“ QUR`AN VƏ SÜNNƏNİN FƏRQİ “
Qur`an və sünnə hər ikisi vəhy və ilham mənbəyi, bir nurun şuası olduqları üçün onlar arasında fərq və üstünlük yoxdur. Lakin, Qur`anın sünnə ilə fərqini belə xülasə etmək olar:
-
Qur`an təhəddi1 və möcüzə məqamında nazil olmuşdur. Lakin sünnənin belə bir xüsusiyyəti yoxdur.
-
Qur`anın müqəddəs kəlimələri həm mə`na və məfhum baxımından həm də kəlimə və sözlər baxımından bir başa Allaha məxsusdur. Lakın, sünnədə olan hədislərin mə`na və məfhumu Allahın, kəlam və sözləri isə peyğəmbər (s)-indir.
-
Qur`anın hər bir ayəsinin Allah tərəfindən nazil olmasına heç bir şübhə yoxdur. Ancaq, Peyğəmbər (s) – dan söylənilən bə`zi hədislər isə qət`i deyil, bəlkə şübhəlidir.
-
Qur`an, əhkam və qanunları tam şəkildə bəyan etmişdir. Amma sünnədə isə hökümlərin xırdalıqları da açıqlanmışdır. Başqa sözlə söyləsək, Qur`an özü qanunları bütövlükdə qeyd etmış, amma onların izahını isə Peyğəmbər (s)-ə həvalə etmişdir.
Qur`an yuxarıdakı məsələni belə açıqlamışdır:
وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
“Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” 2
Başqa tərəfdən müsəlmanlara buyurmuşdur ki, Qur`an ayələri ilə Peyğəmbər (s)-in kəlamları arasında heç bir fərq qoymasınlar. Bu məsələnin də vacib olduğunu qeyd edir:
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
“Peyğəmbər sizə nə verirsə, onu qə`bul edin; nəyi qadağan edirsə, ondan əl çəkin. “1
Çünki, Peyğəmbər (s) özündən heç bir söz demir və buyurduğu hər bir şey Allahın əmri ilədir :
وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى
“O, keyfi istəyə`ni (boş yerə) danışmır. Söylədikləri, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. “2
Sünnədə, Qur`ani Kərimin ayələri açıqlanır və izah olunur. Mütləq ayələri qeydlərlə, ümumi ayələr isə hədislər vasitəsi ilə izah olunur. Hədislərin və sünnənin xülasəsi Qur`anın açıq şəkildə buyurduqlarını müəyyənləşdirir. Məsələn : Qur`anda namazın vacib olma hökmü nazil olmuşdur. Lakin, onun rukunları, rükətlərinin sayı açıqlanmayıbdır. Peyğəmbər (s) namaz qılmağı ilə bunların hamısını camaata öyrətmişdir.3 Başqa bir misal; Həccin hökmü, Qur`ani Kərimdə ümumi surətdə gəlmişdir. Lakin, bu ayələrin bir neçəsindən başqa qalan ayələrdə incəliklər qeyd olunmamışdır. Peyğəmbər (s) aşağıdakı kəlamı ilə mühüm əməlləri camaata öyrətmişdir və belə buyurmuşdur :
خُذُواعَنِّي مَناسِكَكُمْ
“ Həccin əməllərini məndən öyrənin “4
Həmçinin irsin hökümlərinin bir hissəsi yə`ni, onun başlıca qanunları Qur`anda gəlmişdir. Lakin, təfərruatı isə, məsələn “ qatilin irsdən məhrum olması”1 sünnədə bəyan olunmuşdur.
Beləliklə zəkat, cihad və yüzlərlə başqa hökümlərin hamısı sünnənin vasitəsi ilə bizlərə çatmışdır.
“ ŞİƏ VƏ SÜNNI MƏZHƏBLƏRİNDƏ HƏDİS YAZILIŞININ QISA TARİXİ ” Şi`ə məzhəbində hədisin yazılması :
Doğru mənbələrə və əhli sünnə məzhəbinin e`timad etdikləri kitablarda olan hədislərin məzmununa əsasən qeyd olunmuşdur ki, Peyğəmbər (s)-in zamanında müsəlmanlar arasında nəinki hədis yazmaq adi bir hal və azad bir iş bəlkə, müsəlmanlar arasında bu işə ( hədisləri yazmaq ) çox ehtiyac duyulurdu. Hətta Peyğəmbər (s)-in özü bu işə xüsusi diqqət yetirmış və müxtəlif yollarla müsəlmanları hədis yazmağa həvəsləndirmiş və ruhlandırmışdir. Səhabələrin hər biri öz bacardıqları o həzrət (s)- dan eşitdikləri və öyrəndikləri hədisləri yazmışlar. O cümlədən belə səhabələrdən olan Əbu Bəkri2 və Əbdullah ibn Ömər ibn Ası nümunə göstərmək olar. Əbdullah ibn Ömər ibn As belə deyir: - “Mən, Peyğəmbər (s)-in dilindən bütün eşitdiklərimi yazmaqda səhlənkarlıq etmədən çalışırdım. Lakin, Qureyş qəbiləsindən bir qrup mənim bu işimlə müxalifət etdilər. Məni hədis yazmaqda şəkkə və tərdidə saldılar. Bu mövzunu Peyğəmbər (s)-in hüzürunda dedim və onun bu barədə nəzərini soruşdum. Həzrət (s) mənim sualımın cavabında, əlini mübarək ağzina işarə edərək belə buyurdu :“ Yaz! And olsun Allaha ki bu ağızdan haqq kəlamdan başqa bir şey çıxmır .“ 1
Lakin, İslam peyğəmbəri Muhəmməd (s)-in vəfatından sonra səhabələr arasında ixtilaflar meydana gəldi. Bir qrup bu əməlin (hədis yazmağın) qarşısını alaraq onu qeyri şər`i və düzgün olmayan bir əməl kimi tanıtdırdılar. Bu işlərindən əl çəkməyərək öz səhv əqidələrində də möhkəm qaldılar. Onlardan – Əbu Bəkri, Ömər ibn Xəttabı, İbn Məs`udu, Əbu Səid Xedrini və s. kimilərin adını çəkmək olar. Lakin onların qarşısında başqa bir qrup isə hədisin yazılmasına və yayılmasına həvəsləndirmiş və Peyğəmbər (s) zamanında da özləri arasında bu əməlin doğru və düzgün olmasını bildirirdilər. Bu doğru əqidədə olanlardan – Əbuzər Qəffari, Səlmani Farsi, ibn Əbbas, Əmmar Yasir, Əmirəl mö`minin Əli (ə) və onun başqa tərəfdarları, xüsusilə böyük övladı İmam Həsən Müctəba (ə) və Peyğəmbər (s)-in ürəyinin parçası və gözünün nuru adlandırdığı xanım Fatiməyi Zəhra (s) və başqa şəxsiyyətli və yüksək məqamlı insanların adlarını qeyd etmək istəyirik.
Bu kimi ixtilaflar müsəlmanlar arasında hədisin yazılıb yazılmaması mövzusunda iki dəstəyə bölünməsinə səbəb oldu. Bir qrup, hədisin yazılmasının tərəfdarı ( Əli (ə) və onun tərəfdarları ), ikinci bir qrup isə hədisin yazılmasının əleyhinə ( Əbu Bəkr və davamçıları ) idilər.
“İMAM ƏLİ (Ə)-IN VAXTINDA HƏDİSİN YAZILMASI “
Buxari öz səhih adlı kitabında Əmirəl mö`minin Əli (ə)-dan nəql edir ki, O, belə buyurdu: - Bizim yanımızda səhifədən başqa oxunulası bir kitab yoxdur. Sonra bir səhifəni çıxartdı. Onun içində “diyə hökümləri, dəvələrin zəkatda şərt olan yaşları və Mədinədən başqa ta Sura qədər olan yerlərin hərəm hökmündə olması yazılmışdır”.
Həmçinin, Buxari nəql edir ki:- Əli (ə) mənbər üstündə bir səhifəni şəmşirin qınından çıxartdı və açdı. Sonra hökmü o səhvə üzündən oxudu.
Əli (ə)-ın səhifəsinin barəsində, Buxari və Müslüm öz “səhih” adlı kitablarında çox geniş başqa sənədlər əsasında hədislər nəql etmiş, o cümlədən Əli (ə)-ın səhifələrindən müxtəlif hökümlərin istifadə olunmasına işarə etmışlər. 1
Bu səhifələrdən Buxari və Müslümün “səhih” adlı kitablarında olan nəqlə əsasən belə nəzərə gəlir ki, çox olmasına baxmayaraq 2 hədislərin mətnlərinə diqqət yetirdikdə diqqətimizi iki əsas və mühüm nöqtəyə sövq edir. Onlardan biri bu səhifələrin çoxluğuna, digəri isə onun yığcam və bütöv olmasını çatdırır. Bu səhifələrdə əhkam məsələlərinin bütün incəlikləri və xırdalıqları (məs: diyə, qisas və dəvələrin yaşlarının müəyyən olması və s. kimi hökümlər) vardır. Bu səhifələrdə Mədinə və onun ətrafında olan dağların sayı, məsafəsi də qeyd olunmuşdur. Bu da, səhifələrin yığcam olmasına dəlalət edir. Lakin, İbn Həcər deyir : - Bu hədisləri axtararkən bu nəticəyə gəlmək olar ki, səhifələr bir kitab olubdur. Bütün hökümlər bu səhifədədir lakin, nəql edənlər bacardıqları miqdarda əzbərləmış və nəql etmişlər. 1
Dostları ilə paylaş: |