while opratoru
while operatorunda sayğacdan istifadə olunmur, dövrlərin sayı while operatorunun şərti ilə müəyyən olunur. Sintaksis aşağıdakı kimidir:
while ( Dövrün Başa Çatma Şərti ){ Proqram Kodu;
}
Bu zaman nə qədər ki, şərt ödənir, yəni doğru qiymət alır Proqram Kodu təkrar yerinə yetiriləcək. Dövrün Başa Çatma Şərti olaraq istənilən şərt vermək olar.
Çalışma 8. while operatorundan istifadə etməklə aşağıdakı işi yerinə yetirən proqram tərtib edin. İstifadəçi klavituradan müxtəlif sayda ədədlər daxil edir. Ən son daxil olunan ədədin 0 olduğu məlumdur. İstifadəçinin daxil etdiyi ədədlərin cəmini hesablayın.
Həlli. Bu məsələnin həllində cəmin hesablamanın sonunu müəyyənləşdirmək üçün hər- dəfə daxil olunan ədədi 0-la müqaisə edəcəyik. Nə qədər ki, istifadəçinin daxil etdiyi ədəd 0-dan fərqli olacaq, istifadəçinin daxil etdiyi ədəd əvvəlcədən daxil olunan ədədlərin cəminin üzərinə əlavə olunmalıdır. İstifadəçinin daxil etdiyi ədədi yadda saxlamaq üçün x, onların cəmini yadda saxlamaq üçün s dəyişənindən istifadə edək. Əvvəlcə s -i 0-ra mənimsətməliyik. x -ə isə 0-dan fərqli hər-hansı bir ədəd mənimsətməliyik. x = 1; Dövrün başa çatma şərtini fərqlidir operatorundan istifadə etməklə verəcəyik x != 0; .
Proqram kodu aşağıdakı kimi olar.
#include
int main(){
int x,s; s = 0;
x = 1;
std::cout<<""Zehmet olmasa ededleri daxil edin, sonda 0 \n;
while ( x!=0 ){ std::cin>>x;
s = s + x;
}
std::cout<<"Sizin daxil etdiyiniz ededlerin cemi = "<
}
do while operatoru while operatoruna analojidir, sintaksis aşağıdakı kimidir:
Dostları ilə paylaş: |