menim_faylim.h faylındakı
#ifndef
#define
#endif
makrosları menim_faylim.h faylının proqrama sonsuz əlavə olunmasının qarşısını alır. menim_faylim.h başlıq faylında int tipli yeni_deyishen dəyişəni elan edirik. Daha sonra prog2.cpp faylında yeni_deyishen dəyişəninə müraciət edirik.
iostream faylını < və > vasitəsilə, menim_faylim.h faylını isə " və " simvolları vasitəsilə proqrama əlavə etdik. Bu kompilyatora menim_faylim.h başlıq faylının standart deyil, proqramçı tərəfindən yaradıldığını bildirir və kompilyator bu faylı bizim proqram yerləşən qovluqda axtarır.
MAKROSLAR
C++ dilində istifadə olunan digər əhəmiyyətli vasitələrdən biri də makroslardır. Makroslar 2 tip olur:
təyin makrosları
şərt makrosları
Təyin makrosları
Təyin makrosları #define direktivindən istifadə olunaraq yaradılır. Təyin makrosları hər hansı bir ifadənin başqa ifadə ilə əvəz edilməsinə xidmət edir. Misal üçün, əgər proqramın hər hansı yerində #define MAX_QIYMET 1024 sətrini yerləşdiririksə, onda kompilyator proqramda MAX_QIYMET ifadəsinə rast gəldiyi bütün yerlərdə onu 1024 ilə əvəz edəcək.
Sadə proqrama baxaq:
#define MAX 8
int main()
{ int i,x[MAX];
for (i=0, i
x[i]=i;
return 0;
}
Bu proqram 8 elementli tam tipli x cərgəsi elan edir və onun elementlərinə 0-dan 7-yə kimi qiymətlər mənimsədir.
Şərt makrosları
Şərt makrosları #ifdef , #ifndef , #endif direktivlədən istifadə olunaraq yaradılır.Şərt makrosları imkan verir ki, müəyyən şərtdən asılı olaraq proqramın hər hansı hissəsinin kompilyator tərəfindən nəzərə alınmamasını təmin edək.
Sintaksisi belədir:
# if şərt
proqram kodu
#endif
Bu zaman əgər şərt 1 qiyməti alarsa, onda kompilyator proqram kodu hisəsini nəzərə alacaq, əks halda isə bu hissə kompilyator tərəfindən inkar ediləcək və başqa sözlə şərh kimi qəbul olunacaq.
Dostları ilə paylaş: |