Bullinq və buller anlayışı; Elena Hacıyevanın xatirəsinə ithaf edilir



Yüklə 490,43 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü490,43 Kb.
#43694
1   2   3   4   5
bulinq

Öz beynini zibildən təmizlə

Bullinq sosial bir hadisə kimi o yerdə baş verir ki, orada, kollektivdə şəxsiyyətə qiymət verilmir (P.S. bizim bəzi məktəblərdə olduğu kimi”İşləyənə, işinə can yandırana qiymət verilmir”). Fərd üçün belə dözülməz bir şəraitdə, o fərddə ətrafda baş verənlərə qarşı laqeyidlik yaranır. Əgər şəxs, insana, insan qüruruna dəyər verilən bir mühitdə tərbiyə olunsa belə halların baş vermə ehtimalı sıfra enər. Belə ki, qurbanların əksəriyyəti öz “qəribəliyi” və fərqliliyi ilə digərlərindən seçilənlər (geyim, davranış, istedad, səs tonu və.s və il.) olur. Qurbanlar çox vaxt kollektivin yeni üzvləri, yeni gələnlər olur. Belə ki, onlar yeni kollektivə uyğunlaşa bilmir, yeni dostlarla ünsiyyət qurmaqda, kollektivdə olan ab-havaya uyğunlaşa bilmirlər. Bu cür həssaslıq isə məktəbdə tiranlıq edən “mənəvi sadistləri” cəlb edir. Çünki onlar bilirlər ki, belə uşaqları təhqir etmək çox asandır və bu cür hərəkətlərindən “emosional zövq” alırlar.

Bəzən bu cür qurbanları sinif yoldaşlarının əli ilə süni şəkildə də yaratmaq olar. Bu o zaman baş verə bilər ki, sinif rəhbəri və ya müəllim kollektivin qarşısında belə uşaqları təhqir edir və alçaldır.Yuxarıda qeyd etdiyim məsələ həm də tamamilə fərdi qaydada da baş verə bilər. Lakin bundan xəbər tutan şagirdlər zərərçəkmişin psixologiyasina təsir edərək onu qurbana çevirməyə nail ola bilərlər. Çox vaxt əvvəlki məktəbdə belə hallara məruz qalan şəxs, yeni məktəbdə də qurban olur. Qurbanların çoxu təkcə məktəbdə deyil, həm də evdə də təcavüzə məruz qalırlar. Belə hallar onlarda çoxlu problem və narahatçılıq yaradır. Onları təhqir edənlərə cavab verə bilməməsi, passiv mövqe tutmaları, şəxsi fikirlərinin olmaması və ya əksinə qrup (sinifdə) kəskin qarşıdurma, eləcə də hər hansı ümumi oyundan imtina etmələri aqressorları (bullerləri) onlara qarşı daha da fəallaşdırır.

