Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə15/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

  -Erməni millətinnən də yazmı san? 



  -Yox,-dedim, -nədi, sən ermənisən?  

  -Hə,- dedi, - xahiş eləyirəm, ermənilərdən də 

yaz! Ermənilərdən də yox, erməni millətinnən. 

Doğrudan da, onun erməni olmağı  ağlı ma 

gəlməzdi heç... Amma o gündən sonra milli 

anlayı şı na görə ona daha çox hörmət  eləməyə 

başladı m. Fakültəmizin qı zları yla davam elə bunun 

ü

stündədi. 



-Biz ərə getmək istəyirik, bizim inqilabı mı z ərə 

getməkdi, bizə ərdən başqa heç nə lazı m deyil... -

Uğunub gedirlər, hərəsi birimizin qoluna girib müəllim 

masası na tərəf gətirir. -Alı n bizi, sonra nə desəniz biz 

hazı r, lap bir yerdə inqilab eləyərik. 

Məni aralı ğa aldı lar: 

-Nə düşmüsən bəs, Xallı nı n dalı nca, o erməni 

qı zı nı n, zəng vurulan kimi qapı sı nı n ağzı nı  

kəsdirirsən, utanmaz. Get, inqilabı nı  onunla elə! 

Beləsiz bax, hamı nı z... 

İ ndi auditoryaya göz gəzdirirəm, “əvvəl ər, sonra 

inqilab...” deyən bizim fakültənin qı zları  da burdadı , 

inanmazdı m ki, gələlər. Hamı sı  ordan bura əl 

eləyirlər, salamlayı rlar məni. Mən Xallı dan başqa 

heç kəsi görmürəm, açı ğı  budu, fikrimdən çı xmı r, 

hara baxsam da onu görürəm. Qı zları mı z bunu hiss 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

eləyiblər artı q. İ ndi də ona baxdı ğı mı  görüb barmaq 



silkələyirlər... 

-Alman milləti həm də xalqdı , - çı xı şı ma yenə 

belə başladı m. - Bunu belə də demək olar, alman 

xalqı  həm də millətdi. Yəni, alman xalqı  alman 

millətini doğdu, ana uşağa qalan kimi alman xalqı  

alman millətinə boylu oldu, Avropada yüz illik, ikiyüz 

illik millətə hamiləlik dövrü yaşandı , qı sı r qalan, 

doğmayan xalqlar olsa da mən bu dövrü, həm də 

xalqı n təlim, tərbiyə dövrü adlandı rı ram...Vaxt gəlir, 

vədə tamam olur, xalq öz millətini, yəni, özünü 

dünyaya gətirir...İ stədi istəmədi, xalq bic də doğur...” 

Auditoriyanı  aşağı lardan eşidilən qəribə uğultu 

dolaşdı , niyəsə hamı  qapı ya baxdı , təzədən sakitlik 

çö

kdü. Mən bir anlı ğa əmimin sözlərini xatı rladı m. 



“Sənin hələ burnun əzilməyib, hələ Sovet hökümətinin 

yumruğunu yeməmisən. Sən hələ KQB-nin nə demək 

olduğunu bilmirsən, nə qədər ki, başı na oyun 

açı lmayı b yı ğı şdı r, bu xatalı  fikirləri...” 

Qapı  hələ də açı qdı , tanı madı ğı m adamlar 

doluşur içəri. Mən mat-məətəl qalmı şam ki, 

Balacahunlu nə əcəb görünmür... 

-Sən mənim yanı mda belə şeyləri deyirsən, 

bədbəxt oğlu, başqa yerdə demə. - Balacahunlu bunu 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dünən dedi, mənə. Bu günə belə hazı rlaşdı ğı mı  



hardan bilib görəsən? 

Rus sektorunun azərbaycanca bilən tələbələri 

mənim çı xı şı mdan qeydlər eləyirlər... “Azərbaycanca  

bilən tələbələr” 1960-cı  illər üçün nə deməkdi? Özü də 

rus bölməsində. İ nqilaba bərabər bir şeydi. 

Xalq bic də doğa bilər...Bu fikrə bir də qayı tdı m, 

daha çox rus sektorunun azərbaycanca bilən 

tələbələrinə eşitdirmək istəyirəm...Elə sakitlik çöküb 

ki, bayaqdan yaddan-yaddaşdan şı xmı ş  şəhər  

küçələrinin səsi zəng səsi kimi dolur içəri.  

...Xalq bic də doğa bilər...Yəni, xalq yüz-yüz illər 

boyu keçdiyi inkişaf yolunu öz kökü üstündə apara 

bilmir, get-gedə öz yolunu itirir, ya da özgə xalqı n 

obrazı nı  geyinir, başqa xalqa səmt yolu seçir, ona 

görə də özünün doğduğu, bətnindən çı xartdı ğı  millət 

ö

zünə oxşamı r. Buna da deyilir, “xalq bic doğdu”. 



Hər halda xalq obrazı  deyilən anlayı ş mövcuddu, 

yaxşı  mənada da, pis mənada da. Rus xalq obrazı  

dedikdə təsəvvürümüzdə sadə, təvözökar, dinc, eyni 

zamanda sözündən dönməyən, sağlam, çalı şqan bir 

xalq canlanı r. Amma bununla belə mənə elə gəlir ki, 

rus milləti rus xalqı na oxşamadı ... bir sözlə rus xalqı  

ilə rus milləti ayrı -ayrı  obrazlar halı nı  aldı . Yəni, rus 

xalqı  bic doğdu... Türk-tatar xalqı ndan mayalandı , 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bir az alman millətindən, bir az ingilis milliyəsindən, 



xeyli dərəcədə yəhudilərdən götürdü, dikəldi. Bu 

səbəbdən də bir çox tarixi məqamlarda heç özünü də 

tanı madı , iri, nəhəng milli addı mlarla özü öz üstün-

dən, yəni xalqı n üstündən keçı b gələcəyə yol aldı , bir 

neçə yüzilliklər ərzində bütün əzəmətiylə boyunu 

göstərə bildi, dünyanı n hər yerindən onu gördülər. 

Amma bütün bunlarla yanaşı  öz xalqı na oxşamayan 

rus milləti xalqı nı  ardı nca apara bildi...Rus xalqı  iki 

əsrdən çox özünə oxşamayan rus millətinin ardı nca 

gedə-gedə “öz doğduğuna, özündən çı xana” - rus 

millətinə bənzəmək dövrünü yaşadı ... 

Mənim fikrimcə rus xalq olaraq da güclüydü, 

1941- 45-ci illərdə başı nı n üstə dayanmı ş rəhbərləri 

müxtəlif millətlərin nümayəndələri olsa da döyüşlərdə 

qələbə çaldı . Bu, təntənəli qələbə rus xalqı nı n 

qələbəsiydi...rus millətinin yox.  

Əfqanı stan müharı bəsində isə artı q rus xalqı  yox 

idi, birləşmiş Sovetlər İ ttifaqı nı n birləşmiş milliyəsi-

milləti, daha doğrusu, sovet vətəndaşı  vardı , 

müharibəni də onalar aparı rdı ... O biri tərəfdə isə 

xalq dayanmı şdı , Əfqan xalqı . Bu müharibədə də 

xalq qələbə caldı ...Əfqan xalqı ...Millətlərin 

müharibəsinə mən devlərin döyüşü deyərdim, canı  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

şüşədə olan devlərin müharibəsi... Xalqsa daha çox 



təbiyət hadisəsidi... 

İ

nsan yuvası ndan çı xarkən addı mı nı  bir daha 

qayı tmamaq qorxusuyla atı r. Düşünməyi bacaranlar 

bir addı m qabağı  görənlərdi. Düşünməəziyyətdi 

deyə düşünməyənləçoxdu; bu da bir cür köləlikdi, 

yəni əgəözünşün də olsa düşünmək istəmirsənsə hara 

dartı rlar ora getməlisən. Hara dartı rlar ora 

gedirsənsə bu güclə getmək deməkdi. Güclə getməksə 

yüyənin kimlərinsə əlində olmağı dı . Bu neçə yü

illərdə bizim yüyənimiz sözüəsl mənası nda yad 



ə

llərdə oldu...Atı əhilləşməsi,- yəni öyrədilməsi 

onun tutulması ndan başlayı r. Tutdun, başı na noxta 

saldı n, qorxuda bildinsə sənindi...Xalqlar da belədi. 

Köləliyin əvvəli zəbt  olunmaqdan başlayı r; xalq zəbt 

olunur, cəmiyyət qorxaqları yla içinə yı ğı lı r, 

qorxmazları  seçilir, üzə çı xı r, baş qaldı rı r və 

qı rı lı rlar, amma bu ölüb qurtarmaq deyil, əksinə 

yenidən dikəlməkdi, xalq öz içiylə yol gedib yenidə

dikəlirsə artı q xalq kimi yox, millət olaraq görünür. 

Fikir verin, bəlkə də yüz-yüz illərdi yəhudi xalqı  

yoxdu, yerində millət var...Dediyimiz kimi öz içiylə yol 

getməyi bacaran xalq bu şəkildə millətə çevrilir...” 

Qapı nı n ağzı nda qaraltı lar qaynaşdı , keçib 

yuxarı  başacan gəldilər, boş yerlər olsa da aralı q 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

boyu sı rayla dayandı lar. Mən susub qapı ya baxdı m, 



dekan da elə bu vaxt göründü, qapı dan içəri yad kimi 

girdi, yanı nda da bir-iki adam, elə bil öldürməyə 

aparı rdı ar...Əsəbi, titrək  addı mlarla düz üstümə 

gəldi: 


-Nədi bu? Nə hoqqadı  çı xardı rsan? Yaramazı n 

biri, yaramaz! -Yazdı qları mı  dartı b stolun üstündən 

götürdü. -Yı ğı şdı r bu zir-zibili! - Üzünü auditoriyaya 

tutub tamam başqa səslə əlavə elədi. - Nədi, mitinqə 

yı ğı şmı sı z? Dağı lı şı n siniflərinizə!  

  Uşaqlar sağdan-soldan səs-səsə verdilər. Məni 

elə bu səs-küyün içiylə apardı lar. Xallı  qı zı n səsini 

eşitdim, daha doğrusu, səsini yüz cür səsin içindən 

tanı dı m. 

-Biz özümüz onun kurs işini dinləmək istədik, onu 

biz məcbur elədik... 

Dönüb baxdı m, gözləri iri-iri açı lmı şdı , 

ardı mca kədər, nəm qarı şı q işartı lar saçı rdı . 

Gülümsəyib əlimi qaldı rdı m, bizim qı zlar üstümə 

axı şdı lar, amma mən könlümün dərinliyində Xallı yla 

vidalaşı rdı m. 

 Elə ordan bir neçə dostumla bizi KQB-yə 

apardı lar, amma tez də buraxdı lar. Mən çox sonralar 

biləcəm ki, bizi akademik Balacahunlu buraxdı rı b... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir müddət dərs danı şmadı m, Balacahunlu heç 



lövhəyə də çağı rmadı . Ancaq bir neçə aydan sonra  

Balacahunlunun “Xaqlar dostluğu və cəmiyyət” 

mövzusunda mühazirəsi zamanı  əlimi qaldı rdı m, bir 

neçə cümlə demişdim ki, süzümü  kəsdi: 

-Sənə dərs olmayı b, həə, yenə dərsi yox, ağzı na 

gələni danı şı rsan, niyə əl çəkmirsən cəmiyyətin 

canı ndan, erməni elədi, gürcü belədi, nəyinə lazı mdı  

sənin, bunun heç bizim dərsimizə dəxli var? - Əllərini 

ç

iynimə qoymuşdu, köynəyimdən yapı şı b yüngülcə 



silkələdi, barmaqları nı n giziltisini canı mda hiss 

etdim, dönüb yerinə tərəf getdi. – Bu günki 

dərsimizdən iki alı rsan!  

Demək istəyirdim ki, nəinki bu günkü dərsimizə, 

gələcək dərslərimizə də dəxli var...İ mkan vermədi, 

arı q,uzun barmaqları nı  qapı ya sarı  tuşladı , yəni, 

qovaram dərsdən. 

 

Badam ağacı nı n kölgəsindəki akademik... 



 

Ermənistanı n bu ucqar dağ rayonunda akademik 

Balacahunlunu yenidən xatı rladı ğı ma görə yoruldum 

elə bil, yaddaşı mda, düşüncəmdə hər şey bir-birinə 

qarı şdı ... Onun kası bçı lı q yağan sirli görkəmini 

düşüncəmdən çı xara bilmədim...  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“ -...otuz yeddinci ildə özünə türk dediyi üçün 



atamı  sürğün elədilər. – Balacahunlu badam ağacı nı n 

dibində gözləri yaşara-yaşara deyirdi, - səhər tezdən 

aparmı şdı lar, axşamayaxı n gətirdilər, üz-gözündə 

sağ yer yox idi, qan içindəydi. Gözlüklü, yekəpər kişi: 

-Buyur görək, - dedi atama, - indi biz sənin ailənə 

nə deyək, türk ailəsi, yoxsa...?! 

-Bu ailə də Şura hökümətinin ailələrindən biridi, 

azad ölkənin azad vətəndaşları dı , necə istəyərsiz elə 

də deyərsiz, hansı  millətin adı nı  istəyərlər, o adı  da 

götürərlər, sizin sağlı ğı nı za da işlədərlər, - üzü-gözü 

qan içində gözlənilmədən qəh-qəhə çəkib güldü.- 

Ancaq mən türkəm, yoldaş Nersesyan, sən nə qədər 

ermənisənsə mən də o qədər türkəm! 

Biz anamı n əl-ətəyinə yı ğı şmı şdı q, anam 

dinməz-söyləməz bizi qanadı nı n altı na alı b, 

tərpənmir, amma içindən- içindən titrəyir, anama 

sarmaşı b biz də titrəşirik, ailəmizin içindən hı çqı rtı  

səsi gəlir. İ ki qardaşı q, böyüyü mənəm, balacası  

ü

zünü anamı n qarnı na sı xı b. Atam bizə baxmı r, üzü 



bizə olsa da elə bil  görmür bizi...Atamı n yoldaş 

Nersesyan, dediyi erməni elə qı şqı rı r, elə bil atamı  

yox, onu dı yürlər. Yaxı nlaşı b çənəmin altı ndan 

tutdu. Atam əllərini mənə doğru elə uzatdı  ki, elə bil, 

qucağı ma gəl, deyəcəydi:  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Hə, o, azərbaycanlı dı , yoldaş Nersesyan, o, türk 



deyil... ola bilməz də heç, nə yaşı  var ki, onun...türk 

olsun. - Atamı n səsi dəyişmişdi, içi xı rı ltı yla 

doluydu, gözləri üzümə dikilib, demək istədiyini ifadə 

etdiyi üçün get-ğedə böyüyür. 

Mən onu anlayı b: 

-Hə, -dedim... 

-Yəni nə?- Nersesyan çənəmin altı ndan qaldı rı b 

gözlərimin içinə baxdı . 

-Mən türk deyiləm... - Balacahunlu  bundan 

sonrası nı  danı smadı , heç vaxt da 

danı şmayacaq...Amma o gün, yəni, 1937- ci ilin payı z 

ayları ndan birində axşam cağı  qorxa-qorxa, titrəyə-

titrəyə  “mən türk deyiləm...” dedi də, yoldaş 

Nersesyanı n əlindən yapı şı b dodaqları na 

sı xdı ...bununla da anası nı , balaca qardaşı nı , bir də 

ö

zünü sürgündən, bəlkə də ölümnən qurtardı ... 



Axı rı ncı  kursun imtahanları nı  verib universitet 

həyatı yla vidalaşı rdı q. Akademik Balacahunlu o 

boyda tələbənin içindən bir  məni bağı na dəvət etdi. 

Bağ o qədər təntənəliydi ki, mən baxa- baxa 

qalmı şdı m. “Əgər Balacahunlunun belə imkanları  

varmı şsa niyə özünü belə sı nı q, belə fağı r aparı r,” 

deyə düşündüm. Badam ağacı nı n altı nda üz-üzə 

oturmuşduq, mən çaşqı nlı q içindəydim, Balacahun-



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

lunun bu qanlı  tarixcəsini dinləyəndən sonra lap 



ç

aşı b qaldı m: 

-Məni bağı şlayı n,-dedim,- müəllim! 

-Sən də məni bağı şla... – dedi Balacahunlu, - bu 

beş ildə bir yerdə yol gedə bilmədim səninlə, şox şeyi 

düz deyirdin, mənim yazdı ğı m tarix də özümə 

bənzəyir, mən erməni əlinnən öpmüş adamam,  

ö

zümüz necəydiksə bu xalqı n tarixini də o cür 



yazdı q...” 

                                               

Taksi sürücüsü Ağacan... 

 

“Volqa” markalı  köhnə taksi maşı nı  gözümə 



burnunu sallamı ş kimi göründü, yolun qı rağı nda 

ləhləyirdi elə bil... rəngi-ruhu yaxşı  olsa da əldən 

düsmüşdü tamam, dik maşı n tapmaq olarmı  dağ 

yerində, fikirləşdim... Buraları n atalar sözüdü: “Ara-

nı n atı na minmə, dağı n maşı nı na,” təzə düzəldiblər, 

yaxşı dı  amma. “Hər şey cəhənnəm, rəngi sarı  

olmayaydı ...” Boylandı m, taksilərin hamı sı  bir 

rəngdədi. Yaxı nlaşı b maşı nı n yanı nda dayandı m. 

İ stədim söykənəm, sarı  olduğuna görə əlimi də 

vurmadı m. Rayon mərkəzində yaraşı q, bəzək adı na 

erməni əlifbası ndan başqa heç nə yoxdu, hara gəldi 

yazı b vurublar. Millətin əlifbaya görə sevindiyi hiss 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

olunur, hər yerdə bu sevincin izi var, sevinməyə başqa 



şey yoxdu, bu da görünür. Başqa nə görünməlidi ki, 

erməni aşı q deyil, balaca qalalara oxşayan papağı nı  

göstərə, sazı nı  göstərə, adı bəlli dağı , öz dilində yeri - 

yox, yurdu yox, deyə ki, ora mənimdi, bura mənimdi, 

yalan- palan yer-yurd tapı b, ona-buna göstərir, amma 

heç özü də inanmı r ki, onundu. Nə isə, bayaqdan 

baxı ram, erməni əlifbası  naxı ş kimi rayonun 

mərkəzini bəzəyib... Erməni dilini azdan-şoxdan  

bilsəm də heyif ki, yazı nı -əlifbanı  oxuya bilmirəm... 

Yazı nı  oxusaydı m dili də başqa cür öyrənərdim 

yəqin ki... 

Rayon mərkəzində sı xlı q deyil, gediş-gəliş azdı , 

adamlar orda-burda beş-beş, on-ondu, ermənilərin 

diliylə desək türklər, bizim dilimizlə desək, 

azərbaycanlı lar baxan kimi seçilirlər, işlərində-

güclərindədilər, heç biri vaxt itirməz, hamı  elədiyi işə 

oxşaya-oxşaya iş başı nda olarlar, yəni, alma satan 

alması na, göyərti satan göyərtisinə bənzəyər, alqı - 

satqı ları nı  eləyərlər... 

- Gəl, ay erməni, gəl, yaxşı  yağ, pendir var! - 

Bazarda başqa səslənmə yoxdu. 

  Sürücü bayaqdan əl qolunu ölçə-ölçə 

danı şdı ğı  adamlardan aralanı b yaxı nlaşdı , məni 

unutmuşdu deyəsən, bir də soruşdu: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Du ures qı num?



40

 

Bayaq başqa cür soruşmuşdu, “ures qı nı m?” Bu 



cür Yerevanda soruşurlar, “hara gedirsən?” Bayaq 

məni şəhər adamı na oxşatmı şdı , yəqin ona görə 

Yerevan ləhcəsində soruşub. 

- Hayeren çi gides?

41

- Əyilib düz üzümə  baxdı . 



Ü

zü-gözü hikkəliydi, aralandı ğı  beş-altı  adam hələ də 

bir-birinə qarı şa-qarı şa çı ğı rı şı rdı .Türklərdən 

danı şı rlarsa batdı q, bu da burda zəhlə tökəcək. 

Cucakand qı numem...



42

- dedim. 

Maşı nı n yerindən tərpənməyiylə  sürücünün 

söyməyi bir oldu: 

-Mera...

43

 



 “Kimi söyür görəsən ”, ağlı ma özümnən başqa 

heç kəs gəlmədi, “ bu alçaq deyəsən məni söyür...” 

Dönüb baxdı m. Uca, işləyib bərkiyib, daşlaşı b 

durmuş bədəni var, gözünün rəngini tapmaq çətindi

yanakı  bir də baxdı m, elə bil göyü daha çoxdu, daraq 

görməmiş sı x saçları  məftil kimidi, pəncərədən vuran 

güclü külək də tərpədə bilmir...çənəsinin üstündə 

ç

apı q var, bı çaq yeri deyil, dı rnaq yerinə oxşayı r, 



                                                           

40

 Hara gedirsən? (ermənicə) 



41

 Ermənicə bilmirsən? (ermənicə) 

42

 Cücəkəndə geditəm, (ermənicə) 



43

 Mən ermənicə yaxşı  bilmirəm. Istəyirsən rusca danı şaq. 

(ermənicə) 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

kola-kosa ilisib, ya da arvad davası nda 



cı rmaqlayı blar, deyə düşünürəm. 

Mənim ona fikir verdiyimi görüb hirsli- hiirsli 

yenə nəsə dedi, uzun-uzadı  olduğuna görə dediyindən 

bir şey başa düşə bilmədim: 

- Yes hayeren lav çi gidem,- dedim,- uzumes 

ruseren xosenk.

44

 

-Du vordeğaçes? 



-Hayestanicem...

45

 



Az qaldı , başı nı  əllərində oynatdı ğı  sükana 

vursun, biz sürətlə rayonnan çı xmaqdayı q, yolun 

qı rağı nda kim var, ardı mı zca baxı r, biri söyüyb əlini 

yelləyir, biri papağı nı  qaldı rı r, uşaqları  yoldan 

aralayı rlar... Elə bu halla da döngəni burulduq, maşı n 

torpaq yola çı xı b təzədən yola düzəldi, bir dəstə qaz 

uçuşub göylüyə səpələndi. 

Mənim heç nə vecimə deyil, lap hara istəyir 

çı rpsı n maşı nı , içimdən gülümsəyirəm, onu da 

bilirəm ki, gülməyim get- gedə daha çox bilinir, bəlkə 

də ona görə dəli olub. Düzənliyə çı xdı q, ətraf 

dövrəmə dağlardı . Dağları  görüb elə qəribsədim ki, 

heç şəhərdə də bu hala düşməmişdim... 

Gözlənilmədən maşı nı  saxladı : 

                                                           

44

 Sən haralı san? (ermənicə) 



45

 Ermənistanlı yam... (ermənicə) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Mera...tı  poçemu smiyoşsya?



46

  

Döndüm, əyilib mənə baxı r: 



-Söyüş eləmə, -dedim də, tələsik ruscaya keçdim. 

- Tı  davay, ne ruqaysya. - Üzündən-gözündən dava-

dalaş yağı r, mən aranı  yumsaltmaq üçün qafqazlı  

olmağı mı zı  xatı rlatmaq istədim, - mı  je ne russkiye, 

mı  qafkazcı , mı  ne doljnı  materitsa. 

-Ara, qna korzı d,

47

 kafkazec naşelsa... - Maşı nı  



yenə yerdən güllə kimi götürdü. - A poçemu tı  po 

armyanski ne znayeş? Tı  je iz Armenii... 

-Mən erməni deyiləm ki, nolsun 

Ermənistanlı yam. - Heç nəyin fərqinə varmadan 

azərbaycanca cavab verdim. Bayaqkı  sözümdən 

qorxduğumu hiss eləmişdi, mən çəkindiyimi bildirdi-

yim üçün pərt idim, ona görə də belə deməyim 

ö

zümnən ası lı  olmadı ... 



O maşı nı  necə yavaşı tdı sa öz səsini də eləcə 

aldı , əyilib üzümə baxdı , nap-nazik səslə: 

-İ ya,

48

 gic musurman, bə mən sənin dilini niyə 



bilirəm, mən türkəm? 

                                                           

46

 Sənin ananı ... (ermənicə), nəyə gülürsən? (rusca) 



47

 Ərə, (türkcədə qədim müraciət forması ) get işinə, Qafqazlı  

olub mənə. (ermənicə)

    


48

 Yox əşi...(ermənicədə təəccüb bildirir) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin