While dövr operatoru
While operatoru ümumi şəkildə aşağıdakı kimi yazılır:
while (şərt) operator;
burada şərt məntiqi və tam tipli ifadə, operator isə C++ dilində istənilən operatordur.
While operatou aşağıdakı kimi işləyir. Əvvəlcə şərt hesablanır. Əgər o doğru olarsa (sıfırda bərabər deyilsə), onda operator yerinə yetirilir və şərt yenidən yoxlanır. Əks halda dövr başa çatır və idarəetmə dövrdən sonrakı operatora ötürülür. Hər bir iterasiyadan əvvəl şərt yoxlanılır. Əgər birinci yoxlamada ifadə sıfıra bərabərdirsə, dövr yerinə yetirilmir. İfadənin tipi hesabi və ya ona gətirilmiş olmalıdır.
Əgər dövrün gövdəsi birdən çox operatordan ibarət olarsa, onda tərkibi operatorlardan istifadə etmək lazımdır.
while (şərt)
{
1-ci operator;
2-ci operator;
...
n-ci operator;
}
Nümunə1. Klaviaturadan daxil edilmiş N müsbət tam ədədinin rəqəmləri sayını tapmalı.
While operatorunun köməyi ilə bu məsələnin həllinin proqram kodunu tərtib edək.
#include
#include
using namespace std;
int main()
{
int N;
cout<<"N=:";
cin>>N;
int reqem_sayi =0;
while (N >= 1) {
reqem_sayi = reqem_sayi + 1;
N = N / 10;
}
cout<<"reqemlerin sayi:"<
return 0;
Dostları ilə paylaş: |