Cı ildə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix06.09.2017
ölçüsü0,68 Mb.
#29075
1   2   3   4   5   6   7

monitorinqini aparan qrupların verdikləri məlumata əsasən hakimlər çox vaxt polis tərəfindən yol 

veril

ən pis rəftar ilə bağlı iddialara məhəl qoymamışlar.  İl ərzində hakimlər tərəfindən bu cür 



iddialara m

əhəl qoyulmamasına dair nümunələrə "Nardaran işi" və N!DA fəalları Bayram Məmmədov 

v

ə Qiyas İbrahimova qarşı açılmış işlər daxildir (bax: bölmə 1.c). BMT-nin Əsassız Həbslər üzrə İşçi 



Qrupunun m

əlumatına görə, İşçi Qrup may ayında ölkəyə etdiyi səfər zamanı işgəncə və pis rəftarla 



bağlı "çoxsaylı ifadələr" alsa da, onların görüşdüyü ölkə rəsmiləri və ya saxlanılan şəxslərdən heç 

biri hakimin saxlanılan şəxsi həbsdə olarkən sorğuladığını qeyd etməmişdir. 

İstintaq çox vaxt şübhəli şəxslərə qarşı fiziki sübutların toplanması deyil, əksinə etiraflar əldə etmək 

üz

ərində qurulmuşdur.  Məhkəməyə çıxarılmış ağır cinayətlər çox vaxt hökm oxunması ilə 



n

əticələnmişdir, belə ki, bir qayda olaraq hakimlər yalnız minimum səviyyədə sübut tələb etmişlər və 

dövl

ət ittihamçıları ilə yaxından əməkdaşlıq etmişlər. 



Hüquq müdafi

əçilərinin məlumatına əsasən ittiham olunan şəxsin tərcüməçi ilə təmin olunmaq 

hüququ Konstitusiya il

ə nəzərdə tutulsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi istisna olmaqla, 

m

əhkəmələr çox vaxt tərcüməçinin təmin olunmasını təşkil etməmişlər.  Dinləmələr zamanı 



m

əhkəmələrin dövlət büdcəsi tərəfindən haqqı ödənilməklə tərcüməçilərlə müqavilə bağlamaq 

hüquqları vardır. 

M

əhkəmə prosesinin stenoqramı təqdim edilməmişdir.  Bakı şəhərində fəaliyyət göstərən bəzi yeni 



m

əhkəmələrdə prosesin audio yazıya alınması təşkil edilsə də, məhkəmələr əksər ifadələri, şifahi 

arqumentl

əri və məhkəmə qərarlarının yazılmasını təmin etməmişlər.  Bunun əvəzində məhkəmə 

katibi bir qayda olaraq dağınıq qeydlər aparmış və qeydlərin məzmununu özü müəyyən etmişdir. 

Ölk


ədə mülki hakimləri olan hərbi məhkəmə sistemi vardır. Hərbi Məhkəmə müharibə və ya hərbi 

xidm


ətlə bağlı olan hər hansı məhkəmə işində ilk instansiya rolunu oynayır. 

SİYASİ MƏHBUSLAR VƏ SAXLANILAN ŞƏXSLƏR 

Bir çoxları tərəfindən siyasi məhbus hesab edilən 14 şəxsin (bax: bölmə 1. d.) prezident fərmanı ilə 

əfv edilməsi ilə yanaşı, hakimiyyət yazda daha üç nəfəri - jurnalistlər Rauf Mirqədirov və Xədicə 

İsmayılovanı və vəkil İntiqam Əliyevi azadlığa buraxıb. Bu 17 şəxsin azadlığa buraxılmasına 

baxmayaraq, yerli QHT f

əallarının hesablamalarına görə, siyasi məhbusların və saxlanılan şəxslərin 

sayı 119-160 arasında dəyişmişdir. "Human Rights Watch" təşkilatının ilin sonuna olan məlumatına 

əsasən, hökuməti tənqid edən azı 25 nəfər siyasi motivli səbəblərlə həbsdə qalmışdır. QHT 

siyahılarına əksəri "Amnesty İnternational" təşkilatı tərəfindən vicdan məhbusu hesab edilən 

aşağıdakı həbs edilmiş şəxslər daxil olmuşdur (həmçinin bax: bölmələr 1.f., 2.a., 3, 4 və 5). 

İyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Zahidov və Rövşən Zahidov  

qeyri-qanuni narkotik madd

ə saxlamaq ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmişdir. 

Onların vəkili və insan hüquqları fəalları bəyan edib ki, hər iki müttəhim mühacirətdə olan müxalif 

jurnalist v

ə keçmiş siyasi məhbus Qənimət Zahidin qohumları olduqları üçün həbs edilmişdir. 

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid Fransada yaşayır və özünün onlayn xəbər 

vasit

əsində ("Azərbaycan saatı") Azərbaycan hakimiyyətini tənqid edən məqalələr dərc etmişdir.  



Bir neç

ə məhkəmə şikayətindən sonra aprelin 19-da hakimiyyət tanınmış fəallar Leyla və Arif 

Yunusların  tibbi müalicə üçün ölkəni tərk etmələrinə icazə verdi. 2015-ci ilin avqust ayında Bakı Ağır 

Cinay


ətlər Məhkəməsi Leyla Yunusu dələduzluq, vergidən yayınma, qeyri-qanuni sahibkarlıq, rəsmi 

s

ənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 8 il yarım həbsə, onun əri Arif Yunusu isə 



d

ələduzluğa görə 7 il həbsə məhkum etmişdi. 

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi N!DA üzvü olan gənc fəal Qiyas İbrahimovu 

narkotik madd

ə saxlamaq ittihamı ilə 10 il həbsə məhkum etdi. Hakimiyyət onu və gənc fəal yoldaşı 

Bayram M


əmmədovu may ayında  müşahidə-nəzarət kameralarında onların keçmiş prezident 

Heyd


ər Əliyevin heykəlinə qraffiti çəkdiyi görünəndən sonra həbs etmişdi.  QHT-lərin verdiyi 

m

əlumata görə, saxlanılarkən onlar narkotik saxlama ittihamlarını qəbul etmək üçün işgəncəyə 



m

əruz qoyulublar (bax: bölmə 1.c.). Dekabrın 9-da Ağır Cinayətlər Məhkəməsi Məmmədovu da 

oxşar ittihamlarla 10 il həbsə məhkum etdi. 

F

əallar tərəfindən siyasi fəaliyyətinə görə saxlanılan şəxs hesab edilən şəxslərə Müsəlman Birliyi 



H

ərəkatının rəhbəri Taleh Bağırzadə (bax: bölmə 1.c. və Dövlət Departamentinin Dini Etiqad 



Azadlığı üzrə

 Beyn

əlxalq Hesabatı,

 

www.state.gov/religiousfreedomreport/



) v

ə Xalq Cəbhəsi 

Partiyasının sədr müavini Fuad Qəhrəmanlı (bax bölmə 3) daxil olmuşdur. QHT siyahılarına eyni 

zamanda 


əvvəlki illərdə mühakimə olunmuş fərdlər, o cümlədən  REAL hərəkatının sədri İlqar 

M

əmmədov, N!DA üzvü olan fəal İlkin Rüstəmzadə və jurnalist Seymur Həzi də daxil edilmişdir. İlqar 



M

əmmədov haqqında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin  2014-cü ildə verdiyi qətnamədə 

onun azadlığa buraxılması tələb edilsə də, Məmmədov həbsdə qalmışdır. 

Qanunla siyasi m

əhbusların digər məhbuslarla eyni hüquqları vardır, lakin buna baxmayaraq onlara 

t

ətbiq olunan məhdudiyyətlər fərqli olmuşdur.  Hakimiyyət tərəfindən beynəlxalq humanitar 



t

əşkilatlara siyasi məhbuslarla görüşmək imkanı təmin edilmişdir. 

MÜLKİ MƏHKƏMƏ PROSEDURLARI VƏ HÜQUQ-MÜDAFİƏ VASİTƏLƏRİ 

V

ətəndaşların insan hüquqlarına zərər vurulması və yaxud bu hüquqların dayandırılması və 



pozulması hallarına görə məhkəməyə müraciət etmək hüquqları vardır.  Mülki işlər üzrə məhkəmədə 

andlı iclasçıların iştirakı qanunla nəzərdə tutulmayıb, bütün mülki işlərdə qərarlar hakim tərəfindən 

verilir.  Mülk

i işlər üzrə birinci dinləmədə rayon məhkəmələrinin mühakimə hüququ vardır, 

apellyasiya şikayətlərinə əvvəlcə Apellyasiya Məhkəməsi, sonra isə Ali Məhkəmə tərəfindən baxılır.  

Cinay


ət işləri ilə əlaqədar olaraq vətəndaşların bütün yerli məhkəmə instansiyalarını keçdikdən, o 

cüml


ədən Ali Məhkəməyə şikayət etdikdən və müvafiq qərar çıxarıldıqdan sonrakı altı ay ərzində 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) müraciət etmək hüquqları vardır. 

V

ətəndaşlar yerli məhkəmələrin qərarlarına qarşı İHAM-a şikayət etmək hüquqlarından istifadə 



etmiş, hökumətin Avropa İnsan Hüquqları Konvensiyasına əsasən yaranan öhdəliklərini pozması ilə 

bağlı iddialar qaldırmışlar. Hökumət tərəfindən İHAM qərarlarının icrası qarışıq olmuşdur. Məsələn, 

hökum

ət 2014-cü ildə İHAM-ın verdiyi qərarın İlqar Məmmədovun hüquqlarının pozulmasına görə 22 



000 Avro  (24 200 ABŞ dolları) təzminat ödənilməsi ilə bağlı hissəsini yerinə yetirmiş, lakin qərarda 

n

əzərdə tutulmasına baxmayaraq, Məmmədovu azadlığa buraxmamışdır 



f. Şəxsi həyat, ailə, ev və ya yazışmalara əsassız və ya 

qeyri-qanuni müdaxil

ə 

Qanun şəxsi həyata olan əsassız müdaxilələri, yazışmalara və digər şəxsi rabitə formalarına nəzarət 



edilm

əsini qadağan edir.  Ümumilikdə hökumət bu hüquqi qadağalara əməl etməmişdir. 

Konstitusiyaya 

əsasən yaşayış yerində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı və ya qanunla 

əyyən edilmiş xüsusi hallarda icazə verilməsinə baxmayaraq dövlət orqanları çox vaxt 



m

əhkəmənin qərarı olmadan axtarışlar keçirmişlər. Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər 

Nazirliyi t

ərəfindən xüsusilə xaricilərin, internetdə fəal olan gənclərin, bəzi siyasətçilərin, iş 

adamlarının və xariclə ünsiyyətdə olan şəxslərin telefon danışıqlarına və internet vasitəsilə 

apardıqları yazışmalara nəzarət olunduğu barədə geniş məlumatlar verilmişdir. Poçt xidmətinin 

siyasi baxımdan həssas müəyyən məktublara nəzarət etməsinin əlamətləri olmuşdur. Məsələn, 

m

əlumatlara görə, poçt xidməti Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının öz işi 



üzr

ə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətini iki dəfə "itirmişdir". 



Polis cinay

ətkarlıqda şübhəli bilinən şəxslərin, müstəqil jurnalistlərin, siyasi müxalifət üzvlərinin və 

liderl

ərinin, eləcə də müəyyən QHT-lərin əməkdaşlarının və rəhbərlərinin ailə üzvlərinə hədə-qorxu 



g

əlməyə, onları təqib etməyə və bəzən həbs etməyə davam etmişdir. Məsələn, müxalif Xalq Cəbhəsi 

Partiyasının sədri Əli Kərimlinin qayını Elnur Seyidov bir çoxları tərəfindən siyasi motivli olduğu 

hesab edil

ən ittihamlarla 2012-ci ildən bəri həbsdə qalmışdır. Fevral ayında Naxçıvan Muxtar 

Respublikasının Daxili İşlər Nazirliyi mühacirətdə olan iş adamı Məmməd Qurbanovun hakimiyyəti 

t

ənqid etməyə son qoymayacağı təqdirdə onun ailə üzvlərini həbs etməklə hədələmişdir. Qurbanov 



polis t

ərəfindən uzun müddət  təzyiqlərə və fiziki zorakılığa məruz qaldıqdan sonra Naxçıvanı tərk 

etmişdi. 

Mühacir


ətdə olanlara təzyiq vasitəsi kimi onların qohumlarının siyasi motivlərlə həbsə alınmasına 

dair bir neç

ə nümunə olmuşdur. 2015-ci ilin yayında müxalifət yönümlü "Azadlıq" qəzetinin 

mühacir


ətdə olan redaktoru Qənimət Zahidovun qohumları Rüfət və Rövşən Zahidovlar hakimiyyət 

t

ərəfindən həbs edilmişdir. Həbs olunmuş qohumları noyabr ayında ictimai şəkildə Qənimət 



Zahidovdan imtina etdikl

ərini elan etsələr də, azadlığa buraxılmamışdır. 2015-ci ilin yayında 

hakimiyy

ət, həmçinin, mühacirətdə olan tanınmış jurnalist Emin Millinin qayını Nazim Ağabəyovu 

h

əbs etmişdir. Ağabəyov aprelin 22-də şərti azadlığa buraxılmışdır. Sentyabrın 29-da müxalifət lideri 



C

əmil Həsənlinin qızı Günel Həsənli fəallar tərəfindən siyasi motivli olduğu hesab edilən ittihamlarla 

doqquz ay h

əbsdə qaldıqdan sonra azadlığa buraxılmışdır. 

Sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum əleyhinə keçirilən mitinqlərdən 

əvvəl, mitinqlər zamanı və mitinqlərdən sonra polis siyasi və insan haqları fəallarının, eləcə də 

müst

əqil jurnalistlərin ailə üzvlərini dindirmiş və məlumatlara görə, hədə-qorxu gəlmişdir. 



Veril

ən məlumatlara əsasən dövlət orqanları, ailə üzvlərinin siyasi və ya vətəndaş fəaliyyətlərindəki 

iştirakına cavab olaraq ayrı-ayrı şəxsləri işdən azad etmiş və yaxud onların işdən qovulmasına nail 

olmuşlar. 

QHT-l

ərin verdikləri məlumata əsasən dövlət orqanları dövlətin məcburi qaydada özgəninkiləşdirmək 



hüququnu v

ə əmlakın ekspropiasiyasını tənzimləyən qanunlara əməl etməmişlər. Ev sahiblərinə çox 

vaxt özg

əninkiləşdirilən əmlaka görə bazar dəyərindən çox aşağı təzminatlar ödənilmişdir və onların 

hüquqi müdafi

ə imkanları az olmuşdur. QHT-lərin məlumatına əsasən əksər vətəndaşlar ölkənin 

m

əhkəmə sisteminə etibar etməmiş və bu səbəbdən təzminatla bağlı iddia qaldırmaqda maraqlı 



olmamışlar. 

BÖLMƏ 2 VƏTƏNDAŞ AZADLIQLARINA 

HÖRMƏT, O CÜMLƏDƏN: 

a. Söz v


ə mətbuat azadlığı 

Söz v


ə mətbuat azadlığının qanunla müəyyən olunmasına və mətbuat üzərində senzuranın xüsusi 

olaraq qadağan edilməsinə baxmayaraq çox vaxt hökumət bu hüquqlara hörmət etməmişdir.  

Hökum

ət söz azadlığı və mətbuatın müstəqilliyini məhdudlaşdırmışdır. Jurnalistlər hədələnmiş, 



əyyən hallarda döyülmüş və həbs olunmuşlar. İlin sonuna olan məlumatlara əsasən QHT-lər 

t

ərəfindən azı altı jurnalist və bloqqer siyasi məhbus və ya siyasi fəaliyyətinə görə saxlanılan şəxs 



hesab edilmişdir. İl ərzində hakimiyyət mətbuata, mühacirətdə olan jurnalistlərə və onların 

qohumlarına təzyiq göstərməyə davam etmişdir. 



Söz v

ə ifadə azadlığı: Söz azadlığı Konstitusiyada təsbit olunsa da,  hökumət siyasi cəhətdən 

h

əssas hesab olunan mövzularla bağlı təzyiq göstərməyə davam etmişdir. Məsələn, Konstitusiyaya 



d

əyişikliklərlə bağlı sentyabrda keçirilən referenduma qədərki dövrdə, hakimiyyət referendumu 

t

ənqid edən, seçilmiş fəalları həbs etdi. Həbslər fonunda müxalifət fəalı və iqtisadçı, müxalif REAL 



h

ərəkatının icraçı katibi Natiq Cəfərli də avqustun 12-də həbs edildi. Həbs edilmiş fəallar dünyəvi 

demokratik müxalif

ət nümayəndələri olsa da, hakimiyyət həbslərin bəzilərini əsaslandırmaq üçün 

onların İslam ruhanisi Fəthullah Gülənlə əlaqələrinin olduğunu əsas gətirmişdir. Gülən Türkiyə 

t

ərəfindən 15 iyul çevriliş cəhdini təşkil etməkdə günahlandırılıb. Bu cür əlaqələri olduğu iddia 



edil

ərək həbs edilən fəallara müxalif Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Əhmədli və müxalifət 

yönümlü "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirov daxil olmuşdur. O, həm də Xalq Cəbhəsi 

Partiyasının sədri Əli Kərimlinin köməkçisi idi. 

Oktyabrda "Human Rights Watch" t

əşkilatı hökumətin onu tənqid edənlərə və fərqli fikir bildirən 

s

əslərə qarşı hücumu davam etdirdiyini bildirdi. Təşkilatın məlumatına görə, il ərzində azı 20 siyasi 



v

ə gənc fəal siyasi motivlərlə həbs edilmişdir. Söz azadlığından istifadə etməyə cəhd edən şəxslərin 

h

əbs olunması fərqli fikir sahiblərinin cəzalandırılması məqsədilə hakimiyyət tərəfindən məhkəmə 



sistemind

ən istifadə olunması barədə narahatlıqları artırmışdır.  Bundan əlavə, hökumət siyasi 

motivli h

əbslərə, o cümlədən "Nardaran işi"ndəki (bax: bölmə 1. C.) həbslərə qarşı çıxış edən bəzi 

dinc f

əalları hədələməklə və siyasi və vətəndaş cəmiyyətinin toplantılarını nəzarətdə saxlamaqla  



t

ənqidin qarşısını almağa cəhd göstərmişdir. 

Konstitusiya "irqi, milli, dini, sosial 

ədavət və düşmənçik oyadan təşviqat və təbliğat" kimi müəyyən 

edil

ən nifrət nitqini qadağan edir. Sentyabrda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən 



referenduma 

əsasən, "hər hansı digər meyarlara əsaslanan düşmənçilik" də qadağan edilir. 

M

ətbuat və media azadlığı: Bir sıra müxalifət yönümlü və müstəqil çap və onlayn media vasitələri 



hökum

ətin siyasi fəaliyyətlərinə dair müxtəlif fikirlərini ifadə etmişdir.  Qəzetlərin tirajı əksər hallarda 

5000-i keçm

əyərək aşağı səviyyədə qalmışdır. 

2014-cü ild

ən başlayaraq, hökumət metroda və küçədə qəzet satışını dayandıraraq, qəzet satışını 

yalnız hökumət tərəfindən təsdiqlənmiş köşklərlə məhdudlaşdırmışdır. İl ərzində hökumət  bu cür 

köşklərdə müxalifət yönümlü qəzetlərin satışını məhdudlaşdırmışdır. Etibarlı məlumatlara əsasən, 

yayım fəaliyyətini həyata keçirənlərin bir çoxunun müxalifət qəzetlərini daşımaqdan imtina etməsi 

s

əbəbindən Bakı şəhərindən kənarda müxalifət qəzetləri yalnız məhdud sayda satışa çıxarılmışdır. 



Maliyy

ə direktorunun həbsindən sonra bank əməliyyatlarını apara bilməməsi ilə əlaqədar olaraq, 

müxalif

ət yönümlü "Azadlıq" qəzeti sentyabrda çap nəşrini dayandırmışdır. Qəzetin maliyyə direktoru 



h

əm də Xalq Cəbhəsi Partiyasının fəal üzvü idi. Hakimiyyət daha sonra qəzetin hissə-hissə ödəniş 

etm

əyə davam etməsinin qarşısını almışdır. 



Qanun hakimiyy

ətə ekstermist təbliğatla məşğul olan və ya digər pozuntularla yanaşı, etnik zəmində 

ayrı-seçkiliyə yol verən KİV-ləri bağlamağa icazə verir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) 

qaldırdığı məhkəmə iddiası əsasında, iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi yarımmüstəqil 

f

əaliyyət göstərən özəl ANS telekanalının lisenziyasını ləğv etdi.  İddia ANS mühacirətdə olan 



Türkiy

əli dini xadim Fəthullah Gülənlə müsahibəni anons etdikdən sonra qaldırılmışdı. Belə ki, 15 

iyulda baş verən çevriliş cəhdini təşkil etməkdə Güləni günahlandıran Türkiyə hakimiyyəti  

planlaşdırılan yayıma etiraz etmişdi.  MTRŞ ANS-i terroru təbliğ etməkdə və qanunvericiliyi 

pozmaqda ittiham etdi. ANS bu q

ərardan şikayət etdi; sentyabrın 21-də Ali Məhkəmə Apellyasiya 

M

əhkəməsinin qərarını qüvvədə saxladı və nəticədə 2006-cı ilin sonlarına qədər ölkənin yeganə 



müst

əqil telekanalı olmuş və sonradan müstəqilliyini itirməyə başlamış bu telekanal bağlanmışdır.  

Kanal 25 il f

əaliyyət göstərmişdir. 



Xarici yayımçılar, o cümlədən “Amerikanın Səsi”, “Azadlıq Radiosu” və “BBC”-nin FM radio 

tezlikl


ərində yayımına qoyulmuş qadağa davam etmişdir, lakin buna baxmayaraq Rusiyanın 

“Sputnik” xidmətinə yerli radio şəbəkəsində xəbərləri yayımlamağa icazə verilmişdir. 

Hakimiyy

ət il ərzində altı jurnalist və bloqqeri həbsdən azad etsə də, yerli QHT-lər ilin sonunda azı 

yeddi jurnalist v

ə bloqqer və iki şair/yazıçını siyasi məhbus və ya siyasi fəaliyyətinə görə saxlanılan 

şəxs hesab ediblər. Məsələn, yanvarın 29-da Abşeron Rayon Məhkəməsi müxalifət yönümlü 

"Azadlıq" qəzetinin əməkdaşı jurnalist Seymur Həzini beş il həbsə məhkum etmişdir. Hakimiyyət 

ölk

ədə olan digər QHT-lərə tətbiq edildiyi qaydada, aparıcı media hüquqları təşkilatlarına təzyiq 



göst

ərməyə davam edib. 

İl ərzində hakimiyyət ölkədən kənarda fəaliyyət göstərən müstəqil media vasitələrinə və ölkədə 

onlarla bağlı olan şəxslərə təzyiq göstərməyə davam edib. Məsələn, hakimiyyət 2015-ci ilin avqust 

ayında Meydan TV-ə qarşı açılmış cinayət işini davam etdirib. Baş Prokurorluq bu iş çərçivəsində 

15-d


ən artıq fərd barəsində qeyri-qanuni sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən 

sui-istifad

ə ilə bağlı olaraq araşdırma aparıb. Jurnalistlərə qarşı rəsmi təzyiq özünü həm də 

mühacir


ətdə olan jurnalistlərin qohumlarının, o cümlədən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət 

Zahidovun qardaşı oğlu və əmisi oğlunun həbsə alınmasında, eləcə də  ölkədən çıxışına qadağa 

qoyulan jurnalistl

ərin və mühacirətdə olan jurnalistlərin bəzi qohumlarının  (bax: bölmə 2.d.) sayının 

artmasında büruzə vermişdir. 

Zorakılıq və basqı: Yerli müşahidəçilər azı 21 jurnalistə qarşı il ərzində 33 fiziki hücumun olduğunu 

bildirmişdir. Hücumların hədəfi əsasən Azadlıq Radiosunun, "Azadlıq" qəzeti və digər qəzetlərin, 

Meydan TV-nin v

ə Obyektiv TV-nin əməkdaşları olan jurnalistlər olmuşdur. Məsələn, noyabrın 26-da 

Kanal 13 internet televiziyasının əməkdaşı jurnalist Teymur Kərimov Bərdə rayonunda su təchizatı 

il

ə bağlı problemlər barədə video reportaj hazırlayarkən naməlum şəxs ona hücum etmiş və bundan 



sonra polis onu h

əbs etmişdir. Polis jurnalisti bütün video yazıları silməyəcəyi təqdirdə ona qarşı 

xuliqanlıq ittihamı ilə cinayət işi açmaqla hədələyib. 

Jurnalistl

ərə qarşı hücumlara görə cəzasızlıq problemi qalmışdır. Reportyorların Azadlıq və 

T

əhlükəsizlik İnstitutunun (RATİ) avqust ayında verdiyi məlumata görə jurnalistlərə qarşı fiziki 



zorakılıqla bağlı olan hər 10 işin 9-u həll olunmamış qalıb. Əvvəlki illərdə jurnalistlərə qarşı edilmiş 

fiziki hücumlara gör

ə hakimiyyət tərəfindən hər hansı polis əməkdaşının məsuliyyətə cəlb olunması 

baş verməmişdir. 

Jurnalistl

ər və media hüquqları müdafiəçiləri ölümündən üç həftə əvvəl təhdid mesajları aldığını 

bildir

ən RATİ sədri və jurnalist Rasim Əliyevin 2015-ci ilin avqust ayında döyülməsini və həyatını 



itirm

əsini, haqqında İran ruhanisi Ayətullah Fazil Lənkərani tərəfindən fitva verilmiş jurnalist Rafiq 

Tağının 2011-ci ildə baş vermiş qətlinin və müstəqil redaktor və jurnalist Elmar Hüseynovun 2005-ci 

ild


ə qətlə yetirilməsinin tam araşdırılmasını tələb etməyi davam etdirmişlər. 

Jurnalistl

ər və media orqanlarını qorxutmaq üçün siyasi motivli olduğu ilə bağlı şübhələr doğuran 

m

əhkəmə iddialarından da istifadə edilmişdir.  İl ərzində jurnalistlər və yaxud media orqanlarına 



qarşı təqribən 29 məhkəmə iddiası qaldırılmış, bu işlərdə iddiaçıların tələb etdiyi təzminatın məbləği 

1.3 milyon manat (720 000 ABŞ dolları) təşkil etmişdir və son nəticədə məhkəmələr tərəfindən 95 

000 manat (53 000 ABŞ dolları) məbləğində cərimə tətbiq olunmuşdur. 

Müst


əqil və müxalifət qəzetlərinin əksəriyyətinin maliyyə vəziyyəti zəif olaraq qalmışdır və onlar 

əmək haqlarının, vergilərin və vaxtaşırı məhkəmə cərimələrinin ödənilməsində problemlərlə 

üzl

əşmişlər.  Maliyyələşmə üçün çoxları siyasi partiyalara, nüfuzlu sponsorlara və yaxud KİV-nin 



İnkişafına Dövlət Dəstəyi Fonduna bel bağlamışdır. 

Hökum

ət bəzi dövlət kitabxanalarının müstəqil və müxalifət qəzetlərinə abunə yazılmasını, dövlət 

əssisələrinin müxalifət qəzetlərində reklam yerləşdirməsini qadağan etmişdir və özəl 



əssisələrə bu qəzetlərdə reklam yerləşdirməmək üçün təzyiq göstərmişdir.  Nəticədə müxalifət 

mediasında ödənişli reklam əhəmiyyətli dərəcədə azalmışdır.  Siyasi şərhçilər qeyd etmişlər ki, bu 

cür addımlar müxalifət və müstəqil mətbuat orqanlarının jurnalistlərə verdiyi əmək haqqının 

azalmasına səbəb olmuşdur və səriştəli əməkdaşların hökumətyönümlü mətbuat tərəfindən işə 

götürülm


əsinə imkan yaratmışdır.  Bundan əlavə, media monitorinqi ilə bağlı beynəlxalq 

hesabatlardan görünür ki, Vergil

ər Nazirliyinin məmurları tərəfindən edilən hədə-qorxular medianın 

müst


əqilliyini daha da məhdudlaşdırmışdır. 

Senzura v

ə məzmunla bağlı məhdudiyyətlər: Əksər media vasitələri özünü-senzura tətbiq etmişlər 

v

ə hökumətin cavab tədbirlərindən ehtiyat edərək siyasi cəhətdən həssas hesab edilən mövzulardan 



yayınmışlar. Milli Televiziya və Radio Şurası yerli, özəl televiziya və radio kanallardan xarici mənşəli 

x

əbər proqramlarını tam şəkildə təkrar yayımlamamağı tələb etmişdir. 



İyunun 12-də polis Qanun Nəşrlər Evinin binasında bomba təhlükəsi olması bəhanəsi ilə, Nəşrlər 

Evinin işini dayandırmışdır. Vətəndaş cəmiyyəti fəallarının verdiyi məlumata görə, nəşriyyat REAL 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin