cout obyekti və “<<” əməli vasitəsilə istənilən dəyişənin qiymətini və ya mətni ekrana vermək olar. Ekrana mətn çıxarıldıqda o cüt dırnaq işarəsi arasında yazmaq və \t və \n xüsusi simvollarından istifadə etmək olar. Məsələn, əgər k dəyişəni tam tipli kimi təsvir olunmuşdursa, onda cout<<k əmri k dəyişəninə klaviaturadan daxil edilmiş hər hansı tam ədədin qiymətini ekrana çıxarır.cout< yazlışı isə tabulyasiya ilə ayrılmış x və y dəyişənlərinin qiymətini ekrana çıxarır.
İdarəetmə operatorları
Şərt operatorları
Alqoritmin əsas konstruksiyalarından biri budaqlanma prosesidir. C++ dilində bu proses if və switch operatorları vasitəsilə yerinə yetirilir.
əksər məsələlərin həlli hesablama ardıcıllığı müəyyən bir şərtdən asılı olur. C++ dilində hesablamanın hər hansı şərtdən asılı olaraq təşkili üçün if şərt operatorundan istifadə edilir və ümumi yazılış forması belədir: