2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
malagan, kürd, erməni pəncərələri göz gətirmişdi,
Azərbaycan türklərini xata gözləyirdi.
Erməni dərsi...
Apedin əkdiyi ağaclara adı mı zı yazanda
yeniyetmə çağı mı z idi. Apedin xəbəri yoxdu, bı çağı
götürüb bir- bir ağacı n gövdəsinə adı mı zı qazı rı q;
yəni, erməninin əkdiyi ağacda adı mı z qalsı n...
-Bunnarı niyə bəzəmisən, a musurman? - Aped
sinif rəhbərimı zlə görüşüb bizi göstərdi.
-Komsomola keçirlər, ona görə gətirmişəm.
-Elə bil sünnət elətdirəcəksən, niyə belədi
bunnar? Niyə tumannarı nı çəkirlər?
Aped düz demir, acı ğı ndan, hikkəsindən belə
deyir, o bizi tozun torpağı n içində, bulaşı qlı , kirli,
əzı lmiş, ağlayan görmək istəyir. Bizsə səliqəli,
yaraşı qlı , buz baltası kimi sağlam yaylaq
uşaqları yı q... Dəstələnib onlara tərəf gəldik. Boyda-
buxunda hamı mı zdan fərqlənən Qaraca müəllimin
oğlu qabaqdaydı , Aped əyilib düz onun gözünün içinə
baxdı :
-De görüm, bura haradı ?
Uşaq əvvəl duruxdu, çaşqı nlı q içində ətrafı na
baxdı .
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bura Kalininodu, əvvəlki adı Uzunoba olub,
rayonumuz iyirmi səkkiz kənddən ibarətdi, iyirmi üçü
Azərbaycan kəndidi, beşi erməni, onnar da
qarı şı qdı . -Birnəfəsə belə deyib başı nı aşağı saldı .
Aped bunu gözləmirdi:
-Azərbaycandı həə, bura... -rəngi göm-göy
göyərmişdi, qapı dan asdı ğı dərilərdən seçilmirdi
-Yox, - dedi uşaq, -Ermənistandı .
Müəllim irəli yeriyib arada dyandı :
-Aped kirvə, mən uşaqları gətirdim ki, sizin
xəritənizə baxsı n,- qoluna girib dükana tərəf apardı .
Apedi söz tutmuşdu, bilmirdi nə desin:
-Komsomol olmağa gəlib özü də!
Xəritənin önündə ayaq saxladı , ağacı n
aşağı sı ndan dəri, yuxarı sı ndan xəritələr ası lmı şdı .
Xəritələr də dəri kimi aşı nmı şa oxşayı r. Aped,
əlində çubuq, Qaraca müəllimin oğlunu axtarı r:
-Qabağa gəl, sən gedib Kalininonun Uzunoba
olduğunu tapı b çı xardı rsan, iyirmi səkkiz kəndin
iyirmi üçünün türk kəndi olduğunu öyrənirsən, erməni
dilini, erməni tarixini öyrənmirsən amma... Bax,
dənizdən dənizə böyük Ermənistan... - dəri
aşı ması nda işlətdiyi çubuğu xəritənin bu başı ndan-
o başı na uzatdı . -Haradı ora?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Müəllim, bu dənizlər hansı dənizdi? - Uşaqlar
ö
z müəllimlərindən soruşurdu.
-Müəllim...
-Sonra, sonra... indi yeri deyil, indi hə deyin...-
Sinif rəhbəri xatanı n bir addı mlı ğı nda olduğunu hiss
eləyirdi...“Uşaqları aradan çı xartmaq lazı mdı ...”
Ermənilər yan-yörədən axı şı b gəlirdilər. Apedin dərsi
başlamı şdı ...
-Bir-bir aralanı n...
Çəkildilər. Aped artı q indini görmürdü, coşub
ö
zündən çı xmı şdı .
-...Aşxabad da bizim şəhər olub, Aşxarabar
erməni şəhəri... bütün dünyaya əlifbanı da biz
vermişik... Gənçə Qandzakdı ...- Deyib-deyib
ağlayacaqdı .
...Biz Apedin dükanı ndan aralanmı şdı q. Yəqin
ki, hamı mı z eyni şeyi fikrləşirdik, yəni, xəritədəki yer
haradı , hansı dənizdi o dənizlər... Müəllimdən
soruşacayı q, amma hələ yox, yan-yörə dolu ermənidi.
Bəlkə də qorxduğumuza görə bizə elə gəlir; işlərini-
güclərini atı b ardı mı zca düşüblər, əslində də elədi,
bizim yaşda olan erməni uşaqları söz ata-ata
ardı mı zca gəlirlər. Bir-ikisinin əlində daş var...
-Qabağa bax!- Sinif rəhbərimiz boynumdan
yapı şı b irəli itələdi.- Dava axtarı rsan?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Müəllim, bayaqdan bizi söyürlər. -dedim, səsimi
çı xartdı ğı ma görə ağlamaq istədim.
Müəllim bizi irəli buraxı b erməni uşaqları yla
aramzda qaldı :
- İ nçek uzum, dğerk
29
?
Elə bu vaxt Apedin yadı na düşdük, deyəsən, bizi
uzaqdan-uzağa dükanı n qabağı na yı ğı lmı ş
ermənilərə göstərib deyirdi:
-Fikir verin, necə sağlam, necə sağdı lar...Nə oyun
açı rsan-aç, dəyişən deyillər, soruşursan, millətini də
bilmir, bilmir nə millətdi, amma yenə mən onun
dilində danı şı ram...
Yazda, qı şda qalstuku boynunda olan eynəkli
erməni, yəni baş həkim, burdakı ları n diliylə desək,
akademik Ulubabyan şlyapası nı çı xardı b əlinə aldı ,
niyəsə az qaldı yerində fı rlansı n:
-Onnarı özünə qaytaran bizik, bizi görüb özlərinə
gəlirlər. İ ndi sən onnan niyə soruşursan ki, nə
millətsən? Qoy elə musurman olsun qalsı n...
-Musurman olmağı daha güclü olmaq deyilmi,
hinger varjaped?
-Müsəlmançı lı qda güclü olmaq, türkçülükdə
güclü olmaq deyil. Bizim düşmənimiz türkdü,
müsəlmanı n düşmən olmağı sa başqa söhbətdi. - dedi,
29
Nə istəyirsiz, uşaqlar? (oğlanlar) (ermənicə).
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
birdə-birə halsı zlaşdı , qolundan tutub Apedin
düzəltdiyi sallama dəri kətildə oturtdular. - Türklərlə
bağlı düz düşünürük, həmişə də düz düşünmüşük...
katibə də dedim, - başı yla Partiya Komitəsinin
binası nı göstərdi,- fikirlərimiz düzdü, planları mı z
doğrudu, heç birini işə qoymuruq, son vaxtlar ev
yerləri ayrı lmı r, suyu yox, yolu yox, ona görə də
cavanları azalı r, bu, çox yaxşı dı , belə də eləmək
lazı mdı ...- Başı nı qaldı rı b altdan yuxarı düz
Apedin gözlərinin içinə baxdı . - Bilirsən katib nə dedi?
Dedi, bəs niyə biz türklərin arası na düşəndə özümüzü
düz aparmı rı q, onun dilində danı şı rı q, onun
musiqisini çalı b-oxuyuruq, bir dənə də olsun milli
yeməyimiz yox, adı mı z onun, soyadı mı z onun, sənin
familin Ulubabyan, mənim ki, Bağdasaryan...
Varjapedin başı na yı ğı şı b onu görünməz edən
ermənilər narahatçı lı q içində qurdalandı lar, hamı
bir-birinin soyadı nı fikirləşə-fikirləşə baxı şdı lar.
Dəmirçiyan, Köçəryan, Ağacanyan, Balayan,
Toxmaqyan, Nənəcanyan, Şahsuvaryan,
Şahgəldiyan...
-Niyə belədi, hinger Varjaped?! - Aped əlini əlinin
ü
stə qoyub ona sarı uzatmı şdı . -Hanı bəs, bizim
kitabları n yazdı ğı Ermənistan?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bilirsən niyə belədi, bu haqda çox fikirləşmişəm,
rəhmətlik müəllimim Acaryan da deyirdi, deyirdi ki, o
xalq çox güclüdü, o xalqı zəiflətmək istəyisənsə, zəif
millətini yarat. Anladı nmı ?
Hamı sı bir yerdə başı nı buladı :
-Yox.
