Dövr operatorları
Dövrü proses və ya sadəcə dövr müəyyən bir əməliyyatın təkrar olunmasıdır. Dövrdə təkrar olunan əməliyyatlar ardıcıllığı dövrün gövdəsi adlanır. Dövrün bir keçidi addım və ya iterasiya adlanır. Dövrün daxilində dəyişən və onun sona çatmasına təsir göstərən dəyişənlər dövrün parametrləri adlanır.
Dövrü alqoritmlərin yazılışı zamanı bunları nəzərə almaq lazımdır. Birincisi, dövr nə vaxtsa sona çatması üçün şansa malik olmalıdır və onun gövdəsi dövrün şərtinə mütləq təsir etməlidir. İkincisi şərt korrekt ifadə və qiymətdən ibarət olmalıdır və dövrün gövdəsinin birinci dəfə yerinə yeririlməsinə qədər təyin olunmalıdır.
C++ dilində dövrü prosesi reallaşdırmaq üçün üç operator vardır: while, do...while və for.
Dostları ilə paylaş: |