C++ proqramlaşdırma dili


Çalışma 8. Nəsilvermə yolu ilə Çalışma 1



Yüklə 257,56 Kb.
səhifə39/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Çalışma 8. Nəsilvermə yolu ilə Çalışma 1 -də elan olunmuş duzbucaqli sinfindən yeni paralelpiped sinfi yaradın.

Həlli. Nəsilvermə sintaksisinə əsasən tələb olunan sinfi aşağıdakı kimi yarada bilərik:


class paralelpiped : public class duzbucaqli {

};

      1. Varis tipə yeni həddlərin artırılması


Nəsilvermə yolu ilə yaradılan tip öz əcdadının bütün həddlərinə sahib olur. Əgər hər- hansı yeni hədd artırma tələb olunsa onu sinfi elan edərkən { və } mötərizələri arasında qeyd etmək lazımdır, aşağıdakı kimi:
class B : puclic class A { yeni həddlər
};


Çalışma 9. Çalışma 8 -də elan olunmuş paralelpiped sinfinə yeni int tipli hündürlük dəyişən həddi və int ( void ) tipli hecm funksiya həddi artırın.
Həlli. Proqram kodu aşağıdakı kimi olar:
class paralelpiped : public class duzbucaqli {


public:


int hundurluk int hecm(void);
};


int paralelpiped::hecm(){


return en*uz*hundurluk;

}

      1. Əcdad sinfin funksiyalarının dəyişdirilməsi


Əcdad sinfin hər-hansı funksiya həddini dəyişdirmək üçün həmin funksiyanı yenidən proqram kodunu yenidən tərtib etməliyik və bu zaman sinif_adı yerinə varis sinfin adını yazmalıyıq .
Çalışma 10. Çalışma 8 -də elan olunmuş paralelpiped sinfinin nəsilvermə ilə əldə etdiyi sahə funksiyasının proqra kodunu elə dəyişin ki, nəticə olaraq paralelpipedin sahəsini qaytarsın. Paralelpipedin sahəsi 2*(en*uzunluq+en*hündürlük+uzunluq*hündürlük) düsturu ilə hesablanır.

Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin