C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar



Yüklə 1,44 Mb.
səhifə2/37
tarix02.01.2022
ölçüsü1,44 Mb.
#42333
1   2   3   4   5   6   7   8   9   ...   37
C -dan praktikum

Tip dəyişənin adı;

Və ya


Tip dəyişənləri siyahısı;

C++ dilində verilənləri tipi əsas və düzəltmə olur.

Əsas tipə aşağıdakılar aiddir:


  • char – simvol;

  • int – tam;

  • float – sürüşən vergüllü;

  • double – ikiqat dəqiqlik;

  • bool – məntiqi.

Spesifikatorların köməyilə standart tiplər bazasında yaradılan tiplər düzəltmə tiplər adlanır. C++ dilində verilənlərin tipləri üçün dörd spesifikator təyin olunmuşdur:

  • short – qısa;

  • long – uzun;

  • signed – işarəli;

  • unsigned – işarəsiz.

Simvol tipi

Verilənləri char tipi kompüterin yaddaşında 2 bayt yer tutur və işarəli və işarəsiz ola bilər.



Tip

Diapazon

Ölçüsü

Char

-128...127

2 bayt

Unsigned char

0...255

2 bayt

Signed char

-128...127

2 bayt

Simvollu dəyişənlərin təsvirinə baxaq:

Char a, b; // iki simvollu dəyişən təsvir olunmuşdur.

Qeyd etmək lazımdır ki, simvollu verilənlərlə işləyən zaman əgər ifadədə tək simvola rast gəlinərsə, onda tək dırnaq arasında yazılmalıdır. Məsələn, ‘a’, ‘c’, ‘+’, ‘7’.

Simvollar ardıcıllığı, yəni ifadədə sətir istifadə olunarsa, onda o ikiqat dırnaq içərisində yaılmalıdır.



Tam tip

Tam tip yaddaşda iki, dörd və ya səkkiz bayt yer tuta bilər. Bu prosessorun dərəcəliliyindən asılıdır. Bunu aşağıdakı cədvəldən görmək olar.

Cədvəl

Tip

Diapazon

Ölçüsü

Int

-2147483647...2147483647

4 bayt

Unsigned int

0...4294967295

4 bayt

Signed int

-2147483647...2147483647

4 bayt

Short int

-32767...32767

2 bayt

Long int

-2147483647...2147483647

4 bayt

Unsigned short int

0... 65535

2 bayt

Signed short int

-32767...32767

2 bayt

Long long int

-(263 -1)... (263 -1)

8 bayt

signed long int

-2147483647...2147483647

4 bayt

Unsigned long int

0...4294967295

4 bayt

Unsigned long long int

0... 264 -1

8 bayt

Bir nümunəyə baxaq.

int a,b,c;

unsigned long int X, Y, Z.

Həqiqi tip

Həqiqi ədədlərin daxili yaddaşda təsviri tam ədədlərdə fərqlənir. Float tipi 4 bayt yer tutur və onlardan bir ikilik mərtəbə işarə, 8 mərtəbə tərtib (tam ədəd), 23-ü isə mantissa üçün istifadə olunur. Belə ki, mantissanın böyük rəqəmi həmişə 1-ə bərabərdir və yaddaşda saxlanmır.



Double tipi 8 bayt yer tutur. Onlardan 11-i tərtib, 52-si isə mantissa üçün istifadə olunur. Mantissanın uzunluğu ədədin dədiqliyini, tərtibin uzunluğu isə onun diapazonunu müəyyən edir. Double tipinin adının qarşısında long tipinin spesifikatoru kəmiyyət üçün 10 bayt ayrıldığını göstərir.

Həqiqi tipin qiymətlər diapazonu aşağıdakı cədvəldə təsvir olunmuşdur.

Cədvəl

Tip

Diapazon

Ölçüsü

Float

3.4E-38...3.4E+38

4 bayt

Double

1.7E-308...1.7E+308

8 bayt

Long double

3.4E-4932...3.4E+4932

10bayt

Həqiqi tipli dəyişənlərin təsvirinə baxaq.

Double x1, x2, x3;

Float A, B, C.

Məntiqi tip

Bool tipli dəyişən ancaq iki qiymət alır. True (doğru) və false (yalan). Sıfıra bərabər olmayan istənilən qiymət true kimi interpretasiya olunur və tam tipə çevrilmə zamanı 1 qiymətini alır. False qiyməti yaddaşda sıfır kimi təsvir olunur.

Məntiqi tipin təsvirinə baxaq.

Bool F, T;



Void tipi

Bu tipin qiymətlər çoxluğu boş çoxluqdur. Bu tip qiymət qaytarmayan funksiyaların təyin olunmasında istifadə olunur. Bu tipdən həm də funksiya arqumentlərinin boş siyahısını göstərmək, göstəricilər üçün baza tipi və tiplərləşdirmə əməliyyatları üçün istifadə olunur.



Sabitlər

Proqramın yerinə yetirilməsi zamanı qiymətini dəyişməyən kəmiyyətə sabit deyilir. Sabitin təsviri aşağıdakı kimidir:



const tip sabitin adı=qiymət;

C++ dilində sabitlər tam, həqiqi, simvollu vəya sətir tipli ola bilərlər. Adətən kompilyator sabitin tipini onun xarici görünüşünə görə müəyyən edir. Lakin tipin əyani göstərilməsi üçün də imkan vardır. Məsələn,



const double pi=3.131592653589793;

Bundan başqa, sabit #define direktivi ilə də təyin edilə bilər. Bu direktiv tez-tez istifadə olunan sabitin, açar sözün, operatorun və ya bir neçə identifikatorlu ifadələrin əvəz olunması üçün istifadə olunur. Ədədi və ya mətni sabitləri əvəz edən identifikator adlı sabit adlanır. Bu direktivin əsas sintaksis forması belədir:




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin