Hökum
ət və bir müstəqil QHT ayrıca sığınacaq təşkil etmiş və burada insan alveri və məişət
zorakılığının qurbanlarına yardım göstərilmiş və hüquqi məsləhət verilmişdir.
Seksual qısnama: Seksual qısnama ilə bağlı qadağa hökumət tərəfindən nadir hallarda həyata
keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların problemləri ilə bağlı
geniş fəaliyyət göstərmiş, o cümlədən seksual qısnama və məişət zorakılığı problemləri barədə
m
əlumatlılığın artırılmasına yönələn bir sıra konfranslar təşkil etmiş və bu cür tədbirlərə ev sahibliyi
etmişdir.
Reproduktiv hüquqlar: Cütlükl
ər və fərdlərin öz uşaqlarının sayı, doğuşlar arasındakı məsafə və
uşaq dünyaya gətirmə vaxtı barədə qərar vermək, özlərinin reproduktiv sağlamlıqlarını idarə etmək
hüqu
qu vardır və onların bunu həyata keçirmək üçün hər hansı ayrı-seçkilik, məcburiyyət və
zorakılıq olmadan informasiya və vasitələrə çıxış imkanları olmuşdur. Hamiləlik əleyhinə vasitələr
geniş yayılsa da, demoqrafik sorğular bu vasitələrdən istifadə səviyyəsinin aşağı olduğunu
göst
ərmişdir. Bəzi hallarda mədəni, tarixi və sosial iqtisadi amillərdən qaynaqlanan patriarxal
normalar da qadınların reproduktiv hüquqlarını məhdudlaşdırmışdır
Ayrı-seçkilik: Qadınlar formal olaraq kişilərlə bərabər hüquqlara malik olsalar da, cəmiyyətdəki ayrı-
seçkilik problem olmuşdur. Kənd yerlərində ənənəvi sosial normalar və iqtisadi inkişafın aşağı
olması qadınların iqtisadiyyatdakı rolunu məhdudlaşdırmış və gender ayrı-seçkiliyi səbəbindən
qadınların öz qanuni hüquqlarını yerinə yetirməkdə çətinlik çəkmələri ilə bağlı məlumatlar olmuşdur.
M
əşğulluq zamanı qadınlara qarşı ayrı-seçkilik baş vermişdir (bax: bölmə 7.d.). Ailə, Qadın və Uşaq
Probleml
əri üzrə Dövlət Komitəsi qadınların hüquqları sahəsində məlumatlılığı artırmaq məqsədilə
ictimai media kampaniyaları təşkil etmişdir.
Cinsiyy
ətin gender əsasında seçimi. BMT-nin Əhali Fondunun məlumatına görə, ölkədə doğulmuş
uşaqların cinsi nisbətinə görə hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Yerli mütəxəssislər
cinsiyy
ətin gender əsasında seçimi hallarının xüsusən kənd yerlərində daha geniş yayıldığı barədə
m
əlumatlar vermişlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemlə bağlı
maarifl
əndirmə məqsədilə seminarlar və ictimai media kampaniyaları həyata keçirmişdir.
Uşaqlar
Doğuşun qeydiyyatı: Uşaqlar vətəndaşlığı ya ölkə daxilində doğulduqları zaman, ya da
valideynl
ərindən alırlar. Xəstəxana və ya klinikalarda baş tutmuş doğuşların qeydiyyatı müntəzəm
şəkildə həyata keçirilmişdir. Evdə doğulmuş bəzi uşaqların (məsələn, qaraçı ailələri və ya yoxsul
ail
ələr) qeydiyyatı aparılmamış və bu uşaqlarla əlaqədar vətəndaşlığın olmaması halı problem
olmuşdur. Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi insan alveri üçün həssas olan qruplara daxil
olduğunu müəyyən etdikdən sonra sənədi olmayan uşaqları qeydiyyata alımışdır.
T
əhsil: Təhsil icbari, pulsuz və 17 yaşına qədər ümumi olsa da, yoxsul kənd yerlərində yaşayan
böyük ail
ələr bəzən oğlan uşaqlarının təhsilinə daha böyük önəm vermiş və qız uşaqlarını evdə
işləmək üçün saxlamışlar. Bəzi kasıb ailələr məktəbə getmək əvəzinə uşaqlarını işləməyə və ya
dil
ənçiliyə məcbur etmişlər. Ölkə UNESCO-nun " T
əhsil Hamı Üçün " Qlobal Monitorinq Hesabatına
əsasən yetkinlik yaşına çatmış şəxslərin savadlılıq səviyyəsi və gender bərabərliyi indeksləri üzrə
yaxşı göstəricilərə malik olsa da, il ərzində məktəbəqədər, ibtidai və aşağı sinif orta təhsil pilləsinə
c
əlb olunma proqnozları üzrə “hədəfdən çox uzaq” və yaxud “hədəfdən uzaq” qrupuna aid edilmişdir.
Uşaq zorakılığı: Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumata əsasən il ərzində yetkinlik yaşına
çatmamış şəxslərə qarşı 179 zorakılıq halı, o cümlədən azyaşlı qurbanlara qarşı altı zorlama halı,
azyaşlıların cinsi aktlara məruz qaldığı 47 hal və iki fahişəliyə məcbur etmə halı qeydə alınmışdır.
Nazirliyin m
əlumatına əsasən qeyd olunan hallarla əlaqədar 139 nəfər məhkəməyə cəlb edilmişdir.
Erk
ən və məcburi nikah: Qanunla qadınlar üçün nikah yaşı 18, yerli icra hakimiyyətinin icazəsi ilə isə
17 ola bil
ər. Qanunda kişilər üçün nikah yaşı 18 müəyyən olunur. Qafqaz Müsəlmanları İdarəsi nikah
yaşını 18 yaş müəyyən etmişdir, lakin bu fitvanın dini nikah razılaşmaları (kəbin və yaxud kəbin-
nam
ə) əsasında ailə quranlara o qədər də təsiri olmamışdır.
Yetkinlik yaşına çatmayan uşaqları zorla nikaha məcbur etmə əməlinə görə Cinayət Məcəlləsində
3000-4000 manat c
ərimə (1670-2220 ABŞ dolları) və yaxud dörd ilə qədər azadlıqdan məhrum etmə
c
əzası nəzərdə tutulmuşdur. BMT-nin xüsusi məruzəçisinin verdiyi məlumata əsasən yetkinlik yaşına
çatmamış qızların zorla ərə verilməsi 2014-cü ildə problem olaraq qalmışdır və onların həyatlarına
t
əhlükə yaratmağa davam etmişdir. BMT-nin Əhali Fondunun 2014-cü il üzrə hesabatına əsasən
qızların 12 faizi 18 yaşına çatmamış ailə qurmuşlar.
QHT-l
ərin verdikləri məlumata əsasən erkən nikahların sayı artmağa davam etmişdir. Dini nikah
razılaşmalarının tələblərinə uyğun olaraq ərə getmiş qızlar xüsusi narahatlıq doğurmuşdur, belə ki,
bu kimi hallar hökum
ətin nəzarətindən kənarda olmuşdur və boşanma zamanı arvada onun
statusunun tanınması hüququnu verməmişdir. “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi kişilərin
azyaşlı arvadlarını ölkədə qoyaraq işləmək üçün Rusiyaya getmələri ilə bağlı çoxsaylı hallar barədə
m
əlumat vermişdir.
Ail
ə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahın qarşısının alınması məqsədilə
m
əcburi köçkünlərin və qaçqınların yaşadıqları icmalarda fəaliyyətlər həyata keçirmişlər.
Uşaqların cinsi istismarı: Pornoqrafiya qanunla qadağan edilir və onun istehsalı, yayılması və ya
reklam edilm
əsinə görə üç il azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Yetkinlik yaşına
çatmamış şəxslə cinsi əlaqədə olma “18 yaşına çatmış şəxsin 16 yaşına çatmamış şəxslə cinsi
əlaqədə olması və yaxud cinsi xarakterli digər əməllər törətməsi” kimi müəyyən edilir və üç ilə qədər
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azyaşlıların fahişəliyə (hər hansı azyaşlının əxlaqsız
əməllərə cəlb olunması) cəlb edilməsinə görə üç ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası
n
əzərdə tutulur, lakin zorakılıq kimi ağırlaşdırıcı amillərin olması mümkün hökmün beş ildən səkkiz
il
ə qədər artmasına səbəb ola bilər.
Bakıda fəaliyyət göstərən və küçə uşaqları ilə işləyən bir qrupun verdiyi məlumata əsasən bəzi
hallarda oğlanlar və qızlar fahişəliklə və küçə dilənçiliyi ilə məşğul olmuşlar.
M
əcburi köçkün uşaqlar: Xeyli sayda qaçqın və məcburi köçkün uşaqlar aşağı həyat səviyyəsi
şəraitində yaşamışlar. Bəzi hallarda bu uşaqların məktəbə getmək imkanları olmamışdır.
Beyn
əlxalq uşaq oğurluğu: Ölkə Beynəlxalq Uşaq Oğurluğunun Mülki-Hüquqi Aspektləri üzrə 1980-ci
ild
ə qəbul edilmiş Haaqa Konvensiyasına qoşulmamışdır. . Bax: Dövlət Departamentinin
travel.state.gov/content/childabduction/en/legal/compliance.html
səhifəsində yerləşən
"Valideynl
ə
rd
ə
n
biri t
ə
r
ə
find
ə
n Beyn
əlxalq Uşaq Oğurluğu üzrə
İllik Hesabatı"
Antisemitizm
Hesablamalara
əsasən ölkədə yaşayan yəhudi icmasının sayı 20 000-30 000 nəfər təşkil etmişdir.
Antisemit h
ərəkətlərlə bağlı hər hansı məlumat olmamışdır.
İnsan alveri
Bax: Dövl
ət Departamentinin
www.state.gov/j/tip/rls/tiprpt/
linkind
ə yerləşən
"İnsan alveri üzrə
hesabat".
Əlilliyi olan şəxslər
Fiziki, hissi, zehni v
ə əqli əlilliyi olan şəxslərə qarşı məşğulluq, təhsil, hava nəqliyyatı və digər
n
əqliyyat vasitəsindən istifadə, tibbi xidmətlərə çıxış hüququ və ya digər dövlət xidmətlərinin təminatı
zamanı ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilsə də, hökumət bu müddəaların effektiv
şəkildə həyata keçirilməsini təmin etməmişdir. Məşğulluq sahəsində ayrı-seçkilik problem olaraq
qalmışdır (bax: bölmə 7.d.).
Əlilliyi olan uşaqların xəstə olduğu və digər uşaqlardan ayrılmalı və xüsusi müalicə müəssisələrinə
yerl
əşdirilməli olması kimi geniş yayılmış qavrayış mövcud olmuşdur, lakin müəyyən əlilliyi, məsələn,
görm
ə əlilliyi olan uşaqlar üçün xüsusi təhsil müəssisələri fəaliyyət göstərmişdir. Buna baxmayaraq
mü
əyyən əlilliyi olan, o cümlədən autizmdən əziyyət çəkən uşaqlara təhsillə bağlı yardım və yaxud
h
ər hansı müavinətlər verilməmişdir. Bir yerli QHT tərəfindən verilmiş məlumata əsasən ölkədə əlilliyi
olan uşaqların sayı təxminən 60 000 nəfər təşkil etmişdir və bunlardan 6 000-10 000 nəfəri xüsusi
ixtisaslaşmış təhsil müəssisələrində təhsil almış, yerdə qalanları isə evdə təhsil almışlar və yaxud
ümumiyy
ətlə təhsil almamışlar. Əlilliyi olan uşaqların məktəbə getmək imkanı tibbi komissiyanın
qiym
ətləndirməsi, əlilliyin növü, ailənin imkanları və fiziki strukturu və arzu olunan məktəb kimi bir
sıra amillərdən asılı olmuşdur. Əlilliyi olan şəxslərin ictimai və ya digər binalara girişinin, informasiya
v
ə ya rabitə vasitələrinə çıxışının təmin olunması heç bir qanun tərəfindən tələb olunmur və bu
şəxslərin əksər tikililərə daxil olması mümkün olmamışdır.
