C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar


if (şərt) 1-ci operator; else 2-ci operator



Yüklə 1,44 Mb.
səhifə12/37
tarix02.01.2022
ölçüsü1,44 Mb.
#42333
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
C -dan praktikum

if (şərt) 1-ci operator; else 2-ci operator;

burada şərt məntiqi və ya tam ifadə, dəyişən və ya sabit ola bilər. 1-ci operator və 2-ci operator C++ dilinin istənilən operatoru ola bilər.

Şərt operatoru belə belə işləyir. Əvvəlcə mötərizədə verilmiş ifadənin qiyməti hesablanır. Əgər o sıfıra bərabər deyilsə, onda doğru (true) qiymətini alır və 1-ci operator yerinə yetirilir. Əks halda, yəni ifadə sıfıra bərabər olarsa, onda 2-ci operator yerinə yetirilir. Məsələn, x və y dəyişənlərinin qiymətlərini müqayisə etmək üçün proqram kodu aşağıdakı kimi olar:

cin>>a;


cin>>b;

if (a==b) cout<<”a b-yə bərabərdir”;

else cout<<” a b-yə bərabər deyil”;

Şərtdən asılı olaraq bir deyil, bir neçə operatorun yerinə yetirilməsi üçün onları fiqurlu mötərizəyə almaq lazımdır. Bu halda onlar bir operator kimi qəbul edilir və ümumi aşağıdakı kimi yazılır:

if (şərt)

{1-ci operator;

2-ci operator;

...


n-ci operator;

}

else



{1-ci operator;

2-ci operator;

...

n-ci operator;



}

if operatoru alternativ şəkildə aşağıdakı kimi də yazıla bilər;

if (şərt)

{1-ci operator;

2-ci operator;

...


n-ci operator;

}

və ya



if (şərt) operator;

Bunları aşağıdakı proqram kodu nümunəsində göstərək.

cin>>a;

cin>>b;


c=0;

if (a!=b) c=a+b;

cout<<”c=”<

Bu nümunədə c dəyişənin qiyməti ancaq a b-yə bərabər olmadıqda dəyişir.

Şərt operatorları bir-birinin daxilində verilə bilər. Bu zaman else alternativi yaxın if-ə aid hesab edilir. Məsələn, if(1-ci şərt) if (2-ci şərt) operator_A; else operator_B; yazılışında operator_B 2-ci şərtə aid olur. if(1-ci şərt){if (2-ci şərt) operator_A;} else operator_B; ifadəsində isə B 1-ci şərtli if-ə aid olur.

Şərt operatorlarının tətbiqi ilə bir neçə məsələyə baxaq.



Nümunə1. funksiyanın qiymətinin alınması alqoritminin C++ dilində proqramını tərtib edək.

#include

using namespace std;

int main()

{

folat X,Y;



cout<<”X=”;

cin>>X;


if (X<=-2) Y=4;

else if(X>=1) Y=1;

else Y=X*X;

cout<<”Y=”<

return 0;

}


Nümunə2. ax2+bx+c=0 kvadrat tənliyinin həqiqi köklərinin tapılması alqoritminin proqramını yazmalı.

C++ dilində proqramın mətnini tərtib edək.

#include

#include

using namespace std;

int (main)

{

float a,b,c,d, x1,x2,x;



cout<<”a=”; cin>>a;

cout<<”b=”; cin>>b;

cout<<”c=”;

cin>>c;


d=b*b-4*a*c; // Diskriminantın hesablanması

if (d>0)

{

x1=(-b+sqrt(d))/2/a;



x2=(-b-sqrt(d))/2/a;

cout<<”x1=”<

else if (d==0)

{x=b/(2*a);

cout<<”x=”<

else


cout<<”heqiqi kokleri yoxdur”;

}

return 0;



}


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin