Bul funksiyaları çoxluğunun (sisteminin) qapanması. Bul funksiyalarının qapalı sistemi
Şennon teoremlərindən belə bir nəticə alınır.
Teorem 12.1. Eyniliklə sıfır olmayan bul funksiyasını inkar, konyunksiya və dizyunksiya funksiyaları vasitəsilə mükəmməl DNF adlanan düstur şəklində yeganə olaraq realizə etmək olar.
Eyniliklə vahid olmayan bul funksiyasını inkar, konyunksiya və dizyunksiya funksiyaları vasitəsilə mükəmməl KNF adlanan düstur şəklində realizə etmək olar.
Belə bir sual meydana çıxır. Ümumiyyətlə, hər hansı bul funksiyaları sistemi verilərsə, onda bu sistemin funksiyalarının iştirak etdiyi müəyyən düsturla ixtiyari bul funksiyasını realizə etmək üçün bul funksiyalarının sistemi necə olmalıdır? Bu sualın cavabını vermək üçün bir neçə yeni anlayışları verək.
Tərif 12.1.Tutaq ki, , burada , sistemi verlir. sisteminin , funksiyalarının iştirak etdiyi düsturlar şəklində göstərilə bilən bul funksiyaları çoxluğuna sisteminin qapanması deyilir və kimi işarə olunur.
Misal 12.1. sisteminin qapanması bu funksiyalardan düzəldilən xətti bul funksiyaları çoxluğudur, yəni