C++ proqramlaşdırma dili


C++ İDE – İİM -in quraşdırılması



Yüklə 257,56 Kb.
səhifə6/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

C++ İDE – İİM -in quraşdırılması


C++ proqramlarının mənbə kodunu tərtib etmək, kompilyasiya etmək və icra etmək üçün müvafiq olaraq mətn redaktoru, kompilyator və əmrlər pəncərəsi (kansol) tələb olunur. Bir çox hallarda bu üç komponenti bir-birinə inteqrasiya edib vahid proqramlaşdırma mühiti yaradırlar. Bu cür proqramlaşdırma mühiti xarici ədəbiyyatlarda İDE adlanır, açılışı İntegrated Development Environment deməkdir.

Bizim dilə İİM kimi tərcümə etmək olar, İnteqrəolunmuş İnkişafetdirmə Mühiti. Hal-hazırda geniş istifadə olunan müxtəlif C++ proqramlaşdırma İDE -ləri mövcuddur. Bu cür İDE -lər əsasən təcrübəli proqramçılar üçün nəzərdə tutulduğundan (professional tətbiqlər hazırlamaq üçün) onlardan istifadə yeni başlayanlar üçün müəyyən çətinliklər yaradır.


Bu çətinliyi aradan qaldırmaq məqsədilə kitabın müəllifləri yenibaşlayanlar üçün istifadəsi və quraşdırılması asan olan sadə interfeysli Buta_PM adlı C++ İDE tərtib etmişlər. Həmin İDE -ni asadikhov.net səhifəsindən yükləyə bilərsiniz.


    1. İlk proqramlaşdırma təcrübəsi - Ekranda çap etmə


Proqramlaşdırmaya təzə başlayarkən ən asan işlərdən biri ekranda nəyisə çap etməkdir. Ümumiliyi pozmadan biz də ilk proqramlaşdırma təcrübəmizə ekranda çap etməyi öyrənməklə başlayaq. Bunun üçün std::cout operatorundan istifadə olunur. Proqramda hər-hansı əməliyyat yerinə yetirən kod hissəsinə operator deyirlər.


std::cout operatorunun istifadə qaydası aşağıdakı kimidir


std::cout << Çap olunmalı məlumat ;

Bu qayda ilə biz ekranda sətir, simvol, dəyişənin qiyməti, dəyişənin yaddaşdakı ünvanı


v.s. çap edə bilərik. Bütün bunlar sonrakı bölmələrin mövzusu olduğundan hələlik ekranda adi sətirlər çap edəcəyik. C++ dilində cüt dırnaq arasında verilən ifadə sətir kimi qəbul olunur. Misal üçün "Salam", "Baki", "Proqram dili" sətirlərə nümunədir. Beləliklə biz artıq ilk operatorumuzu tərtib edə bilərik.



Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin