C++ proqramlaşdırma dili


Məlumatın ifadə olunma formaları



Yüklə 257,56 Kb.
səhifə3/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Məlumatın ifadə olunma formaları


Tipindən, növündən, təyinatından asılı olmayaraq kompüter bütün məlumatları yalnız bir gözlə görür - 0 və 1 -lər ardıcıllığı şəklində. Misal üçün 011010101011 kimi verilmiş məlumat kompüter üçün hər-hansı ədəd, hərif, toplama əməliyyatı, hər-hansı şəklin hansısa bir nöqtəsinin rəngi v.s. ola bilər. Başqa sözlə həm kompüter proqramları, həm də istifadəçi məlumatları kompüterin yaddaşında 0 və 1 -lər ardıcıllığı şəklində verilir.

Müasir kompüterdə iki ədədin cəmini hesablayan proqramın bir hissəsinə nəzər salaq:


01110100 11001110 10011110 10110110


00101110 10000110 01000110 00000000
01110100 11001110 00101110 01001110
00101110 10000110 01000110 00000000
01110100 11001110 00010110 11001110
00101110 01001110 00101110 10000110
01000110 00000000 01110100 00101110
10100110 00011110 00101110 00000000
01110100 00100110 10000110 00101110

Bu 0 və 1 -lər kompüter prosessoru instruksiyalarının ikili ifadəsidir. İlkin vaxtlarda kompüter proqramları bu qayda ilə tərtib olunurdu. Bu zaman proqramçı kompüterin mərkəzi prosessorunun bütün instruksiyalarının ikili ifadəsini əzbərdən bilməli idi.


Əlbəttdə görüntüdən də aydın olduğu kimi bu iş olduqca mürəkkəb bir prosesdir. Səhv etmə ehtimalı həddən artıq çox olması, proqramın gördüyü işi anlamağın çətinliyi v.s. proqramçıları daha asan və təkmil yollar axarmağa vadar edir. Nəticədə proqramçılar kompüter instruksiyalarının ikili formalarının özlərinin nisbətən asan başa düşdükləri formasından istifadə etməyə başlayırlar. Həmin forma adlanır assembler.
Misal üçün yuxarıdakı proqramın assembler kodunun bir hissəsi aşağıdakı kimi olar:


movl x, %eax movl y, %ebx addl %eax, %ebx movl %ebx, z

Bu forma proqramçılar üçün ikili formaya nisbətən daha anlaşılan variantdır. Bu zaman proqramlar assembler dilində yazılır və daha sonra xüsusi assemblyasiya proqramları vastəsilə proqram assembler variantından ikili formaya çevrilir. Proqramın icraolunması üçün onun ikili formaya çevrilməsi mütləqdir, çünki yalnız ikili formada prosessor onu başa düşə bilər, assembler forması yalnız proqramçıların özləri üçündür.


Bir müddət sonra isə artıq assembler dili də proqramçılar üçün çətin gəlməyə başladı və


proqramçılar 3-cü nəsil dil adlandırılan proqramlaşdırma dillərini işləyib hazırladılar. Bunlara misal olaraq Paskal, C, C++ v.s. proqramlaşdırma dillərini göstərə bilərik. C dilində iki ədədin cəmi proqramı aşağıdakı kimi olar:



Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin