2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qaldığı üçün də üzülüb əldən düşdüyünü hiss eləyir,
dönüb yaxınlıqdakı ağac oturacağa sarı gedir, özü öz
içinə batır elə bil...
“Erməninin, rusun arasında niyə pis görünsünlər,
Dəmir kişi, uşaga paltar al, bu günlərdə komsomola
keçirdəcəm...” Dünən Qara müəllim düz onun qapısına
gəlmişdi, bunu eşidəndə sevindi:
-Bax, covet hökümətinə yol burdan başlayır,
arvad, uşağı komsomola keçirdillər, yağı hazırla,
aparım satım, paltar alım...
Başını salıb onu fikirləşirdi, dikəlib evlərə bir də
göz gəzdirdi:
-Uşağa paltar alacaydım,- ürəyindən keçəni bir də
bərkdən dedi, içi səslə, qışqırtıyla doldu yenə,
“...İkimizə də ayıbdı, ay erməni, sənə aldatdığın üçün
ayıbdı, mənə bu yaşımda aldandığım üçün...” Sonra
fikirini ermənicə düzəltmək istədi, bildiyi sözləri bir
yerə yığıb təzədən dikəldi.- Amota mez hamar...!
62
-
Səsi çatdığı qədərində elə belə qarasına qışqırdı.
Yaxınlıqdakı binanın balkonuna çıxanlar oldu:
-Ubiraysa von, basurman svoloç!
63
-Es ove, ay mart, inç uzum?! İnç asuma?
64
62
Bizim ikimizə də ayıbdı! (ermənicə).
63
İ til burdan, basurman köpəyoğlu...(rus)
64
Bu kimdi, a kişilər, nə istəyir? Nə deyir? (erməni)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dəmir kişi deyilənləri anlamasa da əllərinin ikisini
də səsə-küyə açdı:
-Heç nə istəmirəm, ay erməni – dedi, - sənin pulun
daha mənə lazım deyil, gəl, ağacını apar, kişi əini boş
qoymaz, gəl götür əl ağacını...! - Bir də bərkdən
qışqırdı, - ay yağ aparan erməni, gəəəl, əl ağacını götür,
pul lazım deyil, halal eliyirəm, gəəə-əəl...!
“...Gəə-əəl...” içindəki səs daha güclüdü, ürəyini
ağzına gətirir, dirənib qalır boğazında. “ Eeey...yağ
alan erməni...!” aşkara qışqıra bilmədiyi səs içinin qanı
kimi axıb gedər, ölə bilər Dəmir kişi. Bunu birdən-birə
hiss elədi... Oğurlayıb aparsaydılar onu belə
yandırmazdı, amma aldatmaq-aldanmaq insanı içdən
yaralamaqdı. “... Necə ola bilər, əməlli-başlı
salamlaşdıq, sabahın xeyir, dedi, ay allahın türkü, mən
də dedim, hər vaxtın xeyir olsun, ay allahın ermənisi,
kişi kimi salam-əleyk elədik, dedim puldu, gətirib gələr,
yağı verdim əlimnən, apardı getdi, amma gəlmədi...”
Erməninin arığanaq, uzunsov üzü gözlərinin
önündən çəkilmir, bozumtul fəsin-şlyapanın altından
bir dağ ətəyindən baxırmış kimi baxır... hə, elə bil uzaq
arxac yerindən gülə-gülə üstünə gəlir:
“-Nədi satdığın?- deyir. -Yağdı? - Bilirki yağdı,
ağzıaçıq qabda on kilodan çox, gözü görür, yenə
soruşur. - Yağ satırsan?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Deyirəm, mayıs yağıdı, bir bax, deyirəm, çiçək iyi
gəlir...”
Əlindəki əsadan başqa indi arada heç nə
qalmayıb... Pəncərədən düşən işığa tutub ağacın
orasına-burasına baxır, bəlkə üstünə adını yazıb; baxır,
ağacın üstündə heç nə yoxdu, özü də hökümət ağacıdı,
yəni dükannan alınandı. Bilmir neynəsin... Üstündə
yazısı olsaydı, götürüb qapı-qapı düşərdi, - budu bax,-
deyərdi, budu, adını da əl ağacına yazıb...
“...oğurlrğun da halal olanı var...” Babası
Aydəmiri xatırladı...
“Heç vaxt əlağacının üstünə adını
yazma, adın ələ keçər, ilişərsən, yaylaq oğurluğuna
çı
xsan üstündə səs eliyə biləcək heç nə götürmə, nə
götürürsən dəridən götür, dəri səs eləmir. Gecədə ay
varsa işığını izlə, kölgəsində gizlən, ay getdikcə kölgəsi
də gedəcək, sən də get, arxaca kölgəylə bir yerdə gir,
oğru öskürəyi deyilən söz var, o doğrudu, sürü oğrunu
hiss eləyəndə hamısı sırayla içini vurub öskürər, yəni
bildirər ki, “...oğru var...” ona görə də tələsmə, sürü
ö
sgürüşürsə ayın getməyini, kölgənin qatılaşmağını
gözlə, gördün sakitlikdi, əlini uzat, bil ki, kök, yağlı
qoyunlar həmişə sürüdən qıraqda yatar, əl altında, sən
də elə qıraqdan yapış... amma içdiyin anddan, ərsiz
arvaddan, ağzı dualıdan, saz tutan əldən, keçdiyin
eldən, yediyin çörəkdən oğurluq eləmə...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gülüb deyərdim: Yerdə nə qaldı ki, baba...?
“-Bəsdi kişi, belə şeyləri öyrətmə uşağa! Nə
öyrədirsən? İndi oğurluq vaxtıdı?...” Atam babama
deyərdi...biz də heç nə yox, babamla bir yerdə gülə-gülə
oxuyardıq:
İç
diyin anddan,
Ocaqdan-oddan,
Ə
rsiz arvaddan,
Tanıdığın addan,
Yediyin qazannan,
Qoşma yazannan,
Aşıqdan, ozannan,
Qıldığın duadan...,
Eldən- obadan
Paltarı ətəkdən,
Xəlbirdən, ələkdən
Yediyin çörəkdən
oğurluq eləmə!
...Gecə dərinə endikcə erməni bir vedrə yağ qarışıq
uzaqlaşıb gedir... Dəmir kişi əlindəki əsaya baxa-baxa
qalıb, bilmir hara qoysun, özüylə aparıb gəzdirə
bilməz, işlədə bilməz, elə bir adamın ağacını özünə əl
ağacı eləyə bilməz...Kömək Allahdan, başını qaldırıb
göyə baxır, taxta oturacağın yanında göyə dirək olmuş
çinar ağacınl indi görür, “...onun əl ağacını qaldırım
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
budağın birinnən asım...” deyir ürəyində, “...elə eliyim,
əl çatmasın... əvvəl-axır görən olacaq, harda olsa o da
gəlib çıxar, allahsız, yalançı köpəyoğlu, qoy ağacına
baxıb atdana- atdana qalsın...” Bəs ağacdan necə
assın? Həə, bunu fikirləşməyib...
Səhər tezdən minib gəldiyi at indi yadına düşdü...
Bazarın həyətinə çatanda hələ gün çıxmamışdı, elə
bir yükü yoxdu, bir az yumurtadı, bir az pendir,
arvadının diliylə desək, bir çınqır da yağdı, yəni bir
vedrə kərə yağı. Atın yükünü alıb bazardan biraz aralı
göylüyə bağladı, yumurtayla pendiri elə qapının
ağzındaca aldılar, yağı götürüb gəldi bura, heç
gəlməyəydi, gəldi, ala inəyin bir aylıq əməyini heç
elədi...
Nə isə, at indi yadına düşdü, tələsik yığışıb bazara
tərəf getdi... Molla Nəsrəddininki olmasın, atı da
aparsalar lap yaxşıdı, arvada deyərəm, atı da verdim
ki, bir vedrə yağı piyada- yayaq aparmasın...
Tələm-tələsik özünü bazarın həyətinə çatdırdı, at
yerindəydi, amma yan-yörəsində dişə dəyən nə vardısa
otdamışdı, indi də dartınıb-dartınıb dəriyığan Apedin
dükanının taxtalarını gəmirirdi, çürüyüb köbələk
bağlamış taxtalardı, indi heç Apedin özünə də gərək
deyil. Amma muzey eləyəcəm deyir, adını da araba
təkərinin üstünə yazıb; “ SKİZBUK...”, yəni, baş-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
lanğıc. Yaxşı ki, görməyib, tələsik atı minib qayıdıb
düz ağacın altına gəldi, yəhərin üstünə qalxıb
erməninin əlağacını budaqdan asdı, vəssalam...
At kəndə qayıtmağı Dəmir kişinin ayaqlarından
hiss elədi, kəsə yola çıxıb kəndə doğru şütüdü, amma
Dəmir kişi elə bil getmirdi, içi harasa bağlanmışdı, elə
bil..
Yer dəyişmə...
Mən bunu Sedaya danışanda:
-Nə bilirsən, - dedi, - ermənidi? Şlyapanı ancaq
ermənilər qoyur başına?
-Başqa kim ola bilər ki? - dedim.
-Niyə olmur? Bəs demirdin ki, bizim rayonda hər
millətdən vardı, türkdən başqa kürd, erməni, gürcü,
aysoru, rus, yəni malakan, həə?! Yaxşı, deyək ki, rus
olmaz, özünüzdən ki, olar?
-Yox, mən bu mövzuda hekayə yazmaq istiyirdim.
-Yaz daa, satan özünüzdən, alan özünüzdən. Bir
türk bir türkü aldadıb yağını əlinnən alıb. Belə daha
yaxşı çıxar ki. Babası da oğurluq dərsi keçibmiş, o
dərsdən də yaz, təbii çıxsın.
Seda aramızdan başını uzadıb yola baxır, biz
dediyim kimi Qələyə gəndinə gedirik. Əri dinmir,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yanımda oturub, sağına-soluna baxa-baxa gülümsəyir
eləcə, Sedanın dedikləri ürəyindəndi...
...Toylarından bir-iki ay keçmişdi:
-Ərivin yanında niyə belə eləyirsən? - dedim. - Sən
onun yanında əlini mənə uzadanda mən özümə yer
tapa bilmirəm.
-Nə ər? - dedi. - Mən ona erməni olduğuna görə
getmişəm, sənə də türk olduğuna görə getməmiəm.
Onu da ona görə seçmişəm ki, yanında əlimi sənə
uzada bilim.
-Öyrəşə bilmirəm mən!
-Öyrəşərsən...
Qələyə kəndinə çox var hələ, Şamaxıdan keçmişik,
dağların, təpəliklərlərin üstündə ala-tala qar var.
Dönüb gözucu Sedaya baxdım.“...həə, dilimnən
yapışıb, əl çıkmiyəcək, bayaq Dəmirin babasınnan
gərək danışmayaydım...”
-Bilirsən, - dedim, - yalan oğurluq deyil, yalan
insanın mahiyyətindədi, yəni xasiyyətidi, oğurluq yox,
adam var yalansız yaşaya bilmir, oğurluqsuz
yaşamaqsa çox mümkündü, yalana iş demək olmaz,
amma oğurluq işdi, mən hətta deyərdim sənətdi.
Oğurluğun qayda qanunları var, şərəfli, şərəfsiz
səmtləri var. Yalançı olmaq, aldatmaqsa insanın
xarakterində, xasiyyətindədi... indiki dillə desək
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
mentalitetində. Buna həttda milli xüsusiyyət də demək
olar. Yalan irsidi, irs ən d ə ke çə bilir, o ğurluqsa yox...
Sən necə bilirsən Aram? - Sedanın ərinə sarı dönürəm. -
Razılaşırsan?
-Yox, -deyir kəsədən, - razılaşmıram. Demək
istiyirsən ki, türklər oğrudu, ermənilər yalançı?
-Demək istəyirəm ki...
Seda əlini köynəyimin altından salıb çimdikləyir
məni, elə bil iynə batırır canıma...Mən canımı dişimə
tutub ağrıdığımı bildirmirəm, başımı Sedaya sarı
döndərib soruşuram:
-Göstərməyə yer olacaq?
Seda bilir nə deyirəm; bağda bağçada, lap
dərsarası görüşəndə ətimnən yapışıb sıxar, barmaqları
da kəlbətin kimi, üzü- gözü gülüşlə dolu, eləcə tutub
durar, gələn gedən də elə bilər, əlini üstümə qoyub...
Beş-on dəqiqənin içində barmaqlarıyla iz sala- sala
canımı dolaşar, zəng vurulan kimi:
-İndi get, unut məni, görüm necə unudursan! -
deyib gözdən itərdi...
Bir gün əllərini əlimə alıb:
-Ona görə dırnaq saxlamırsan? - dedim...
O gün dərsdən bir yerdə çıxdıq, ayaqlarımız bizi
kirayə tutduğumuz evə doğru aparır.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
...Qapının ağzında artıq nəfəsi təngimişdi, açarı
redikülündən əlləri titrəyə-titrəyə çıxartdı.
-Gör neynəmisən? - Güzgünün qabağına keçib
canımı göstərdim... Özündə deyildi, əynindəki paltarı
bir-bir başına sovururdu, hara gəldi, sonra özünü
üstümə salıb qara-qançır elədiyi yerlərdən öpə-öpə:
-İndi sənə xaç da qoyacam, -dedi, gözlərini
yumdu...
Aram yarğanın qaşından sallanan Diri Baba
məscidinə baxırdı, mən xəyaldan ayılıb sürəti azaltdım.
-Hıı... çimdiklədiyin yerləri göstərməyə yer
olacaq?- Sedadan bir də soruşdum.
-Getdiyimiz yerdə türk də yaşayır, - dedi, -
çatanda səni türklərə verəcəm...
-Burda saxla,- dedi, Aram.
Maşını saxlayıb dörd yanıma baxdım, heç nə
yoxdu, kolluqdu. Aram maşından düşüb kolluğa tərəf
getdi.
-Orda bir qədim tikili var, görmüsən? - Seda
soruşdu.
Bir yerdə Aramın ardınca getdik. Əlimdən tutub
darta-darta aparır, dediyim kimi yan-yörədə ala-tala
qar var, birdən dönüb öpür məni. Bilirəm yanımızda
özününkülərdən olanda daha da çılğınlaşır. Özümdən
güclə aralayıram, uğunub gedir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bir-iki ay bundan qabaq, atası Mamvel Sevortyan
yenə yapışmışdı yaxamnan, hələ yüngülvari bir-ikisini
də çəkdi, qızı da dartıb apardı. Amma qız atasının
əlindən çıxıb özünü üstümə saldı, boynuma atılıb öpdü
təzədən...
-Seda...! - Əridi, qarşıdakı komalıqdan səsi gəlir,
mən onu özümnən qopara bilmirəm.
-Nolub, -deyirəm, - heç tək olanda belə
eləmirsən?...
Üstündə kol-kos bitmiş tikilidi, yəqin qədimliyinə
görədi, canlıdı elə bil, qarıyıb qocaldıqca üz gətirib,
adamın düz gözlərinin içinə baxır. Mən dayanıb
tamaşa eləyirəm. Nə isə, qəribə hisslər içindəyəm, az
qalıram əllərimi yerə qoyam, iməkləyə-iməkləyə gedəm
tikiliyə tərəf. Onlar qapının ağzındadılar.
-Biz buranı çox görmüşük, gəl... - Seda deyir. -
Qorxma, gəl!
Gözlərinin içi dəyişib yenə, əllərini uzadıb məni
gözləyir, mən gendən-genə işarə eləirəm ki,
çimdikləmə, gülür... Sir- sifətinin ağlığı üzə çıxıb lap,
ağappaqdı, tikilinin qədimliyindəndi yəqin...qədimlik
fonunda.
-Noldu sənə, üşüdün?
Sedanın yanından ona toxunmadan keçdim... daş-
divarı ot- əncər gətirib bitdiyinə görə tikilinin
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
görünüşündə hərəkət var, gedənə oxşayır, üzümü
daşına söykəyirəm: “...nənə...” deyirəm ürəyimdə,
“...nənəm...”
...Üç-dörd yaşım olardı, nənəm məni qonşu
erməni kəndindəki Sarıkilsəyə apardı, “...Sarıkilsə
həmişə olub, ermənilər çox sonralar gəlib...” O
yadımdadı ki, içəri keçmədik, - yox, içəri girməyək, -
dedi, nənəm, - elə burda öp daşı... Mən əyilib içi
oyulmuş sarı daşı öpdüm... məni qoynuna almış
şəkildə, yəni başımın üstündən daşa əyilmiş halda
nənəmin pıçıltısını eşitdim, - ey, Məryəm ana...başqa
heç nə yadımda deyil...
Onbeş-iyirmi ildən sonra bu fikrə gələcəm, daha
doğrusu, ağlım kəsəcək ki, bu, bizim min beş yüz, iki
min il bundan qabaq xristiyanlığı qəbul etdiyimiz
vaxtlarla bağlıdı...
-Sən həm də allahsızsanmış demək, haradı, ora? –
dedi, Balacahunlu, gülür, - sən harda böyümüsən, a
bala? Sənə bu tərbiyəni kim verib...? - xıdaca-xırdaca
çiyinləri qalxıb düşür, uğunub gedib, başqa vaxt
gülməz, ürəyindəndi xristian olmağımız... qoca
bolşevik, rəqs eləyirmiş kimi arıq, uzun qollarını gen-
gen açıb auditoryanın başı üstündə gəzdirir.- Adı nədi
oranın? Kimdi müsəlman ola-ola kilsəyə gedən? - Üz-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gözündə tamam ayrı ifadə var; “...xristianlıqdan qalma
adətlərdi... biləmmədim nə millətsən dəə...?!”
-Qarakas yaylaqları...?
-Özünnən hoqqa çıxartma, de görək haradı?...
...Qarşıya çıxan döngə məni xəyaldan ayırır.
Maşını bərk sürmürəm, sürətə həvəsim qalmayıb,
yavaş-yavaş Muğanlı yolayrıcına doğru qalxırıq.
Balacahunlunu xatırladığıma görə əhvalım dəyişib bir
az... Sedanı güzgüdə gördüm, üzünü döndərib
təpəliklərə, çöllüklərə baxır, gözlərini, bir də
dodaqlarını görmədiyimçün halından bir şey anlaya
bilmədim. Elə bil duydu bunu:
-O tikilinin sənə nə dəxli var? - dedi. - Uşaq kimi
aparırsan özünü, üzünü daşlarına sürtürsən, ağlayırsan,
həyəcanlanırsan, bilmirsən neyniyəsən.
-Görükür dəxli var ki, özümü belə aparıram.
Yaxşı, kimə dəxli var? Ermənilərə?
-Vpolne vozmojno...
-Son ikiyüz iləcən ermənilər Qafqazda
olmayıb...heç ayaqları da dəyməyib Qafqaza.
-Nə bilirsən? Sübutun var?
-Qafqazda erməni izi yoxdu. - Arama tərəf
döndüm- Sən necə bilirsən, Aram? - Aramı yatmış
bildim.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Qafqazda erməni izi var... - Yatmayıbmış,
təhərini dəyişmədən dedi. -Elə bu tikilinin özü nədi bəs?
Sizindi?
-Aram, sən axı bu işlə məşğul olursan, bilirsən ki,
Qafqazın ermənilərə dəxli yoxdu, yerə daş yazıb
basdırmaqla deyil... Əsas sübut budu ki, ermənidə
Qafqaz tərbiyəsi yoxdu, heç yerdə erməni özünü
qafqazlı kimi aparmır. Onun qadına, qıza baxışı da
ayrı cürdü...ailəsi də qafqaz ailəsi deyil. Ola bilsin onun
bildiyi daha yaxşıdı, söhbət onnan getmir... Mənim öz
izahlarım var, bayaq yalanla oğurluq haqda dediklərim
də o izahlardandı.
-Sənin öz izahların hələ tarix deyil... İki min il
bunnan qabaq yazılmış erməni tarixinin yanında sənin
izahlarına ancaq gülmək olar. -dedi Aram
Sedanın qışqırığına ikimiz də diksindik, mən
maşını saxlayıb yolun qırağına çəkildim. Seda arxadan
ərini qucaqlayıb qulağından öpdü:
-Ooy, nə gözəl dedin, Aram, kakaya prelest...!
Bir az eləcə qaldı, sonra o biri əlini də elə ordan
uzadıb mənim qulağımın tana yerindən yapışdı.
Barmaqlarının ucu istidi, həm də giziltisi var, bir anın
içində canıma yayıldı, yumşalıb ət kimi oldum. Yola
çıxdıq:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Olsun, - dedim, - iki min ilin yalanıyla deyək ki,
razılaşıram, amma siz də razılaşın ki, o kitablarda
Qafqaz yoxdu. Mənim bir tələbə yoldaşım vardı,
Noxanı tərəfdə bağını itirmişdi.
Aram mənə tərəf döndü:
-Poteryal svoyu teritoriyu, tı seryozno...
65
-Başı orda-burda kefə qarışıb, bir neçə ildən sonra
gedib tanıya bilməyib, özü Noxanılı deyil axı, o qədər
evlər tikilib, dəyişikliklər olub ki... çaşıb qalıb.
Sedanın əli qulağımdaydı, ərinin baxdığını görüb o
bir əliylə də onun qulağından tutdu...dartacaq, mən
bunu barmaqlarının birdən-birə bərkiməyindən hiss
etdim, “...üzəcək qulağımı...”:
-Qopartma, görükən yerdi...
Yanları qarla örtülmüş yollara baxa-baxa ötən
günləri xatırlayıram.
...Universitetin axırıncı kursundaydıq, dərsdən
sonraydı...
-Ərə gedirəm, - dedi, sevinə-sevinə.
Payızın ilk ayı, şairlər demiş, başımızın üstündə
yarpaqlar quşlarla bir yerdə uçuşurdu. Dəniz boyu
ağacların altıyla gedirdik.
65
Ö
z ərazisini itirib? Doğru sözündü? (rus)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Ərə gee-diirəəəm... -səsini dəyişib uzada-uzada
bir də dedi.
Mən bilmirəm nə deyim, yolun ortasında bütün
boyuyla canıma sığınıb, üzünü sinəmə sürtür, nəsə
deyir, anlaya bilmirəm. Qolumun açıq yerində nəfəsi
od kimidi, öpür xırdaca-xırdaca, sonra dişləyir, xeyli
eləcə qalır, mən qorxa-qorxa dişlərini sıxacağını
gözləyirəm... Adam azdı, qışqırmaq olar, dişləsə
qışqıracam, onsuz da ürəyim doludu, bağıracam var
gücümlə...
-Kimdi ərin? - Mən tələcik soruşuram ki, dişlə-
məsin...Başını qaldırmır, dişlərini sıxır yavaş-yavaş. -
Dişləmə, - deyirəm, - qanadacaqsan, qanım üstümüzə
töküləcək!... -Yan-yörəmizdən keçənlər ayaq
saxlayırlar, desəm ki, bizə baxan var, lap özündən
çıxacaq, qopardacaq ətimi. -Yaxşı, de görək kimə
gedirsən? -Ooo-uuy... - mən gücüm catdığı qədərində,
daha doğrusu, ağrımı unudanacan qışqırdım. Qız
qalasıyla üz- üzə olduğumu da indi gördüm;
ağrıyandan sonra... Ətrafda gülənlər, məətəl qlanlar, əl
çalanlar...Qolumu dartıb ağzından çıxartmışam,
üstündə dişlərinin yeri qalıb, qara-qançır. Ağacın
altındakı skamyaya tərəf getdim, qolum əlimdə
ufuldayıram. Seda üst-başını düzəldə-düzəldə elə bil
yemək-içmək məclisindən gəlir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |