C++ proqramlaşdırma dili


Çalışma 3. char tipli nəticə qaytaran, son_simvol adlı və char və int tipli arqument qəbul edən funksiya elan edin. Həlli



Yüklə 257,56 Kb.
səhifə31/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Çalışma 3. char tipli nəticə qaytaran, son_simvol adlı və char və int tipli arqument qəbul edən funksiya elan edin.


Həlli. Arqumentlərin adları əhəmiyyətli olmadığından elan zamanı onlara istədiyimiz kimi ad verə bilərik. Funksiyanın elanı aşağıdakı kimi olacaq:


char son_simvol (char c, int x);
    1. Funksiyanın Proqram kodu


Funksiyanın Proqram kodu funksiya çağırılan zaman icra olunan proqram kodudur. Funksiyanın Proqram kodunun tərtibi


Funksiyanın proqram kodunu tərtib etmək üçün aşağıdakı sintaksisdən istifadə olunur.


Funksiyanın_tipi Funksiyanın_adı (parametrlər) { Proqram kodu
}

Funksiyanın tipi, adı və parametrlər eynilə funksiyanın elanında olduğu kimidir. { } mötərizələri arasında funksiyanın icra etməli olduğu proqram kodu yerləşdirilir.




Çalışma 4. Ekranda "Salam Dunya" sətri çap edən funksiya tərtib edin.


Həlli. Funksiya icra olunduqda ekranda "Salam Dunya" sətrini çap etməlidir. Heç bir parametr qəbul etmir və heç bir nəticə qaytarmır. Elanı sətri aşağıdakı kimi olar:


void cap_et (void);

Proqram kodu isə müvafiq olaraq aşağıdakı kimi:




void cap_et ( void) { std::cout<<"Salam dunya ";
}


    1. Funksiyanın nəticə qaytarması


Funksiyanın nəticə qaytarması üçün return əmrindən istifadə olunur. Sintaksis aşağıdakı kimidir.


return nəticə;

return operatorundan funksiyanın proqram kodunun istənilən yerində istifadə etmək olar. Nəticədə funksiya dərhal "geri" qayıdır.




Çalışma .5 cem adlı, int tipli nəticə qaytaran və int tipli iki parametr qəbul edən funksiya tərtib edin, hansı ki nəticə olaraq verilmiş arqumentlərin cəmini qaytarır.


Həlli. Funksiyanın elanı aşağıdakı kimi olar.


int cem (int, int);

Funksiyanın proqram kodu isə aşağıdakı kimi :




int cem ( int dey1, int dey2){


// funksiyanin daxilinde int tipli x deyisheni
// elan edek
int x;


// arqumentlerin cemini x -e menimsedek
x = dey1 + dey2;


// x -i netice olaraq qaytaraq
return x;

}



    1. Yüklə 257,56 Kb.

      Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin