŞKİLATLARINDA MÜHASİBAT

UÇOTUNUN İDARƏ OLUNMASINDA AVTOMATLAŞDIRILMIŞ SİSTEMDƏN GENİŞ İSTİFADƏ OLUNUR.

TƏŞKİLATLARDA ELEKTRON HESABLAYICI MAŞINLARDAN İSTİFADƏ ETMƏKLƏ AVTOMATLAŞDIRILMIŞ

İDARƏETMƏ SİSTEMİNİN TƏTBİQ OLUNMASI QISA MÜDDƏTDƏ ÇOXLU MİQDARDA

İNFORMASİYALARIN HAZIRLANMASINA VƏ TƏŞKİLATIN İDARƏ EDİLMƏSİ ƏMƏLİYYATLARINDA BU



İNFORMASİYALARINDAN OPERATİV İSTİFADƏ OLUNMASININ TƏMİN EDİLMƏSİNƏ GENİŞ ŞƏRAİT

YARADIR.
Yüklə 20,71 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin