Bu zaman bu iki məlumat arasında yeni sətir simvolu çap olunmalıdır. Nəticədə hazırki sətirin yerdə qalan boş hissəsi buraxılır və çap olunma növbəti sətirdən davam edir.
Çalışma 2. Ekranda alt-alta "Komputer Elmi" və "Suni Intellekt" sətirlərini çap edən proqram tərtib edin.
Həlli: Ekranda "Komputer Elmi" sətrini çap etmək üçün std::cout<< "Komputer Elmi"; operatorundan, "Suni Intellekt" sətrini çap etmək üçün isə std::cout<<"Suni Intellekt"; operatorundan istifadə edə bilərik. Bu iki operatoru alt-alta çap etmək tələb olunduğundan std::cout<< "Komputer Elmi"; operatorundan sonra std::cout << "\n" ; yeni sətir simvolunu çap etməliyik. Yekun proqram kodu aşağıdakı kimi olar:
#include int main (){
std::cout<<"Komputer Elmi"; std::cout<<"\n" ; std::cout<<"Suni Intellekt";
Çap zamanı std::cout operatoru ilə yanaşı istifadə etdiyimiz digər operator birləşdirmə operatorudur. Birləşdirmə operatoru << kimi işarə olunur. Onun funksiyası bir neçə məlumatı "birləşdirərək" bir std::cout operatoru vastəsilə çap olunmasını təmin etməkdir. İndiyə qədər baxdığımız nümunələrdə biz std::cout ilə cəmi bir məlumat (adi sətir) çap etdiyimizdən birləşdirmə operatorunun işi hiss olunmurdu. İndi gəlin bir std::cout -dan istifadə etməklə birləşdirmə operatorunun köməyi ilə bir neçə məlumatın çap edilməsi ilə tanış olaq. Birləşdirmə operatorunun istifadə qaydası aşağıdakı kimidir: