Bullinq və buller anlayışı; Elena Hacıyevanın xatirəsinə ithaf edilir



Yüklə 490,43 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü490,43 Kb.
#43694
1   2   3   4   5
bulinq

Bullinqin profilaktikası

Profilaktika üçün zorakılığın meydana gəlməsi səbəblərini və daxili şəraiti müəyyənləşdirmək lazımdır. Ailədə uşağa kifayət qədər diqqət yetirmək və uşağa sülh şəraitində, qarşılıqlı əlaqədə yaşamağı aşılamaq lazımdır. Eləcə də uşaq dinc yolla özünü müdafiə etmək qaydaları ilə də tanış edilməlidir. Məktəb sistemində verilən materialların mənimsənilməsinin hər bir şagirdin şəxsiyyətinə verilən dəyər kimi əhəmiyyəti çox önəmlidir. Lakin məhz bu baxış bucağını müəllim dəyişməyi bacarmalıdır. Yəni təkcə dərslərini əla və yaxşı oxuyan şagird yaxşı şagirddir anlayışı ilə yox, hər bir şagird yaxşıdır anlayışı ön plana çəkilməlidir. Məktəbdə, sinifdə olan psixoloji iqlim, şagirdlərin qarşılıqlı anlaşması və biri-birilərinə yardımı zorakılığın qarşısını almaqda mühüm rol oynayır. Kollektivin birliyi, psixoloji və sosial ünsiyyət təlimləri ilə zəhgin sinif saatlarının keçirilməsi fərdi inkişaf və hər bir şagirdin mövqeyinin güclənməsinə kömək etmiş olar. İnsanlar arasında qarşılıqlı münasibətlərin müxtəlif formalarından bəhs edən filmlər, seriallar, kitablar və müxtəlif intellektual oyunlar da şagirdlərin davranışına müsbət təsir göstərə bilər. Hətta bəzi döyüş filmlərindən söhbətlər açmaqla şagirdlərdə müsbət emosiyalar formalaşdırmaq mümkündür. Hər hansı bir oyunda (və ya kinoda) adam əlləri ilə divara on dəfə yumruq vurur, lakin ona heç nə olmur. Bu cür anlayışların yalan olduğunu uşağa başa salmaq heç şübhəsiz ki, çətindir. Bu cür oyunlara və yaxud kinolara baxmağı uşağa qadağan etmək və ya məhdudlaşdırmaq da olduqca müşkül məsələdir. Ancaq həmən uşaqları boks dərnəyinə yazmağı bacarsanız uşaq həqiqi ağrının nə olduğunu öz üzərində yoxlaya bilər. Uşağın həyatının bütün sahələrində onu stressli amillərdən: evdə və məktəbdə zorakılıqdan, sağlam olmayan qruplaşmadan, dəstələrdən, zorakılığa yol verilən hər cür təzahürlərdən ayırmaq və qorumaq lazımdır. Bullinqdən sonra uşaqda baş verən dəyişiklikləri izləmək və ona vaxtında psixoloji yardım göstərmək də vacibdir. Bullinqə məruz qalan və ya buller olan uşaqlar sonradan da əgər onlarla lazımı tədbirlər görülməssə, diqqətdən kənarda qalarlarsa, başqa məktəbə keçirildikdə də yenə də eyni təzahürlərlə üzləşəcəklər. Uşaqlara xüsusi təlimlər vasitəsilə zorakılıq etməmək və zorakılığa qarşı mübarizə qaydalarını öyrətmək lazımdır. Böyüklər öz həyatlarında baş vermiş oxşar hadisələri danışmaqla, uşaqlarla birgə filmlər izləməklə bunu edə bilərlər. Əsas məsələ - bu barədə uşaqları çoxlu sayda ibrətamiz məlumatlarla məlumatlandırmaq, şiddətə qarşı mübarizə aparmağı, kimsəyə qarşı zorakılıq etməməyi aşılamaqdır. Zorakılıq formalarından istifadə iştirakçıların yaş xüsusiyyətləri ilə dəyişir. Kiçik yaşlı uşaqlarda bu təzahür daha yumşaq, yeniyetmələrdə nisbətən daha qəddar formada olur. Oğlanlar fiziki formadan istifadə edirlərsə, qızlar daha çox psixoloji formaya üstünlük verirlər. Yeri gəlmişkən hesab edirəm ki, ordulardkı “dedovşina” da bullinq forması sayılmalıdır.

Belələri məktəbdə çox vaxt bullinq qurbanları olur:

-ikialanlar;

-əlaçılar;

-müəllimlərin sevimliləri;

-fiziki cəhətdən qüsurlu olan uşaqlar;

-valideynləri tərəfindən daima nəzarətdə saxlanılan uşaqlar;

-idmanın hər hansı növünə maraq göstərən azyaşlılar;

-müəllim uşaqları;

-müəyyən xəstəliyinə görə digər yoldaşlarından fərqlənənlər;

-müasir elektron bacarıqları olmayan və ya bacarığı olan, lakin, digər uşaqlar üçün əlçatmaz, ən bahalı elektron əşyalara sahib olanlar;

-vunderkind (intellektual səviyyəsinə görə fərqlənən) uşaqlar;

-intizamsız, standart dünyagörüşündən fərqli uşaqlar;

-aztəminatlı (yoxsul) ailələrin uşaqları;

(P.S. bura milli azlıqların və hətta cinsi azlıqların nümayəndələrini də aid etmək olar).


Yüklə 490,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin