do{
Proqram Kodu;
} while ( Dövrün Başa Çatma Şərti );
Fərq ondadır ki, while operatorunda əvvlcə şərt yoxlanırdı sonra Proqram Kodu icra olunurdu, do while operatorunda isə əvvəlcə Proqram Kodu icra olunur sonra şərt yoxlanılır.
Calışma 9. Aşağıdakı işi yerinə yetirən proqram tərtib edin. İstifadəçi klaviaturadan müxtəlif ədədlər daxil edir. Proqram həmin ədədləri qəbul etməlidir. İstifadəçinin daxil etdyi ədəd 5 -ə bölündükdə proqram bu barədə məlumat çap etməlidir.
Həlli . Burada proqram sonsuz olaraq istifadəçidən ədədlər qəbul edir. Əgər həmin ədədlərdən hansısa biri 5 -ə bölünürsə onda dövr dayanır və ekranda məlumat çap edir. İstifadəçinin daxil etdiyi ədədin 5-ə bölünməsini yoxlamaq üçün qalıq operatorundan istifadə edəcəyik.
Proqram kodu aşağıdakı kimi olacaq:
#include int main(){
int x;
do{
std::cin>>x;
}while ( x%5 != 0 );
std::cout<<"Sizin daxil etdiyiniz eded 5-e bolunur \n";
}
continue və break
continue və break operatorları dövr operatorlarının daxilində istifadə olunur. break operatoru dövrdən dərhal çıxmaq üçün istifadə olunur.
continue operatoru isə dövrün yeni tsiklə keçməsi üçün istifadə olunur.
3.3 switch operatoru
switch operatoru seçim operatoru adlanır. switch operatorunun sintaksisi aşağıdakı kimidir:
switch ( dəyişən ) {
case qiymət1:
/* əgər dəyişənin qiyməti == qiymət1 */ yerinə yetirilməli proqram hissəsi break;
case qiymət2:
/* əgər dəyişənin qiyməti == qiymət2 */ yerin yetirilməli proqram hissəsi break;
...
Dostları ilə paylaş: |