Sətir – simvollar ardıcıllığıdır. C++ dilində sətir char tipli elementlərdən ibarət massiv kimi təsvir olunur. Məsələn,
Char s[25]; // 25 simvoldan ibarət sətir təsvir olunmuşdur.
Struktur verilənlərin elə tipidir ki, müxtəlifcinsli verilənləri birləşdirməyə və onları vahid bir tam kimi emal etməyə imkan verir.
Məsələn,
Struct fraction , // düzgün kəsrin strukturu təsvir olunmuşdur.
{
// strukturun sahəsini təyin edirik:
int num; // surətin sahəsi,
int den; //məxrəcin sahəsi.
}
...
fraction d, D[20]; // fraction tipi d dəyişəni, D[20] massivi təyin olunmuşdur.
d.num; // d dəyişəninin num sahəsinə müraciət.
D[4].den; // D massivinin dördüncü elementinin den sahəsinə müraciət.
Göstəricilər
C++ dilində göstəricilər geniş tətbiq olunur. Göstəricilərdən istifadə bu dili proqramlaşdırmaq üçün daha münasib etmişdir. Digər tərəfdən göstəricilər C++ dilinin ən çətin mənimsənilən imkanlarından biridir. Göstəricilərin köməyilə massivləri, sətirləri və strukturları emal etmək, proqramın yerinə yetirilməsi zamanı yeni dəyişənlər yaratmaq, funksiyaların faktiki parametrlərinə və parametr kimi funksiyalara ünvan vermək olar.
Beləliklə, göstərici qiyməti təyin olunmuş obyektin (başqa dəyişənin) saxlandığı yaddaş ünvanı olan dəyişəndir. Məsələn, əgər C char tipli dəyişəndirsə, P isə C-yə göstəricidirsə, deməli, P-də kompüterin yaddaşında C dəyişəninin qiymətinin saxlandığı ünvan yerləşir.
Hər bir dəyişən kimi göstəricilər də elan olunmalıdır. Göstəricilərin elan olunmasında həmişə verilmiş ünvanda saxlanılan obyektin tipi göstərilməlidir.
Dostları ilə paylaş: |