Əqli və digər əlilliyi olan şəxslər üçün ayrılmış müəssisələrdəki şərait fərqli olmuşdur. Bəzi hallarda
ixtisaslı işçilər, avadanlıq və təchizat məsələləri ilə bağlı çatışmazlıq olmuşdur.
S
əhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının
müdafi
ə olunmasına cavabdehdir.
Milli/İrqi/Etnik azlıqlar
Erm
əni mənşəli vətəndaşlar məşğulluq sahəsində ayrı-seçkiliklə üzləşdiklərini bildiriblər (bax: bölmə
7.d.). B
əzi qruplar ayrı-ayrı hallarda ayrı-seçkilik hallarının baş verdiyini, onların öz ana dillərində
d
ərs demək imkanlarının məhdudlaşdırıldığını və yerli hakimiyyət orqanları tərəfindən incidildiklərini
bildirmişlər. Bu qruplara cənubda talışlar, şimalda ləzgilər və Məhsəti türkləri və kürdlər daxil
olmuşdur.
Cinsi oriyentasiya v
ə cinsi mənsubiyyətə görə zorakılıq,
ayrı-seçkilik və digər pis rəftar halları
Ayrı-seçkiliyə qarşı qanun mövcud olsa da, qanun konkret olaraq lezbiyan, homoseksual, biseksual,
transseksual v
ə interseksual (LGBTİ) fərdləri qeyd etmir.
C
əmiyyətdə cinsi oriyentasiya və cinsi mənsubiyyət zəminində dözümsüzlük, zorakılıq və ayrı-
seçkilik problem olaraq qalmışdır. Bir yerli QHT-nin verdiyi məlumata əsasən cinsi oriyentasiya
z
əminində fərdi şəxslərə qarşı polis qəddarlığının baş verdiyi bir sıra hallar olmuşdur və qeyd
olunmuşdur ki, bu hərəkətlərə görə məsuliyyət daşıyanlar dövlət orqanları tərəfindən araşdırılmamış
v
ə ya cəzalandırılmamışlar. LGBTİ fərdlərə qarşı ailə zəminində zorakılıq hallarının baş verdiyi və
onların şəxsi Facebook hesablarına düşmənçilik məzmunlu yazılar yazıldığı barədə məlumatlar
verilmişdir. Bir yerli təşkilatın verdiyi məlumata əsasən ilin ilk səkkiz ayı ərzində bir nəfər
homoseksual v
ə iki nəfər transseksual qətlə yetirilmişdir və bir nəfər transvestit intihar etmişdir.
M
ətbuat oktyabr ayında Bakı metrosunda bir qrup LGBTİ şəxslərə qarşı hücum olduğunu xəbər
vermişdir.
LGBTİ şəxslər cəmiyyətin qınaq hədəfi olmaqdan və yaxud qisasdan qorxaraq ayrı-seçkilik və yaxud
pis r
əftar hallarına qarşı hüquq-mühafizə orqanlarına rəsmi şikayət verməkdən imtina etmişlər. Bir
QHT t
ərəfindən verilmiş məlumata əsasən LGBTİ icmasına qarşı baş vermiş cinayət əməllərinin
araşdırılmasına polis tərəfindən laqeydlik göstərilmişdir.
LGBTİ şəxslərə qarşı cəmiyyətdə mənfi rəy formalaşmış və işə qəbul zamanı ayrı-seçkilik
göst
ərilmişdir (bax: bölmə 7.d.).
İİV və QİÇS-lə bağlı ictimai qınaq
Ölk
ədə demoqrafik və sağlamlıq göstəricilərinə dair aparılmış ən son sorğu (2006) göstərmişdir ki,
qadınların 80 faizi və kişilərin 92 faizi İİV daşıyıcılarına qarşı ayrı-seçkilik yaradan mövqe nümayiş
etdirmişlər. Ümumdünya Səhiyyə Təşkilatının "Az
ərbaycanda İİV Proqramına Baxış
"ında (2014)
qeyd olunmuşdur ki, İİV/QİÇS barədə ümumilikdə məlumatlılığın olmaması və ayrı-seçkilik yaradan
münasib
ətlər yüksək səviyyədə qalmışdır. Bu məsələ Az
ərbaycanın 2016
-2020-ci ill
ər üçün İİV üzrə
Milli Strateji Planında
əhatə olunur.
BÖLMƏ 7. ƏMƏK HÜQUQLARI
a. Birl
əşmək azadlığı və kollektiv sövdələşmə hüququ
Qanun s
ərbəst birləşmək azadlığını, o cümlədən müstəqil həmkarlar ittifaqları yaratmaq və
qoşulmaq hüququnu müəyyən edir. Həqiqi hərbi xidmət keçən şəxsi heyətin, polisin və rəhbər
işçilərin həmkarlar ittifaqına qoşulması qadağan edilir. Qanun işçilərin kollektiv şəkildə sövdələşmək
hüququnu n
əzərdə tutur, lakin buna baxmayaraq həmkarlar ittifaqları əmək haqqı dərəcələri və iş
şəraiti ilə bağlı səmərəli danışıqlar apara bilməmişlər, çünki əksər dövlət müəssisələrini hökumət
t
ərəfindən təyin edilmiş idarə heyətləri idarə etmişlər və bütün hökumət işçilərinin əmək haqları onlar
t
ərəfindən təyin olunmuşdur.
Əksər işçilərin tətil keçirmək hüququ qanunla nəzərdə tutulur. Tətil keçirilməsi qadağan edilən işçi
kateqoriyalarına aşağıdakılar daxildir: icraedici və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri,
hüquq-mühafiz
ə orqanlarının əməkdaşları, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik
enerjisi, su t
əchizatı, telefon, dəmir yolu və hava nəqliyyatına nəzarət edən işçilər.
Qanun eyni zamanda h
əmkarlar ittifaqlarına və əmək fəallarına qarşı ayrı-seçkiliyi qadağan edir və
h
əmkarlar ittifaqındakı fəaliyyətinə görə işdən qovulmuş işçilərin öz iş yerlərinə bərpa olunmasını
t
ələb edir. Tətilçilərə qarşı işdən qovma və ya yeni işçi ilə əvəz etmə kimi cəzalandırma tədbirlərinin
görülm
əsi qanunla qadağan edilir. Buna baxmayaraq ictimai nəqliyyatın işini pozan tətilçilər üç
il
ədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.
Az
ərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ölkədə fəaliyyət göstərən yeganə həmkarlar
ittifaqları konfederasiyası olmuşdur. Həmkarlar ittifaqının qeydiyyat prosesi bürokratik və vaxt
aparan bir proses olmuşdur. AHİK müstəqil təşkilat kimi qeydiyyatdan keçsə də, bəzi işçilər bu
t
əşkilatın hökumətlə sıx bağlı olduğunu hesab etmişlər. AHİK-nın verdiyi məlumata görə
Konfederasiya ilin
əvvəlində 27 sahədə çalışan 1.6 milyon üzvü təmsil etmişdir. Hər hansı bir
mü
əssisənin AHİK-nın üzvü olub-olmamağından asılı olmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi t
ərəfindən təyin edilmiş əmək müfəttişi həmin müəssisədən daxil olmuş əmək münasibətləri
il
ə bağlı şikayətləri araşdıra bilər.
Birl
əşmək azadlığı və kollektiv sövdələşmə hüququnu nəzərdə tutan qanunların tələbləri hökumət
t
ərəfindən effektiv şəkildə həyata keçirilməmişdir. Nəzərdə tutulan inzibati cəzalar hüquq
pozuntularının qarşısını almağa kifayət etməmişdir. İnzibati və məhkəmə prosedurları uzun-uzadı
yubanmalara v
ə şikayətlərə səbəb olmuşdur. Müəyyən məhdudiyyətlər tətbiq olunmuşdur, belə ki,
h
əmkarlar ittifaqı yaratmaq və həmkarlar ittifaqı fəaliyyətlərinin həyata keçirilməsi hüququ üzərində
bürokratik n
əzarət artırılmışdır. Həmkarlar ittifaqlarının çoxu müstəqil olmamışlar və bəzi jurnalistlərin
h
əmkarlar ittifaqları istisna olmaqla, onların böyük əksəriyyəti hökumətlə sıx bağlı olmuşdur. Yerli və
beyn
əlxalq QHT-lərin iddialarına əsasən əksər sahələrdə çalışan işçilər öz hüquqlarını bilməmişlər
v
ə şikayət edəcəkləri halda cəzalandırılmaqdan qorxmuşlar. Bu daha çox dövlət sektorunda çalışan
işçilərə şamil edilmişdir.
Kollektiv
əmək sazişləri çox vaxt formal xarakter daşımış və həyata keçirilməmişdir. Əmək
qanunvericiliyi bütün işçilərə və müəssisələrə şamil edilsə də, hökumət ikitərəfli sazişlərlə bağlı
danışıq aparmaqla transmilli müəssisələri səmərəli şəkildə bundan azad edə bilər. Məsələn,
hökum
ət və transmilli enerji şirkətləri arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişləri işçinin
h
əmkarlar ittifaqında iştirakını nəzərdə tutmur. İşəgötürənlərin kollektiv sövdələşmə prosesinə mane
olmala
rı qanunla qadağan olunsa da, işəgötürənlər kollektiv sövdələşmənin effektivliyini azaldan
f
əaliyyətlərdə iştirak etmişlər, məsələn, subpodrat müqavilələri bağlamış və qısamüddətli əmək
müqavil
ələrindən istifadə etmişlər.
Dövl
ət Neft Şirkətinin 65 200 işçisinin Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqına üzv
olması məcburi olmuşdur və onların həmkarlar ittifaqına üzvlük haqqı (hər bir işçinin əmək haqqının
2 faizi) s
əlahiyyəti orqanlar tərəfindən əmək haqlarından avtomatik olaraq çıxılmışdır. Formal
iqtisadiyyatda üstünlük t
əşkil etmiş dövlət müəssisələrinin əksəriyyəti işçilərin əmək haqlarından
üzvlük haqqı tutmuş, lakin bu üzvlük haqları həmkarlar ittifaqlarına çatmamışdır. Neftçilərin
h
əmkarlar ittifaqları üçün toplanılmış üzvlük haqqının dörddə biri rəsmən işəgötürənlər tərəfindən
ittifaqın fəaliyyəti üçün “inzibati xərclərə” çıxılmışdır. Şəffaflığın olmaması ittifaq tərəfindən üzvlük
haqlarının necə xərclənməsinin dəqiq müəyyən olunmasını qeyri-mümkün etmişdir. Həmkarlar
ittifaqları və onların üzvlərinin bu məsələni araşdırmaq imkanları olmamışdır.
Aprelin 2-d
ə Bakıda yerləşən "Azimport" şirkətin işçiləri maaşlarının ödənilməməsi ilə bağlı etiraz
aksiyası keçirmişlər. Etirazçıların bildirdiyinə görə, onlar bir ildən artıq şirkət tərəfindən şəhərdə
binaların və obyektlərin təmir işləri üçün işlədilsə də, əmək haqlarını ala bilməyiblər. Maaşların
öd
ənilməməsi ilə bağlı ayrı-ayrı hallarda edilən şikayətlər çox zaman ölkənin müxtəlif yerlərində
planlaşdırılmamış kiçik miqyaslı etirazlarla nəticələnmişdir. Məsələn, Azərinşaatservis MMC-nin
işçiləri mətbuata tez-tez onların maaşlarının ödənilməməsi ilə bağlı şikayət etmişlər.
b. M
əcburi və ya icbari əməyin qadağan edilməsi
Müharib
ə şəraiti və ya hər hansı hökumət orqanının nəzarəti altında məhkəmə qərarının icra
olunması halları istisna olmaqla məcburi və ya icbari əməyin bütün formaları qanunla qadağan edilir.
Müvafiq qanunların tələblərinin icrası hökumət tərəfindən effektiv şəkildə təmin olunmamışdır.
Resurslar v
ə təftişlər adekvat olmamışdır. Qanun pozuntularına görə nəzərdə tutulan cəzalar, o
cüml
ədən azadlıqdan məhrum etmə pozuntu hallarının qarşısının alınması üçün ümumilikdə yetərli
olmuşdur. Beynəlxalq Əmək Təşkilatının beynəlxalq əmək standartlarının tətbiqi barədə hazırladığı
bir hesabatda hökum
ət öz siyasi və ideoloji fikirlərini ifadə edənlərə qarşı cəza olaraq icbari
əməkdən istifadəyə son qoymağa çağırılır.
İl ərzində hakimiyyət paytaxtdan kənarda bir çox dövlət işçilərinə payızlıq pambıq yığımında iştirak
etm
ək göstərişi vermişdir. Əməkçi miqrantlar müəyyən hallarda tikinti sənayesində məcburi əməyə
m
əruz qalmışlar. Uşaqların dilənçiliyə məcbur edilməsi problem olmuşdur və məişət köləliyi yeni
yaranmaqda olan bir problem
ə çevrilmişdir. Kişilər və oğlanlar bəzi hallarda (məsələn, tikinti
sah
əsində) ölkə daxilində məcburi əmək şərtlərinə məruz qalmışlar (bax bölmə 7. c). Daxili İşlər
Nazirliyind
ən bildirilmişdir ki, ilin ilk doqquz ayında beş məcburi əmək hadisəsi müəyyən edilmişdir.
İl ərzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən tikinti sahələrində
v
ə kənd təsərrüfatı sektorunda yoxlamalar həyata keçirilmiş, lakin əmək istismarı məqsədilə insan
alverinin h
ər hansı qurbanı müəyyən edilməmişdir.
H
əmçinin, bax: Dövlət Departamentinin
www.state.gov/j/tip/rls/tiprpt/
linkind
ə yerləşən
"İnsan alveri
üzr
ə
hesabat".
c. Uşaq əməyinin qadağan edilməsi və minimum
m
əşğulluq yaşı
Minimum m
əşğulluq yaşı işin növündən asılıdır. Bir çox hallarda qanun uşaqların 15 yaşdan sonra
işləməsinə icazə verir, 14 yaşında olan uşaqlar ailə bizneslərində və ya valideynlərinin razılığı ilə
gündüz saatlarında, məktəbdən sonra, onların sağlamlığına təhlükə törətməyən işlərdə çalışa
bil
ərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24 saatdan çox çalışa bilməzlər, 16 və ya 17 yaşlı
uşaqlar isə həftədə 36 saatdan çox işləyə bilməzlər. Qanun 18 yaşına çatmamış uşaqların çətin və
t
əhlükəli iş şəraitində çalışmasını qadağan edir və uşaqların çalışmasının qadağan edildiyi xüsusi
işlər və sahələri müəyyənləşdirir. Buraya zəhərli maddələrlə iş və yer altında olan işlər, gecə
saatlarında, mədənlərdə, gecə klublarında, barlarda, kazinolarda və ya spirtli içkilərin verildiyi digər
mü
əssisələrdə olan işlər daxildir.
Uşaq əməyi ilə bağlı qanunvericiliyin icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
t
ərəfindən həyata keçirilir. Qanun əmək müqaviləsi olmadan fərdlərin işə götürülməsi hallarına görə
Dostları ilə paylaş: |