Buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş


Allah buludlar arasında!!



Yüklə 1,57 Mb.
səhifə29/38
tarix21.04.2017
ölçüsü1,57 Mb.
#15069
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

Allah buludlar arasında!!

Əbu Rəzin deyir:- Peyğəmbər (s)-dan soruşdum ki;- Allah bütün mövcudları yaratmazdan öncə harda idi?

Buyurdu: - Altında və üstündə hava olmayan buludlar arasında idi. Yer üzündə heç bir mövcud yox idi. Allahın ərşi suyun üzərində idi!?1

Bu hədislərdən istifadə olundu ki;

1..-Allah məkana malikdir və mövcudları yaratmazdan əvvəl buludlar arasında imiş


2.- Allah mövcudları yaratdıqdan sonra ərşı, özü üçün məskən seçmiş və onun üzərində otururmuş. Ərşın də Allahın ağırlığından minilmiş dəvənin cihazı kimi səsi çıxırmış.

3.-Bir gün buludlar arasında olan Allah, sonralar ərşın üzərinə çıxmış və bəndələrinin namaz qılan vaxtlarında öz məkanını dəyişərək ərşın üstündən yerə enir və namaz qılanla qiblə arasında dayanır.

4.- Allahın cism olduğunu bildirən yuxarıda söylənilən hədislərdən əlavə, göylər, ərş və kursi barəsində mətləblər söylənildi. Dırnaqları ilə dizləri arasında beş yüz illik məsafə olan vəhşi qoçların üstündə ərşın yerləşməsi və onun da suyun üzərində olması və s.. kimi

Əziz oxucunun nəzərincə belə məsələlərin dəyəri əsl hədislərin dəyəri qədərdir.



" ƏHLİ SÜNNƏ ALİMLƏRİNİN MƏKAN BARƏSİNDƏ ƏQİDƏLƏRİ "

Kəlam və qeyri kəlam kitablarının bir qismindən əldə olunan mə`lumatlara görə əhli sünnə alimləri və həmçinin dörd məzhəb rəhbərləri ( Əhməd ibn Hənbəl, İmam Malik, Əbu Hənifə və Şafei )1 başda olmaqla nəql olunmuş hədislərin məzmununa əsasən Allahın ərşdə olmasına e`tiqad bəsləmişlər. İndiki əhli sünnə alimləri də, keçmiş böyük alimlərinin yolunu gedərək bu əqidədə qalmışlar.



Əhməd ibn Hənbəl Allah barədə onun məkana malik olmasına və ərşin üstündə olduğuna e`tiqad edən şəxslərdən biridir. Allahın məkan sahibi olmamasını sübut edən, onun bütün məkanlara əhatəsinin olduğunu çatdıran və Qur`anın əqli və nəqli dəlillərindən biri sayılan

اينما كنتم" "وهو معكم"Harda olsanız Allah sizinlədir " ayəsi və bu kimi başqa ayələri isə başqa cür təfsir etmişdir. Əhməd ibn Hənbəlin nəzəri ilə uyğun gəlməyən bu ayə`nin təfsirində Allahın bu ayədən məqsədinin nə olduğunu belə izah edir ki:- Bu ayədən məqsəd budur ki:-Siz harda olsanız Allah sizin əməllərinizdən xəbərdardır və sizin əməlləriniz onun üçün gizli deyildir.2

Əbu Hənifə də Allahın məkana sahib olmasına və onun ərşin üstündə olmasına e`tiqad etmişdir.

Zəhəbi "Əluluv" adlı kitabında Nuh Camedən nəql edir ki;- Əbu Hənifənin ilk tanınan və məşhur olan dövrlərində Termizdən bir qadın Kufəyə varid oldu. O, Cəhmilərlə həm əqidə idi. Əqidə məsələləri barədə camaatla bəhs edirdi. Ona bu şəhərdə əqli elmlərdə hamıdan üstün olan Əbu Hənifə adlı bir nəfərin olduğunu və onunla söhbət etməsini söylədilər. Nuh deyir:- Mən Əbu Hənifənin məclisində idim . Həmin qadın məclisə gəldi və Əbu Hənifəyə dedi:- Öz əqidəndən uzaqlaşdığın halda camaata əhkam məsələlərini öyrədən sənsən? De görüm pərəstiş etdiyin Allah hardadır?

Əbu Hənifə o qadının cavabında sakit durdu və yeddi gün heç nə demədi. Yeddi gündən sonra camaat arasında göründü. "Allah yerdə deyil göydədir " adlı bir kitab da yazmışdır. Bir kişi ona dedi:-Əbu Hənifə! Məgər bu cümləni Qur`anda oxumamısan "وهو معكم اينما كنتم" – "Harda olsanız Allah sizinlədir " Əbu Hənifə cavabında dedi:- Bu cümlə, səndən uzaqda olan bir kəsin yazıdığı "mən səninləyəm" cümləsi kimidir. Bir halda ki, sən ona görünmürsən.

Zəhəbi bu hadisənin nəqlindən sonra əlavə edərək bildirir ki, Beyhəqi demişdir :- Əbu Hənifə Allahın yer üzündə olmamamsı barədə həqiqətə yetişmiş və düz söz demişdir. Ayə`nin təfsirində sözünün həqiqətini çatdırmaqla Allahın göydə olmasını söyləyən ayə və rəvayətlərin aid olmasından ( yə`ni bəyanda qeydin olmaması ) itaət etmişdir.1



Malik əhli sünnə məzhəbinin üçüncü rəhbəridir. O da öz növbəsində Allahın ərşdə olmasına e`tiqad etmişdir. Bu barədə Abdullah öz atası Əhməd ibn Hənbəldən nəql edir ki:- Malik ibn Ənəsin əqidəsi budur ki Allah göydədir və onun elmi bütün yerləri əhatə etmişdir. Heç bir şey ondan gizli deyildir.2

İmam Şafei də bu əqidədə idi. Bu barədə Şeyxul İslam Əbul Həsən Həkari və Hafiz Əbu Muhəmməd Muqəddəsi Əbi Surdan və Əbi Şueybdən nəql etmişlər ki:- İmam Şafei deyirdi:- Mənim əqidəm və görüşdüyüm bütün alimlərin Süfyan, İmam Malik və s. hamısının əqidəsi budur ki, Allahdan başqa haqq olan mə`bud yoxdur. Muhəmməd (s) onun göndərdiyi peyğəmbəridir. Allah göydə ərşin üstündədir və bəndələrinə istədiyi kimi yaxınlaşır, istədiyi kimi də göydən yerə enir.

İmam Şafeinin vəsiyyətində geniş dərc olunmuş cümlələrdən biri də budur ki, tohid və Allahın yeganəliyinə şəhadətindən sonra deyir ki:- Mənim əqidəm budur ki Qur`an məxluq deyildir və Allah qiyamət günündə aşkar görünəcəkdir. Camaat onun yanında sözlərini eşidəcəkdir. Allahın yeri ərşin üstündədir.1



İbn Həcər Fəthul Baridə, İbn Teymiyyədən nəql edir ki:- Allah bütün mövcudların və ərşın üstündədir!!

Əvzaidən nəql edir ki:- Biz əhli sünnə tabeçi və itaətçiləri, Allahın ərşin üstündə olması barədə nəzərlərimiz eynidir. Çünki sünnədə və hədislərdə yazılmışlara i`manımız vardır.

İbn Həcər Əbu Ömər Təlmənkidən yenə nəql edir ki :- Əhli sünnə müsəlmanları bu məsələdə həməqidədirlər ki: - Allah öz zatı və vucudu ilə ərşin üzərindədir!!

Başqa bir yerdə bu məsələni belə ibarətlə açıqlamışdır ki:- Əhli sünnənin əqidəsi budur ki:- Allah məcazən yox, həqiqətən ərşin üzərindədir! Həmçinin Qur`anda buyurulan "وهو معكم اينما كنتم" bu kimi ayələr Allhın elminin özü ilə yox camaatla olması və onları əhatə etməsi mənasındadır.



Hafiz Zəhəbi də Allahın məkana malik olmasına e`tiqad etmiş və öz əqidəsini sübut etmək üşün kitab da yazmışdır. O, deyir:- Əhli sünnə və hədis itaətçiləri, bu məsələdə həmfikr və həm əqidədədirlər ki: Həqiqətən Allah zatən ərşin üzərindədir. Allahın ərşdə olmasını inkar edən eşitdiyim birinci söz, Cəd ibn Derhəmin sözü idi. 1

Muhəmməd Əşrəfin Sunəni Əbi Davuda yazdığı öz şərhində, İbn Abbasdan nəql olunmuş hədisin axırında, ثم الله فوق ذلك cümləsinin aşağısında deyir:- Bu hədis bunu bildirir ki; Allah ərşin üstündədir. Bu məsələnin həqiqətlə uyğun olmasına Qur`an və hədislər özü şəhadət verir. Keçmiş məzhəb – səhabələrdən və tabeindən- və biz elm əhlinin də əqidəsi budur ki:- Allah ərşin üstündədir. Heç bir izah və təfsir etmədən sonra belə deyir:- Allahın ərşin üstündə olması mə`lum məsələdir. Lakin onun necəliyi bizə mə`lum deyildir. Amma Cəhmiyə, ərşi və Allahın onun üstündə olmasını inkar etmış və Allahın vucudunun bütün məkanlarda olmasını bildirmişdir. Öz əqidəsinin sübutu üçün batil dəlillər, yersiz və xoşa gəlməz sözlər gətirmişdir. Muhəmməd Əşrəf sonra belə deyir:- Əgər bizim alimlərimizin dəlillərini bilmək və Cəhmiyə`nin sözlərinə rəd cavabları ilə tanış olmaq istəsəniz “Əl-Əsmau vəs-sefat”, “Əfalul ibad”, “Kitabul uluv” və İbn Qəyyumun “Cyuşul İslam” kitablarına müraciət edə bilərsiniz. 2





Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin