Bullinq və buller anlayışı; Elena Hacıyevanın xatirəsinə ithaf edilir


Müəllimlərin özlərinin belə bullinq qurbanı olduğu hallar barədə də məlumatlar mövcuddur



Yüklə 490,43 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü490,43 Kb.
#43694
1   2   3   4   5
bulinq

Müəllimlərin özlərinin belə bullinq qurbanı olduğu hallar barədə də məlumatlar mövcuddur.

Bütün qurbanları birləşdirən tək bir xətt vardır: Onlar yüksək həssaslığa malik olan insanlardır. Bu istər”zəiflik” olsun, istər “qorxu hissi” olsun, istərsə də “nifrət və qəzəb” olsun. Bütün hallarda uşaqlar vaxtında düzgün fiziki və psixoloji hazırlıq keçməlidirlər. Zorakılığa qarşı müdafiə və mübarizə yollarını həm valideynləri tərəfindən, həm də məktəbdə onlara öyrədilməlidir. Bəzən olur ki, valideyn bunu ən azından, savadlı olmadığı və maariflənmədiyindən bilmir, məktəbdə çalışanlar isə bunu bilməlidir, bu istiqamətdə mütləq lazımi işlər aparmalıdır. Cəmiyyət, Təhsil Nazirliyi və dövlət bunları nəzərə alaraq əməli tədbirlər

(sözdə deyil, işdə) həyata keçirməlidir. Oğlanlar daha çox məktəblərdə ya zorakılıq qurbanı, ya da ki, təşəbbüskarı olurlar. Oğlanlar daha çox döyən və ya döyülən, qızlar isə dah çox sinif yoldaşları haqqında qeybət edən və ya qeybəti olunan olurlar.

Fikrimçə bütün bu kimi hallar sadəcə bir fərdin hərəkətləri yox, cəmiyyətdə baş verən anormal proseslərin təzahürüdür. Ümumiyyətlə, təcavüzün səbəbi qurbanın xüsusiyyətlərində deyil, cəmiyyətin xüsusiyyətlərində axtarılmalıdır. Məhşur filosofdan soruşulur:

-Uşağım olub, onu necə tərbiyə edim?

Cavab verir:



-Ədalətli cəmiyyətdə doğulubsa, kifayətdir.

Bu nöqteyi-nəzərdən yanaşılarsa, məktəbdə direktorun, sinif rəhbərinin hətta sinifdə bir müəllimin dəyişilməsi də önəm kəsb etməlidir.
Yüklə 490,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin