Proqram təminatı xidmət kimi (SaaS — Software-as-a-Service)
Bu səviyyədə istifadə olunan servis proqramlara misal olaraq, Google Apps, Google Docs,
Microsoft "Software Services" (e-mail, video konfrans), Salesforce.com (müştərilərin
qarışılıqlı əlaqəsinin idarə sistemi-CRM, müəssisənin resurslarının idarə sistemi-ERP) və s.
göstərmək olar. Google Docs veb-brauzerin köməyi ilə birbaşa İnternet şəbəkəsində faylları və
cədvəlləri tərtib etmək və redaktə etmək mümkündür. SaaS xidməti SaaP (Software as a
Product) platformasından fərqlidir. Əsası Bill Qeyts tərəfindən yaradılmış SaaP
platformasında istifadəçilər satışda olan proqram təminatlarını alıb özlərinin server və ya
kompüterlərinə instalizasiya edirlər. SaaS xidmətində isə, istifadəçi ona lazım olan proqram
təminatının rezident hissəsini öz kompüterinə yükləmədən şəbəkə kanallarının köməyi ilə
bulud texnologiyalarına müraciət etməsinə imkan verir. Proqram əlavələri SaaS xidməti verən
provayderin serverində işləyir və istifadəçiyə hesablamaların nəticəsini göndərir. Beləliklə,
istifadəçi proqram təminatını almır və lazım gələndə ondan məsələnin həllində istifadə edir və
istifadəyə (icarəyə) uyğun pul ödəyir. Veb xidmətlərini də SaaS platformasına aid etmək olar.
SaaS konsepsiyasına əsasən, istifadəçi bir məhsulu satın alaraq eyni zamanda onun üçün
ödəniş etmir, onu kirayə götürür. Bundan başqa, o, məhz ona lazım olan funksiyalardan
istifadə edir. Məsələn, bir proqram ildə bir dəfə lazım olursa və proqramdan bundan çox
istifadə etmək nəzərdə tutulmursa, lazımsız proqramın kompüterdə yer tutmasına ehtiyac
qalmır. SaaS məntiqi WaaS (Work as a Service — bir xidmət kimi iş yeri) anlayışına
əsaslanmışdır. Yəni, müştəri proqram təminatı ilə işləmək üçün tam təmin olunmuş virtual iş
yeri ilə təchiz olunur
[4]
.
[5]
,
[6]
•Ümumi təyinatlı buludlar — bu xidmətin istifadəçisi istənilən şirkət və istifadəçi ola bilər,
istifadə qiymətinə görə münasib olan, digər hesablama sistemlərində həlli mümkün olmayan
məsələlərin həllini, böyük miqyaslanma imkanlı veb-saytların və ya biznes-sistemlərinin
yaradılmasını təklif edir. Məsələn, Amazon EC2 və Simple Storage Service (S3), Google
Apps/Docs, Salesforce.com, Microsoft Office Web onlayn servislərini göstərə bilərik.
•Özəl (xüsusi) təyinatlı buludlar — özəl bulud, yalnız bir təşkilat üçün istifadə və idarə edilir.
Buna görə də, yalnız təşkilat daxilində hər kəs məlumatdan, xidmətlərdən və proqramlardan
istifadə edə bilər.
•Qrup təyinatlı buludlar — ümumi maraqları eyni olan bir sıra təşkilatlar üçün istifadə edilir. Bu
bulud bir yaxud bir neçə təşkilat arasında paylana bilər, lakin əsas mahiyyət ondan ibarətdir ki,
Bulud modelləri
onlardan tələb olunan iş eynidir və istifadəçilər eyni missiyanı, strategiyanı, təhlükəsizliyi və
sürəti tələb edirlər.
•Hibrid buludlar — bir və daha artıq buludun birləşməsindən meydana çıxan modeldir (ümumi,
özəl və qrup). Bu, bir sıra daxili və xarici bulud provayderləri tərəfindən istifadə olunan
mühitdir
Azərbaycan dilində "Bulud Texnologiyası" kimi ifadə edilən "cloud computing" termininin
mənbəyi tam olaraq müəyyən deyil, lakin informasiya və kommunikasiya sistemlərinin
diaqramlarındakı şəbəkələri bildirmək üçün istifadə edilən bulutvari rəsmlərdən uydurulmuş
olduğu düşünülür. Bulud simvolu 1994 ilə gələnə qədər interneti əks edirdi.
Bulud sözü internet üçün istifadə edilən bir metafora idi, telefon sxemlərində bir şəbəkəni
göstərən bulutvari formanı əsas götürürdüdü və sonralar kompüter və şəbəkə diaqramlarda
internetə aid əsas infrastrukturun bir işarəsi olaraq istifadə edilib.
1990-cı illərdə telekommunikasiya şirkətləri, artıq daha yaxşı xidmət keyfiyyətinə və daha az
xərcə malik olan Virtual Şəbəkə xidməti təmin etməyə başladılar. Bulud simvolu
təchizatçıların vəzifəsi ilə ilə istifadəçilərin vəzifələri arasındakı sərhədi bildirmək üçün
istifadə edilirdi. Bulud texnologiyası bu sərhədi serverlərdən şəbəkə infrastrukturuna qədər
genişləndirib.
Bulud texnologiyasının tarixi 1950-ci illərdən başlayır. Universitet və şirkətlərdə istifadə edilən
iri ölçülü əsas kompüterlərə zəif terminal kompüterlər qoşulurdu. Bir əsas kompüter almaq
çox baha başa gəldiyi üçün, var olan bu kompüterdən ən yaxşı şəkildə istifadə emək olduqca
vacib məsələ idi. Time sharing kimi tanınan sistem yaradıldı. Bir çox istifadəçinin eyni
zamanda həm fiziki çıxışda həm də CPU nun istifadəsinə imkan verən bu sistem
Kompüterdən ən yaxşı istifadəni təmin edirdi.
Kompüterlər inkişaf etdikcə texnologiya mütəxəssisləri böyük ölçülü məlumatla işləmək
gücünü "Time sharing" yolu ilə daha çox istifadəçiyə təqdim etməyin yollarını axtardılar. Son
istifadəçilərin CPU-ya daxilolma və istifadəsini daha səmərəli hala gətirən infrastruktur, qurğu
və əməliyyatların optimal istifadəsini təmin edən algoritmlər üzərində işləməyə başladılar.
1.
http://www.intuit.ru/studies/courses/673/529/lecture/11913
2.
http://book.itep.ru/4/7/cloud.htm
Tarixi
İstinadlar
|