default:
/* yuxardakı şərtlərin heç biri ödənmədikdə */ yerinə yetirilməli proqram hissəsi
}
switch opratoru dəyişənin qiymətini yuxarıdan aşağı case ifadəsinin qarşısında dayanan qiymətlə yoxlayır və bərabər olarsa onda iki nöqtə : - dən sonra gələn bütün operatorları yerinə yetirir. break rast gəlinən yerdə switch opratoru işini dayandırır və proqramda switch -dən sonra gələn oprator yerinə yetirilir. switch operatoru ilə bağlı mühüm məqamlardan biri də odur ki, case ifadələrində qiymət kimi ancaq tam tipli dəyişənlərdən istifadə etmək olar (int) . default seçimindən istifadə etmək vacib deyil. Əgər qiymətlərdən heç biri ödənməsə onda default: seçimində göstərilən operatorlar yerinə yetiriləcək. nümunə proqram:
Çalışma 10.switch operatorundan istifadə etməklə istifadəçi klaviaturadan 1 qiyməti daxil etdikdə ekranda "qirmizi", 2 daxil etdikdə "yashil", 3 daxil etdikdə isə "qara" sətri çap edən proqram tərtib edin. Əgər istifadəçi bu ədədlərdən fərqli rəqəm daxil etsə, ona məlumat verin.
Həlli.
#include
int main()
{
int color = 0;
std::cout<<"Zehmet olmasa 1,2 ve ya 3 qiymetini daxil edin:\n"; std::cin>>color;
switch(color){
case 1: std::cout<<"qirmizi";
break;
case 2: std::cout<<"yashil";
break;
case 3: std::cout<<"qara";
break;
default: std::cout<<"Zehmet olmasa 1,2 ve ya 3 daxil edin";
}