C++ proqramlaşdırma dili


Sinfin funksiya həddinin tərtibi



Yüklə 257,56 Kb.
səhifə36/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Sinfin funksiya həddinin tərtibi


Sinfin funksiya həddinin proqram kodunu tərtib etmək üçün aşağıdakı sintaksisdən istifadə olunur:


nəticə_tipi sinfin_adı::funksiyanın_adı (parametrlər) {


proqram kodu;
}


Çalışma 4. Çalışma 1 -də elan olunmuş duzbucaqli sinfinin sahe funksiyasının proqram
kodunu tərtib edin.


Həlli. sinfin_adı duzbucaqli, funskiya həddinin adı sahe, funksiyanın qaytardığı nəticənin tipi int, qəbul etdiyi hər iki parametrin tipi int-dir. sahe funksiyası nəticə olaraq qəbul etdiyi parametrlərin hasilini qaytarır. Bunları və sinfin funksiya həddinin tərtib olunma qaydasını nəzərə alıb sahə funksiyasının proqram kodunu aşağıdakı kimi tərtib edə bilərik:


int duzbucaqli::sahe (int x, int y){


return x*y;
}
    1. Açıq və gizli həddlər


Struct tipindən fərqli olaraq siniflər öz həddlərinə müraciəti açıq və gizli xassələri ilə tənzimləyə bilir. Sinfin açıq həddlərinə müraciət sərbəstdir. Gizli həddlərə isə yalnız sinfin öz həddləri müraciət edə bilər.


      1. Açıq həddlər


Sinfin hər-hansı dəyişən və ya funksiya həddini açıq elan etmək üçün "public" xassəsi ilə elan etmək lazımdır. Sintaksis aşağıdakı kimidir:




class sinfin_adı {


public:


tip_1 dey_1; tip_2 dey_2;
.
.
.
tip_n dey_n;
};
      1. Gizli həddlər


Sinfin hər-hansı dəyişən və ya funksiya həddini gizli elan etmək üçün "private" xassəsi ilə elan etmək lazımdır. Sintaksis aşağıdakı kimidir:




class sinfin_adı {



Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin