Bulud texnologiyası
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və
ya lokal şəbəkə vasitəsilə
əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara
(hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün
rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə
qoşulmuş adi terminal rolunu oynayır
[1]
.
Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının
infrastrukturunun və proqram
təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu
texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir
və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə
baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin
hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə
etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir.
Bu məqalə qaralama halındadır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə,
daha dəqiq bir şablondan istifadə edin.
Learn more