C++ proqramlaşdırma dili



Yüklə 257,56 Kb.
səhifə35/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Sinfin elanı


Siniflər struct tiplərdən fərqli olaraq özlərində dəyişənlərlə yanaşı funksiya həddləri də saxlaya bilər. Sinfin elan olunma qaydası aşağıdakı kimidir:




class sinfin_adı {


tip1 dəyişən1; tip2 dəyişən2
.
.
.
tip_n dəyişən_n;


tip_1 funksiya_1 (); tip_2 funksiya_2 ();
.
.
.
tip_k funksiya_k ();

};


Dəyişənlər sinfin dəyişən həddləri, funksiyalar isə funksiya həddləri adlanır.


Çalışma 1. int tipli en və int tipli uz dəyişən həddləri, int sahe(int,int) funksiya həddindən ibarət duzbucaqli adlı sinif elan edin. sahe funksiyası nəticə olaraq qəbul etdiyi parametrlərin hasilini qaytarır.
Həlli . Sinfin elanı sintaksisini nəzərə alsaq tələb olunan sinfi aşağıdakı kimi elan edə bilərik:


class duzbucaqli {


int en; int uz;
int sahe (int, int);

};

    1. Sinif tipindən dəyişən elan etmək


Sinif tipini yaratdıqdan sonra adi standart tiplərdə olduğu kimi dəyişən elan edə bilərik. Sinif tipindən elan olunan dəyişənlər bəzən obyekt də adlandırılır.


Çalışma 2. Çalışma 1 -də tərtib olunmuş duzbucaqlı sinfindən duzb adlı dəyişən elan edin.


Həlli. Sinif tipindən dəyişən elan etmə sintaksisinə əsasən tələb olunan dəyişəni aşağıdakı kimi elan edə bilərik.

duzbucaqli duzb;


    1. Sinfin həddlərinə müraciət


Sinfin həddlərinə müraciət edən zaman struct tipinin həddlərinə müraciət qaydasından istifadə edəcəyik. Başqa sözlə dəyişənin_Adı.həddin_adı kimi.


Çalışma 3. Çalışma 2 -də elan olunan duzb dəyişəninin en həddinə 10, uz həddinə 20 qiymətləri mənimsədin.


Həlli. Sinif tipinin həddlərinə müraciət qaydasından istifadə edib sinfin dəyişən həddlərinə tələb olunan qiymətləri aşağıdakı kimi mənimsədə bilərik:


duzb.en = 10;
duzb.uz = 20;

    1. Yüklə 257,56 Kb.

      Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin