C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar



Yüklə 1,44 Mb.
səhifə8/37
tarix02.01.2022
ölçüsü1,44 Mb.
#42333
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
C -dan praktikum

Məntiqi əməlləri

C++ dilində || (və ya), && (və), !(inkar) məntiqi əməllərindən istifadə etmək olar. Məntiqi əməliyyatlar true (doğru) və false (yalan) məntiqi qiymətlər üzərində aparılır. Bu dildə yalan-0, sıfırdan fərqli istənilən qiymət isə doğru hesab edilir.

Cədvəl-də məntiqi əməliyyatların nəticələri verilmişdir.

A

B

!A

A&&B

A||B

0

0

1

0

0

0

1

1

0

1

1

0

0

0

1

1

1

0

1

1

Münasibət əməli

Münasibət əməliyyatları nəticə kimi məntiqi qiymət qaytarırlar. Belə əməliyyatlar bunlardır:



< (kiçikdir), > (böyükdür), >=(böyük bərabərdir), <=(kiçik bərabərdir), == (bərabərdir), !=(bərabər deyil).

Münasibət əməliyyatının nəticəsi true (doğru) və ya false (yalan) məntiqi qiyməti olur.



Şərt əməlləri

Sadə halda budaqlanma əməliyyatının təşkili üçün ? şərt operatorundan istifadə etmək olar. Bu əməliyyat üç operanda malikdir və ümumi şəkildə aşağıdakı kimi təsvir olunur:



Şərt ? 1-ci ifadə: 2-ci iifadə;

Əməliyyat belə baş verir. Əgər şərt doğrudursa (sıfıra bərabər deyilsə), onda nəticə olaraq 1-ci ifadə, əks halda isə 2-ci ifadə qəbul edilir. Məsələn, y=x<0 ? : x; əməliyyatı zamanı y dəyişəninə x ədədinin modulu yazılır.



Tipin çevrilməsi əməli

İfadənin verilənlərin digər tipinə keçirilməsi C++ dilində tipin çevrilməsi əməli vardır və ümumi şəkildə belə yazılır:

(tip) ifadə;

Məsələn, x=5; y=x/2; z=(float) x/2; fraqmentində y dəyişəni 2-yə bərabər qiymət (tambölmənin nəticəsi) alır və z=2.5 olur.



Ölçünün təyin edilməsi

Obyektin və ya tipin baytlarla ölçüsünü təyin edilməsi əməlindən istifadə etməklə hesablamaq olar və onun yazılışı ümumi şəkildə aşağıdakı kimidir;

Sizeof (tip); və ya sizeof ifadə;

Məsələn, fərz edək ki, int x=3; verilmişdir .İnt tipinin 4 bayt yer tutduğunu nəzərə alaraq n=sizeof x ; yazılışı zamanı n=4 olar.




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin