“And olsun, əsrə…”
yerindən elə tərpəndi ki, sinəsini örtmüş orden-
medallar səs-səsə verdi. - Ermənini gətirdi, özü çı xdı
aradan. Əski düşmən dost olmaz... Yadı nı zdadı mı ,
Dursunoğlunu necə sürgün elədilər? - Özünü yenə elə
tərpətdi ki, orden-medalları oyuncaq orkestr kimi
xorla cingildəşdi.
Yan-yörədəki kişilərin hamı sı bir səmtə əyilib
gülümsədi, Arı q elə medalları n cingiltisi kimi nazik
səslə:
-Canı n sağ olsun, sən onu tez-tez xatı rlayı rsan,
bizim də yadı mı za düşür. Necə olmuşdu, hancarı
olmuşdu, sən heykəl başı n, danı ş.
Hamı yenə dönüb medallı kişiyə baxdı ,
gözləyirdilər ki, indi orden-meddalları nı bir də
səsləndirəcək, amma kişi yerindən tərpənmədi:
-Heç, partiyaya keçirmiş, raykomun birinci
müavini vardı , yadı nı zda olar, malağan Karpenko,
hə, Korpenko bunnan soruşur, de görək, xarici
düşmənimiz kimdi, daxili düşmənimiz kim?
Dursunoğlu sevincək cavab verir, xarici
düşmənimiz ermənilər, daxili düşmənimiz bizim
kəndin kolxoz sədri...Elə o sözün üstündəcə apardı lar,
bir də gördüm deyən olmadı .Yaxşı dəri aşı layı rdı ,
Apedin də kirvəsiydi. Apeddən də nəsə soruşdular,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
onun haqqı nda, nə dedi, nə demədi, allah bilir,
erməninin yaxşı sı da birdi, pisi də...
Arı q kişi yenə nazik səsiylə:
-Baxma, - dedi, - Aped onun uşaqları nı
unutmadı , itirmədi kirvəliyi, birini elə indi də yanı nda
işlədir, erməni də olsa, yaxşı lı ğı nı elədi, adamdı
daa...
Mən Apedin dükanı yla üz-üzəyəm, bu fikir,
xəyaldan ayrı landa elə bildim üstümdən gecə
addayı b, indi özümə gəlmişəm. Yolu keçmək
istəmirəm, o tərəf elə bil arı yuvası dı , bazar günü
olduğuna görə hamı çöldədi... Bayaqdan baxı ram,
bizim kənddən gözümə dəyən yoxdu, bu da məni lap
narahat eləyir, çünki kənddə ölüm-itim olanda heç kəs
qı rağa çı xmı r. Anamı düşünürəm, əli sinəsinin
ü
stündə gözümün önünə gəlir... Başı mı qaldı rı b göyə
baxı ram, göy üzü Apedin ağacları ndan deşik-deşikdi,
mən gördüklərimin hamı sı nda kədər axtarı ram,
amma heç yanda, heç nədə sı xı ntı yoxdu, hər şeyin
görünüşündə sevinmək var.
Mən sufi şairləri kimi öz-
ö
zümü sakitləşdirirəm. Doğrudan da, elə bil ki,
yuyundum, üzüm- gözüm açı ldı . Yolun o biri üzünə
keşdim. Dəri boşaldan tanı ş gəldi, hə, bu bizim
kəndçi olacaq, Dursunoğlunun kiçik oğlu. Məni görüb
gülümsədi, ürəyim yerinə düşdü, deməli, salamatlı qdı ,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
daha anamı soruşmadı m. Oturuşumun-duruşumun
qı rı şı ğı nı açı b şəstlə ona tərəf getdim...
Apedin dükanı nin yan-yörəsinə qat-qat dəri
yı ğı lı b, amma bazar yaxı n olduğuna görə pendir iyi
gəlir, bu iyi tut get, gedib türkə çxacaqsan...“Sən hara
çı xacaqsan bəs... Sənə hansı yollar gedir, yalançı
kitabları nı zla?” Sevortyan Sedanı xatı rladı ğı ma
görə içim rahatlaşsa da, qeyzləndim...Sedanı n cavabı
aranı daha da qatdı ... “Yalançı niyə olur, mən tarixi
yazı lmı ş xalqam, bu kitablarla V əsrdə yazı b-
yaratmı ş Vavtos Buzanda çı xacam, M.Xorenskiyə,
Təbrizli Arakelə, Moisey Kalankatuyskiyə, Mxitar
Qoşa çı xacam...
-Onnarda işin olması n, onnar bizimkilərdi...
-Kimdi sizinkilər? –Seda elə bərkdən güldü ki,
onun yaşadı ğı binayla üz-üzə kirayələdiyimiz bir
otaqlı mənzilin pəncərələri cingildədi.
-Musa Kalankatlı yla Muxtar Qoş.
-Cı ğallı q eləmə. Nədən bilirsən, sizinkilərdi?
Bunun cavabı var, hər halda, deyə düşünürəm,
amma bilmirəm nə cavab verəm. Balacahunlunun
qoca boyunu yerə soxum, İ qrar Əliyevin qorxusundan
bidiyini də demədi, öz tariximizi bizdən gizlətdilər.
-Bunu mən sənə sübut edərəm, söz verirəm... - Üzü
pəncərəyə dayanmı şam, Seda xı rdalaya-xı rdalaya
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gülür, bilirəm, məni cı rnatmaq üçün nəsə hazı rlayı r
yenə. İ stəyirəm dönüb deyəm ki, Seda mən tarixi
yaxşı bilmirəm, gəl başqa şeylərdən danı şaq, elə bu
vaxt qarşı binanı n üşüncü mərtəbəsində qapı açı ldı ,
Sedanı n əri balkona çı xdı , bir anlı ğa elə bidim,
gördü məni, yana çəkilib pı çı ltı yla Sedanı çağı rdı m.
- Gəl bura, gəl...
Seda çı lçı lpaqdı , qoltuğumun altı ndan ilan kimi
sürüşdü, pərdəni azacı q aralayı b öz balkonuna baxdı ,
dönüb təzədən boynuma atdandı , bütün canı yla
sarmaşı b eləcə qaldı .
-Əlindəki kitabdı ? - soruşdum, o da qucağı mda,
dikəlib pəncərəyə söykəndim. Seda başı nı sudan
çı xarı rmı ş kimi mənnən çı xarı b baxdı , gözlərini
yumub iniltiyə oxşar səslə nəsə dedi...
Həə, bayaq Sedanı n əriqarı şı q, yan-yörədə bizi
əhatə eləyən hər nə vardı sa yüp-yüngüldü, yerdən
aralı kimi dalğalı , boyalı , ilğı m içindəydi. Yalan-
gerçək, dilimizdən düşməyən tarixin bütün
mənaları na, olmuşlara, olanlara, olacaqlara aramı zda
“eh, nolsun...” cavabı yaşayı r, əslində...Sedanı qu-
cağı mnan yerə qoymuşam, bununla da səs- küy
uzaqlaşdı bizdən, hər şey dincəlib, öz yerini almı ş
kimi oldu...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sedanı n əri ikimizin də birdən yadı mı za düşür.
Pərdənin arası ndan baxı rı q. Yenə balkondadı .
Bayaq ayaq üstəydi, indi oturub, kitab oxuyur...Hava
dəyişdiyindəndi, nədisə, kişi balkonqarı şı q
uzaqlaşmı şdı elə bil, tərpənməsəydi, deyərdin hey-
kəldi.
-Ərin lap erməni tarixinə oxşayı r, -dedim...
Seda qucağı mdan dəli kimi çı xdı , tələm-tələsik
əynini geyinib qapı ya tərəf getdi:
-Bir də mənim üzümü görsən...çobanı n biri
ç
oban!...”
“Erməni tarixi...” Həə, papaqçı Aped də erməni
tarxini bu ağaclardan asardı , papaq alanlar, dəri
gətirənlər əvvəcə gərək bu yazı lara baxaydı , Apedin
sualları na cavab verəydi, yalnı z ondan sonra alver
eləmək mümkündü... Apedin də alveri elə budu, təki
erməni tarixini öyrənən olsun, Aped də beş qazanma-
sı n bir qazansı n, erməni öyrənməsə də olar, türk
ö
yrənsin, türk. Niyəsə, rusu, gürcünü fikrinə
gətirmirdi, istədiyi odu ki, bütün türk məclislərində
erməni tarixindən danı şı lsı n, türk aşı qları sazları nı
dənizdən dənizə olan böyük Ermənistan üstünə çalı b
oxusunlar. Amma tərsinəydi hər şey, türk
məclilərində, ağı r türk yı ğnaqları nda nəinki türklər,
ermənilərin özü də böyük Ermənistanı heç kiçik
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ermənistan kimi də xatı rlamazlar. Elə bu
yaxı nlardakı toy məclisində Aped bir-iki sağlı qdan
sonra qı rmı zı onluğu başı nı n üstündə yelləyib:
-Aşı q Ayvaz, Apedin pulu sənə qurban, gəl bura,
- dedi, onluğu onun papağı nı n altı na keçirdi. -
Mahmudla Məryəmnən de...
Məclisdəkilərin çoxu bilmədi Apedin dediyi
adamlar kimdi, gülüşdülər.
-Heç gülüb-eləməyin, - dedi, aşı q Ayvaz, - Aped
bilir nə deyir, bilməyən sizsiniz, bilmirsiz ki, Kərəmin
qabaqkı adı Mahmuddu, Əslinin də adı Məryəm.
Məclisi alqı şlar bürüdü, aşı q Ayvaz bı ğaltı
gülümsəyə-gülümsəyə sazı dı nqı ldadı rdı . Arı q
ayağa durdu, səndələyə-səndələyə Apedə sarı getdi:
-Aya, bu Aped ki, bizi belə tanı yı r, öpəcəm onu.
Kənd məclislərinin həmişəlik tamadası Suleyman
müəllim:
-Çörək yeyirsən, -dedi, - ay başı n batsı n, ağzı nı
erməniyəmi vuracaqsan indi.
Camaat gülüşüb susdu, Apedin cavabı nı
gözləyirdilər. Aped də tənbəllik eləmədi, qalxı b
masabəyinə tərəf getdi, mikrafonu əlindən alı b:
-Sən get, üzüvü yu, sonra erməniyə lağ elə!- dedi,
dönüb məclisə göz gəzdirdi, məclisi gülüşmə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bürümüşdü. - Musurmandı , amma araq içir. Heç bizə
ç
atmı r... Biz nə içək bəs?!
Türk müsəlmanları n, ya da müsəlman türklərin,
bir söz, azərbaycanlı ları n, əllərində də araq dolu
badələr, gülməkdən gözləri yaşarmı şdı ...
Papaqçı Aped doğrudan da azərbaycanlı ları n
toyundan- yası ndan xeyirindən-şərindən qalan
deyildi. Əliaçı q, zarafatcı l, deyib-gülən adamdı ,
bundan başqa məclisə nə lazı mdı , nə millət olursan
ol.
Arı q artı q dəmlənmişdi, elə yerindəncə ayağa
durub çı ğı rdı :
-Yaxşı kişidi Aped, - dedi, - bircə erməni dərsi
olmayaydı ...
Kim nə deyir-desin, Aped özü bildiyi kimi erməni
dərsi deməsə rahatlaşmaz... hər axşam qədim erməni
tarixindən arvadı na, uşaqları na üzünü köçürtdürdüyü
vərəqələrı səhər tezdən dəri dükanı nı n qapı sı nı
açmamı ş ağaclardan asardı :
-Bax bu, Moisey Xorenskinin “Ermənistan tarixi”
əsərinnəndi, iki min il qabaq yazı b.
-Neçə il? - Arı q adam at arabası yla dəri
gətirmişdi. Bir ayağı nı müharibədə itirmiş medallı
Göyüş də yanı nda, Apedlə təzəcə salamlaşmı şdı lar.
Arı q, doğrudan da təəccübləndi, boğazı ni uzadı b bir
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
də soruşmaq istəyirdi ki, medallı kişi qoltuq ağacı nı n
ucuyla onun ayağı na vurdu, qulağı na sarı əyilib
yavaşcadan dedi:
-Hə de, sən, hə de...təriflə.
Arı q kişi medallı nı n nə demək istədiyini göydə
tutdu:
-İ ki min? Yox əşi, gör ee, maşallah, iki min!
-Sən ermənicə bilirsən hə? - Aped o biri vərəqə
tərəf getdi. Arı q kişi dönüb medallı ya baxdı , medallı
qoltuq ağacı nı n dəstəyinə qoyduğu əlinin üç
barmağı nı göstərdi, yəni, dərinin birinə üç min
istəyərsn. Arı q kişi ləzzət içində gülümsədi, gülüşü
gözlərinin içinəcən yayı ldı .
-Canı n sağ olsun Aped, bu gün bizim dərimizi
dörddən al, hər dəriyə dörd manat...
-Gəl bura, it çarı q yı ğan kimi sən də pul
yı ğı rsan...elə.- Aped vərəqin üzünü bizə sarı çevirdi. -
Sən də gəl!
Medallı qoltuq ağacina söykənib iri bir addı m
atdı , orden- medalları bütün küçə boyu səs- səsə
verdi. Aped nə demək istəyirdisə bu səs ona xoş
gəlmədi, üz-gözünü turşudub bir az gözlədi. Erməni
tarixindən danı şanda əsəbilik keçirirdi, özü də
bilmirdi niyə...
-Sən oxuya bilirsən ermənicə, həə?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Medallı kişi özü də bilmədən:
-həə, - dedi, - oxuya bilirəm.
-Yaxı n gəl,- vərəqin ucundan tutub medallı ya
tərəf dartdı ,- neçənci əsrdi bu?!
Medallı kişi gözlüyün olmadı ğı nı bilsə də:
-Ə mənim gözlüyümü gətir,-dedi.
Arı q kişi də gözlüyün olmadı ğı nı bilə-bilə yolun
qı rağı ndakı at arabası na doğru qaçdı . Olmayan
gözlük gəlib çı xanacan Apedin səbrı çatmadı :
-Bizim eranı n beşinci əsri, - vərəqin bir ucu da
əlində medallı kişiyə elə baxı rdı ki, elə bil sözünü
qurtaran kimi vuracaqdı .
Arı q kişi ayağı nı n ucunda yaxı nlaşmı şdı .
Yavaşcadan soruşdu:
-Bizim era nədi?
Medallı kişini elə bil oğurluq üstündə
tutmuşdular, kipriyini də qı rpmı rdı . Çiyinlərini yı ğı b
Arı ğa baxdı :
--Həə, həə, - ikisi də birdən başı nı tərpətdi.Belə
lazı m olduğunu havadan duydular. -Ay maşallah, ay
halal olsun. Adı nədi, nə deyir, nə yazı b?
Sual Apedə ləzzət elədi:
-Vavst Buzanddı adı ...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Medallı kişinin fikrindəki dəridi, “ birini beşdən
versəydim...” Arı q birdən-birə boğazı nı aralı ğa
uzatdı :
-Bə niyə Buzanyan deyil?
Medallı kişi qoltuq ağacı nı Arı ğı n ayağı nı n
ü
stünə qoyub sı xdı , az qaldı təpəsinə vursun.
-“Yan” çox sonranı n işidi, a musurman. - Aped
tərs-tərs Arı ğa baxdı . -Parslardan almı şı q onu.
-Həə, gör bir, bizim bilmədiyimiz çox şeylər
varmı ş.
-Öyrən daa, - Aped tələsik dükana girib iri bir
kitab gətirdi, arvadı da dalı nca çı xı b qapı ya
söykəndi.
-Hamı sı nı mənə yazdı rı b, bütün gecəni
yazmı şam...-Arvad, doğrudan da, yuxuluydu, yuxulu
olduğuna görə də lap cavan göründü.
-Qı zı ndı ?- Medallı kişi arvada xoş gəlməkçin
bilmədi daha nə desin, açı q qolları na, açı q sinəsinə
gülümsəyə-gülümsəyə bir də baxı b, - allah saxlası n, -
dedi.
Aped də dönüb arvadı na baxdı :
-Görürsən, elə bəsləmişəm səni, elə bilirlər
qı zı msan.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Arvad doğrudan da qı z uşağı kimi atdana-
atdana onlara tərəf gəldi... Aped Vavst Buzanddan
danı şı rdı :
-Dənizdən-dənizə Böyük Ermənistannan yazı b,
ona min rəhmət, - sözünə ara verib xaç çevirdi. - Üç
dəniz arası ... Böyük Ermənistan.
Arı q altdan-altdan Medallı ya, ordan da onun
əllərinə baxdı , Medallı yenə qoltuq ağacı na söykədiyi
əlini elə üzü aşağı da yellədi, yəni, “ heç nə, batdı hər
şey...”
Arvad bayaqdan seyr eləyirdi, arı q heç, onsuz da
ayaq üstə güclə durur, medallı uca boylu, əzələli,
yaraşı qlı kişidi, ona göz qoyduqca niyəsə arvadı n
dişlərinin dibi gicişirdi, elə bil indi ağzı nı n içi
partlayacaqdı ... gözlərini çəkmədən gülümsəyirdi:
-Türklərin hamı sı belə olmalı dı , bax, Aped, -
əllərinin ikisini də medallı nı n kəsik ayağı na sarı
uzatdı . - Belə yaraşı qlı , amma ayağı nı n biri yox!
Aped tarix dərsini heç vaxt yarı mçı q qoymazdı ,
arvadı belə deyəndən sonra tarix vərəqlərini ipdən
ası b özünü düzəltdi, gülümsəyib:
-Buna elə belə baxmayı n, -dedi, arvadı nı
göstərdi, - universiteti bitirib, tarix fakültəsini...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Heç nə, Apedin dediyi o günki tarix dərsinin
sonluğu at arabası nda rayonun mərkəziylə çı ğı ra-
çı ğı ra yol gedən Arı qla bitməkdəydi:
-Dərinin birinə üç vermədi, iki verdi, qoymadı n
heç olmasa ürəyimi boşaldam, sözümü deyəm. İ şinə,
gücünə bax axmaq erməninin, yerin altı nnan eşib
kitab çı xardı b. Yazı çı sı na bax, bunun... Qurani-
kərimi gətirib gözünə soxaram, kafir!
Medallı pərtdi, arvadı n sözü tutmuşdu onu.
Açı q qolları , açı q sinəsi gözlərinin qabağı ndan
getmirdi. Dinib danı şmadan yola baxı rdı , araba at
yerişiylə yeriyir, təkərlərin ahəngi, nizamı altı nda
orden, medalları zərif- zərif cingildəyirdi...
Arı q danı şdı qca hirslənir:
-Buna bax bir, qaxtağan tosoy, mən işimin
xətrinə erməniyə dayı deyirəm, bəlkə deyirəm, dərinin
birini ikidən yox, üçdən aldı , bu bizim üstümüzə
arvadı nı çı xardı r, sözünü arvadnan deyir, gördün? -
cilovu silkələyib dönüb Medallı ya baxdı , Medallı nı n
fikri özgə yerdəydi, gizlin-gizlin gülümsəyirdi, Arı q
məətəl qaldı ,” bu niyə gülsün, yaxşı ” ürəyində belə
deyib aşkara soruşdu, - hı ı , nə deyirsən? - İ ki nəhəng
ağacı n arası ndakı dəri dükanı getdikcə
balacalaşı rdı . Arı q cı r səsiylə bütün küçə boyu
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çı ğı rdı . - Aped bil, arvadı na da başa sal ki, türk elə
bir ayaqla da türkdü!
Medallı da dikəlib arxaya baxdı :
-Zalı mı n yaxşı arvadı varmı ş, bizim də
xəbərimiz yox...
Medallı nı n gülümsədiyinin səbəbini Arı q yalnı z
bu sözdən sonra anladı , özü də gülümsəyib yüyəni
tərpətdi:
-Kitab yazmaqla ölkə tanı tmaq olar, kişi? Sən də
ö
lkələr gəzən adamsan, qan tökmüsən, can vermisən
ö
lkə yolunda, indi məni başa sal, nə dəniz? Deyir kitab
yazı b, o dənizdən bu dənizə, ə, Qafqazda dəniz var?
Erməninin üzünə baxanda elə bilirsən illərlə su
görmüyüb. Kitab yazmaqladı , kitab yazmaqla da ölkə
saxlamaq olar? Qı lı ncdı kitab? Tüfəngdi? Gördün,
İ mirxanlı nı n qoyunları nı necə yedilər? Başı kitab
yazmağa qarı şmı şdı , nəyi vardı , yox elədilər...
Mən Apedin tarix vərəqlərini asdı ğı ağaca
söykənmişəm, bu on beş- iyirmi ildə mən də
böyümüşəm, ağaclar da böyüyüb, dediyim kimi,
ö
rkənə gəlməz olub, daha vərəq yoxdu amma, yüyət
məftili boyu dərilər ası lı b. Heyif! Vərəqələr olanda
yaxşı ydı , ayağı mı zı n ucuna qalxı b ermənicəni
höccələyə-höccələyə oxuyardı q...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Dğerk, vordeğeceq
27
?- Papaqçı Apeddi, işini-
gücünü atı b üstümüzə qaçı r, bir şey anlamadı ğı mı zı
görüb hirslənir əməlli başlı .- Turki dğerk
28
, o dəfə də
gəlmişdiniz, erməni dilini niyə öyrənmirsiz?
Mən uşaqları n arası ndan çəkinə-çəkinə əlimi
qaldı rdı m:
-Məktəbdə erməni dili keçmirik, -dedim.
Apedin səsi küçəni başı na götürdü, özünü ora
vurdu, bura vurdu, yolun o üzündəki heykəli görəndə,
birdən başladı ğı kimi birdən də sakitləşdi, baxdı -
baxdı :
-Tfu, -dedi, - sənə, tfu, sənin yaratdı ğı na...!
Bizim hamı mı z onun tüpürdüyü səmtə baxdı q,
Lenin əlini düz ona doğru uzatmı şdı . Aped
dartı nı rdı , elə bil bağlamı şdı lar onu, açı lan kimi
yüyürəcəydi:
-Tfu sənin siyasətinə, Yüzlərlə məktub
yazmı şam, niyə oxumursan mənim məktubumu? Niyə
oxumurlar?! Erməni tarixinə niyə qiymət qoymursan?
Ö
zünə tay eliyibsən, rusun tarixi var? -Əlini bizə uzatdı ,
biz aralanmı şdı q, aradan çı xmaqdaydı q. - Bu
ç
obanlara tay eliyirsən. Türkün tarixi var? Gürcünün,-
əlini irəli yzadı b ovcunu göstərdi, - tarixi də bir ovuc.
27
Uşaqlar (oğlanlar), haralısınız?
28
Türk uşaqları (oğlanları ) (ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Erməni tarixini dərsliyə niyə salmı rsan? Niyə
qoymursan erməni tarixini bu uşaqlar öyrənsin? Axı ,
onun özünün öyrənməyə tarixi yoxdu!
Dönüb əlini yenə bizə doğru uzatdı , biz yox idik.
Amma ermənilər yan-yörədən seçilib Apedin başı na
yı ğı şmı şdı , getdikcə də artı rdı . Artı q ağlayan
vardı , Aped danı şdı qca ağlayanları n sayı çoxalı rdı ,
ağlayanları n sayı çoxaldı qca da Aped qı zı şı b
ö
zündən çı xmaqdaydı ...
Bir, deyəndə mənzərə dəyişdi, kücə, bazar,
dayanacaqlar seyrəlmyə başladı , azərbaycanlı lar atlı -
arabalı , oğullu-uşaqlı diblərə, künc-bucaqlara
çəkildilər. Bir-birilərinə baxmı rlar, arada utanmaq
var, çox-çox gizlin qatlarda bir-birilərindən utanı r-
dı lar. Çünki birdən-birə yaranmı ş qarı şı qlı q heç
nəyə oxşamı rdı , nə savaşa bənzəyirdi, nə
mübarizəyə. Bazarlı qları nı , alı ş-verişlərini yarı mçı q
qoyub avtobus vağzalı na yı ğı şmı şdı lar. Üzlər-gözlər
eyni rəng almı şdı , bu, pərtlik, peşimançı lı q rəngiydi.
-Bəsdi xalaya bax... -Uşaq anası nı n ətəyindən
dartı b dayanacağı n o başı nda bir-birinə qarı şmı ş
adamları göstərdi. Həə, Bəsdidi, Qarakəlləqı zı . Oğlu
arxası ndadı , küncdə. Beş-altı erməni yeniyetməsidi, -
Siranuş Sumikyanı n şagirdləri, onu küncdən
çı xartmaq istəyirlər, Bəsdiylə əlbəyaxadadı rlar.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Arvad uşağı na:
-Gözünü yum, - dedi, - başı nı çı xartma! - Özünün
get-gedə gözləri böyüyüb hədəqəsindən çı xmaqdaydı .
Nə vaxt qı şqı rdı ğı ndan xəbəri olmadı :
- Uuu...!
Bu, qı şqı rmaqdan çox ulamaq idi. Arada kim
vardı sa, çaşı b qaldı , səs o qədər güclüydü ki, hardan
gəldiyi bilinmədi. Yerdə qalan bütün səslər bir anlı ğa
da olsa unuduldu... Bu əslində hər şeyin, hamı nı n,
qorxu içində olan bütün canlı ları n səsiydi, bir
adamnan yayı lı rdı , ona görə də bilmək olmadı , nə
səsidi, arvad səsidi, yoxsa kişi. Erməni yeniyetmələri
dağı lı şı b gendən-genə bir şey anlamadan tamaşaya
durmuşdular. Arvadı n ürəyi getmişdi, üzünə su
vururdular. Ürəyi doğrudan da getməliydi. Özündən
ası lı olmadan bütün gücü bayaqkı ulamaqla
canı ndan çı xmı şdı , havadaydı .
Avtobusun vaxtı na hələ çox vardı , amma tez
gəldi. Sürücü azərbaycanlı ydı , maşı ndan düşən kimi
gənc ermənilərin üstünə getdi:
-Qulağı nı zı kəsərəm, tayqulağ eliyərəm sizi,
dağı lı şı n, burdan!
Gənc ermənilər onun üstünə yeridilər, sürücü əlini
cibinə atı b durdu. Onlar da dayandı lar... Camaat
tələsə-tələsə avtobusa doluşurdu... Bütün evlər boyu
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |