Siniflər struct tiplərdən fərqli olaraq özlərində dəyişənlərlə yanaşı funksiya həddləri də saxlaya bilər. Sinfin elan olunma qaydası aşağıdakı kimidir:
Çalışma 1. int tipli en və int tipli uz dəyişən həddləri, int sahe(int,int) funksiya həddindən ibarət duzbucaqli adlı sinif elan edin. sahe funksiyası nəticə olaraq qəbul etdiyi parametrlərin hasilini qaytarır.
Həlli . Sinfin elanı sintaksisini nəzərə alsaq tələb olunan sinfi aşağıdakı kimi elan edə bilərik:
Sinif tipini yaratdıqdan sonra adi standart tiplərdə olduğu kimi dəyişən elan edə bilərik. Sinif tipindən elan olunan dəyişənlər bəzən obyekt də adlandırılır.
Çalışma 2. Çalışma 1 -də tərtib olunmuş duzbucaqlı sinfindən duzb adlı dəyişən elan edin.
Həlli. Sinif tipindən dəyişən elan etmə sintaksisinə əsasən tələb olunan dəyişəni aşağıdakı kimi elan edə bilərik.