Bullerlər-zorakılıq tərəfdarları, özlərini “ağa” sayanlar olmadan bullinq həyata keçə bilməz. Bu keyfiyyətlərin də ortaya çıxması üçün müəyyən şərtlər mövcuddur. Əsas və ən vacib səbəb erkən uşaqlıq dövründə ailədə baş verən hadisələrdir. Belələri valideynlərinin diqqət və məhəbbətindən kənarda qalmış, etinasızlıq görmüş, ailədə həmişə qadağalar görmüş, valideynləri tərəfindən daima döyülmələrə, təhqirlərə məruz qalanlar olur. Belə hallar sonradan onlarda aqressiyanın əmələ gəlməsi üçün hərəkətverici qüvvə kimi çıxış edir, onların daxili aləmində etiraz, ağrı və sonra isə təcavüzkara (bullerə) çevrilməsinə səbəb olur. Belələri öz etirazlarını valideynlərinə qarşı çevirə bilmədiklərindən özlərindən daha zəif olanları axtarıb tapırlar. Belə uşaqlar həyatda hökm etmək arzusunda olurlar, bullinq isə onlara öz arzularını gerçəkləşdirmək üçün stimul verir. Eləcə də bullerlər əhval-ruhiyyələrini bu yolla “yaxşılaşdırmaq” istəyirlər. Bu onların psixoloji travma aldıqlarının sübutu olsa da, onlar bu yolla öz pis əməllərinə “don” geyindirirlər (“Ağa- mənəm”). Bullerə dünyanı ağ və qara rəngdə görmək xarakterikdir. Onun düşüncə tərzinə görə “ya mənimləsən, ya da ki, mənə qarşısıan”prinsipi əsasdır. Digərləri haqqında tez-tez mənfi fikirlər söyləyən buller qayğıkeşlikdən uzaq, təcavüzkar xüsusiyyətlərə malik olur. Lakin bütün təcavüzkarlar kimi bullerlər də məğlubiyyətdən qorxurlar, bu baxımdan buller bir çox hallarda zəif olanı deyil, onun cavabını verə bilməyəni qurban seçir. Təcavüzkarlıq hərəkətlərinin nəticələri bu hadisənin bütün iştirakçılarına aiddir. Elə hallar olur ki, qurban situasiyadan çıxış yolu tapmadığına görə intihar edir. Vaxt olur ki, qurbanlar dəhşətli reallıqdan xilas olmağın yolunu stressi aradan qaldıran norkotik və psixotrop maddələri qəbul etməkdə görürlər. Bu isə onları məhvə sürükləyir. Bundan başqa, dərsə gəlməmək, intellektual və zehni zəiflik özünü biruzə verir. Nevroloji xəstəliklər, yuxusuzluq, iştahanın kəsilməsi və s. kimi əlamətlər də meydana gəlir. Eləcə də mütəxəssis müdaxiləsi tələb olunan psixoloji problemlər də baş verə bilər. Qurbanlarda narahatçılıq və dipressiya halları artır, bəzən isə dərman vasitəsilə tənzimlənən klinik hallar da qaçılmaz olur. Şəxsiyyətlərarası münasibətlər pozulur, özünəqapanma artır və rəqabət qabilliyyəti azalır. Bullinq fəaliyyət sahələrinin məhdudlaşmasına, iştahdan kəsilmə və ürək problemlərinin yaranmasına şərait yaradır. Bullerlər üçün də bu hadisənin mənfi nəticələri vardır. Belə ki, bullerlər böyüdükdə ictimai faydalı işlərlə məşğul olmaq, hər hansı işdə işləmək istəmir, kiminsə hesabına və yaxud asan yolla pul qazanmağa üstünlük verirlər. Ünsiyyət çətinlikləri bulleri ailədə tirana çevirir və onu gələcəkdə patoloji cinayərkarlığa sövq edir. 



Məktəblərdə bullinqin şiddət və təzahürlərinə görə bir neçə dərəcəsi olur. Psixoloji pozuntunun ən ciddi, nəzərəçarpan dərəcəsi fiziki bullinqdir. Yəni fiziki zorakılıqdır. Belə ki, qurban müntəzəm olaraq döyülür, ona zərər vurulur, məsələn, koridorda itələmək, barmağını qırmaq, təpikləmək, dərinin yandırılması, yaraları qopartmaq və s. bu kimi son dərəcə zalım hərəkətlərə məruz qalır. Bullinq passsiv formada da özünü göstərə bilər, belə ki, davranışda qurban ictimai həyatdan təcrid edilərək, sanki ona qarşı edilənləri görmürlər və onu baykot edirlər. Fəal formada şantaj, müəyyən əşyaların əlindən alınması (adətən, pul, telefon, oyuncaq və s.), qurban haqqında qeybətlərin yayılması, ona qarşı mənfi şəraitlərin yaradılması (məsələn, çantasının və ya kitab-dəftərlərin korlanması, oğurlanması, qaranlıq otaqlarda bağlanması və s. ) daxildir. Bullinqin ən çox rast gəlinən variantı verbal bullinqdir, bu zaman qurbanın təhqir və ona istehza edilməsi, və digər “lənətlərə” əl atılmasıdır. Texnologiyanın inkişafı ilə əlaqədar, yeni kiberbullinq anlayışı meydana gəlmişdir. Belə ki, təhqiredici hərəkətlər internet vasitəsilə edilir. Qurbana təhdid edici və təhqir dolu e-məktublar göndərilir, habelə insan ləyaqətini alçaldan məktub və yaxud da real və ya montaj edilmiş fotolar göndərilir. Məktəbdə bullinq zorakılığının iki səbəbi olur: ailədə valideynlər və məktəb işçiləri. Valideynlər arasındakı mənfi davranış, onların ətrafdakılar haqqında mənfi fikirləri övladları tərəfindən əxz edilir və məktəbdə bu hərəkətlər davam etdirilir. Bəzi müəllimlər isə belə hərəkətlərə laqeyid yanaşırlar. Uşaq ehtiyaclarının valideynlər tərəfindən ödənilməməsi, bir çox komplekslər, diqqət və sevginin ayrılmaması da belə zorakılığa səbəb ola bilər. Bu həm də istər qurban, istərsə də aqressor olsun davranışlarının gizlədilməsi yolu ilə daha da artır. Belə ki, uşaq evdə məsələni valideynlərindən gizlədir, valideyn isə uşağına diqqətlə yanaşmır. Psixoloji travma alan uşaq başqalarına zərər yetirmək, onları döymək, incitmək və s. bu kimi yollara əl atır. Müəllimlər tərəfindən bullinq təxribatına yol verilməsi onların peşə və ixtisas səviyyəsinin aşağı olması və ya çox gənc olmaları, kifayət qədər pedaqoji təcrübələrinin olmaması ilə əlaqədar ola bilər. Unutmaq olmaz ki, bullinq təxribatına yol verən də və onu dayandıra biləcək yeganə şəxs müəllimdir. Bu baxımdan müəllimlər şagirdlərinə qarşı daha diqqətli olmalıdırlar. Əgər bütün sinif qarşısında müəllim şagirdi alçaldırsa, fiziki güc tətbiq edirsə, digərləri bu halların gələcəkdə tətbiqinə özləri yol verəcəklər. Daha doğrusu belə xətt götürəcəklər. Müəllim bullinq qurbanlarını təkcə verbal danışığı ilə deyil, üz ifadəsinin dəyişdirməsi (səndən zəhləm gedir), şagirdin dəftərinin və ya məktəbli kitabçasının qeyri-etik atılması ilə də yarada bilər. Məhz buna görə müəllim bu cür hallara önəm verməli hər bir işə ehtiyatla, şagirdinə qayğı və sevgi ilə yanaşmalıdır. Əgər müəllim şagirdə ləqəb qoyursa, şagirdi hamının gözü qarşısında alçaldırsa, psixoloji təcavüzə məruz qoyursa gələcəkdə o uşaqda təcavüzkar təzahürlərin meydana gəlməsi ehtimalı çox olacaqdır. Səbəbindən asılı olmayaraq məktəb bullinqində bir neçə şəxs iştirak edir- zorakılıq edən (buller), qurban (bullinqə məruz qalan) və müşahidə edən. Sonunculara baş verən hadisələri guya görməyən müəllimlər, qurbanın yerində olmaq istəməyən şagirdlər və hətta belə hadisələrin baş verməsinə inanmaq istəməyən valideynlər də daxildir. İlk mərhələdə şagirdlər içərisindən qurbanın hüquqlarının qorunmasına və onu müdafiə edənlər olsa da, lakin məktəb idarəedicilərinin, müəllimlərin fəaliyyəti zəif olan yerlərdə belələri ya kənara çəkilir ya da ki, bullerlərə qoşulurlar.Yalnız müdafiəçilər emosional, əxlaqi və fiziki cəhətdən bullerdən üstün olduqda məktəbdə bullinqə son qoyula bilər. Bu isə hər zaman mümkün olmur. Bu işdə məktəb rəhbərliyi, müəllim və hətta adi texniki işçilərin belə rolu böyükdür. Belə ki, bu cür təzahürləri gördükdə sərt və möhkəm cavab tədbirləri görülsə belə halların təkrarlanmasının qarşısı vaxtında alınar. Cəzasızlıq belə təzahürlərin yayılmasına səbəb olur.

Uşaq zorakılığını-bullinqi necə dayandırmaq olar. Zorakılıq epizodları təkrar baş verdikdə uşaq mütləq valideynlərinə, müəllimlərinə, hətta böyük bacı və qardaşlarına müraciət etməlidir. Əksər hallarda situasiyanı həll etmək mümkün olmur, çünki buller ona qarşı olan arqumentləri qəbul etmir və ya nəsihətləri eşitmək istəmir. Bu zaman yadda saxlamaq lazımdır ki, elə bir insana müraciət edilsin ki, onun hansısa rəsmi statusu olsun (direktor, dərs hissə müdiri, təşkilatçı, uşaq birliyi, psixoloq, sinif rəhbəri və s.).Təsadüfən koridorla gedən müəllimdən kömək isətikdə o çox vaxt “xala xətrin qalmasın” deyə məsələyə yanaşa bilər. Müəllimlər üçün əsas odur ki, onlar belə hallara laqeyid olmasın və müşahidəçi mövqeyində dayanmasınlar. Belə halı gördükdə uşaqlara həll etmək üçün azadlıq verməyə ehtiyac yoxdur. Hər bir bullerə tamaşaçı lazımdır, tamaşaçı nə qədər çox olsa onun avtoriteti daha güclənir (“Gördünüz mən nə etdim”). Əgər bu işdə müəllim də müşahidəçi mövqeyi tutsa, onda aqressor məğlubedilməz olacaqdır. Lakin qeyd etmək istəyirəm ki, müəllim bu cür hallara qarşı mübarizə aparmaq istəyirsə təcavüzkara qarşı özü zor işlətməməli, onu açıq, məxfi (təklikdə) müzakirəyə, dialoqa cəlb etməyə cəhd göstərməlidir. 



Yadda saxlamaq lazımdır ki, əgər belə hallar dərs prosesində baş verərsə, bunun qarşısını almaq üçün müəllim hətta dərs prosesini dərhal dayandıra da bilər. Eləcə də bullerin fikrini müxtəlif tapşırıqlara yönəltməklə vəziyyətdən çıxmaq da olar. Valideynlər uşaq üçün evdə elə bir mühit yaratmalıdırlar ki, uşaq özünü rahat hiss etsin. Valideyn məktəblə daim əlaqə saxlamalıdır. Elə etməlidir ki, uşaq çətinliklərdən qorxmasın. Valideynlər uşağına qarşı səbrli olmalı, ona öz emosional duyğularına hakim olmağı öyrətməlidir. Valideyn uşağına öz həyatındakı hadisələrdən, belə vəziyyətlərdən özünün necə çıxmasından söhbətlər etməklə övladını ruhlandıra bilər.Uşaq sizdən məsələyə müdaxilə etməyinizi xahiş edə bilər, belə olduqda ən yaxşısı zorakılıq edənin özü və valideyini ilə, müəllimlərlə, ya da ki, hamılıqla bir yerdə həll variantlarını müzakirə edəsiniz. Əgər valideyn bilsə ki, onun uşağı kiməsə qarşı zorakılıq edib, bu zaman ondan həmən dəqiqə uşağını cəzalandırımasını tələb etməyin. Çünki, bu hal uşağın valideynlərindən uzaqlaşmasına səbəb ola bilər. Bunun üçün müəyyən qaydalardan istifadə edərək səbirlilik nümayiş etdirmək lazımdır. İlk öncə səmimi söhbət təşkil edilməli, bu hala gətirib çıxaran səbəblər aydınlaşdırılmalıdır. Eləcə də hadisənin bütün iştirakçıları ilə dialoq təşkil edilməlidir. Əgər valideyn övladına lazımı diqqət və qayğı göstərəndirsə, uşaq öz səhvini başa düşər və etdiyi hərəkətdən peşman olar, həm də incitdiyi uşaqdan səmimi qəlbdən üzr istəyər.


Yüklə 490,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin