Buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş


HƏDİSLƏR BARƏDƏ - Hədis nədir ?



Yüklə 1,57 Mb.
səhifə3/38
tarix21.04.2017
ölçüsü1,57 Mb.
#15069
1   2   3   4   5   6   7   8   9   ...   38

HƏDİSLƏR BARƏDƏ

- Hədis nədir ?


Hədis, lüğətdə “yeni bir şey, tam bir kəlam və danışıq” deməkdir.1 Hədis alimləri arasında isə, hədis, yə`ni -mə`sumun sözləri, əməlləri və təqriri2 mə`nasınadır. Başqa məzhəblərin nəzərində hədis yalnız və yalnız Peyqəmbər (s)-in sözləri, əməlləri və təqriri mənasınadır. Şi`ə məzhəbində isə bu tə`rif, Peyğəmbər (s) və onun pak əhli beytinə də şamil olunur.

Sünni alimlərindən olan İbn Həcər deyir :- İslam dininin ilk illərində Qur`ani Kərimə “qədim” söylənildiyinə görə, Peyqəmbər (s)-a bağlı olan kəlamlara “hədis” deyilirdi. Bu xüsusi mə`na, bugünə qədər müsəlmanlar arasında işlənməkdədir. 3

Hədisin mətni mə`sumun4 sözlərindən, əməllərindən və onun təqririndən ibarətdir.

Peyğəmbər (s) zamanından başlayaraq hədis yazanların Peyğəmbər (s)-dən eşitdikləri və gördükləri hədisləri sinədən-sinəyə, nəsildən-nəsilə zəncirvari surətdə bir-birinə ötürərək ta bizim əsrimizə kimi gətirib çıxarmaları hədisin sənədi adlanır.5



Sünnə nədir ?


Sünnə, lüğətdə camaatın itaət etdikləri yola və təriqətə deyilir. Istilahda isə, Peyğəmbər (s)-in hökümləri və buyurduqları kəlamlara deyilir. Müsəlmanlar arasında ibadət və başqa məsələlərdə Peyğəmbər (s)-in gətirdiyi qanun kimi qə`bul edilmişdir.1 Hədislə sünnə arasında olan oxşarlığa əsasən, hədisə də sünnə deyilmişdir.

“ QUR`AN BAXIMINDAN HƏDİSİN ƏHƏMİYYƏTİ “

İslam qanunlarının və hökmlərinin əsasını Qur`an və sünnə təşkil edir.2 Hədis və Qur`an arasında müsəlmanların hədisə olan ehtiyacı daha çoxdur. Qur`ani Kərimdə əhkam və qanunlara dəlalət edən beş yüzə yaxın ayə var. Hədis və sünnənin köməyi olmadan bu ayələrin tam və dərin mə`nasını başa düşmək qeyri mümkündür. Çünki; a) İslam dininin əhkam və qanunları çoxdur. Bu ayələr öz-özlüyündə hökümləri tamm və dolğun şəkildə bizə çatdırmır; b) Bu ayələrin izahı hədis və sünnə vasitəsi ilə mümkündür.

Buna görə də, şi`əliyindən və sünnilüyündən aslı olmayaraq bütün İslam alimləri bu məsələdə həmfikirdirlər ki, sənədi səhih və mə`sumdan nəql olunan hədis bütün müsəlmanlara höccətdir.3 Məsələn: Müsəlmanların Qur`ani Kərimin ayələrinə əməl etməsinin vacib olması kimi.

Qur`ani Kərim özü də, ayələrinin əsnasında müsəlmanlara peyğəmbər (s)-in buyurduğu hədislərə ciddi yanaşmağı tövsiyə etmişdir.

Qur`anda bu barədə belə buyurulur :

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

Peyğəmbərin (s) gətirdiyi və buyurduğuna əməl edin və çəkindirdiyi şeylərdən isə çəkinin “ 1

Qur`an, müsəlmanlara peyğəmbər (s)-ə itaət etməyi, Allaha itaət etməklə bir sirada qərar vermiş və onun vacib olduğunu bildirmişdir:

وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ

Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Qur’anı açıq-aydın təbliğ etməkdir)”2.

Həmçinin Peyğəmbər (s)-ə olunan itaəti elə Allaha olunan itaət sayır :

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ

Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur ” 3

O cümlədən Peyğəmbər (s)-in əmrləri və verdiyi hökümlərin qarşısında müsəlmanların özbaşına qərar çıxarıb hökm vermək hüququnu onlardan alır:

فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْفِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا

(Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyin hökümlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) i`man gətirmiş olmazlar4

və onun əmrlərinə tabe və təslim olmağı i`manın nişanələrindən biri saymış, müxalifət və üsyan etməyi isə zəlalət və bədbəxtlik olduğunu bildirmişdir:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُه أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ُفَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا

Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır! “1

Zikr olunan ayələr Peyğəmbər (s)-ə itaətin müsəlmanlara vacibliyini bildirən ayələrdir. Qur`an müxtəlif ibarətlərlə bu məsələyə tə`kid edərək Peyğəmbər (s)-ə itaətin tam şəkildə olmasını çatdırır. Çünki, Peyğəmbər (s)-in sözlərinə və onun göstərişlərinə əməl etmək , onun sünnəsinə rəayət etmək deməkdir.

“ SÜNNƏNİN ƏHƏMİYYƏTİ BARƏDƏ PEYĞƏMBƏR (s)-in NƏZƏRİ “

Hədis və rəvayətlərin əhəmiyyəti barədə Peyğəmbər (s)-dan və əhli-beyt (ə)-dan çoxlu hədislər qeyd olunmuşdur. Bu rəvayətlər, müxtəlif cəhətlərə əsasən sünnənin əhəmiyyətli olmasını, onu əzbərləməyə, yazmağa və başqalarına çatdırmağa çox tə`kid etmişdir.2

Həzrət Peyğəmbər (s) “Vida“ həccinin xütbəsində belə buyurdu :- “Camaat! Mən sizin səadət və xoşbəxtliyinizi tə`min edən bütün halal işləri sizə tanıtdım və sizin bədbəxtliyinizə səbəb olan haram şeylərdən çəkindirdim və bu hökümlərdə dəyişikliklər olmayacaqdir:1

Rəsuli Əkrəm (s) müxtəlif yerlərdə bir qrup şəxslərə hədis əzbərləməyə tövsiyə etmiş və dua edərək həvəsləndirmişdir:



نَصَرَالله عَبدا سَمِعَ مَقَالَتِی فَوَعاها

Allah bizim söylədiyimizi, eşidərək onu hifz edən bəndəni öz lütfü və rəhmətində saxlasın.”2

bə`zən həmin kəlmələrlə hədis söyləyənlə üçün dua etmişdir :

نَصَرَالله عَبدا سَمِعَ مَقَالَتِی فَبَلَغَهَا

Allah bizim hədislərimizi, eşidərək onu başqaları üçün söyləyən bəndəni öz lütfü və rəhmətində saxlasın.”3

فَليَبلُغَ الشٌَاهِدالغَائب ” – “Hazırda yanımda olub eşidənlər, burada olmayanlara çatdırsınlar.” Bu cümlə, Peyğəmbər (s)-in sözlərində çox işlənmişdir. O cümlədən həzrət (s) axırıncı xütbələrində və söhbətlərində bu cümləni buyurmuşdur.

Bu cümlələr, hədisin və sünnənin nəqədər də əhəmiyyətli və mühüm olmasını aydınlaşdırır. Peyğəmbər (s)-in halal və haramın, dini əhkamların ümmətinə çatdırmaqla başqa müsəlmanlara da çatdırılmasının hər kəsin vəzifəsi olduğunu bildirmişdir. Hədisləri eşidərək başqalarına söyləyənləri “özünün ardıcılları”4 kimi tanıtdırmışdır.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin