C++ proqramlaşdırma dili



Yüklə 257,56 Kb.
səhifə33/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

for (i=0; i<=4; ++i) std::cin>>x[i];

Burada i -nin qiyməti 0-dan 4-ə kimi bir-bir artdıqca cin operatoru istifadəçidən növbəti ədədi daxil etməsini gözləyəcək və daxil olunan ədəd cərgənin indeksi i-yə bərabər olan elementinə mənimsədiləcə.




Çalışma 6. Çalışma 5-i elə dəyişin ki, proqram istifadəçinin daxil etdiyi ədədləri cərgəyə yerləşdirdikdən sonra onları cərgədən oxuyub təkrar ekranda çap etsin.


Həlli. Proqramın ilk hissəsi, yəni istifadəçinin daxil etdiyi ədədləri cərgəyə yerləşdirməli olan hissəsi Çalışma 5 -ə həll olundu. İndi isə yenə for operatorundan istifadə etməklə cərgəyə yerləşdirilmiş ədədləri ekranda çap edə bilərik, aşağıdakı kimi:
for (i=0; i<=4; ++i)
std::cout<

Yekun proqram kodu aşağıdakı kimi olar:


#include int main(){
int i;


//cerge elan edek
int x[5];


//istifadecini melumatlandiraq
std::cout<<"Zehmet olmasa 5 eded daxil edin \n";


//istifadecinin daxil etdiyi ededleri
// x -in elementlerine menimsedek
for (i=0; i<=4; ++i) std::cin>>x[i];
//istifadecini melumatlandiraq
std::cout<<"Siz ashagidaki ededleri daxil etdiniz \n";
// cergenin elementlerini cap edek for (i=0; i<=4; ++i) std::cout<

}


Çalışma 7. Çalışma 6 -da tərtib olunan proqramı elə dəyişin ki, istifadəçinin daxil etdiyi
ədədləri əks sıralama ilə (sonuncudan əvvəlkinə doğru) çap etsin.


Həlli. Cərgənin elementlərini əks sıra ilə(axırdan əvvələ) çap etmək üçün dövrün sayğacının başlanğıc, son qiymətlərini və dəyişmə qaydasını tələb olunan qaydada yeniləməliyik. Əgər sayğacın qiymətin 4 -dən 0 -ra doğru hər -dəfə bir vahid azaltsaq onda cərgənin elementlərinin indekslərini əks sıra ilə almış oluruq. Daha sonra cout operatoru ilə onları çap edə bilərik.
Proqram kodu aşağıdakı kimi olar:
#include int main(){
int i;


//cerge elan edek
int x[5];


//istifadecini melumatlandiraq
std::cout<<"Zehmet olmasa 5 eded daxil edin \n";


//istifadecinin daxil etdiyi ededleri
// x -in elementlerine menimsedek
for (i=0; i<=4; ++i) std::cin>>x[i];
//istifadecini melumatlandiraq
std::cout<<"Siz ashagidaki ededleri daxil etdiniz \n";
// cergenin elementlerini eks sira ile cap edek
for (i=4; i=>0; --i)
std::cout<

}


Çalışmalar.


        1. İstifadəçinin daxil etdiyi ədədlərin cəmini hesablayan proqram tərtib edin.

        2. İstifadəçinin daxil etdiyi ədədlər içərisində ən böyüyünü təyin edən proqram tərtib edin.

        3. İstifadəçinin daxil etdiyi ədədlər içərisində 3 -ə bölünənləri təyin edən proqram tərtib edin.

        4. İstifadəçinin daxil etdiyi ədədləri artan sıra ilə düzən proqram tərtib edin.

        5. İstifadəçinin daxil etdiyi ədədlərdən cüt və tək ədədləri ayrı-ayrı (2 müxtəlif sırada) çap edən proqram tərtib edin.



$6 Sətirlər


Sətirlər simvol tipli cərgələrdir. Sətir elan etmək üçün aşağıdakı sintaksisdən istifadə olunur:
char Sətrin_Adı [ Simvolların_Sayı ];


Çalışma 1. 10 simvoldan ibarət s sətri elan edin.


Həlli . Sətrin elan olunma sintaksisinə əsasən tələb olunan sətri aşağıdakı kimi elan edə bilərik:
char s[10];

Sətrilərlə işləmək üçün funksiyalar


Sətirlərlə işləmək üçün bir neçə standart funksiyalar təyin olunmuşdur. Bu funksiyalardan istifadə edərkən proqrama string.h faylını əlavə etməliyik. Gəlin bu funksiyalarla tanış olaq.

strcpy(s1, s2) funksiyası


strcpy funksiyası parametr olaraq iki sətir qəbul edir və ikinci sətri birinciyə köçürür.


strcmp(s1,s2) fuksiaysı


strcmp funksiyası sətirlərin müqaisəsi üçün istifadə edirlər. Əgər s1 sətri s2 sətri ilə eynidirsə onda funksiya 0 qiymətini qaytarır. Əgər s1-in elementlərinin sayı s2-dən azdırsa onda <0 əks halda >0 qiymətini qaytarır.


strcat(s1,s2) fuksiaysı


strcat funksiyası parametr olaraq iki sətir qəbul edir və birinci sətrin sonuna ikinci sətri


əlavə edir

strlen(s) funksiyası.


strlen funksiyası parametr olaraq hər-hansı sətir qəbul edir və nəticə olaraq həmin sətrin uzunluğunu qaytarır. Burada sətrin uzunluğu anlayışını elanda istifadə etdiyimiz Simvolların_Sayı ilə qarışdırmaq olmaz. Elandakı Simvolların_Sayı sətirə ən çoxu neçə simvol yerləşdirə biləcəyimizi bildirir, sətrin uzunluğu isə hal-hazırda sətrə yerləşdirilmiş simvolların sayını bildirir.





Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin