private:
tip_1 dey_1; tip_2 dey_2;
.
.
.
tip_n dey_n;
};
Yaradıcı
Sinif Yaradıcısı
Yaradıcı (eng. consturctor) sinfin dəyişən həddlərinə başlanğıc qiymətlər mənimsətmək üçün istifadə olunur. Sinin tipindən dəyişən elan edərkən yaradıcı funksiya avtomatik çağırılır və ilkin qiymətləndirməni yerinə yetirir. Yaradıcı elan etmək üçün sinfin daxilində sinfin tipinin adı ilə eyni adlı funksiya elan etmək lazımdır.
Çalışma 5. Çalışma 1-də elan olunmuş duzbucaqli sinfinin yaradıcısını tərtib edin.
Həlli. Sinfin tipinin adı duzbucaqli olduğundan yaradıcı elan etmək üçün sinfin daxilində duzbucali funksiya həddi elan etməliyik, aşağıdakı kimi:
class duzbucaqli {
public:
duzbucaqli(); int en;
int uz;
int sahe (int, int);
};
Yaradıcının proqram kodunu sinfin digər funksiya həddləri kimi tərtib edə bilərik. Yeganə fərq odur ki, yaradıcını tərtib edərkən nəticə tipi göstərilmir.
Çalışma 6. Çalışma 1-də elan olunmuş duzbucaqli sinfinin yaradıcısının proqram kodunu tərtib edin. Yaradıcı sinfin en və uz həddlərinə uyğun olaraq 20 və 30 qiymətləri mənimsətməlidir.
Həlli. Sinfin funksiya həddlərinin proqram kodunun tərtibi sintaksisinə nəzər salaq:
nəticə_tipi sinfin_adı::funksiyanın_adı (parametrlər) {
proqram kodu;
}
sinfin_adı duzbucaqli, funksiyanın adı həmçinin duzbucaqli (bir daha yada salaq ki, yaradıcının adı sinfin tipinin adı ilə adlandırılır), nəticənin_tipi göstərilmədiyindən duzbucali sinfinin yaradıcısının proqram kodunu aşağıdakı kimi tərtib edə bilərik:
duzbucaqli::duzbucali(){
en = 20;
uz = 30;
}
Dostları ilə paylaş: |