-Bilirsiz, xalqı n gərək oxumuşları yarana,
savadlı adamları əmələ gələ, yalançı savad yox;
dünyanı tanı ya, özünü dünyaya tanı da, əgər bu
varsa, bu cür oxumuşları , savadlı ları varsa deməli,
millət yaranı r. Bunun da oxumuşları var, amma oxu-
muşları nı özünə oxşada bilmədi, - varjapedin birdən-
birə üzü gülməyə başlamı şdı .-Bax, burda düzgün yol
seçildi, - Apedə baxı b başı yla yenə Partiya
Kömitəsinin binası qrşı sı ndakı heykəli göstərdi. -Sən
ona pis baxma, onun ağı llı işləri çoxdu, birinci ağı llı
işi o oldu ki, millətin adı nı dəyişdi, millətin adı
dəyişirsə deməli, tarixi də dəyişir, tarix də dəyişdisə,
deməli, sən bir millət kimi indi doğulmusan, təzə
yaranı rsan, ya da heç yoxsan. Bir sözlə, bu xalqı n
ziyalı sı özünə oxşamadı , sovet məktəbi dəyişdirə
bildi onnarı ... -Varjaped elə bil yenə huşa getdi, əyilib
düzəldi.
-Sağ ol, hinger varjaped, sizin şərəfinizə indi
qonaqlı ğa oturacağı q.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Varjaped işı ğı azalmı ş solğun gözlərini
dolandı rı b Apedə zillədi:
-Amma gör sən neynirsən, aşı q oxudursan,
gedirsən türk məclislərinə, türk aşı ğı na pul verirsən
ki, oxu. O da oxuyur. Nədən oxuyur, bilirsən? - Yenə
ətrafı na göz gəzdirdi, gülümsədi, üzü-gözü gülüş
qarı şı q neçə il qabaq bizim ağaca yazdı ğı mı z
adları mı z kimi əyiş-üyüş oldu, əllərini şlyapa
qarı şı q irəli uzatdı . - Oxuyr Koroğludan,
Babəkdən...hə, indi de görüm, Koroğlu musurmandı ?
Babək musurmandı ?
Aped varjapedin nə demək istədiyini indi-indi
anlayı rdı , özünə yı ğı şı b, daralı b, pisikib dərisi biz-
biz olmuşdu.
-İ ndi sən o uşaqdan soruşursan ki, nə millətsən,
o da gedib öyrənəcək, -şlyapalı , qalstuklu varlaped
niyəsə şlyapası nı çevirib içinə baxdı . -Öyrənəcək,
biləcək ki, türkdü, hələ onu da biləcək ki, qı lı nc
gücünə müsəlman olub...Gördün, necə cavab verdi,
rayonun adı dedi, Uzunobadı . Bu onun özünü dərk
edib anlaması dı . Onu istəyirsən?! İ stəyirsən ki, o,
ö
zünü tanı sı n?!
Küçənin bu başı ndan o başı na yayı lan
uğultuya, səsə- küyə boylandı lar, gənc ermənilər
azərbaycanlı uşaqları müəllim qarı şı q daşa
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
basmı şdı lar. Müəllim uşaqları da başı na yı ğı b gü-
lümsəyə-gülümsəyə atı lan daşları n altı nda
dayanmı şdı , qarşı sı alı nanacan da beləcə
dayanacaydı .
-Bilirsiz Pyotr vəsiyyətində nə deyib? Pyotr
Pervı y, Dəli Petro, allah ona rəhmət eləsin, o
olmasaydı , türkün əlinnən heç nəyi almaq mümkün
deyildi. Qafqazda yeri də bizə o verdi. O, düşünmüşdü,
o, hazı rlamı şdı , onun planı ydı . Bilirsiz nə deyir,
vəsiyyətində, deyir, çalı şmaq lazı mdı ki, türk daha
qatı dindar musurman olsun. Pulu olan pulunnan,
varı olan varı nnan keçsin, onnarı bir-birinin üstə
qaldı ra bilsin, məscid tikdirsin, molla məktəbləri
açdı rsı n, elə eləmək lazı mdı ki, şiə, sünnü mollaları
ç
ox olsun...Hər halda, molla müsəlmandı , türk olsa
da, türkçü deyil, mən bunu sizə əlli ildi deyirəm, siz də
gedib aşı q oxudursunuz, amma hər erməninin ən azı
otuz molla dostu, kirvəsi olmalı dı ...
Aped bu iki daşı n arası nda özündən ası lı
olmadan türk məclislərini xatı rlayı rdı . Aşı q Ayvazla
şəyirdinin bir-birinin sazı nı n altı ndan keçə-keçə
ç
alı b oxymağı gözünün qabağı ndaydı ... “onları n
mahnı ları nı dinləməsəm, bağrı m çatlayar mənim”,
fikirləşdi, başqa şeyləri dedi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bunnarı n içi dəyişmir, hinger varjaped, molla
olması n, çoban olsun, baxı rsan heç nədi, di gəl sən
bunnan iş gör, söhbət elə, bir məclisdə otur, heç
deməzsən ki, çobandı . Bunnar güçlüdülər, hinger
varjaped, mən bunları n mahnı ları na, adətlərinə öy-
rəşmişəm, onsuz dözəmmirəm. Bağı şla məni, biz heç
David Sasunskidən oxuyuruq?
Elə bu vaxt Dursunoğlu erməni yı ğnağı na,
uçuruma yaxı nlaşı rmı ş kimi, çəkinə-çəkinə
yaxı nlaşdı , Apedə sarı əyilib yavaşcadan dedi:
-Qarakəlləoğlu papağa qoyun teləyir, səni
ç
ağı rı r.
-Harda? - Aped bir anlı ğa elə bildi təkdi, tələsik
yı ğnaqdan qı rağa çı xdı .
-Nə deyir bu musurman? - Varjaped, doğrudan da
bir şey anlamamı şdı .
-Varjaped, türklər bazarı n qı rağı nda “telək
oyunu” keçirirlər, dəvət eləyirlər bizi...
-Nə oyunu?
-Çoban oyunudu, nədisə...
Hamı sı qalxı b dəstəylə “telək oyunu”na
baxmağa getdilər...
Telək oyunu, yaxud, papağı n quzu olması ...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağ, uzun gərdənli, qaragözlü, qumral qoyundu,
mələyə-mələyə bazarı dolaşı r, buynuzuna əl boyda
ağ yaylı q bağlanı b.
-Es inça, ay mart, es um oçxarne
30
?
Ermənilər ondan-bundan soruşa-soruşa bir-
birilərinə qarı şmı şdı lar. Azərbaycanlı lar dinməz-
söyləməz öz işlərindəydi, dinib danı şan yoxdu. Yaşlı
qadı nlardan biri bası nı qaldı rı b:
-Telək qoyunudu, - dedi, buynuzundakı ağ
parçanı göstərdi.
Yenə heç kəs heç nə anlamadı . Ermənilər heç,
türklərin də çoxu bilmədi arvad nə deyir, “ telək
qoyunu” nə deməkdi.
-Bunu niyə mal bazarı na aparmı r bu kişi?
Bazarı n tör-töküntülərindən o qədər də
seçilməyən bazar itləri qoyunu yiyəsiz görüb hürməyə
başlamı şdı lar...Qoyun artı q heç nə seçmirdi, hər şey
gözlərinə eyni cür görünürdü ...Bazarda ancaq
qaraltı lar var, hər şey bir-birinə qarı şı b, hürənlə
hürməyən, gülənlə gülməyən, oturanla duran, malağan
rusuyla kürd, erməniylə türk, bazar müdürüylə, bazarı
indi də deyinə-deyinə süpürməkdə olan süpürgəçi
hamı sı bir şeydi, daş- divar kimi bomboz, qoyun da
30
Bu nədi, a kişi? Kimin qoynudu bu? (ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ö
zünü bu daş-divara vururdu. “Daş-divar” da arada
qoyuna təpik atı rdı , söyürdü, daşa bası rdı , sonra
niyəsə qaraltı lar onun buynuzundan yapı şdı , güllü-
ç
içəkli don geyinmiş, amma ətri olmayan bir arvad
qan kimi qı p-qı rmı zı narı başı nı n üstünə qaldı rı b
Qarakəlləoğluna baxdı ... Apedgil də elə indi gəlib
ç
atdı lar. Bazarkom Civan bayaq qoyuna izin versə də,
bazara girən sayseçmə erməniləri görüb özündən
çı xdı :
-Çoban köpəyuşağı , yı ğı şdı rı n qoynu-zadı
burdan!
Aped də, varjaped də əllərini qaldı rdı lar,
bazarkom Civan qaça-qaça gəldi, hamı sı bir yerdə
Qarakəlləoğluna doğru getdilər. Qarakəlləoğlu onları
görüb ayağa durmuşdu, görüşdülər.
Qarkəlləoğlu başı na buxara papaq qoymuşdu,
qucağı nda da qoyun dərisindən bir papaq vardı , ağ
saçaqlı çoban papağı dı .Varjapedi tanı ya bilmədi,
birinci kərəydi görürdü, dönüb Apedə baxdı . Aped
irəli yeriyib əlini onun qucağı ndakı saçaqlı papağa
toxundurdu:
-Müəllimimdi,-dedi, varjapedə sarı dönüb
yüngülcə baş əydi, sözünü ermənicə tamamladı . -
Hinger varjaped Ulubabyan!
Qarakəlləoğlu da baş əydi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Ustadı mən də salamlayı ram, qonağı m
olarsı nı z, hörmətli ustad, hörmətiniz artı q olsun.
Bazarkom Civan bazarı n bir səmtində yer
düzəltdi, əyləşdilər... o başda qoyunu tutub hələ də
gözləyirdilər, arvad əlini narqarı şı q Qarakəlləoğluna
tərəf silkələyib:
-Neynim?- dedi.
-Gözlə.
-Nədi yapdı ğı n, nə yapı yorsun? - Varjaped
Ulubabyan niyəsə osmanlı ləhcəsində soruşdu.
-Öz dinin üstündə allah sənnən razı olsun, ustad,
deyin eləmişəm, uşaq əsgərlikdən gəlsin, çöl
papağı mı qoyuna quzu eləyəcəm, qoy papağı m quzu
olsun...
Varjaped birdən-birə kədərləndi, üzü-gözü elə bil
dala dartı ndı , handan-hana başı nı qaldı rı b
gülümsədi...Bütün bunlar onun iliyinə işləyirdi, ona
görə də canı nı n lap dərinliyində titrətmə içindəydi.
İ stədi desin ki, böyük türkoloq alim Acaryan işləyib
bunu, amma çobanı n dediyini ayrı şey hesab eləyib
dinmədi.
-Papağı diriltmək istəyirsən çoban? Deyirsən ki,
papağı m quzu olacaq?
-O qoyunun quzusu dünən doğuldu da öldü,
dünənnən balası nı axtarı r, indi gərək elə eləyək ki, -
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qucağı ndakı saçaqlı papağı irəli uzatdı , -qoyun elə
bilsin doğduğu budu...papaq!
-Allatmaq istəyirsən heyvanı ...
-Yox, hörmətli erməni, qoyunu inandı rmalı yı q,
elə bilsin ki, hələ doğmayı b, indi doğacaq. Doğanda
çəkdiyi ağrı nı yaratmalı yı q.
Qaragözlü qumral qoyun sakitləşmişdi, başı nı
buynuzundan yapı şmı ş adamları n ayaqları arası na
salmı şdı .
-Təzdən başlayaq, -dedi Qarakəlləoğlu, üzünü
divarı n dibində sı rayla oturmuş ermənilərə tutdu. -
Qorxusunu uddu heyvan... Təzədən başlamaq
lazı mdı .
Belə deyib də ayağa durdu, bu başdan o başa
əlini yellədi. Bayaqdan əlində nar tutmuş yekəpər
arvad işarəni görən kimi ətəyini qoyunun başı na
keçirdib qoyunla bir yerdə fı rlandı , sonra çəkilib
əlindəki gülöyşə narı qoyunun başı na çı rpdı .
-Məni görməsin, - dedi Qarakəlləoğlu, - yiyəsini
görsə, heç nədən qorxmaz... - Döngəni burulub
görünməz oldu.
Qarakəlləoğlunun iyi qoyunun burnunun
ucundaydı , özü yoxdu amma, ona görə daşa divara
çı rpı lı r. Yamacı ndan təzəcə endiyi yaylaqlar
yaddaşı ndan silinməkdədi...Gözünün önü boşalı r, bir
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
azdan hər yanı qı p-qı rmı zı rəng içində görəcək. Hə-
ləlik Qarakəlləoğlunun havası başı nı n üstündədi,
onu arayı r. Bazarı n girəcəyində gözləyən oğlanlar,
qoyunu bir neçə kərə yerində fı rlayı b təzədən
buraxdı lar, qoyun özünü yenə ora- bura vurdu,
birdən-birə elə bil hamı cildini dəyişdi... Görünüşdə,
danı şı qda, xasiyyətdə hətta dində- məsshəbdə belə
ç
oxdan bir-birlərinə bənzəyən bazar əhli nə baş
verdiyini bilmədən hücuma keçdilər. Qoyunun
yaddaşı nda yaylaq qalmamı şdı artı q, hardasa quzu
mələyirdi, bir də Qarakəlləoğlunun sifəti, üzü-gözü
dolaşı rdı havada. Hanı bəs, bunnar? Özünü bazarı n
daşı na-divarı na vursa da, daşda-divarda quzu səsi
yoxdu, gülənlər də əyri gülür, bazarı n
yeməkxanası ndan qab- qacaq çı xardı blar, qazan dibi
döyürlər, qaraltı ları n hamı sı nı n üzü-gözü əyilib...
Cavan oğlanlardı , hərəsi bir yanı ndan tutub
fı rlayı rlar.
-fı rla, döndər, qoy başı hərlənsin! -Kimsə
qarı şı qlı ğı n içindən dilləndi.
Doğrudan da, kinoya baxı rlarmı ş kimi tamaşa
eləyən ermənilər təəccüb içində quruyub qalı blar. Heç
kəs heç nə anlamı r, dönüb varjapedə baxdı lar.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Mən bunlarda belə şeyləri çox görmüşəm, -
Aped başı nı varjapedə sarı uzatdı , - amma papaq,
birinci kərədi.
Bayaqdan təmkinini pozmayan varjaped
şlyapası nı çı xardı b elə tutmuşdu ki, deyirdin indi
qoyuna atacaq. Aped istəyirdi varjaped bu haqda nəsə
desin, amma hamı bu qarı şı qlı ğı n içindəydi, erməni
erməniliyindən qalmı şdı , cı ğallı q yox idi, qəsdən
qarğaşalı q yaratmaq, hay-küy salmaq istəyənlərə
meydan açı lmı şdı ... Bayaq türk uşaqları nı
müəllimqarı şı q daşa basmı ş gənc ermənilər də
gəlmişdilər, amma indi bilmirdilər daşı kimə atmaq
lazı mdı , çaşı b qalmı şdı lar, ermənilik eləyə bilmir-
dilər, əlləri, daşqarı şı q, göydə oynayı rdı :
-Rədd olsun türklər! Türklərə ölüm!
Bazarkom Civan onlara tərəf qaçdı :
-İ nçek anum, şan dğerk, hima jamanaqiçe
31
...
-Es inçe, keri Civan, inçe badahel?
32
- Gənc
ermənilər bir şey anlamadı qları ndan özlərinə yer tapa
bilmirdilər. Bazarda malağan, erməni, türk, kürd
qarı şı q, hamı ayaq üstəydi, çoxu daxı la dı rmaşı b.
Qartofsatan kartofundan, almasatan alması ndan atı r
qoyuna... Qarakəlləoğlu hələ də yoxdu, bazarı n
31
Neynirsiz, it uşağı , yeri deyil, Bura o yer deyil. (ermənicə)
32
Bəs nədi bu, Civan dayı , nolyb burda? (ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
görünməyən tinindən göz qoyur. Qoyun son səsini
mələyir, Qarakəlləğluna da elə bu an lazı mdı ,
qoyuna doğru yüyürdü:
-İ rreeeh...!-Saçaqlı papaq əlində diz çöküb
gözləyir, bazarı n arxa qapı sı dı , bütün səslərdən
seçilən bu doğma səsi qoyun özü tapacaq.
Qarakəlləoğlunun heyvanlarla danı şdı ğı dil
qələmə gəlmir, bu dilin əlifbası onun canı ndadı . İ ndi
bazarı n çı xacağı ndan kökü canı nda səslənən həmin
dillə qoyunu səsləyir. Bu səslə elə bil qoyunun içini
çəkirlər. Qarakəlləoğlunun yanı nda beş-altı nar var,
bir qab duzlu sudu, bir az aralı da kababçı köz yel-
ləyir...Ermənilər baş-başa verib varjapedi dinləyirlər.
Varjaped böyük türkoloq alim Acaryandan
danı şı r... Qarakəlləoğlu saçaqlı papağa duzlu su
vura-vura füşkürəklə bütün türk dünyası nda anlaşı lan
“qoyun sazı ” çalı r:
-İ rreeeh...!
-Haskacak, asuma mod ari,
33
- Varjaped həyəcan
içində erməniləri başa salı rdı .
Qoyun Qarakəlləoğlunu bazar əhlinin ayaqları
arası ndan gördü, bir anlı ğa duruxdu, bu bir an, onun
südünün kəsildiyi an idi, səsinin batmağı yla
33
Anladı nı z? Deyir, gəl, yaxı n gəl! (ermənicə)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |