Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)


H A Ş İ Y Ə: Bəzi dövlətlərin «Psixoloji əməliyyat» instruksiyalarından parçalar ABŞ-ın «



Yüklə 3,53 Mb.
səhifə30/33
tarix18.03.2017
ölçüsü3,53 Mb.
#11826
1   ...   25   26   27   28   29   30   31   32   33

H A Ş İ Y Ə:
Bəzi dövlətlərin «Psixoloji əməliyyat» instruksiyalarından parçalar

ABŞ-ın «FM33-5» adlandırılan «Psixoloji əməliyyat» instruksiyasının bir parçası:

<<...Anonim, saxta və ya xüsusi hazırlatdırılmış publikasiyalardan istifadə etməklə təbliğat aparmaq; vətəndaşlığı olmayan və ya vətəninə dönük çıxan şəxslərdən istifadə etməklə siyasi əməliyyatlar aparmaq; müxtəlif siyasi partiyaları və üsyançıları dəstəkləmək; sabotaj da daxil olmaqla kvazi-hərb metodları tətbiq etmək; valyuta əməliyyatları ilə əlaqədar olan iqtisadi diversiya təşkil etmək;... (40 səh. 354). Ümumiyyətcə, aşağıdakı məqamları araşdırıb tapmalı və rəqib düşərgəsində parçalanma yaratmaq üçün istifadə etməli:

Rəqib dövlətin daxilindəki və onunla müttəfiqləri arasındakı siyasi haçalanmalar;

Etnik, dini, irqi, məhəlli fərq və ziddiyyətlər;

Mülki əhalinin öz hərbi xidmətçilərinə qarşı neqativ münasibəti;

Arxa cəbhədəkilərin komfort şəraiti ilə müqayisədə ön cəbhədəkilərin ağır şəraitdə olması;

Zabit, serjant və sıravi əsgərlər arasındakı ziddiyyət;

Mülki əhalinin hakimiyyət sistemindəki bürokratiyalardan narazılığı;

Hakim elita ilə müxalif siyasi partiyalar (təşkilatlar) arasındakı ziddiyyət;

Vergilərin ədalətsiz yığılması və ya onların ifrat yüksəkliyi;

Geniş yayılmış aclıq, kasıbçılıq fonunda çox kiçik bir qrup olan rəhbərliyin cah-calallı həyat tərzi keçirməsi, hər şeylə təmin olunması; və s... >> (114 səh. 300)



Fəqət, bəzi sadəlövhlərsə, ABŞ-ın hər bir addımını hansısa lobbilərin iradəsi, diasporların əhval-ruhiyyəsi, konqresmenlərin intriqası, mücərrəd demokratiya xətkeşinin göstəricisi və s. kimi qəbul edirlər – guya, ABŞ siyasətini təsadüflər müəyyən edir və o, bugünkü dünyanın yeganə superderjavası səviyyəsinə xaotik demokratiya səndələmələri ilə gəlib çıxıb. Və 2001-ci ilin sentyabr hadisəsindən sonra ABŞ 907-ni ləğv edəndə həmin «lobbilər» harda idilərsə görünmədilər və ABŞ özünə lazım olan vaxtda heç bir maneəsiz-filansız dərhal onu ləğv edə bildi;



Almaniyanın Fransaya hücumu ərəfəsində Gebbelsin hazırladığı psixoloji direktivin qısa məzmunu:

<<...Məxfi idarələr Fransada panika vəziyyəti formalaşdırmaqla məşğul olmalıdırlar. Bu məqsədlə onlar «fransız müqavimət hərəkatı» adı altında maskalanıb, böyük həyəcan və nifrətlə fransız hökumətinə qarşı tədbirlər həyata keçirməlidirlər. O cümlədən:

Onlar fransız hökumətinin Parisdən qaçmaq niyyəti barədə şayiələr yaymalıdır və baş nazir Reyni ittiham etməlidirlər ki, bunu təkzib etmək istəyir;

Bütün alman emmiqrantlarının daxil olduğu gizli təşkilatların təhlükəli planları barədə informasiyalar yaymalıdır (Baxmayaraq ki, onlar, qatı antifaşistlərdir);

Almaniyadan qaçan bütün yəhudilərin Almaniyanın gizli agentləri olması barədə şayiələr yaymalıdırlar.

Almaniyanın zəbt etdiyi ərazilərin banklarındakı bütün pulları müsadirə etmək adətində olması barədə şayiə yaymalıdırlar ki, banklar ətrafında ajiotaja və iqtisadiyyatın blokirovkasına nail olunsun.

İngiltərə ilə Fransa arasında olan hər növ ixtilafı dərinləşdirən şayiələr quraşdırıb, yaymalıdırlar... >>



 
Açıq cəmiyyət: Müsbət və mənfi tərəfləri
«Demokratiya çox iyrənc bir şeydir,

lakin hələlik bəşəriyyət ondan

yaxşısını düşünüb tapmayıb»

U.Çörçill.

Bu kitab boyu sadalanan bütün bu oyunlar ələlxüsus cəmiyyətlərin açıq tipə malik olduğu şərait üçün xüsusi əhəmiyyət kəsb edir. Deyilənlərin yekunu olaraq, kitabı bütün bu oyunların plasdarmı olan, müasir Qərbin canfəşanlıqla təbliğ etdiyi və hamıya məcburən sıradığı, Popper13 kimi neçə-neçə adi qələm sahibini ‘‘cahanşümul filosof’’ səviyyəsinə qaldırmış «açıq cəmiyyət» ideyasının, nəzəriyyəsinin, modelinin, doktrinasının və s. bəzi qaranlıq tərəflərinin analizi ilə başa çatdırırıq.

C-b. Popper tərəfindən verilən və sonradan demək olar ki, bütün mənbələrdə (o cümlədən, «Açıq cəmiyyət institutu» adlanan təşkilatın [«Sorus fondu»nun] informasiya paketində) ümumiləşdirilərək təkrarlanan tərifinə görə, açıq cəmiyyət – həqiqət üzərində heç kimin monopoliyasının tanınmadığı, fərqli insanların fərqli baxış və maraqlara malik ola bilməsinin qəbul edildiyi və bütün insanların sülh şəraitində yaşaya bilməsi üçün hakimiyyət institutlarının hamının hüquqlarını bərabər qoruduğu ictimai modeldir. Ümumi olaraq, açıq cəmiyyət – qanunun aliliyinə, insan hüquqlarına hörmət, demokratik yolla seçilən hakimiyyət və s. prinsiplərini özündə ehtiva edir. Nisbətən bu cür populist təriflərdən fərqli formada ifadə olunsa, o – siyasətin, iqtisadiyyatın, sosial sferanın və (ya) mədəniyyətin liberallığından ibarət idarəçilik üsuludur. Burada hamının taleyinə birlikdə aid olan ümumi qərarlar hamının, əksəriyyətin və ya nisbi çoxluğun birgə razılığı əsasında qəbul edilir, hansı ki, onun əsas rəqibi olan qapalı cəmiyyətdə – siyasət, iqtisadiyyat, sosial həyat və (ya) mədəniyyət radikal xətt üzrə idarə olunub, hamının taleyinə birlikdə aid olan ümumi qərarlar müəyyən bir konkret qrupun və ya şəxsin marağı, yaxud rəyi əsas götürülməklə qəbul edilir (bu qrupun mütəxəssislər qrupu olması variantı da, istisna deyil).

Ümumi halda, sərbəst rəqabətin mövcud olduğu bütün növ idarəçilik, o cümlədən, siyasətdə – çoxpartiyalılıq, iqtisadiyyatda – bazar modeli, sosial sferada – «cəngəllik» prinsipi, mədəniyyətdə – müxtəlif növ yarış və müsabiqələr, «kütləvi» deyilən mədəniyyət və b. açıq cəmiyyət prinsiplərinin növmüxtəliflikləridir. Əksinə, inzibati-amirlik prinsipinin mövcud olduğu bütün növ idarəçilik, o cümlədən, siyasətdə – qədim Şərq despotizmi, mütləq hakimiyyət, tiran üsul-idarəsi, hərbi-polis və faşist rejimləri, sosializmin mövcud olmuş müxtəlif formaları və s., hərbdə – hərbi xidmətin könüllü (professional) deyil məcburi forması, iqtisadiyyatdaMarks modeli, sosial sferada – dotasiyaların fövqəlyüksəkliyi, mədəniyyətdə – müxtəlif dünyagörüşlərin dövlət ideologiyası səviyyəsinə qaldırılması, həmçinin bundan əlavə, müxtəlif partiyaların, şirkətlərin, xeyriyyə cəmiyyətlərinin, tədris müəssisələrinin və b. fəaliyyəti qapalı cəmiyyət prinsiplərinə nümunə ola bilər. Belə ki, bunların heç birində ümumi qərarlar heç də, hamının birgə razılığı əsasında qəbul edilmir (İngiltərə, Şimali İrlandiya, İspaniya, İsveç, Hollandiya, Yaponiya və s. kimi ölkələrin teatral funksiya daşıyan formal monarxiyası bura aid deyil).

Açıq cəmiyyətin ədəbiyyatlarda sadalanan çoxsaylı izahlarını burada izafi təkrar etmədən, birbaşa olaraq onun əsas üstünlüklərinə keçirik, hansı ki, bu üstünlüklər tarixən qapalı cəmiyyətlə olan rəqabətində ona qələbə gətirən əsas məziyyətlər olub. Belə üstünlüklərə qismən aiddir;

1) Qapalı cəmiyyətlə müqayisədə açıq cəmiyyət təbiətlə harmonikliyə daha yaxındır. Belə ki, bu ikincidə cəmiyyətin təkamül yolu çoxsaylı yasaq və qadağalar vasitəsilə süni müəyyənləşdirilib, ona diqtə edildiyindən, son nəticədə bu inkişaf ümumi dünya harmoniyasından təcrid şəkildə baş verir və, buna görə də, cəmiyyətin deqradasiyası ilə nəticələnirsə, əksinə, açıq cəmiyyətdə təkamül, bütün hallarda ətraf dünya ilə harmoniya, adaptasiya şəraitində baş verir ki, bu da ümumi təkamül və təbii seçmə nəzəriyyələri ilə mütabiqdir;

2) Ən optimal variantın axtarılıb tapılması zamanı məhdud qrupun intellekt potensialına söykənən qapalı cəmiyyətdə çeşidli götür-qoy imkanının mövcud olmaması səbəbindən, burada «təsadüfi» qərarların qəbul edilməsi ehtimalı maksimumdursa, əksinə, çoxsaylı variantların generasiyası və inteqrasiyasına hüdudsuz imkanların mövcud olduğu, hər şeyin yüz ölçülüb, bir biçildiyi açıq cəmiyyətdə belə risk minimumdur;

3) Qapalı modeldə inkişaf yalnız xarici rəqabət tərəfindən birtərəfli stimullaşdırılırsa, açıq cəmiyyətdə daxili rəqabət də, daxil olmaqla, bu cür stimul ikitərəflidir;

4) Monoton qapalı cəmiyyətdən fərqli olaraq, rəngarəng açıq cəmiyyətdə hər kəsin öz tələbatlarını (zövqünü, marağını, ehtiyacını...) ödəməsi üçün seçim imkanı, təkliflər assortimenti ifrat böyükdür;

5) Qapalı modeldə hər kəsin öz əqidə və marağını reallaşdırması üçün vasitələri həddən artıq məhduddursa (cəmiyyətdən təcrid olmaq və ya onu tərk etmək kimi variantlar çərçivəsində), açıq cəmiyyətdə belə vasitələr hüdudsuzdur (mətbu müzakirəsi açmaqdan tutmuş, mitinq, nümayiş, boykot və s. qədər);

6) Qapalı modeldə bütün hallarda konkret azlığın marağı ilə hesablaşılırsa, açıq cəmiyyətdə ədalət prinsipinə uyğun olaraq, həmişə əksəriyyətin marağının təmin olunması ön planda durur;

7) İnersial qapalı cəmiyyətlə müqayisədə çevik açıq cəmiyyət xarici embarqolara qarşı daha dözümlüdür. İrak, Kuba, İran və Yaponiya dövlətləri buna nümunə ola bilər ki, bunlardan əvvəlinci ikisi xarici sanksiyalardan iflic vəziyyətinə düşdüsə, sonuncu ikisində reaksiya o qədər də ciddi olmadı (Yaponiya, İkinci Dünya Müharibəsindən sonra sanksiyalara məruz qalmışdı) və s...

Bunlar açıq cəmiyyət modelinin başlıca məziyyətləri idi. Bugünkü gündə beynəlxalq səviyyədə «modda» olan Popper və digər bu qəbildən olan bir sıra filosoflar da onun məhz bu kimi üstünlüklərini təbliğ etməklə məşhurlaşıblar. Lakin açıq cəmiyyət onların uydurduqları qədər də «aydan arı, sudan duru» deyil və bu məziyyətləri ilə bərabər o, kifayət qədər qüsurlara da malikdir ki, bizim bütün bu kitabımızdan da başlıca məqsəd – onun məhz ədəbiyyatlarda adətən sadalanmayan həmin bu tərəflərini qabartmaq və onun dəbdəbəli pərdəsi arxasında hansı oyunların getdiyini aşkarlamaq idi. Ümumi olaraq bu kimi zəifliklərə qismən aiddir (Bir daha təkrar edirik ki, deyilənlərdən əsla bizim qapalı cəmiyyət tərəfdarı olmağımız nəticəsini çıxarmamalı. Söhbət açıq cəmiyyət modelinin özünün də ideallıqdan uzaq olmasını göstərməkdən və ideallığın haradasa bu iki əks qütbün məxrəcində və ya ağıllı harmoniyasında, kombinasiyasında olduğunu isbat etməkdən gedir14. Bizim bu məsələ ilə əlaqədar mövqeyimiz barədə əlavə olaraq bax: burada, səh. Error: Reference source not found-dəki Error: Reference source not found №-li haşiyəyə):

1) Açıq cəmiyyət ictimai rəy üzərində dayanan bir modeldir, ictimai rəysə idarəolunan fenomendir. Başqa sözlə, kütlələrin davranış və düşüncəsi bilavasitə ətraf aləmdən aldığı informasiyadan asılı olub, onunla stimullaşdığından, burada bütün hallarda qəbul edilmiş qərarlar xalqdan daha çox ayrı-ayrı qüvvələrin, daha doğrusu, informasiya və informasiya kanalları ilə (yəni bilavasitə ictimai rəylə) daha yaxşı manipulyasiya etməyi bacarmış qüvvələrin (istər daxili, və istərsə də xarici qüvvələrin) maraqlarına uyğun gəlmiş olur. Əcəba, bu halda da, qrup marağını ön plana çəkən qapalı cəmiyyətlə onun nə fərqi?

2) Açıq cəmiyyət modeli dövlətin tənəzzülü mərhələsində işləmir. Belə ki, tərəqqi mərhələsində cəmiyyətin dayanıqlığı (səfərbərliyi) sosial enerjinin ayrı-ayrı güc mərkəzlərində (monopoliyalarda) kondensasiyası hesabına təmin olunduğu halda, tənəzzül mərhələsində bu inhisarlar və deməli, onların doğurduğu rabitələr bir-birinin ardınca zəifləyib sıradan çıxdığından, burada dayanıqlığı təmin etmək üçün güc tətbiqi və azadlıqların məhdudlaşdırılmasından savayı özgə vasitə qalmır;

3) Açıq modeldə mərkəzdənqaçma meyli ifrat böyükdür. Belə ki, ən zidd baxış, zövq və maraqları belə bir araya gətirməyə qabil, təmərküzləşdirici qapalı cəmiyyətdən fərqli olaraq, burada cəmiyyətlə arasında olan hər hansı konflikti həll etmək üçün bu cəmiyyətin istənilən bir subyekti protest növü kimi həm də onu tərk etmək yolunu seçə bilər (Açıq cəmiyyət modelinin imperiyalara dağıdıcı təsir göstərdiyi tarixdən məlumdur);

4) Açıq cəmiyyət modeli dövlətin manevr imkanlarını ifrat daraldır. Belə ki, taktiki və strateji planların faş olması ehtimalının minimum olduğu qapalı cəmiyyətdən fərqli olaraq, burada ikibaşlı siyasət yürütmək, ikili oyun oynamaq qeyri-mümkündür;

5) Ələlxüsus dövlət və vətəndaşların maraqlarının qütb təşkil etdiyi məsələlərdə açıq cəmiyyət «axsayır». Məsələn, dövlətin ümumi mənafeyi naminə vətəndaşların mənafeyinin qurban verilməsi (vergilərin artırılması, dotasiyaların azaldılması və s. kimi), daha böyük qazanc xatirinə az qazancın qurban verilməsi (yaxud daha böyük itkidənsə, az itkinin seçilməsi) və b. əks-təbliğat imkanlı müxalifətin mövcudluğu fonunda ictimai rəylə uzlaşdırıla bilinəsi məsələlər deyil (həmin səbəbdən, BVF-nin reseptləri ayrı-ayrı ölkələrdə referendumsuz tətbiq edilir);

6) Açıq modeldə elitar qütblər qarşılıqlı veto və qarşılıqlı kompromis kimi imkanlara malikdirlər ki, bu da həddən artıq çox vaxtda ümummilli maraqlarla daban-dabana zidd olan nəticələrə gətirib çıxara bilir;

7) Açıq modeldə heç vaxt (!) maksimum obyektiv (adekvat) qərarlar qəbul olunmur. Çünki burada qəbul edilmiş qərarlara, bütün hallarda həm də müxtəlif ambisiyalı, səriştəsiz və ya təsirlərə məruz qalmış şəxslərin də mövqeyi («səs»i) təsir göstərmiş olur ki, bunun da nəticəsində, yekun qərarlar heç vaxt orta xəttdən (etidaldan, qızıl kəsikdən...) yuxarı qalxa bilmir. Hansı ki, standartsız inkişaflı qapalı cəmiyyətdə maksimum təsadüfi olduğu kimi, hərdən həm də maksimum obyektiv (adekvat) qərarlar qəbul oluna bilir;

8) Qapalı cəmiyyətdə bütün daxili qüvvələr (siyasi, iqtisadi, sosial, mədəni və s.) müvafiq xarici qüvvələrə qarşı vahid blok, koalisiya, alyans, sindikat kimi müqavimət göstərirlərsə, açıq cəmiyyətdə hər kəs xarici qüvvələrin rəqabət hücumu qarşısında təkbətək qalmış olur, onların monopolist (iqtisadi, siyasi, mədəni, ideoloji və s.) ekspansiyaları qarşısında mənsub olduqları dövlətlərinin simasındakı «diasporadan» məhrum vəziyyətdə mübarizə aparır. Dövlət – milli maraqlarla qlobal proseslər arasında bir növ bufer və ya körpüdür. Deyilən variantda, dövlətlərin internasional təhlükələr qarşısındakı anti-dempinq (o cümlədən, iqtisadi, siyasi, mədəni və s. «anti-dempinq») klapanları iflic vəziyyətinə düşmüş olur ki, bu da ölkənin parçalanmış və xarici rəqiblərlə baş-başa buraxılmış bütün (istər iqtisadi və istərsə də siyasi, sosial, mədəni və s.) strukturlarının inhisarçı xarici qüvvələrlə rəqabətdən gec-tez iflasla çıxmasına, bir-birinin ardınca iflic vəziyyətinə düşüb onların filialına çevrilməsinə, ümumilikdə ölkənin hər sahədəki (nüfuz, xammal-satış, işçi qüvvəsi, intellekt-ideologiya və s.) bazarlarının bir-bir, ziddiyyətlərdən yararlana bilmiş həmin inhisarçı xarici qüvvələrin əlinə keçməsinə və s. səbəb olur (hazırkı postsosialist məkanında olduğu kimi);

9) Cəmiyyətlərin açıq tipə malik olması, ələlxüsus son illərdə nəhəng dövlətlərin «qloballaşma» adı ilə ortaya atdıqları oyun üçün əlahiddə əhəmiyyət kəsb edir. Belə ki, başlıca leytmotivi «dəyərlərin normal tədavülünə (istər lokal və istərsə də qlobal miqyasda) mane olan normativ baryerləri aradan qaldırmaq» kimi formulə edilə bilən bu oyundan əsas məqsəd, idxal-ixrac prosedurasının mexanizmini sadələşdirməkdən ibarətdir ki, bu da ilkin mərhələdə ixtiyari tərəfə mənfəət gətirdiyindən hamıya şirnikləndirici görünür. Lakin bütün problem, sonrakı mərhələlərdə inkişafın fərqli pilləsində dayanan fərqli tərəflərin bundan yararlana bilmək imkanının (texniki, iqtisadi, siyasi və s. imkanının) qeyri-bərabərliyinin perspektiv təhlükələrindən törəyir.

Məsələ burasındadır ki, monopolist tərəflə müqayisədə zəif tərəf hər hansısa bir dəyəri (iqtisadi, mədəni, siyasi və s.) kütləvi partiya ilə idxal-ixrac etmədiyindən və bazarlara geniş təsir şəbəkəsinə malik olmadığından, istənilən halda onun bundan qazancı, yalnız bazarı və ya tranzit (kommunikasiya) yolu (xətti) bilavasitə öz yaxınlığında yerləşən, yaxud istehsal və (ya) ixracı monopolist qüvvələrin maraqlarına uyğun gələrək, onlar tərəfindən maliyyələşdirilən (təşkil edilən) dəyərlərin idxal-ixracı çərçivəsi ilə məhdudlaşır. Bu isə, son nəticədə onun birtərəfli, özü də yalnız güclü tərəflərin maraqlarına uyğun formalı inkişafına gətirib çıxarır. Üstəlik də, ixracda rəqabətə davam gətirmədiyindən bu onun, əsasən idxalçı [və deməli, asılı] tərəfə çevrilməsi ilə sona yetir. Həmçinin, şəraitin rinqdə hamı üçün bərabər olması, zəif tərəf üçün inzibati normaların təhlükəsizlik təminatından məhrum olmaq və bu səbəbdən, əvvəlcədən ona verilmiş ölüm hökmü deməkdir.

Əksinə, onunla müqayisədə monopolist tərəf aşağıdakı tipli imkan fərqlərinə malikdir: istənilən bazara maneəsiz çıxmaq, istənilən bazarda özü üçün konyunktur şərait yaratmaq, istənilən riskdən özünü daha yaxşı sığortalamaq, proseslərin fövqəl-yüksək tempi ilə ayaqlaşmaq, stabil şəkildə hərtərəfli idxal-ixrac imkanına malik olduğundan «sosial (etnik, mədəni, iqtisadi, siyasi və s.) natamamlıq kompleksi»ndən ziyan görməmək, rəqabətə «sıfır» bazadan başlamamaq və s. Bütün bunlarsa bu iki tərəf arasında ölçüyəgəlməz dərəcədə böyük «sosial güc» nisbəti və qloballaşmadan bəhrələnə bilməkdə şanslar fərqi formalaşdırır və münasibətlərdəki (iqtisadi, siyasi, elmi-texniki və s. tərəqqi səviyyəsindəki) disproporsiyasının ekspansiv (həndəsi silsilə üzrə dəyişən) dinamikasına uyğun templə də, zəif tərəfin assimilyasiyasına (iqtisadi, siyasi, mədəni və s. inhisarına) gətirib çıxarır: zəif tərəfin nəinki istehsal və istehlakının, idxal və ixracının, tranzit və rabitəsinin, hətta az qala yaşamaq hüququnun da son nəticədə güclü tərəfin nəzarəti altına düşməsi və onun planından asılı vəziyyətdə qalması ilə başa çatır – necə ki, bugünkü Afrika dövlətlərində olduğu kimi. Fəqət, kapitalizm – bir zaman insanların, bugünkü gündə isə dövlətlərin bir-birini istismar etdiyi bir formasiyadır (İdeoloji fəaliyyətlərdəsə qloballaşmanın məhz bu tərəflərini maskalamaq məqsədilə, o, çox vaxt «vahid dünya sisteminə inteqrasiya» kimi çaşdırıcı terminlə sinonimləşdirilir, halbuki akademik dairələrdə bu iki terminin bir-birindən kəskin fərqli məzmun kəsb etdiyi yaxşı məlumdur);...

Açıq cəmiyyət modelində bütün hallarda minimum 49%-in maraqlarının ödənməmiş qalması, onun tətbiq olunduğu ölkənin əhalisinin siyasi passivliyi ərəfəsində işləməməsi (söhbət kvorum-yetərsay problemindən gedir) və s. kimi arqumentlər nəzərə alınmazsa, bu sadalananlar açıq cəmiyyət zəncirinin başlıca zəif halqaları idi. Tarix boyu ayrı-ayrı dövlətlər bir-birinə təsir, təzyiq göstərmək üçün açıq cəmiyyətin həmin bu zəifliklərindən sivil bir alət, rıçaq, silah kimi istifadə etmişlər və indi də bəzi-bəzi dövlətlərin insan haqları, demokratiya və s. uğrunda bu cür, lazım olandan artıq dərəcədə canfəşanlıq etməsinin səbəbləri məhz bunlarla əlaqədardır – hansıların ki prezidentləri vəzifəyə seçiləndə yalnız və yalnız öz xalqlarının qarşısında and içib, nəyin bahasına olursa-olsun yalnız öz xalqının rifahı üçün çalışacaqlarını boyunlarına götürmüş olurlar, daha azərbaycanlıların və ya bir başqalarının yox.

Burada qloballaşma erasının və açıq cəmiyyət modelinin kiçik dövlətlərin manipulyasiya və inhisarına (siyasi, iqtisadi, mədəni, demoqrafik və s. inhisarına), yol açan bir sıra incəliklərindən bəhs edildi, bu proses və modelin imkan verdiyi maxinasiya növləri araşdırıldı. Ehtimal edilir ki, bu dinamikada təkamülün marşrutunun dəqiq sxeminin müəyyənləşdirilməsi və bu prosesin mexanizminin açılması, zəif dövlətlərə ondan hansısa müdafiə vasitələri axtarıb-tapmağa, dəqiq diaqnoz əsasında düzgün proqnozlar işləyib hazırlamağa imkan verər.

 

Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar


Artıq Qarabağ müharibəsindən 10 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan gələcək nəsillər üçün nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik (qeyd edək ki, bu məsələlərin hamısı bizim “Diplomatik psixologiya (siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)”, B., 2001. kitabımızda daha ətraflı analiz olunub):

* * *

Məğlubiyyətin qeyri-hərbi səbəbləri

1) Azərbaycanda ([geo-] siyasi, [geo-] iqtisadi, dini və s.) marağı olan müxtəlif dövlətlərin bu müharibədən Az-na qarşı bir təzyiq aləti kimi istifadə etməsi (dövlətlər səviyyəsində əks tərəfə edilən maliyyələşdirmədən tutmuş, müharibə planının ssenariləşdirilməsinə qədər metodlarla – təbii ki, məxfi planlar və kanallar üzrə);

2) Erməni tərəfindən fərqli olaraq Azərbaycanın bu müharibəyə psixoloji hazır olmaması, və bu səbəbdən də, müharibəni ilkin mərhələdə plansız, şok vəziyyətində aparması;

3) İlkin mərhələdə Azərbaycanda hadisələri öz nəzarəti altına ala biləcək, hərbi gərginliyə davam gətirə biləcək hakimiyyət aparatının və ya vahid liderin olmaması;

4) Azərbaycanda hərbi sənaye inkişaf etmədiyindən qarşı tərəfin müttəfiqlərinin hərbi sənayesindən asılı vəziyyətə düşməsi;

5) Müharibə ərzində döyüşlərin gedişatını analiz və proqnoz edən, ssenariləşdirən institutların olmaması, silahların təkmilləşdirilməsi, yerli şəraitə uyğunlaşdırılması və ya yenilərinin yaradılması işinə alimlərin cəlb edilməməsi (təkcə İkinci Dünya Müharibəsi ərzində “Katyuşadan” tutmuş atom bombasına qədər silahlar icad olunmuşdu);

6) Müharibənin Azərbaycanda gedən siyasi, iqtisadi və hərbi reformalarla bir ərəfəyə düşməsi, başqa sözlə, siyasi xaotiklik, iqtisadi viranəlik dövrünə təsadüf etməsi, ordunun müharibə gedə-gedə “sıfır”dan başlanıb qurulması;

7) “Neft kontraktları”nın imzalanmasının yubadılması;

Və s.


* * *

Məğlubiyyətin sırf hərbi səbəbləri

1) Bütün müharibə boyu döyüşün yalnız bir stilinə – güc stilinə üstünlük verilib, qalan digər bütün stillərinə – o cümlədən, casusluğa, diversiya əməliyyatlarına, sui-qəsd təşkilinə, dezinformasiyaya, şantaja, daxildən qiyam təşkilinə və s. heç bir əhəmiyyət verilməməsi;

2) Ordunun döyüş qabiliyyətinin heç bir vasitə ilə stimullaşdırılmaması. Başqa sözlə, fəxri ad və mükafatlar, orden və mellar, rütbə və pul mükafatları verilməsi və s. kimi çoxdan sınanılmış təhrikedici-ruhlandırıcı vasitələrdən istifadə edilməyib, əvəzində, əsgərlərin başının “namus”, “qeyrət”, “vətən”, “borc” və s. kimi köhnə bayatılarla qatılmasına cəhd göstərilməsi;

3) Rotaların komplektləşdirilməsi işində əskərlərin Sovet Ordusunda aldığı peşəyə qətiyyən (!) əhəmiyyət verilməməsi. Məsələn, təkcə mənim xidmət etdiyim artilleriya divizionunda 10-a yaxın tankçı olduğu halda, qonşu tank botolyonu başdan-başa 18 yaşlılardan və ya keçmiş “StroyBat”-çılardan təşkil olunmuşdu. Eyni ilə, qonşu piyada botolyonunda onlarla tankçı, topçu və s. üzrə mütəxəssislər xidmət edirdi;

4) Tarixi, müharibə anlayışının özünün tarixi qədər də qədim olan zəruri bir hərbi atributa – təxliyyəyə (evakuasiyaya) heç bir əhəmiyyət verilməməsi (informasiya üçün: təxliyyə – təhlükəli zonadan əmlakın və mülki vətəndaşların, o cümlədən, xəstələrin, qocaların, qadınların, uşaqların və b. köçürülməsi əməliyyatıdır), əksinə, kəndlərdə təxliyyə əməliyyatı aparmaq istəyənləri “təxribatçı” kimi yaxalayıb, “camaat arasında panika yaydığına”, “kəndləri boşaltmağa cəhd etdiyinə” və s. görə həbs edilməsi. Məhz həmin səbəbdən atəşkəs elan edilən vaxt qarşı tərəfdə Azərbaycanın 5000-dən çox əsiri (onun da əksəriyyəti mülki vətəndaş, o cümlədən, xəstələr, qocalar, qadınlar, uşaqlar və b. idi) qaldığı halda, qarşı tərəfin Azərbaycanda cəmisi 27 əsiri qalmışdı.

5) Qoşunların taktiki və strateji təyinatlı növlərinin bir-birindən fərqləndirilməməsi, başqa sözlə, həm hücum, həm də müdafiə (səngərdə növbətçilik) əməliyyatlarının eyni əskərlər tərəfindən həyata keçirilməsi. Hansı ki, qarşı tərəfdə səngərdə növbətçilik əməliyyatlarını yerli botolyonlar həyata keçirdiyi halda, hücum əməliyyatları – döyüş stili həmişə dərhal seçilən, əskərlər arasında “smertniklər botolyonu” adı ilə tanınan, xalis muzdlulardan təşkil edilmiş xüsusi təyinatlı ayrıca bir diviziya vasitəsilə həyata keçirilirdi. Ayrı-ayrı zonalarda (Ağdam, Füzuli və s.) irəliləmək lazım olanda, bu bir diviziya ora daşınır, əməliyyat həyata keçirilir, sonra alınmış kəndlər yerli botolyonlara təhvil verilib, geri qayıdılırdı;

6) Botolyonların komplektləşdirilməsi işində döyüş gedən ərazinin coğrafi xüsusiyyətlərinin nəzərə alınmaması. O cümlədən, məsələn, dağlıq şəraitdə (ələlxüsus, sürüşkən qış aylarında) bütün növ ağır texnikanın (məs., 60 tonluq ağır tankların), düztuşlanan bütün artilleriya növlərinin (məs., «Qradların») və b.-nın «Faydalı İş Əmsalı» «mənfi sıfır»dan da aşağı olduğu halda, Azərbaycan öz qoşunlarını, əsasən bu tip silahlarla təchiz etməyə çalışırdı. Qarşı tərəfsə, əksinə, öz qoşunlarını, hər daşı bir səngər olan dağlıq şərait üçün bu baxımdan maksimum effektli olan yüngül silahlarla (məs., qranatomyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli paltar [bronojilet] və s.-lə – hansılar ki, bizdə bütöv rotaya cəmisi bir-iki ədəd düşür, ya düşmürdü) Şvarsneggersayaq tam təchiz edilmiş çevik quru qoşunları şəklində komplektləşdirməyə üstünlük verirdi. Bizimkilərsə, deyildiyi kimi, bunları «iqruşka» hesab edirdi.

Və s.


* * *

Səbəb çox, nəticə isə birdir – məğlubiyyət. Hansı səbəblərdən asılı olmayaraq fakt faktdır və bundan sonrakı fəaliyyət həmin bu məğlubiyyət faktını nəzərə almaqla ölçülüb-biçilməlidir. Təbabətdə düzgün diaqnoz düzgün müalicənin yarı hissəsini təşkil etdiyi kimi, bu məsələdə də, problemə təsir etmiş və hazırda da təsir edən bütün faktorları lazımınca nəzərə almadıqda, səhv nəticələr alına bilər. Və təəssüf ki, bugünə qədər də bu məsələdə marağı olan müxtəlif tərəflər problemin həlli ilə əlaqədar orientasiyaları çaşdırmaqdadırlar və vaxtı ilə buraxılan səhvlər bproblemin bu mərhələsində də, bu mərhələyə uyğun formada təkrarlanır. Buna görə də, Azərbaycan Qarabağ problemini həll edib, öz doğma torpaqlarını geri qaytarmaq üçün indiyə qədər onlarla variantlardan istifadə etsə də, indiyə qədər bu cəhdlərin hamısı, demək olar ki, nəticəsiz qalıb. Özünü «müstəqil politoloq» adlandırıb, bir-birinin dediyini təkrarlayan və xarici qrantlarla televiziyalara çıxan şərhçilərin izahına görə bunun səbəbləri əsasən aşağıdakılardır:

Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin