SİNİFLƏR
1. Sinfin elanı
Siniflər struct tiplərdən fərqli olaraq özlərində dəyişənlərlə yanaşı funksiya hədləri də saxlaya bilər. Sinfin elan olunma qaydası aşağıdakı kimidir:
class sinfin_adı {
tip1 dəyişən1;
tip2 dəyişən2
. . .
tip_n dəyişən_n;
tip_1 funksiya_1 ();
tip_2 funksiya_2 ();
. . .
tip_k funksiya_k ();
};
Dəyişənlər sinfin dəyişən hədləri, funksiyalar isə funksiya hədləri adlanır.
Çalışma1. int tipli en və int tipli uz dəyişən hədləri, int sahe(int,int) funksiya hədindən ibarət duzbucaqli adlı sinif elan edin. sahe funksiyası nəticə olaraq qəbul etdiyi parametrlərin hasilini qaytarır.
Həlli. Sinfin elanı sintaksisini nəzərə alsaq, onda tələb olunan sinfi aşağıdakı kimi elan edə bilərik:
class duzbucaqli {
int en;
int uz;
int sahe (int, int);
};
Dostları ilə paylaş: |