Bulud texnologiyaları



Yüklə 157,23 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.01.2022
ölçüsü157,23 Kb.
#47356
1   2   3   4   5   6
Bulud texnologiyası — Vikipediya

Bulud texnologiyası (

ing.


 Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə

paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən

ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki

proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin

kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən

istifadə edilməsidir.



Bulud sözü faylların olduğu mövqeyi işarə edir. Bu texnologiyanın qabaqcıl təcrübələri internet

pravayderləri tərəfinnən ehtiyat nüsxə məqsədilə təqdim olunan buludlardır. Məsələn Google

kimi böyük şirkətlər Google Docs kimi online verilənlərlə işləməyə imkan verən tədbiqlər

yaratmış və inkişaf etdirmişlər. Həmçinin Microsoft, İntel kimi böyük texnologiya şirkətləri də

bu texnologiyanı informasiya istifadəçilərinə təqdim etmişdir.

Kompüter nəzəriyyəçiləri internetin gələcəyinin Bulud Texnologiyasından keçdiyini iddia

edirlər. Bu səbəbdən gələcəkdə hard disklərin yerini onlayn buludların tutacağı da düşünülür.

Bu, sistemlərdə heç bir infrastruktur hazırlamadan tamamilə onlayn şəbəkə vasitəsiylə

funksional tətbiqlərdən istifadə etmək deməkdir. Bu sektorun inkişafı xüsusilə informasiya

texnologiyası istifadə edən cəmiyyətlərdə bir çox informasiya mübadiləsi təmin edən firmanın

önəmli bir mövqeyə gələcəyi, hətta sektordakı rəqabətin hüquqi problemlərə səbəb ola

biləcəyi də istisna deyil. Çünki bütün sistem tətbiqetmələrinin açıq infrastrukturla

dəyişdirilməsi şəxsi məlumatlara istənilməyən daxilolmalar təhlükəsini artırır.

Bulud texnologiyasını izah edən məntiqi sxem

Ümumi baxış




Bulud texnologiyası istifadəçilərin lokal mövqelərində hər hansı bir proses, proqram,

verilənlərin daxil edilməsi və ya servis infrastrukturu lazım olmadan alınacaq xidmətin təmin

olunmasını əhatə edən informasiya xidmətidir. Beləliklə istifadəçilər istədikləri xidmətdən öz

aparatlarında heç bir infrastrukutur yaratmadan istifadə edə bilirlər.

Bu nəzəriyyə informasiya texnologiyalarındakı bir zərurətin yerini doldurmuşdur. İnformasiya

məhsullarında proqramların həcminin artması nəzərə alınarsa yeni infrastruktur yaratmaq

kimi əlavə xərc və vaxt tələb edən amillərin ortadan qalxmasını təmin edən bu sistem

internetdə real zamanda əməliyyat apara bilmək imkanını artırır.

Bulud texnologiyası internet texnologiya xidmətləri üçün əsası internet protokollarına

əsaslanan yeni bir xidmət servisi olaraq xarakterizə olunur. Bu sistem sayəsində proqramlarla

həyata keçirilən bir çox texnoloji əməliyyat artıq internet üzərindən virtual olaraq həyata

keçirilir. Bu İnternetlə birlikdə məsafədən asılı olmayaraq öz fayl və ya informasiyalarımızla

əldə etmək və onlarla işləməyə bilməkçün bir texnikadır. Onlayn qurulan şəbəkə bazalı

vasitələr və üsullar vasitəsiylə şəbəkə fliterləri bir çox proqramın bir yerə yığıldığı və

kompüterlər arası əməliyyat edilə bilən bir sahəyə çevrilmişdir.

Bulud texnologiyası şəbəkə sensorları ilə internet səhifələrinə qoşulur və əməliyyatların

İnternet üzərindən istifadə edilməsini təmin edir. Bu proqramlar və faktların uzaq bir mövqedə

yerləşən serverlərdə daxilolmaya icazə verməsi ilə mümkün olur. Bu istismar iki ümumi

çərçivəyə malikdir. Bunlardan ilki geniş olaraq istifadə edilən proqramlarla yaradılan faylların

hər hansı bir yerdə göstərilməsini təmin edən onlayn tədbiqlərdir. Məsələn, Microsoft Ofis ilə

yazılan bir mətn sənədinin bu proqram olmayan bir kompüterdə internet vasitəsi ilə əldə

edilməsi bu cür prosesdir. Sistemin ikinci tərəfi isə onlayn funksional altproqramların

yaradılmasıdır. Bunun üçün səhifə təkrarlanması tələb etməyən və mövqe dinamikliyini təmin

edən bir sistem olan AJAX inkişaf etdirilmişdir. Beləliklə, funksional təsir anında səhifədə əks

olunur internet üzərindən proqram istifadəsi mümkün olur.

Bulud texnologiyaları istifadəçilərə 10-a yaxın xidmət təklif edir.

[2]

Storage-as-a-service (SaaS) — verilənlərin yadda saxlanması servis kimi. Lazımi disk fəzasının

sorğu üzrə təqdim edilməsi. Bu resurs uzaq məsafədə yerləşə bilər. İstifadəçilərə verilənləri

yadda saxlamaq üçün yaddaş resursları təklif edir. 

Database-as-a-service (DaaS) — verilənlər bazası servis kimi. Verilənlər bazasına məsafədən

girişin təqdim edilməsi imkanını yaradır. İstifadəçi üçün bu verilənlər bazası lokal şəbəkələrdə

yerləşən baza kimi görünür.

Bulud servisləri




İnformation-as-a-service (İaaS) — informasiya servis kimi. Verilənlərə API tipli interfeys

vasitəsilə məsafədən girişi nəzərdə tutur. Bu birja verilənləri, kredit informasiyası, ünvanların

yoxlanılması və identifikasiyası ola bilər.

Security-as-a-service (SaaS)- təhlükəsizlik servis kimi. Bu təhlükəsizlik xidmətlərinin İnternet

vasitəsilə təqdim edilməsidir. Təhlükəsizlik strukturunun lokal qurulmasına baxmayaraq, bəzi

xidmətlər uzaqdan reallaşdırılır, məsələn, identifikasiya və audentifikasiya, giriş açarlarının

generasiyası, saxlanması və ötürülməsi



Management/governance-as-a-service (MaaS)- idarəetmə servis kimi. Bu digər bulud-

servislərin uzaqdan idarə edilməsi servisidir, buraya virtuallaşdırma, girişin idarə edilməsi,

müəyyən siyasətlərin (məsələn, təhlükəsizlik) reallaşdırılması daxildir. Biznes xidmətlərinin

təşkilini həyata keçirir.



Testing-as-a-service (TaaS)- testləşmə servis kimi. Bu veb-serverlər daxil olmaqla, müxtəlif növ

servislərin lokal və ya uzaqdan testləşdirmə imkanının təqdim edilməsidir.

Hal-hazırda bulud sistemində ən çox istifadə olunan xidmətlər aşağıdakılardır

[3]


.


Yüklə 157,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin