Bullinq və buller anlayışı; Elena Hacıyevanın xatirəsinə ithaf edilir


Şifahi-qorxutmaq, sözlərlə alçaltmaq, adına ləkə yaxmaq şifahi bullinq sayılır. Sosial



Yüklə 490,43 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü490,43 Kb.
#43694
1   2   3   4   5
bulinq

Şifahi-qorxutmaq, sözlərlə alçaltmaq, adına ləkə yaxmaq şifahi bullinq sayılır.

Sosial-şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq bullinqin sosial növünə aiddir.

Psixoloji-təqib etmək, qərəzli baxışlar və başqa psixoloji zorakılıqlar bu növə daxildir.

Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. İdarə edicilər, valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər. Ancaq son günlərdə baş vermiş hadisə cəmiyyətimizdə bu yönəmdə maarifləndirmənin yetərincə olmadığını ən ağır şəkildə bizə göstərdi. mənbə: https://www.bildirchin.az/bullinq-nedir-intihara-nece-sovq-edir/



“Bullinq” sözü ingilis dilindən tərcümədə təcavüz, qorxutmaq, təhqir etmək deməkdir. Sosioloq İqor Konun fikrincə bullinq - zorakı yolla qorxutmaq, fiziki və ya psixoloji terror olmaqla başqalarında qorxu yaratmaq yolu ilə onları özünə tabe etmək deməkdir. Bullinqə məruz qalan individ, adətən özünü müdafiə etməkdə aciz olur. Güc baxımından bərabər olan iki individ arasında baş verən münaqişə bullinq sayılmır. Məktəb bullinqi- bir uşağın və ya bir uşaq qrupunun başqa bir uşağa və ya uşaq qruplarına fiziki və yaxud psixoloji qəddar münasibətidir. David Leyn hesab edir ki, bullinq bir individin və yaxud qrupun özünü müdafiə etməkdə aciz olan individə və yaxud individlərə uzunmüddətli fiziki və ya psixoloji zorakı təsirdir. Dünyada bu aspektə diqqət ilk dəfə 1983-cü ildə Norveçdə mobbinqə qarşı kompaniya keçirilərkən yönəlmişdir. Mobbinq (ing. mobbing; “mob”-“kütlə”, “izdiham”) kollektivdə işçiyə qarşı psixoloji zorakılığın bir formasıdır. Bu yolla adətən işçini öz razılığı ilə işdən çıxmasına məcbur etmədir. Bullinq- bir insanın digər bir insana qarşı aqressiv, zoraklıq, təzyiq, təqib və terrora bənzər davranışıdır. Qeyd etmək lazımdır ki, insanın psixoloji cəhətdən “döyülməsi”, ona qarşı radikal hərəkətlər- məsələn, qeybət, əsassız ittiham, “şit” zarafatlar və digər şiddətli hərəkətlərə mobbinq deyilir. Bullinq isə şüurlu olmayan, təkrarlanan aqressiv hərəkətlərlə münaqişə və ya təsadüfi hallar zamanı baş verdiyi üçün onu mobbinq fenomeninə aid etmək düzgün deyil. Amma zorakılıq müntəzəm olaraq baş versə və bu hadisələr insanın intiharına səbəb ola və ya ona cəhd etmək halına gətirib çıxara bilər.Yeniyetmələr arasında tez-tez belə halların baş verməsi müasir statistikaya görə 45%-dir, 20% yeniyetmə isə özləri bu hərəkətlərlə məşğul olurlar (mənbə:https://psihomed.com/bulling/). İlk əvvəl bullinq təmas qüvvələrinin bərabərsiziliyi sferasında ortaya çıxır. Belə ki, istər fiziki, psixoloji və ya uşaqların qüvvələr nisbətinin bərabərsizliyi üzündən müqavimət göstərə bilməməsi, reaksiya verə bilməməsi və s. Adətən təcavüzkar öz qurbanının zəif nöqtəsini bilir və o həmin yerdə güclü olur. Fiziki şəxslər dəstə tərəfindən incidilir, zəif olan güclü tərəfindən təhqir edilir, psixoloji cəhətdən zəif olanlar psixiloji liderlər tərəfindən sıxışdırılır. Bu cür halların müntəzəm olaraq təkrarlanması qurbanda artıq bir ümidsizlik yaradır və o müqavimət göstərə bilmir. Nəticədə qurban tamamilə özünə qapanır, onda tamamilə özünə qapanma formalaşır. Orta məktəblərdə bullinq yuxarı yaşlıların kiçik yaşlılar üzərində hökm etmələri, onların pullarının, yeməklərinin, oyuncaqlarının, telefonlarının əllərindən alınması kimi hallarla başlayır. Bəzən bu hallar giya “dostun hədiyyəsi”, “yoldaşlıq qayğısı” və s. kimi formada özünü göstərir. Yuxarı siniflərdə bu cür təzahürlər aradan qalxsa da, psixoloji terror qalmaqda davam edir- təhqirlər, şit zarafatlar, ümumi baykotlar, özünü bilməməzliyə vurmaq və s. kimi üsullardan istifadə edilir. Bu zaman hadisənin əsas xarakterik xüsisiyyəti davranışlar mexanizmidir. Bullinq həmişə bir nəfərin zorakılıq yolu ilə öz səlahiyyətini gücləndirməyə, “hörmətinin” artırılmasına və ya qrupun (sinifin, siniflərin) diqqətini özünə cəlb etməyə çalışan bir şəxslə başlayır. İlkin baxışda cəmiyyətdə bu kimi davranışlara haqq qazandıran (mənim uşağım əfəl olmamalıdır), ümumiyyətlə bu cür hallara biganə olanlara və bu cür təcavüzkar hərəkətləri ittiham edənlərə bölünə bilər. Lakin zaman keçdikcə zorakılıq qurbanları müqavimət göstərə bilmədikcə və gülünc obyektinə çevrildikcə vəziyyət dəyişir. Ən yaxşı halda bu cür hərəkətləri pisləyənlər ətrafdakılardan (valideyn, məktəb, şagirdin özü tərəfindən) müdafiəçilər tapmadıqca buna maraqlarını itirir və bu cür hallar onlarda qıcıqlanma yaradır. 


Yüklə 490,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin